30
İqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik
dissertasiyası müdafiə etmişdir.
Gənc alim elə həmin il Bakı şəhərinə qayıtmış və
Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutun-
da kiçik elmi işçi vəzifəsində işlədikdən sonra 1957-ci ilin
əvvəlindən öz taleyini iqtisad elmilə bağlamışdır.
Akademiyanın iqtisadiyyat bölməsinə (1958-ci ilin may
ayından İqtisadiyyat İnstitutuna çevrilmişdir) kiçik elmi işçi
vəzifəsinə işə keçmiş, burada elmi fəaliyyətini davam
etdirmiş və bu günədək, bu institutla əlaqəsini kəsməmiş
"Regional iqtisadiyyat" şöbəsində yerinə yetirilən elmi
tədqiqat işlərinə bilavasitə elmi rəhbərlik edir və burada fəal
elmi tədqiqat işlərinə rəhbərlik edir.
Onun keçdiyi bu paralel həyat yolu da, elmi yaradıcılığı
da, respublika iqtisadiyyatının inkişafı problemlərinin
tədqiqinə qeyri-standart yanaşma metodlarının tədqiqi də öz
orijinallığı ilə fərqlənir. Məhz orijinal elmi-tədqiqat metodu,
respublika iqtisadiyyatının problemlərinə dərindən bələd
olmaq, onların həllinə qeyri-standart yanaşmaq və zəhmət-
sevərlik A.A.Nadirovu respublika iqtisadiyyatının ən kəskin
və aktual problemlərindən biri olan məhsuldar qüvvələrin
yerləşdirilməsinin tədqiqatçısı kimi nəinki Azərbaycanda,
həm də onun hüdudlarından çox-çox kənarlarda tanıtmışdır.
Asəf Nadirovun tədqiqatlarını nəzərdən keçirdikdə onun
elmi maraq və fəaliyyət dairəsinin olduqca geniş və
çoxcəhətli olduğu dərhal gözə çarpır. Onun əsərləri
Azərbaycan iqtisadiyyatının inkişafının aktual problemlərinə
və xüsusilə də məhsuldar qüvvələrin yerləşdirilməsi,
şəhərlərin və regionların inkişafı, sənaye qovşaqları və ərazi-
31
istehsal komplekslərinin səmərəli formalaşması, ərazi
planlaşdırma və iqtisadi rayonlaşdırma, sənayenin inkişafı
və səmərəli yerləşdirilməsi kimi respublikamız üçün həmişə
aktuallıq kəsb edən problemlərə həsr olunmuşdur. Məhz bu
istiqamətdə respublikamızda ilkin olaraq apardığı tədqiqatlar
A.A.Nadirovu ölkəmizdə və onun hüdudlarından kənarda
görkəmli iqtisadçı alimlərdən və elmin təşkilatçılarından
biri, regional iqtisadiyyatın tədqiqi sahəsində Azərbaycan
məktəbinin banisi kimi tanıtdırmışdır.
A.A.Nadirov aspirant olduğu vaxtlarda, Naxçıvan
Muxtar Respublikasının iqtisadiyyatına dair nəşr etdirdiyi
məqalələrilə özünün regional iqtisadiyyat üzrə bacarıqlı
tədqiqatçı olduğunu sübut etmişdir. Namizədlik dissertasiya-
sının müdafiəsindən sonrakı ilk illərdə o, İttifaq alimləri ilə
birlikdə bir sıra müştərək məqalələr nəşr etdirmiş və həmin
vaxtdan keçmiş İttifaqda regional tədqiqatçı, iqtisadçı alim
kimi diqqət çəkmişdir.
Qeyd edildiyi kimi, A.A.Nadirov hansı vəzifədə
işləməsindən asılı olmayaraq, öz elmi taleyini İqtisadiyyat
İnstitutuna bağlamış və burada özünün geniş və çoxcəhətli
elmi axtarışlarını dərinləşdirmiş, iqtisadiyyat sahəsində
sanballı əsərləri ilə tədqiqatçıların və dövlət strukturlarının
maraq dairəsində olmuşdur.
Respublika iqtisadçıları arasında ilk dəfə olaraq
A.A.Nadirov ötən əsrin 60-cı illərində şəhər iqtisadiyyatının
tədqiqinə önəm vermiş, xırda və orta şəhərləri müəyyənləş-
dirmiş və onların ən perspektivlilərinin regional mədəni-
iqtisadi mərkəz kimi formalaşmasının zəruriliyini elmi
cəhətdən əsaslandırmışdır. Bu ideyalar sonrakı illərdə
32
respublikada düzgün regional siyasət yeridilməsində, xırda
və orta şəhərlərin inkişafında müsbət rol oynamışdır. Onun
perspektivli xırda və orta şəhərlərin elə səviyyədə inkişaf
etdirilməsi ideyasını irəli sürürdü ki, onlar regionların yerli
ehtiyat və imkanlarından tam və səmərəli istifadəyə xidmət
edə bilsin.
Respublikadaxili iqtisadi rayonlaşdırma və ərazi
planlaşdırmanın təkmilləşdirilməsi məsələlərinin kompleks
şəkildə tədqiqi də A.A.Nadirovun elmi yaradıcılığında
mühüm yer tutur. Hələ 1958-ci ildə apardığı tədqiqatı
ümumiləşdirərək A.A.Nadirov B.Əbdürəhmanov və başqa-
ları ilə birlikdə Azərbaycanın iqtisadi rayonlaşmasının
təkmilləşməsi ideyasını irəli sürmüşdür. O, işləyib
hazırladığı müvafiq elmi prinsipləri əldə rəhbər tutaraq ilk
olaraq yeni iqtisadi rayonlar şəbəkəsinin yaradılmasını təklif
etmişdir.
A.A.Nadirov sonralar bu problemə öz yaradıcılığında
dəfələrlə müraciət etmiş və 60-cı illərdə ərazi-istehsal
komplekslərini tədqiq edərək ilk dəfə olaraq DQMV-nin
iqtisadi rayon tələblərinə cavab vermədiyini sübut etmiş və
onun Ağdam-Stepanakert (Xankəndi) iqtisadi rayonunun
tərkibinə daxil edilməsi fikrini irəli sürmüşdür. Lakin çox
təəssüflər olsun ki, bu fikir lazımi dairələrdə düzgün
anlaşılmamış və reallaşmamışdır.
90-cı illərin əvvəllərində A.A.Nadirovun yaxından
iştirakı ilə respublikanın iqtisadi rayonlaşmasının təkmilləş-
dirilməsi məsələsi Azərbaycan EA İqtisadiyyat və Coğrafiya
institutlarının, İqtisadiyyat Nazirliyinin, İqtisadi İslahatlar
Mərkəzinin və başqa müvafiq elm və tədris müəssisələrinin
33
yüksək ixtisaslı mütəxəssislərinin iştirakı ilə müzakirə
olunmuşdur. Son nəticədə onun bir sıra mütəxəssislərlə
(B.Ə. Budaqov, Ə. X. Nuriyev, K. S. Hüseynov, T. Q.
Həsənov və i a.) birlikdə hazırladığı yeni iqtisadi rayonlaşma
şəbəkəsi təklif olunmuşdur. Təklif olunan yeni iqtisadi
rayonlaşma şəbəkəsi 1996-cı ildən başlayaraq Təhsil
Nazirliyinin sərəncamı ilə orta məktəblərdə coğrafiyanın
tədrisində, habelə elmi-tədqiqat işlərində istifadə olunur.
Bütün elmi fəaliyyəti dövründə A.A.Nadirovun yaradıcı-
lığının ana xəttini sənayenin-inkişafı, onun quruluşunun
təkmilləşdirilməsi və səmərəli yerləşdirilməsi problemləri
təşkil etmişdir və indi də təşkil edir. Akademik A. Nadirov
hələ özünün ilk tədqiqatlarında ipəkçiliyin və ipək
sənayesinin səmərəli inkişafı üçün respublikada geniş təbii
imkanların, əhalinin böyük istehsal təcrübəsi və tarixi
ənənələrinin mövcud olduğunu əsaslandırmışdır.
60-cı illərin əvvəllərində A.A.Nadirovun rəhbərliyi və
fəal iştirakı ilə Azərbaycanın yeyinti sənayesinin inkişafı və
yerləşdirilməsi problemləri tədqiq olunmuşdu. Kollektiv
monoqrafiya kimi nəşr edilən bu iş (Azərbaycanın yeyinti
sənayesi. Elm, 1963,437 s.) həmin dövrdə iqtisad elmində
mühüm nailiyyət kimi qeyd edilmişdir. Sonrakı illərdə bu
monoqrafiyanın materiallarından Azərbaycanda yeyinti
sənayesinin inkişaf proqnozları işlənib hazırlanarkən istifadə
olunmuş və həmin monoqrafiyanın materialları əsasında
Bakıda keçmiş SSRİ-nin tanınmış alimlərinin iştirakı ilə
böyük elmi-praktik konfrans keçirilmişdir.
A.A.Nadirov 1968-ci ildə "Azərbaycanda sənayenin
səmərəli yerləşdirilməsinin iqtisadi problemləri" mövzusun-
Dostları ilə paylaş: |