244
– Başına dünüm sərkar, mən deyim sən hesabla. Mənə tap-
şırmışdın filan qədər qoyun. Onlardan alabalı, qarabaşı, saravaşdı -
dağdan aşdı. Sonra canım sənə söyləsin: qaraqoçdu, ağqoçdu,
qaradöşdü - gölə düşdü. Sonra, qarakürədi, ağkürədi, samarqantdı -
sel apardı. 10 balvazdı, 10 metisdi, 10 bozaxdı - canım, seldə axdı və
s. Çoban yerindən qalxıb bir dəri çıxarıb sərkara göstərir və deyir:
– Haq-hesabda qaldı sənin qoyununun birisi - bu da onun də-
risi. Bunu deyib çoban dərini atır sərkarın qabağına. Sərkar bir
dəriyə, bir də çobana baxıb bir şaqqanaq çəkir ki, evdəkilər
yerlərindən dik atılırlar. Çoban evdən çıxa-çıxa sərkara deyir:
– Deyəsən, aşna haq-hesabın düz çıxır deyə gülürsən. Eybi
yoxdu, gül, dayananda gəlib əlmuzdumu da alacağam.
Biz inanmamışdıq, amma sən inan
Çobanları arvadının onlara doyunca yemək vermədiyindən
şikayətləndə həmişə sərkar Məcid deyərmiş:
– A bala, çox yeməyin cana ziyanı olduğunu eşitməmisiniz?
Atalar havayı deməyiflər ki, çox yemək adamı az yeməkdən də
eliyər. Kim desə ki, çox yemək az yeməkdən yaxşıdır, eşidin, am-
ma inanmayın.
Bu minvalla sərkar Məcid çobanlarına zülm edər, onlara qa-
rın dolusu yemək verməyə qoymurmuş.Çobanlar da onun acığına
sürünü yaxşı otarmır, arxacdan
72
uzaqlaşan kimi bir dərəyə yığıb
yatdırırdılar. Bir axşam arxaca 5-6 qonaq gəlir. Sərkar çobanlara
üzünü tutub deyir:
– Tez bir kök heyvan gətirib kəsin! Çobanlardan bir dilavəri
deyir:
– Sərkar, qoy gedib sürünü ələk-vələk eləsinlər. Əgər bircə
dənə kəsməyə yarayası heyvan “tapmadıq” - desələr, həm eşit,
həm də inan.
Bunu deyib çobanlar ağaclarını sərkarın qavağına atıb:
– Biz hamımız gedirik. Buna da inan, - deyib onlar kəndə
doğru yol alırlar.
245
Qənd payımı yiyəjəm
Qaraqoyunlu bir dostuna qonaq olur. Ev sahibi bir neçə tanı-
şını da evinə çağırır. Qonaqlara çay süfrəsi açırlar. Bir, iki, üç stə-
kan və daha çox çay içənlər olur.
Qaraqoyunlu bir stəkan çay içib dayanır. Amma görür ki, ha-
mı çay içməklə məşguldu. Növbəti çay stəkanını onun da qabağı-
na qoyurlar.
Qaraqoyunlu çay paylayana deyir:
– Mən çay istəmirəm.
Çay paylayan çay dolu stəkanı qaytarıb podnusuna qoyur,
əlini uzadıb qənd qabını da qaraqoyunlunun qabağından götürmək
istəyir. Qaraqoyunlu tələsik dillənir:
– Dəymə, qənd payımı yiyəjəm.
Cürbəcür ixtilətlər
Allah yoluna qayıt!
Birisinin dinə etinasızlığını görən bir adam ona öyüd-nəsihət
verir. Deyir:
– A bala, oruc tut, namaz qıl, Allaha dualar elə ki, sənin gü-
nahlaro bağışlasın. Günahın çoxdur.
İmansız deyir:
– Maa namaz qılmaq düşmür. Namaz suralarını bilmirəm.
Necə namaz qılım, Allaha necə dua edim?
Dindar deyir:
– Gündə bir dəfə dəstəmaz al, üzo qibləyə tutub di:
Ağ qoyun, qara qoyun,
Başımı yerə qoyum.
Ağ üzüm, qara üzüm,
Başımı yerdən üzüm.
İmansız deyir:
– Elə habı?
246
Dindar deyir:
– Hə, bala, sənin üzo qibləyə tutub, əyilib-qalxmağın elə
namazdı.
İmansız adam yaz vaxtı bir çəməndə namaz qılanda qaşqası-
na nəsə batır. Bunu bəhanə gətirib bir daha namaz qılmır. Onu
töhmətləyənlərə deyir:
– Sizə dimədimmi mənə namaz düşmür.
Dindar yenə onu yola gətirməyə çalışıb deyir:
– Bəs oruc tutmaq nicə?
İmansız deyir:
– Orucu tutaram. Bu işə sözüm yoxdu.
Oruc yay vaxtına düşür. Görürlər ki, imansız tut ağacında tut
yiyir. Deyirlər:
– Ə… hayındı nağarırsan?
İmansız deyir:
– Vallah, elə tutlar var ki, biri bir oruca dəyər.
Ərəb nə yiyir…
Ərəb dəvənin üstündə gəzirdi. Külək də qabaxdan əsirdi.
Ərəb torbadan nə isə çıxarıb ağzına aparırdı. Amma kişinin yemək
istədiklərini külək havaya soorurdu.
Ərəbdən soruşurlar:
– Ay ərəb, nə yiyirsən?
– Külək ki, belə əsir, heç nə.
Təzə hökumət gəlir
Qızıl Ordu Şəkinin 10-12 kilometrliyinə çatanda arada söylə-
nirdi ki, yeni hökumət varlıların döylətini əllərinnən alıb fağırlara
vericihdi.
Fağırlar:
– “Şura hökuməti gəlir, dalımızın dayağı olan hökumət gəlir”
- deyə bir-birilərini muştuluqlayirlar.
Hamballar, fəhlələr yığışıb rus ordusunun qabağına gedirlər.
247
Hökumət Şəkiyə çatandan sonra işlər söylənilən kimi olmur.
Varlıları, döylətliləri tutub dustaqxanalara salırlar, bəzilərini
sürgün eləyirlər, döylətlərini, var-yoxlarını əllərinnən alıb apardı-
lar. Varlılar tutulduğundan hanbalların işi azalır. Qapısında işçi
saxlayanlar işçiləri buraxırlar. Alver dayanır, gediş-gəliş kəsilir.
Kasıbların vəziyyəti bir az da pisləşir. Hamballar mahnılarını də-
yişdirib başqa cür oxuyurlar:
Gör nə günə qoydular
Bizi bu bolşeviklər,
Tülki kimi soydular
Bizi bu bolşeviklər.
Bir qədər sonra tərbiyədə, məişətdə də dəyişiklik özünü
göstərir. Qadınlar çadralarını atırlar, kişilər isə papaqlarını. Bu ha-
la camaat yeni mahnılar qoşur:
Başında papax dəli Söyün,
Gözündə qapax dəli Söyün.
Qızlar qoşuldu qaçdı,
Gəl gedax tapax dəli Söyün.
Hamballar, fəhlələr eşidib arzuladıqları xoşbaxtliği hələ də
gözləyirlər.
Heydər doğa alası almağa gedir
Uzbaşıyev Heydərin anası deyir:
– Heydər, anan saa qurban, qonağımız olacax, get bazardan
ətnən doğa alası al gətir.
Heydər öydən çıxır. “Uxarı bazarda bir balaca özümü düzəl-
dim” - deyə düşünür.
Beləcə aşagı bazara çatanacan 3-4 yoldaşını da başına yığır.
Onlar əvvəl Qəzərin, sonra da Kosagəldinin midqanına baş vurul-
lar. Midqanın qabağında fayton dayanır. Yoldaşlardan biri fayton-
çu ilə nə isə danışır, qayıdıb curlarına deyir:
– Yevlaxda bir adama çatası amanat var. Bu faytonla gedib
amanatı verək, bu faytonla da qayıdarox. Uzağı günortaya burda-
Dostları ilə paylaş: |