248
yox.
Hamı oturur faytona. Yevlağa çatıllar.
Heydər sonrasını xatırlamır. Səhəri gün Gəncədə yuxudan
ayılır. Deyirlər:
– Ədə, Gəncə alası lap yaxşı olur.
Heydər gedib bazardan əməlli ala alır.
Onlar evə ikinci gün axşama yaxın çata bilirlər. Heydər ana-
sına deyir:
– Ciyi, Şəkidə yaxşi ala olmadi, gedib Gəncədən almışam.
– A bala, yaxşı ki, sənin gətirdiyin ala qonaxlara qismət ol-
madı. Bunnarı heç mal da yiməz. Həm soluxub, həm də əzilif.
Hayıf dölü Şəkinin alası?
Gözo dəyişik salmısan
At sahibindən soruşurlar:
– Ato ayibi varmı?
Satici əlini kor gözünün üstünə qoyub deyir:
– Mənim bu gözümdə ayıb varsa, o atda da ayıb var.
Alver baş tutur.
Alıcı atın sancılı, gəhgir olduğunu görüb o biri bazar qaytar-
maq üçün bazara gətirir. Satıcını tapır, ona narazılığını bildirir:
– Kişi də malına görə yalan danışar?
Satıcı yenə əlini kor gözünün üstünə qoyub dillənir:
– Axı mən saa dedim ki, habı gözümdə ayıb varsa, o atda da
ayıb var.
– Düzdü, belə söyləmişdin.
Satici əlini gözünün üstünnən götürüb deyir:
– Hayındı yaxşı bax, mənim habı gözüm necədi?
– Kordu.
– Deməli mən yalan deməmişəm.
Alıcı onunla razılaşmalı olur:
– Mən elə bilmişdim ki, sən sağ gözo nəzərdə tutursan. Gözo
dəyişik salmsan.
249
Xingəl qonaxlığı
Ataynan oğulu bir yerə xingəl qonaxlığına çağırırlar. Oğul
yedikcə su içir və yenə yeməyə başlayir. Qonaqlıqdan qayıdanda
ata oglunu məzəmmət edir. Evə çatan kimi kişi oglanın başına tap
bir qapaz vurub deyir:
– Ə, qavagındaki xəngəli yeməkdənsə, bir az yiyif su içirdin.
Niyə qarno suyunan doldururdun? Onnansa xəngəl ilə dolduraydın
daa.
Oğul deyir:
– Ay ata, mən bir az xəngəl yeyif su içirdim ki, xəngəli bas-
sın aşağı, yer əmələ gəlsin, sonra yenə xəngəlləri yeyə bilim.
Bu dəfə ata oğlunun başına iki qapaz vurub deyir:
– Bəs maa niyə dimirdin bu üsulu?
“Ver, molla” dimiyin, “Al, molla” diyin…
Molla dəstəmaz alanda hovuza yıxılır. Kənardan adamlar
mollanı sudan çıxarmaq üçün kimi əlini uzadır, kimi ağacını.
– Əlo ver, əlo ver, - diyillər.
Molla səslərin heç birinə məhəl qoymur.
Yolnan keçən ahıl bir kişi onlara belə məsləhət görür:
– Ə… Əlo maa ver dimiyin. Əlimi al, habı ağacı tut diyin.
“Əlimi al” sözünü eşidən kimi molla yapışır. Onu sudan çıxa-
rırlar.
Maaşallah!
Şəkinin Oxud kəndində gördükləri, eşitdikləri hər şeyə xeyir-
dua verirlər. Bir adamın iki baş inəyi itir. Bir-iki gündən sonra bi-
risi ondan soruşur:
– İnəkləri tapdınmı?
Deyir:
– Tapdım.
250
– Hardadı?
– Dərədə qalıflar.
– İnəklər orda niyə qalıf ki?
– Geyif gördüm ki, maaşallah, canavar ikisini də tər-təmiz
yiyif, maaşallah!
– A kişi, canavarin bu işinə iki maaşallah düşür?
– Elə adam var ki, heç yaxşi işə də maaşallah diməyə dili gəlmir.
Xan yaylaxda
Xan mal-qarasına baş çəkmək üçün yaylağa gedir. Axşam tə-
rəfi hava qaralır, yağış yağır, dalına da göydən dolu tökülür.
Yaylax sərin idi, yağıntıdan sonra hava bir az da soyuyur.
Axşam qaralır, xan evinə qayıda bilməyib yaylaxda gecələməli
olur. Yaylaxda olandan - yapıncıdan, keçədən xana bir yer düzəl-
dirlər. Xan yataqda üstüörtülü uzansa da, bərk üşüdüyündən deyir:
– Ədə üstümü örtün, bərk titrədirəm.
Çoban bildirir:
– Xan sağ olsun, burda nə vardısa, hamısını üstaa salmışox.
Xan küncdəki qaraltını göstərib soruşur:
– Bəs o nədir yerdə qalıf? Onu maa qıymırsooz?.
Çoban deyir:
– Xan sağ olsun, bu, ayıb olmasın, bizim eşşəyin çuludu.
Xan əsə-əsə dillənir:
– Ədə, onun adını çəkmə, bir az da üşütməm artır. Hayındı
onu da üstümə atın.
Üçüncüsünü deməz
– Bizim kənddə üç igid var:
Birisi mənim dayısı oğlu,
O birisi də əmisi oğlu,
Üçüncüsünü deməz.
– Ə… yoxsa üçüncüsü sənsənmi?
– Ə… sən şıxsanmı, mıxsanmı, nəsən?
251
... mənnən saa erməni çıxmaz
Şəkili Dəli Kərimin oğlu Yusif çox baməzə adam oluf. Bir
gün Yusif curları
*
ilə kilsəyə gedir. Salam-kəlamdan sonra keşişə
deyir:
– Keşiş ağa, mən dönüf erməni olmax istəyirəm.
Keşiş bunu çox səmimiyyətlə qəbul edib onu kilsənin içəri-
sindəki ibadətgaha aparır. Keşiş Yusifə deyir:
– Mən nə söyləsəm, sən də de ki, qəbul edirəm.
– Baş üstə.
Keşiş:
– Yuxarı yola getmiyəsən. Keçəl Əli ordadır.
Yusif:
– Qəbul edirəm, baş üstə.
Keşiş:
– Aşağı yola getmiyəsən, Keçəl Məmməd ordadır.
Yusif:
– Qəbul edirəm, baş üstə.
Keşiş:
– Ortalıx yolla gedərsən, Məryəm oğlu İsa ordadır.
Yusif:
– Qəbul edirəm, baş üstə.
Keşiş:
– Çörək verər yeyərsən, çarıx verər geyərsən.
Yusif:
– Qəbul edirəm, baş üstə.
Nəhayət, Keşiş deyir:
Mən nə desəm təkrar elə. De ki, Qurandan İncil yaxşıdır.
Yusif təkrar edir.
– Molladan keşiş yaxşıdır.
Təkrar edir.
– Məhəmməddən İsa yaxşıdır.
Təkrar edir.
_________________
* Tay-tuşları ilə
Dostları ilə paylaş: |