Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə77/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   73   74   75   76   77   78   79   80   ...   147

 

244 


–  Başına  dünüm  sərkar,  mən  deyim  sən  hesabla.  Mənə  tap-

şırmışdın  filan  qədər  qoyun.  Onlardan  alabalı,  qarabaşı,  saravaşdı  - 

dağdan  aşdı.  Sonra  canım  sənə  söyləsin:  qaraqoçdu,  ağqoçdu, 

qaradöşdü - gölə düşdü. Sonra,  qarakürədi, ağkürədi,  samarqantdı - 

sel apardı. 10 balvazdı, 10 metisdi, 10 bozaxdı - canım, seldə axdı və 

s. Çoban yerindən qalxıb bir dəri çıxarıb sərkara göstərir və deyir: 

– Haq-hesabda qaldı sənin qoyununun birisi - bu da onun də-

risi.  Bunu  deyib  çoban  dərini  atır  sərkarın  qabağına.  Sərkar  bir 

dəriyə,  bir  də  çobana  baxıb  bir  şaqqanaq    çəkir  ki,  evdəkilər 

yerlərindən dik atılırlar. Çoban evdən çıxa-çıxa sərkara deyir: 

–  Deyəsən,  aşna  haq-hesabın  düz  çıxır  deyə  gülürsən.  Eybi 

yoxdu, gül, dayananda gəlib əlmuzdumu da alacağam. 

 

Biz inanmamışdıq, amma sən inan 

 

Çobanları  arvadının  onlara  doyunca  yemək  vermədiyindən 



şikayətləndə həmişə sərkar Məcid deyərmiş: 

– A  bala, çox  yeməyin  cana ziyanı olduğunu eşitməmisiniz? 

Atalar  havayı  deməyiflər  ki,  çox  yemək  adamı  az  yeməkdən  də 

eliyər. Kim desə ki, çox yemək az yeməkdən yaxşıdır, eşidin, am-

ma inanmayın. 

Bu  minvalla  sərkar Məcid  çobanlarına zülm edər, onlara qa-

rın dolusu yemək verməyə qoymurmuş.Çobanlar da onun acığına 

sürünü  yaxşı otarmır, arxacdan



72

 uzaqlaşan kimi  bir dərəyə  yığıb 

yatdırırdılar.  Bir  axşam  arxaca  5-6  qonaq  gəlir.  Sərkar  çobanlara 

üzünü tutub deyir: 

– Tez bir kök heyvan gətirib kəsin!  Çobanlardan bir dilavəri 

deyir: 


–  Sərkar,  qoy  gedib  sürünü  ələk-vələk  eləsinlər.  Əgər  bircə 

dənə  kəsməyə  yarayası  heyvan  “tapmadıq”  -  desələr,  həm  eşit, 

həm də inan.  

Bunu deyib çobanlar ağaclarını sərkarın qavağına atıb: 

–  Biz  hamımız  gedirik.  Buna  da  inan,  -  deyib  onlar    kəndə 

doğru yol alırlar. 




 

245 


Qənd payımı yiyəjəm 

 

 

Qaraqoyunlu bir dostuna qonaq olur. Ev sahibi bir neçə tanı-

şını da evinə çağırır. Qonaqlara çay süfrəsi açırlar. Bir, iki, üç stə-

kan və daha çox çay içənlər olur.  

Qaraqoyunlu bir stəkan çay içib dayanır. Amma görür ki, ha-

mı çay içməklə məşguldu. Növbəti çay stəkanını onun da qabağı-

na qoyurlar. 

Qaraqoyunlu çay paylayana deyir: 

– Mən çay istəmirəm. 

Çay  paylayan  çay  dolu  stəkanı  qaytarıb  podnusuna  qoyur, 

əlini uzadıb qənd qabını da qaraqoyunlunun qabağından götürmək 

istəyir. Qaraqoyunlu tələsik dillənir: 

– Dəymə, qənd payımı yiyəjəm. 

 

Cürbəcür ixtilətlər



 

 

 

Allah yoluna qayıt! 



 

 

Birisinin dinə etinasızlığını görən bir adam ona öyüd-nəsihət 

verir. Deyir: 

– A bala, oruc tut, namaz qıl, Allaha dualar elə ki, sənin gü-

nahlaro bağışlasın. Günahın çoxdur.  

İmansız deyir: 

–  Maa  namaz  qılmaq  düşmür.  Namaz  suralarını  bilmirəm. 

Necə namaz qılım, Allaha necə dua edim?  

Dindar deyir: 

– Gündə bir dəfə dəstəmaz al, üzo qibləyə tutub di: 



Ağ qoyun, qara qoyun, 

Başımı yerə qoyum.  

Ağ üzüm, qara üzüm, 

Başımı yerdən üzüm. 

İmansız deyir: 

– Elə habı? 



 

246 


Dindar deyir: 

–  Hə,  bala,  sənin  üzo  qibləyə  tutub,  əyilib-qalxmağın  elə 

namazdı. 

İmansız adam yaz vaxtı bir çəməndə namaz qılanda qaşqası-

na  nəsə  batır.  Bunu  bəhanə  gətirib  bir  daha  namaz  qılmır.  Onu 

töhmətləyənlərə deyir: 

– Sizə dimədimmi mənə namaz düşmür. 

Dindar yenə onu yola gətirməyə çalışıb deyir: 

– Bəs oruc tutmaq nicə? 

İmansız deyir: 

– Orucu tutaram. Bu işə sözüm yoxdu.  

Oruc yay vaxtına düşür. Görürlər ki, imansız tut ağacında tut 

yiyir. Deyirlər: 

– Ə… hayındı nağarırsan? 

İmansız deyir: 

– Vallah, elə tutlar var ki, biri bir oruca dəyər.  

 

Ərəb nə yiyir… 

 

 

Ərəb  dəvənin  üstündə  gəzirdi.  Külək  də  qabaxdan  əsirdi. 

Ərəb torbadan nə isə çıxarıb ağzına aparırdı. Amma kişinin yemək 

istədiklərini külək havaya soorurdu.  

Ərəbdən soruşurlar:  

– Ay ərəb, nə yiyirsən? 

– Külək ki, belə əsir, heç nə. 

 

Təzə hökumət gəlir 

 

Qızıl Ordu Şəkinin 10-12 kilometrliyinə çatanda arada söylə-



nirdi ki, yeni hökumət varlıların döylətini əllərinnən alıb fağırlara 

vericihdi. 

Fağırlar: 

– “Şura hökuməti gəlir, dalımızın dayağı olan hökumət gəlir” 

- deyə bir-birilərini muştuluqlayirlar. 

Hamballar, fəhlələr yığışıb rus ordusunun qabağına gedirlər. 




 

247 


Hökumət  Şəkiyə çatandan sonra  işlər söylənilən  kimi olmur. 

Varlıları,  döylətliləri  tutub  dustaqxanalara  salırlar,  bəzilərini 

sürgün eləyirlər, döylətlərini,  var-yoxlarını  əllərinnən alıb apardı-

lar.  Varlılar  tutulduğundan  hanbalların  işi  azalır.  Qapısında  işçi 

saxlayanlar  işçiləri  buraxırlar.  Alver  dayanır,  gediş-gəliş  kəsilir. 

Kasıbların  vəziyyəti  bir az da pisləşir. Hamballar  mahnılarını də-

yişdirib başqa cür oxuyurlar: 

Gör nə günə qoydular  

Bizi bu bolşeviklər, 

Tülki kimi soydular 

Bizi bu bolşeviklər. 

Bir  qədər  sonra  tərbiyədə,  məişətdə  də  dəyişiklik  özünü 

göstərir. Qadınlar çadralarını atırlar, kişilər isə papaqlarını. Bu ha-

la camaat yeni mahnılar qoşur: 



Başında papax dəli Söyün, 

Gözündə qapax dəli Söyün. 

Qızlar qoşuldu qaçdı, 

Gəl gedax tapax dəli Söyün. 

Hamballar,  fəhlələr  eşidib  arzuladıqları  xoşbaxtliği  hələ  də 

gözləyirlər. 

 

 



Heydər doğa alası almağa gedir 

 

 



Uzbaşıyev Heydərin anası deyir: 

–  Heydər,  anan  saa  qurban,  qonağımız  olacax,  get  bazardan 

ətnən doğa alası al gətir.  

Heydər öydən çıxır. “Uxarı bazarda bir balaca özümü düzəl-

dim” - deyə düşünür.  

Beləcə  aşagı  bazara  çatanacan  3-4  yoldaşını  da  başına  yığır. 

Onlar əvvəl Qəzərin, sonra da Kosagəldinin midqanına baş vurul-

lar. Midqanın qabağında fayton dayanır. Yoldaşlardan biri fayton-

çu ilə nə isə danışır, qayıdıb curlarına deyir:  

–  Yevlaxda  bir  adama  çatası  amanat  var.  Bu  faytonla  gedib 

amanatı verək, bu faytonla da qayıdarox. Uzağı günortaya burda-



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə