Microsoft Word Antol-18-Seki



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə80/147
tarix24.12.2017
ölçüsü3,58 Mb.
#18033
1   ...   76   77   78   79   80   81   82   83   ...   147

 

256 


XIV. ƏHVALATLAR 

 

Dodu əhvalatları 

 

Dodu  meşəsinin  heyvanları  haqqında  ən  maraqlı  söhbəti 

qəsəbəmizin kömürçüsü, Kömürçü Kəməş dayı edərdi. O, deyirdi: 

“Palıd  ağacından  yüksək  kefiyyətli  kömür  əldə  edirdim.  Onun 

gövdəsini  paralamaq  üçün  çoxlu  çüy  vurmuşdum.  Axşam  düşdü-

yündən  gövdəni  dəzgahda  qoyub,  kömürümü    ulağa  yükləyib 

apardım. Ancaq səhəri qayıdanda həmin palıd kötüyünün üstündə 

qıçlarını  aşırıb  oturan  bir  ayı  gördüm.  Mən  nə  qədər  qışqırdım, 

dəhrə,  baltanı  daşa  vurub  səs  saldım,  “  ay  kafir,  dur  get  mənim 

dəzgahımdan, işimi görüm” dedim. Ayı tərpənmədi ki, tərpənmə-

di. Heyvan  başını  bulayır, dilini  çıxarır  və  məni  yalvarıcı  nəzərlə 

süzürdü. Diqqətlə  baxdıqda gördüm ki, ayı dünən çaldığım   cüy-

ləri  bir-bir  çıxarıb  kənara  tullamış,  lakin  axırıncı  çüyü  çıxaranda 

xayaları ağacın yarığına düşmüşdü. Ağac ayıya əziyyət verir, onu 

tərpənməyə  və  durub getməyə qoymurdu. Mən  bunu  başa düşən 

kimi  ehtiyatla  ağac  kötüyünün  o  biri  başına  yaxınlaşıb,  yenidən 

çüyləri yerinə saldım. Ağac yarmacları aralandı və ayı xilas oldu. 

Heyvan durdu və kənardan mənə baxmağa başladı. Lakin hər cür 

cəhdimə baxmayaraq o dəzgahı tərk etmədi. Mən də əlacsız qalıb 

onun  müşahidəsi  ilə  öz  işimi  gördüm.  Nahar  vaxtı  yeməyimdən 

ona  da  atdım.  O  cəld  yedi  və  nəsə  donquldandı,  yəqin  təşəkkür 

edirdi. Mənim arxamca qarabaqara  gəlirdi. Ayı məni dağ ətəyinə, 

Qaratoyuq  bulağına  qədər  ötürdü.  Səhər  mən  yenidən  dağa  gə-

ləndə ayını həmin yerdə gördüm. Həmin gün də o, məni müşahidə 

etdi. Beləliklə, biz hər gün Qaratoyuq bulağında səhər görüşür və 

axşam  isə  həmin  yerdə ayrılırdıq” Deyirlər ki,  Kəməş dayı  ikinci 

dünya  müharibəsinə getdikdən  sonra da ayı  hər gün  həmin  yerdə 

onu gözləyirmiş.  

Deyilənlərə  görə  Kəməş  dayının  dostluğa  naxələf  çıxdığını 

güman edən ayı ağlayıb donquldana-donquldana geri dönərdi. Kö-

mürçü  Kəməş  müharibədən  gəlmədi  ki,  gəlmədi.  Beləliklə,  mü-



 

257 


haribə anaları oğulsuz, uşaqları atasız, gəlinləri ərsiz,bacıları qar-

daşsız qoyduğu kimi, ayını da  Kəməş dayısız qoymuşdu.  

Mehriban  oxucum!  Bu  yazdıqlarım  nağıla  bənzəsə  də  , 

həqiqətdir! Dodu meşələrinin ayıları ilə rastlaşmaq mənə də  nəsib 

oldu və hətta onlardan mənə “hədiyyə” də yadigar qalmışdır. Əh-

valat belə olub. Günlərin bir günü Xan yaylağına səfər zamanı da-

ğın zirvəsində, xanın  məşhur “fayton  yoluna”  yaxın  bir  yerdə sə-

hər yeməyi yeyib su içmək istədik, lakin gördüyümüz ehtiyat suya 

dəymək fikirində deyildik. Həmin yerdə ağacların başı qırılıb sal-

lanmışdı. Bu isə ayının ağaca  çıxıb vadini seyr etdiyini və bizim 

gəlməyimizə  diqqət    yetirdiyini  göstərirdi.  Belə  qalın  meşədə, 

çoxlu heyvan ləpirləri olan bir yerdə suyun olmamasına şübhə ilə 

yanaşdım.  Yerin torpaq qatının altına baxmağı məsləhət gördüm. 

Bacım oğlu balaca Rahim dəhrə ilə yeri eşməyə başladı. Nəticədə 

torpaq örtüyünün altında məsaməli, qumlu, daş qaya çıxdı. Həmin 

təbaşir  yaşlı  dağ  süxurlarından  çox  zəif  su  damcılanmasını  gör-

dük. Sonra daşın altında torpaqdan gölməçə düzəltməli olduq. La-

kin  torpaqdan  olan  çuxur  suyu  saxlamırdı.  Odur  ki,  dərənin  di-

bindən gilli torpaq tapdıq. Gölməçənin içərisini şirələdik; nazik gil 

su  axmasının  qarşısını  aldı.Su  damcısı  zəif  olduğundan,  suyun 

yığılması  və durulması üçün çox  vaxt tələb edəcəyini düşündüm. 

Rahimin əvəzsiz zəhmətini nəzərə alıb, bulağa “Rahim bulağı” adı 

verdim  və  öz  yolumuza  davam  etdik.  Qayıdan  başı  burdan  keşib 

gedəcəyimizə və qabda evə su aparacağımıza söz verdik. Lakin bu 

bizə  qismət  olmadı.  Düz  8  saatdan  sonra  biz  bura  qayıtdıqda 

suyun yenə bulanıq olduğunu gördük. Suyun belə uzun müddətdə 

durulmaması  heç  inandırıcı  deyildi.  Suya  “əl  qatıldığını”  yəqin 

etdik. Müşahidələr göstərdi ki, “Rahim bulağında” ayı öz balaları 

ilə  “şənlik”  qurmuş,  bir  dağ  donuzunun  başı  gəmirilmiş,  bulaq 

“sahibinin”  yaxınlaşmasını  hiss  edib,  suyumuzdan  içib  və  bulağı 

bulandırıb qaçmışlar. Biz bulağa  yaxınlaşanda  dostumun oğlu tə-

cürbəli Güləli bunları hiss etmiş, lakin yorğun şəhər uşaqlarını təş-

vişə  salmamaq  üçün  susmuşdu.  Ayının  qoyub  getdiyi  qaban  ba-

şının əti çox yaxşı gəmirildiyinə görə kəllədə dişlər və çənəaltı iki 




 

258 


qılıncı yaxşı görünürdü. Mən qaban kəlləsinin ayıdan suvenir kimi 

evə  gətirdim,  onu  daha  da  yaxçı  cilalayıb  təmizlədim.  Şəffaf  lak 

sürtdüm  və  otağımda  divardan  asdım.  Onun  iki  dişindən  dəsmal 

asmaq üçün istufadə etdik. Lakin yadımda bu da qaldı ki, ayıların 

dostluğu ilə bərabaər, su bulandırmağı da varmış... 

Vadinin  vəhşi  heyvanlar  aləmini  təssəvür  etmək  üçün  qaban 

sürüsü ilə görüşümüzü də xatırlamaq maraqlıdır. Biz bir dəstə bö-

yüklü və kiçikli  adam Yanıqlı dərə  ilə qalxmaq  istədikdə  dərənin 

yuxarı hissəsindən donuz sürüsünün keçdiyini gördük. Biz çox hə-

yəcanla  onları  kinolenti  kimi  seyr  edirdik.  Düşündüm  ki,  “çöl 

yiyəsiz  olanda  donuz  təpəyə  çıxar”  misalı  necə  də  yerində  de-

yilib.Gözümüzün  önündən  əvvəl  ana  və  ata  qabanlar,  axırda  da 

onların balaları keçirdi. Axırıncı qaban balası keçdikdə gördük ki, 

dərə  aşağı  üstümüzə  yumuru  iri  bir  daş  gəlir.  Biz  qaçıb  canımızı 

xilas  etdik.  Axırıncı  qaban  keçdikdən    sonra  daşın  qəsdən  və  ya 

təsadüf nəticəsində gəldiyini deyə bilmərəm. Ancaq bunun qaban 

sürülərinin vidalaşma simvolu olduğu şübhəsiz idi.   

 

Başqa bir görüş 

 

 

Dumanlı  və  yağmurlu  gündə  yoldaşlarımdan  ayrı  düşüb  dar 



bir sarma   (yol) ilə başaşağı böyük sürətlə qaçırdım. Yolun əymə-

sində birdən boz qabanla burun-buruna, göz-gözə rastlaşdım. Sən 

demə,  məndən  də  çox  tələsən  qaban  həmin  sarma  ilə  yuxarı  qa-

çırmış.  Qabanın  üst  dodaqlarının  altında  iki  ağappaq  ağaran  “qı-

lınçı” və mənim əlimdə heç nəyin olmaması gözümü çox qorxut-

muş,  qəflət  görüş  məni  sarsıtmışdı.  Hə  edəcəyimi  bilmirdim.  İki 

çıxış  yolu  var  idi.  Biri    “üzr  istəyib” qabanı kənara  itələyərək öz 

yolumu  davam  etdirməli  idim.  İkinci  yol  isə  dönüb  geri  qaçıb 

özümü xilas etməli idim. “Donuzdan bir tük çəksən də qazancdır” 

məsəlinin  nə  qədər  yersiz  olduğunu  hiss  etdim.  Mən  hələ  bir 

qərara gəlməmiş, qaban özünü sola atıb, meşə aşağı çox iti sürətlə 

qaçdı. Mən ürəyimdə onun tez qərara gəlib qaçmaq “qaçaqlığını” 

alqışladım. Hər igidin işi deyil dostluğu başa vursun” dedim. Ani 



Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə