Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə74/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   70   71   72   73   74   75   76   77   ...   147

 

234 


Layisqi ixtilətləri 

 

...Saa nə var? 

 

Layisqili  əlinə  xəncər  alaraq  həmkəndlisini  qovurdu.  Qaçan 



yolda eşşəklə gedən birisinə rast gəlir və onu təqibdən gizlətməyi 

xahiş  edir.  Eşşəklə  gedən  ona  eşşəyin  altına  girərək  4  ayaqlı  da-

yanmağı məsləhət görür. Qavan bunlara yaxınlaşaraq eşşəkdəkin-

dən qovduğu adamı görüb-görmədiyini soruşur. O da görmədiyini 

söyləyir.  Qovan,  eşşəyin  altındakının  kim  olması  ilə  maraqlanır. 

Eşşəkçi  deyir  ki,  bu,  eşşəyin  balasıdır.  Qavan  getmək  istərkən 

baxıb görür ki, eşşək erkəkdir. Deyir, a kişi, niyə yalan danışırsan, 

heç  erkək eşşəyin də  balası olar. Eşşəyin  altında  dayanmış qaçan 

adam görür ki, işin zibili çıxır, altdan qayıdır ki,  

–  Hayındı  saa  nə  var?  İstəsəm  dədəmnən  gedərəm,  istəsəm 

ciyimnən. 

 

Dekan Tofiq oğluna toy edir 



 

Dekan  Tofiq  oğlu  Bəlyara  toy  etməyə  hazırlaşırdı.  Toylarda 

doyunca  yeyib-içdiyindən  bilirdi  ki,  öz  oğlunun  toyunda  artıq-

laması ilə yemək, araq-çaxır verməsə adam içinə çıxa bilməz. Çox 

götür-qoydan sonra kiçik oğlu Məbudu da götürüb üz tutur Qaxın 

gürcülər  yaşayan  Əlibəyli  kəndinə.  Bir  neçə  gürcünün  çaxırının 

dadına baxdıqdan sonra yaşlı bir gürcünün çaxırını bəyənir. Toyun 

bütün  araq  və  çaxırını  ondan  götürəcəyini  deyir.  Gürcü  Tofiqin 

üst-başına,  geyiminə,  hərəkətlərinə,  danışığına  görə  onu  sanballı 

adam hesab edir. Tofiq cibindən pasportunu çıxarıb gürcüyə gös-

tərərək deyir ki, heç narahat olma, mən Şəkinin Baş Layisqi kən-

dindənəm, adım Tofiqdir, oğlumun toyunu edib sabahı günü sənin 

pulunu göndərəcəm.  

Dekan  Tofiq  oğluna  “güclü”  toy  edir,  nağara-zurnanın  əks-

sədası  dağlara  yayılır,  gürcüdən  alıb  gətirdiyi  araq-çaxır  sel-su 

kimi axır... 




 

235 


Toydan  iki  gün  sonra  Tofiq  oğlu  Məbudu  yanına  çağıraraq 

ona 50 manat pul verərək deyir ki, apar gürcüyə ver və de ki, atam 

özü gələsi idi, alınmadı, toyda yeyib-içib “piyan” olub dalaşıblar, 

iş milisə düşüb, o işi yoluna qoyub pulun hamısını gətirib verəcək. 

Oğlu atası dediyi  kimi edir, gürcünü tapıb 50 manatı ona verərək 

atasının dediklərini ona çatdırır. Milisin adını eşidən gürcü qorxur, 

təşvişə düşür, 50 manatı da qaytarıb deyir ki, apar bu pulu da ata-

na ver və de ki, işini yoluna qoysun, təki milisdən qurtarsın, mənə 

heç  nə  lazım  deyil.  Amandı,  məni  bu  işə  qatmayın,  xataya  sal-

mayın.          



 

Qaraqoyunlu ixtilətləri 

 

Ürəkli and içən və cavabını alan 



 

Birisi həmişə orda-burda yalan danışar və həmişə də yalanına 

haqq  qazandırmaq  üçün  “əgər  yalan  deyirəmsə,  anamın  südü 

mənə haram olsun” - deyə and içərmiş. Bir dəfə də bir (yığıncaq) 

məclisdə  yalan danışıb anasının  südünə and  içəndə onun  lap kör-

pəliyinə  bələd  olan,  onun  ana  südü  ilə  deyil,  “malış”la  böyüdü-

yünü bilən birisi deyir: 

– Bala, anan xəstə olduğu üçün sənə bircə dəfə də olsun döş 

sütü vermiyif. Sən “malış”nan böyümüsən. Odur ki, sən ana sütü-

nə yox, “malış”a  and iç. Özü də çəkinif eləmə, lap ürəkli and iç, 

mən “zamin” dururam. 

 

“Hamıdan”, yaxud atasının adını bilməyən oğul 

 

Bic  doğulanın  birisi  tez-tez  onunla-bununla  höcətləşər  və 

“mən  kişi  oğluyam,  heç  kəsdən  qorxmuram”,  -  deyə  xoruzlanır-

mış.  Lakin,  adamlar  onun  anasının  pozğun  bir  qadın  olduğunu, 

çoxlu  üzlər  gördüyünü,  onun  bicdən  doğulduğunu  etika  xatirinə 

üzünə vurmazlarmış. 




 

236 


Lakin  bir  dəfə  gimgədə  birisi  ilə  sözü  çəp  gəlir  və  mən  elə 

kişinin  oğluyam  ki,  ...  onunla  mübahisə  eyləyən  dözməyib  onun 

sözünü kəsərək deyir: 

– Ə, sən hası kişinin oğlusan. Dədəyin adını de burdakılar da 

bilsin! 

Bic davakər karıxır və deməyə söz tapmayıb gözlərini döyür: 

– Niyə elə deyirsən ə. Onun atasının adını hamı bilir. Bilmə-

yənlər də, qoy özü də bilsin ki, onun atasının adı “Hamıdan”dı! 

   

Məsəl var deyərlər: 

“Eyibli eybini bilsə başına kilim doliyər” 

 

“İki çıxmışı olannar” 

 

Suçmalı  Pirələddin  kişi  gözlərinin  birini  Böyük  Vətən 

müharibəsində itirmişdi. Ona görə də “kor Pirələddin” ləqəbini al-

mışdı.  Lakin  deyirlər  ki,  bir  gözü  olsa  da  Pirələddin  kişi  ikigöz-

lülərdən  daha  yaxşı  görürmüş.  Odur  ki,  çöldə-bayırda,  iş  yerində 

bir çətinliyə düşəndə  yoldaşları  “yenə onu düzəltməyə Pirələddin 

yaxşıdı,” - deyəndə Pirələddin də hazırcavablıqla deyərmiş: “O iki 

çıxmışı olannar hardadı ki, məni deyirsiyiz”. 

 

Teymuroğlunun birinci və ən uzun səyahəti 

və ya Aşıq gördüyünü çağırar (məsəl) 

 

Dərəcənnətli  Teymuroğlu  Məhəmmədin  yaşı  100-ü  keçib. 

Demək  olar  ki,  onun  bütün  ömrü  dağda-dərədə,  aranda-yaylaqda 

keçib.  Bircə  günü  də  qoyun-quzusuz  olmayıb.  Günlərin  bir  günü 

necə olursa onu dilə tutub Bakıda yaşayan oğlu Səmədgilə aparır-

lar. Bu, onun ömründə  birinci dəfə öz oylağından, qoyunlarından 

ayrıldığı bir hal olur. Oğul onu Bakı ilə tanış etmək üçün gəzməyə 

aparır.  Teymuroğlu  bağlarda,  parklarda,  xiyabanlarda  gəzdikcə 

yalnız  yaşıl  otlara,  çiçəklərə  həsrətlə  tamaşa  edir.  Oğlu  bunun 

mənasını yaxşı bilsə də atasına deyir: 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə