6
imkanları müəyyən etmiş və elmi nailiyyətlər əsasında
kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinin
konkret istiqamətlərini təklif etmişdi. Respublika rəhbəri
həmin Plenumda yüksək məhsuldar, xəstəliyə davamlı
yerli bitki sortları yaratmağa imkan verən aqrar elmin
nailiyyətlərinə, toxumçuluq təsərrüfatlarının inkişafına,
damazlıq təsərrüfatlarının işinin yaxşılaşdırılmasına və
məhsuldar heyvan cinslərinin yetişdirilməsi məsələlərinə
böyük diqqət yetirməsinin vacibliyini əsaslandırmışdır. Bu
baxımdan plenumda həmçinin aqrar sahədə çalışan alim-
lərin qarşısında dənli bitkilər, pambıq, üzüm, tərəvəz,
meyvə və başqa məhsulların yetişdirilməsi və becərilməsi
ilə əlaqədar mütərəqqi texnologiyaların işlənib hazır-
lanması və tətbiqi üzrə vəzifələr qoyulmuşdur.
1970-ci il iyulun 23-də Sov.İKP MK və SSRİ Nazirlər
Soveti respublika rəhbərliyinin təşəbbüsü əsasında "Azər-
baycan SSR-də kənd təsərrüfatının inkişafı tədbirləri
haqqında" qərar qəbul etdi. Bu sənəd respublikada kənd
təsərrüfatının sonrakı inkişafı üzrə konkret məsələləri
müəyyən edən fəaliyyət proqramı oldu. Tezliklə kənd
təsərrüfatının pambıqçılıq, üzümçülük, taxılçılıq, meyvə-
çilik, çayçılıq və heyvandarlıq kimi sahələrinin sonrakı
inkişafı üzrə proqramlar işlənib hazırlandı. Respublikanın
ayrı-ayrı regionlarında bitkiçilik və heyvandarlıq sahələri
üzrə ixtisaslaşmanın əsası qoyuldu. Suvarılan əkinçiliyin
respublikada kənd təsərrüfatının inkişafının əsasını təşkil
etdiyini nəzərə alaraq, irriqasiya-meliorasiya qurğuları
tikintisinin genişləndirilməsi, onların keyfiyyətinin yaxşı-
laşdırılması, şoran torpaqların yuyulması üzrə işlərin
7
sürətləndirilməsi əsas vəzifələrdən biri hesab edilirdi.
İstehsal proseslərinin kompleks mexanikləşdirilməsi və
əməyin təşkilinin təkmilləşdirilməsi üzrə işlər də geniş
vüsət almışdı. İttifaq Hökuməti yuxarıda göstərilən
məsələlərin həllini təmin etmək məqsədi ilə respublikanın
texnika əldə etməsi üçün milyonlarla maliyyə vəsaiti,
ehtiyat hissələri, tikinti materialları, mineral gübrələr,
bitkilərin xəstəliklərinə və zərərvericilərə qarşı mübarizə
üçün kimyəvi preparatlar ayırmışdı.
Kənd təsərrüfatının sonrakı inkişafı üzrə İttifaq və
respublika hökumətinin qərarları İnstitutun fəaliyyətində
islahatların və elmi tədqiqat işləri planında köklü dəyişik-
liklərin əsasını təşkil etdi. Aqrar elmin qarşısında duran
yeni vəzifələr nəzərə alınmaqla institutun strukturu, elmi
axtarışların və tədqiqatların mövzuları yenilənmiş, təsər-
rüfatlararası kooperasiya və aqrosənaye inteqrasiyası,
istehsalın və əməyin təsərrüfatdaxili təşkili, maddi həvəs-
ləndirmə və başqa məsələlər tədqiq edilmiş, kənd
təsərrüfatı müəssisələrinin optimal ölçüləri, onların
rasional yerləşdirilməsi, kənd təsərrüfatında ixtisaslaş-
manın dərinləşməsi və respublika təsərrüfatlarında əkin
sahələrinin strukturunun əsaslandırılması üzrə tövsiyələr
verilmişdi. Həmçinin aqrar sahənin əsas sahələri, o
cümlədən – pambıqçılıq, üzümçülük, tərəvəzçilik, tütün-
çülük, taxılçılıq, quşçuluq və heyvandarlığın infrastrukturu
ilə bağlı bir sıra tədqiqatlar və araşdırmalar həyata
keçirilmiş, kollektiv münasibətlərin, kooperasiya və
inteqrasiya proseslərinin inkişafı və təkmilləşdirilməsi,
özünümaliyyələşdirmə prinsipinin reallaşdırılması, təbii
8
şərait nəzərə alınmaqla kənd təsərrüfatının ixtisaslaş-
masına dair tövsiyələr verilmişdir. Bu tədqiqatlar institu-
tun alimləri tərəfindən dərc edilmiş bir sıra monoqrafiya
və kitabların əsasını təşkil etmişdir.
Müxtəlif illərdə instituta kənd təsərrüfatı istehsalı
sahəsində tanınmış mütəxəssis və təşkilatçı, i.e.d., profes-
sor Mirzəyev Sultan Abbas oğlu (1963-1973-cü illər),
i.e.d. professor Qayıbov Kərim Məmməd oğlu (1973-
1977-ci illər), i.e.n. dosent Məmmədov Rasim Fəti oğlu
(1977-1979-cu illər), i.e.n. dosent Hacıyev Əhməd Hafiz
oğlu (1979-1987-ci illər), i.e.d. professor Qasımov Həsən
Allahyar oğlu (1988-1992-ci illər), i.e.d. professor
Verdiyev Əhməd Çoban oğlu (1993-2001-ci illər) rəhbər-
lik etmişdir.
Qorbaçovun dağıdıcı yenidənqurmasının son mərhə-
ləsində Azərbaycanda kənd təsərrüfatının üzümçülük,
pambıqçılıq və başqa bu kimi sahələrinin fəaliyyəti əslində
dağıdılırdı. Həmin illərdə ölkə ərzaq təhlükəsi ilə üzləşdi.
1990-cı illərin əvvəllərində aqrar iqtisadiyyatın göstəri-
cilərinin təhlili göstərir ki, aqrar sahə öz imkanlarından
qat-qat aşağı səviyyədə işləyirdi. Kənd təsərrüfatında əmək
məhsuldarlığı kəskin azalmışdı.
SSRİ dağılandan və Azərbaycan öz dövlət müstəqil-
liyini bərpa edəndən (18 oktyabr 1991-ci il) sonra ölkənin
tarixinin yeni dövrü - müstəqil, suveren dövlət dövrü baş-
landı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə dünya
miqyaslı görkəmli siyasətçi Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra ölkədə vəziyyət kökündən dəyişdi. O, ilk
növbədə vətəndaş müharibəsini və erməni silahlı qüvvələri
9
tərəfindən hərbi təcavüzü dayandırmağa nail oldu. Bunun
nəticəsində respublika iqtisadiyyatının böhrandan çıxarıl-
ması və sabitləşdirilməsinə şərait yarandı. 1995-ci ilin
noyabrında müstəqil Azərbaycanın Konstitusiyası qəbul
edildi. Bu əsasda sonradan Respublika parlamenti
tərəfindən 1000-dən çox qanunverici və normativ- hüquqi
aktlar qəbul edilmişdir Onların 500-dən çoxu aparılan
islahatların sürətləndirilməsinə və respublika iqtisadiy-
yatının effektivliyinin artırılmasına yönəldilmişdir.
Bu mürəkkəb illərdə Heydər Əliyevin ölkəmizin
həyatında yürütdüyü hərtərəfli düşünülmüş xarici və daxili
siyasət nəticəsində, daxili və xarici qüvvələrin yaratdığı
maneələr aradan qaldırıldı, ölkəni vətəndaş qarşıdurması,
özbaşınalıq, dərin iqtisadi və sosial-siyasi böhran, xarici
siyasi mühitdən təcrid olunma vəziyyətindən çıxardı, onu
sabit və davamlı inkişaf məcrasına salınması təmin olundu.
Ölkə inamla ayağa qalxdı, həm yaradıcı fəaliyyət üçün,
həm də dövlətçiliyin qorunub saxlanması və inkişafı üçün
şərait yarandı. Buna görə 1996-cı ildən başlayaraq və
sonrakı illərdə Azərbaycanın sosial-iqtisadi inkişafı bir
qədər sabitləşməyə başladı ki, bu da ilk növbədə, real
ÜDM-nin artımında əks olundu.
Keçid dövrünün bütün çətinliklərinə baxmayaraq,
dövlət hər vasitə ilə ölkənin ərzaq təhlükəsizliyinin
təminatında aparıcı rol oynayan aqrar sahənin inkişafına
qayğı və yardım göstərirdi. 1995-ci ildən başlayaraq
həyata keçirilən, əsasını ümummilli lider Heydər Əliyevin
qoyduğu aqrar islahatlar bazar münasibətlərinin yaran-
masına ciddi təsir göstərdi. Azərbaycanın ərzaq təhlükəsiz-
Dostları ilə paylaş: |