38
böyük elmi təşkilatçılıq qabiliyyətinə malik olduğunu sübut
etmişdir.
Bütün bunlarla yanaşı, A.A.Nadirov uzun illər bir sıra
məsul vəzifələri ictimai əsaslarla icra etmiş və indi də edir.
O, EA İqtisadiyyat İnstitutu nəzdində yaradılmış, iqtisad
elmləri doktoru elmi dərəcəsi verən vaxtilə respublikada
yeganə ixtisaslaşmış müdafiə şurasının 1980-1989-cu illərdə
sədr müavini, 1990-1998-ci illərdə isə sədri olmuşdur. Bütün
bu vəzifələrdə işləyərkən A.A.Nadirov geniş ictimai-siyasi
və təşkilati iş aparmış, elmin inkişafında, elmi kadrların
seçilməsi və hazırlanmasında, dissertasiyaların obyektiv
müzakirəsi və müdafiəsinin keçirilməsində müstəsna rol
oynamışdır. Akademik A. A. Nadirovun bilavasitə rəhbərliyi
ilə 50 elmlər namizədi və 5 elmlər doktoru hazırlanmışdır.
Hazırda o, 5 aspiranta müvəffəqiyyətlə rəhbərlik edir.
A.A.Nadirov keçmiş İttifaq məkanında, xüsusilə
Azərbaycanda iqtisad elminin aktual nəzəri-metodoloji və
təcrübi problemlərinin tədqiqinə həsr olunmuş 800-dən çox
elmi əsərin, o cümlədən monoqrafiya, kitab və kitabçanın
müəllifidir. Bu əsərlərin bir hissəsi sabiq ittifaqda və başqa
xarici ölkələrdə nəşr olunmuşdur. Respublikanın iqtisadi
ədəbiyyatında onun ilk dəfə 1965-ci ildə çap olunmuş
"Sosialist istehsalının yerləşdirilməsi" (rus dilində) və 1966-
cı ildə nəşr edilmiş "Azərbaycan şəhərlərinin iqtisadi inkişaf
məsələləri" (rus dilində) adlı fundamental əsərlərində ərazi-
istehsal kompleksinin istehsalın ərazi təşkilinin səmərəli
forması olması ilə bağlı bir sıra prinsipial nəzəri-metodoloji
məsələlər tədqiq olunmuş, respublikada formalaşan ərazi-
39
istehsal kompleksləri və onların formalaşması səviyyəsi
müəyyən edilmişdir.
A.A.Nadirov 1966-1981-ci illərdə "Azərbaycan SSR
Elmlər Akademiyası Xəbərləri "İqtisadiyyat" seriyasının baş
redaktor müavini, 1981-ci ildən hazırkı dövrədək həmin
jurnalın baş redaktoru vəzifəsində işləyir. Bütün bu müddət
ərzində o, elmi məqalələrin dövrün aktual problemlərinə
uyğun olaraq seçilməsinə, vaxtında və keyfiyyətlə çap
olunmasına, gənc alimlərin, aspirantların məqalələrinin
qəbul olunmasına və çap edilməsinə ciddi diqqət yetirir. O,
bir çox qəzet və jurnalların, o cümlədən beynəlxalq
" Общество и экономика"
jurnalının redaksiya heyətinin
üzvüdür.
A. Nadirov yuxarıda qeyd edildiyi kimi görkəmli
tədqiqatçı alim olmaqla bərabər, həm də elmi işləri tədrislə
sıx əlaqələndirməyi bacaran gözəl müəllimdir. O, 40 ilə
yaxındır ki, Azərbaycan Dövlət Universitetində (hazırda
Bakı Dövlət Universiteti), son illərdə habelə başqa ali
məktəblərdə müxtəlif iqtisadi fənlərdən mühazirələr oxuyur.
Ali məktəblər üçün bir sıra dərsliklərin yazılmasında
müvafiq bölmələrin müəllifi kimi iştirak etmiş və elmi
redaktoru olmuşdur.
Asəf Nadirov uzun illər həm keçmiş İttifaq respub-
likalarında, həm də bir çox xarici ölkələrdə (Fransa,
Hindistan, Türkiyə, İran, Almaniya, Yunanıstan, Macarıstan,
Belçika və s.) keçirilən beynəlxalq simpozium və elmi
konfranslarda Azərbaycan iqtisad elmini layiqincə təmsil
etmişdir. Bundan başqa o, Azərbaycanda keçirilən çoxsaylı
beynəlxalq, regional və respublika elmi forum, simpozium
40
və konfranslarının əsas təşkilatçılarından biri kimi əsas
məruzələrlə çıxış etmişdir.
A.Nadirovun əməyi dövlətimiz tərəfindən yüksək
qiymətləndirilmişdir. O, bir çox orden və medallara, fəxri
fərmanlara layiq görülmüşdür.
41
Ələsgərov Ağasəlim Kərim oğlu
A.K.Ələsgərov 1928-ci ildə fəhlə
ailəsində anadan olmuşdur. 1946-cı ildə
K.Marks adına Azərbaycan Dövlət Xalq
Təsərrüfatı İnstitutuna daxil olmuş və
1950-ci ildə oranı müvəffəqiyyətlə
bitirərək, kənd təsərrüfatının iqtisadiy-
yatı üzrə ixtisasa yiyələnmişdir.
Həmin il o, dövlət bölgüsünə əsasən
Bakı şəhəri Xalq Deputatları Sovetinin plan komissiyasında
işə göndərilmiş və 1953-cü ilədək burada iqtisadçı, baş
iqtisadçı, mənzil-kommunal, əsaslı tikinti şöbələrinin müdiri
və Bakı şəhəri uçot-inventarizasiya idarəsinin rəhbəri
vəzifələrində çalışmışdır. Respublika direktiv orqanlarının
təklifi ilə o, SSRİ Nazirlər Sovetinin qərarı ilə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində
yaradılmış siyasi iqtisad, fəlsəfə, marksizm-leninizm
müəllimləri hazırlayan xüsusi məktəbi bitirmiş və SSRİ ali
məktəblərində həmin fəndən dərs demək hüququ
qazanmışdır.
A.K.Ələsgərov sonra M.Ə.Əzizbəyov adına Azərbaycan
Sənaye İnstitutunun "Siyasi iqtisad" kafedrasında müəllimlik
etməklə yanaşı, Bakı Şəhər Soveti İcraiyyə Komitəsində də
çalışır. Elmə olan böyük arzusunu nəzərə alaraq, Azərbaycan
EA Rəyasət heyəti onu yenidən Moskva şəhərinə SSRİ EA-
nın İqtisadiyyat İnstitutunun aspiranturasına göndərir. 1958-
ci ildə A.K.Ələsgərov ilk dəfə SSRİ-də "Pambığın maya
dəyəri və onun aşağı salınması yolları" (kolxozların
42
timsalında) mövzusunda namizədlik dissertasiyasını
müvəffəqiyyətlə müdafiə edir və ona iqtisad elmləri
namizədi, elmi dərəcəsi verilir. Bu zaman A.K.Ələsgərov
SSRİ-də iqtisad elminin flaqmanı olan bu institutun aparıcı
aqrar alimlərinin diqqətini cəlb edir. SSRİ dağılana kimi o,
həmin institutun kollektivi ilə fəal əməkdaşlıq etmiş. SSRİ
EA-nın aqrar münasibətlər, dünya sosialist sistemi elmi
şuralarına üzv seçilmişdir.
Azərbaycan EA-nın iqtisadiyyat bölməsində kiçik elmi
işçi vəzifəsinə təyin edilən Ağasəlim müəllim 1958-1967-ci
illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda elmi katib
işləyir. 1967-74-cü illərdə isə A.K.Ələsgərov həmin
institutun “Siyasi iqtisadın ümumi problemləri” şöbəsinə
rəhbərlik etmişdir. 1961-ci ildə ona SSRİ Ali Attestasiya
Komissiyası tərəfindən böyük elmi işçi adı verilir. 1968-ci
ildə "Kənd təsərrüfatının ixtisaslaşması və onun iqtisadi
effektliyi" mövzusunda dissertasiya müdafiə edərək iqtisad
elmləri doktoru elmi adına yiyələnir 1989-cu ildən isə
professor A.K.Ələsgərov Azərbaycan EA-nın müxbir
üzvüdür.
Onun elmi marağı və elmi-tədqiqat miqyası çox geniş və
rəngarəngdir. Belə ki, son 25 il ərzində A.K.Ələsgərov
"Nəqliyyat iqtisadi əlaqələrinin səmərəliliyi", "Xalq
təsərrüfatı komplekslərinin optimallaşdırılması", "Şəhər və
kənd arasında sosial-iqtisadi fərqlərin aradan götürülməsi",
"Aqrar problemlər" şöbələrinə rəhbərlik etmişdir. 1981-ci
ildə institutun direktor müavini vəzifəsinə irəli çəkilir. 1989-
cu ildən 1998-ci ilədək həmin institutun direktoru, "Xarici
ölkələrlə iqtisadi əlaqələr" şöbəsinə rəhbərlik edərək intensiv
Dostları ilə paylaş: |