120
məruzələrin hazırlanması, seminarların keçirilməsi və ölkələrin tə-
ləbləri əsasında mütəxəssislərin təlimi şəklində həyata keçirir.
Texniki yardım Maliyyə sabitliyinin qiymətləndirilməsi proqramı-
nın və Standartlara və məcəllələrə uyğunluq haqqında məruzənin
məntiqi davamıdır. Nəzarət və texniki yardım sabit inkişafı və
maliyyə sabitliyini təmin edən effektiv vasitələrdir. Onlar Fond
üzv ölkəni aşkar olunmuş problemlərin həlli üzrə qabaqlayıcı təd-
birlər görməyə inandırmaq imkanına malik olduqda böhranların
qarşısını almağa kömək edirlər. Beynəlxalq Valyuta Fondu son
tədbir kimi maliyyə çətinliklərini yaşayan ölkələrə kreditlərin ve-
rilməsi proqramlarını təklif edir.
Böhranların qarşısının alınması siyasətinin həyata keçmə-
sinin məhdud mənada mənfi nümunəsi kimi BVF təcrübəsində
istifadə olunan böhranların erkən qarşısının alınması sistemlərinin
modellərinin böhranların qarşısının alınması üzrə miqyaslı sistem
məsələnin həlli üçün istifadəsini göstərmək olar. Fond 1995-ci ildə
baş vermiş Meksika böhranından sonra 1999-cu ilə qədər əsas
vasitə kimi makroiqtisadi göstəricilərin məhdud toplamının təhli-
linə əsaslanan və valyuta böhranlarının proqnozlaşdırılması üçün
nəzərdə tutulmuş erkən qarşısını alma modellərindən istifadə edir-
di. Modellərin verdiyi yanlış siqnalların böyük miqdarı, maliyyə
sisteminin keyfiyyət göstəricilərinin uçotunun aparılmaması və
modellərin işinin keyfiyyətinin yoxlanılması üçün şəraitin ol-
maması, modellərin verdiyi siqnalları işləyib, izah etmək baca-
rığının olmaması nəticədə ona səbəb oldu ki, Fond hətta Asiya
böhranı ərəfəsində həmin regionda hadisələrin mənfi inkişaf edə
biləcəyini heç təxmin belə etmirdi.
Beləliklə, böhranların qarşısının alınmasına yalnız proqnoz-
laşdırmanın məlumat modellərinə əsaslanan yanaşma nüfuzdan
salınmış, Fondun özü isə güclü tənqidə məruz qalmışdır. Valyuta
böhranının yaranma ehtimalının proqnozlaşdırılması modelləri on-
ların istifadəsi təcrübəsi toplandıqca tədricən ölkələrin zəifliyinin
qiymətləndirilməsi vasitələri sırasında özünəməxsus yer tutmuş-
dur. Bu gün BVF-nun müvafiq tədbirləri böhranların qarşısının
121
alınması probleminin həllinə sistem yanaşma ilə birlikdə erkən
qarşısını almanın geniş izahına əsaslanmışdır.
Beynəlxalq Hesablaşmalar Bankının əsas vəzifələrindən biri
mərkəzi bankların, bank sistemlərinin sabitləşdirilməsi və böhran-
ların qarşısının alınması məqsədilə, kommersiya banklarının fəa-
liyyətinə nəzarətinin gücləndirilməsidir
103
. 1988-ci ildə Bankların
şə
xsi kapital norması haqqında Bazel sazişi bağlanmış və həmin
saziş toplanılmış təcrübəyə əsaslanaraq təkmilləşdirilmişdir. Sazi-
ş
in yeni variantı (Bazel-2) 2004-cü ilin iyun ayında dərc etdirilmiş-
dir. Ona sazişin üç əsasını (hissəsini) təşkil edən, böhranların qar-
ş
ısının alınması üzrə demək olar ki, bütün yuxarıda sadalanan təd-
birlər daxildir. Yuxarıda qeyd olunduğu kimi, risklərin mümkün
ödənilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi metodi-
kası nəzərə alınmaqla bankların kapitalının kifayət etməsinə dair
tələblər qoyulmuşdur. Beləliklə, riskləri nəzərə almağa, onları
azaltmağa və onların qarşısını almağa imkan verən bank təcrübəsi
standartları və normaları müəyyən olunmuşdur.
Qeyd olunan saziş qəbul edilən risklərin tam uyğun qiymət-
ləndirilməsinə və bankın daxili metodikalarının fəaliyyətinə effek-
tiv nəzarəti nəzərdə tutan kapitalın kifayət etməsinə nəzarətin
gücləndirilməsinə istiqamətlənmişdir. Bazel-2 bank tərəfindən ka-
pitalın tərkibi və qəbul olunmuş risklər haqqında tam məlumatın
açıqlanmasını tələb edərək bazar intizamının gücləndirilməsi zə-
ruriliyini xüsusi qeyd edir. Bazel sazişi-2 ilə təklif olunan bank
böhranlarının qarşısının alınması mexanizmi daha məntiqli və
məqsədəuyğundur. BHB-nın bank nəzarəti üzrə müxtəlif sənəd-
lərində sarsıntıların test yoxlamasından və erkən qarşısını alma
tədbirindən istifadə etmək tövsiyə olunur.
Beləliklə, qeyd etmək olar ki, BVF-nun və BHB-nın maliyyə
bazarında böhranların qarşısının alınması üzrə müasir siyasəti
geniş yanaşmaya əsaslanır və sistemliyi ilə fərqlənir. Bu həmin
103
http://www.bis.org.
122
beynəlxalq təşkilatların maliyyə bazarlarının və onların iştirakçıla-
rının sabitliyinin təminatında oynadığı böyük rolu ilə şərtləndirilib.
Məlumat təhlili risklərin idarə edilməsinin ilki mərhələsidir.
Xarici risklərin qiymətləndirilməsi sahəsində layiqli diqqətə beynəl-
xalq təşkilatların BVF-nun Dünya inkişafının perspektivləri (WEO)
və Dünya maliyyəsinin sabitliyi haqqında məruzə (GFSR), UNCTAD
Dünya investisiyaları haqqında məruzəsi (WIR) kimi iqtisadi
icmalları, həmçinin illik məruzələr və statistik məcmuələr malikdir.
Daxili risklərin müəyyənləşdirilməsinə istiqamətlənmiş növ-
bəti mərhələ ölkələr tərəfindən maliyyə və iqtisadi sistemlərin və-
ziyyəti haqqında məlumatların açıqlanmasıdır. Məlumatın açıqlan-
ması və yayılması normaları BVF tərəfindən işlənib hazırlanmış
Məlumatların yayılmasının xüsusi standartı ilə müəyyənləşdirilib.
Son zamanlar milli bank və maliyyə sistemlərinin sabitliyinə
qarşı təhlükələrin təhlilinə həsr olunmuş öz tədqiqatlarını müntəzəm
dərc etdirən inkişaf etmiş ölkələrin mərkəzi banklarının sayı art-
mışdır. Maliyyə sabitliyi haqqında məruzələr (FSR) maliyyə baza-
rının sabitliyinin möhkəmlənməsinə, şəffaflığa, bazar intizamının
artırılmasına və onun iştirakçılarının məlumatlandırılmasına kömək
edir. Belə bir məruzə ilk dəfə 1995-ci ildə İngiltərə Bankı tərəfindən
dərc etdirilmişdir. Onda qeyd olunanlardan başqa əsas məqsədlər-
dən biri kimi maliyyə-bank sisteminin sabitliyinə təhlükə yaradan
potensial risklərin bazar iştirakçıları tərəfindən geniş müzakirəsinin
təşkili və onların azaldılması üsullarının axtarışı göstərilir.
Son illər mərkəzi bankların nəzarəti təcrübəsində reytinq
qiymətləndirmələri və statistik erkən qarşısını alma modelləri kimi
risklərin qiymətləndirilməsi üsulları geniş istifadə olunur. Milli nə-
zarət orqanları bankların miqdar parametrlərinin qiymətləndiril-
məsi və proqnozlaşdırılması üçün statistik erkən qarşısını alma
modellərindən geniş istifadə edirlər. Həmin üsullar CAMEL
(ABŞ), RATE (Böyük Britaniya), ORAP (Fransa) və ya PATROL
(Fransa) kimi reytinq sistemlərinin istifadəsilə tamamlanır. Bank
risklərinin keyfiyyət və kəmiyyət baxımından qiymətləndirmə
üsullarından istifadə bankların fəaliyyətinin güclü və zəif tərəf-
Dostları ilə paylaş: |