Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

 
 
72
 
 
 
katibi vəzifələrində çalışmışdır. Həmin dövr iki çağırış 
Azərbaycan SSR Ali Sovetinin və bir çağırış SSRİ Ali 
Sovetinin deputatı seçilmişdir. 
Soltan Mirzəyev yüksək dövlət və partiya vəzifələrində 
işləyərkən həmişə aqrar iqtisad elminin inkişafı yollarını 
müəyyənləşdirməyə çalışmış, aqrar iqtisad elminin inkişafı 
üçün ciddi əmək sərf etmişdir. 
Soltan Mirzəyev Azərbaycan KP MK katibi işləyərkən 
öz nüfuzundan və  səlahiyyətindən istifadə edərək, Kənd 
Təsərrüfatı Nazirliyinin iqtisad bazasında 1962-ci ilin may 
ayında xüsusi qərarla Az. ETKTİ və Tİ-nin yaranmasına nail 
olmuşdur. 
1963-cü ildə Azərbaycan KP MK katibi vəzifəsindən 
azad edilən S.A.Mirzəyev Az. ETKTİ  və  Tİ-yə direktor 
təyin edilmiş  və  10  il  həmin vəzifədə çalışmışdır. O, 
institutun inkişafı üçün çox zəhmət çəkmişdir. Moskvanın 
nüfuzlu elmi-tədqiqat mərkəzləri ilə işgüzar əlaqələr yaradan 
S.Mirzəyev gənc alimlərin yetişdirilməsinə böyük diqqət 
yetirirdi. 
Az.ETKTİ  və  Tİ-də direktor işlədiyi 10 ildə S.A. 
Mirzəyevin gərgin  əməyi nəticəsində 100 nəfərə  qədər 
yüksək ixtisaslı elmi kadrların yetişdirilməsini təmin 
etmişdir. 
S.Mirzəyev 1964-cü ildə iqtisad elmləri doktoru alimlik 
dərəcəsi alır. Onun çoxsaylı elmi məqalələri, kitablarında 
kənd təsərrüfatı istehsalının aktual problemlərinin tədqiqi öz 
əksini tapmışdır. 
S.Mirzəyev Azərbaycanın kənd təsərrüfatının ixtisaslaş-
masının nəzəri-metodoloji problemlərini öyrənən ilk 


 
 
73
 
 
 
iqtisadçı alimlərdəndir. Onu həmçinin Azərbaycanın kənd 
təsərrüfatının aparılması sisteminin hazırlanmasında aparıcı 
müəlliflərindən saymaq olar. 
S.Mirzəyev 1993-cü ildə vəfat etmişdir. 
 
 


 
 
74
 
 
 
Məmmədov Rasim Fəti oğlu 
 
Məmmədov Rasim Fəti oğlu 
1940-cı ildə İmişli rayonunda dünyaya 
göz açmışdır. O, 1957-ci ildə  İmişli 
şəhər orta məktəbini bitirib, K.Marks 
adına Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutuna daxil olmuşdur. Təhsil 
illərində özünün iti zəkası, bacarığı, 
təşkilatçılığı, tələbə elmi cəmiyyətində 
və institutun ictimai işlərində  fəal iştirakı ilə  fərqlənmiş, 
hörmət qazanmışdır. 
R.Məmmədov institutu yüksək qiymətlərlə bitirib, 
doğma rayonunda müxtəlif vəzifələrdə işləmişdir. O, 1963-
cü ildə Azərbaycan Kənd Təsərrüfatının  İqtisadiyyatı  və 
Təşkili  İnstitutunun aspiranturasına daxil olmuş, sonralar 
təhsilini Moskva şəhərində davam etdirmişdir. Orada 1967-
ci ildə "Region ASK-da kənd təsərrüfatının ixtisaslaşdı-
rılması və sahə quruluşunun təkmilləşdirilməsi problemləri" 
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 
Bakıya qayıdan R.Məmmədov 1970-ci ilədək keçmiş Dövlət 
Plan Komitəsinin Kənd təsərrüfatı  şöbəsində  işləmişdir. 
Əmək fəaliyyətinin sonrakı 15 ildən çoxu Az.ETKTİ və Tİ 
ilə bağlı olmuşdur. Həmin institutda şöbə müdiri, elmi işlər 
üzrə direktor müavini, 1977-1981-ci illərdə isə direktor əvəzi 
işləmişdir. 
R.Məmmədov 1987-ci ildə "Region ASK-da kənd 
təsərrüfatının inkişafı  və ixtisaslaşdırılması problemləri" 
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 


 
 
75
 
 
 
R.Məmmədov uzun illər boyu qazandığı zəngin biliyi və 
təcrübəsini gənc nəslə  aşılamaq, yüksək ixtisaslı mütəxəs-
sislər hazırlamaq işində  fəal iştirak etmişdir. Azərbaycan 
Dövlət  İqtisad  İnstitutu yaradıldıqdan sonra orada 
“İqtisadiyyatın tənzimlənməsi” fakültəsinin dekanı  işləmiş-
dir. Professor R. Məmmədovun rəhbərliyi və qayğısı ilə 
onlarca aspirant və dissertant alimlik dərəcəsi almışdır. Alim 
aqrar iqtisadiyyatın aktual məsələlərinə dair 150-yə yaxın 
elmi əsərin müəllifidir. 
Professor R. Məmmədov keçmiş Ümumittifaq Kənd 
Təsərrüfatı EA Zaqafqaziya filialının Kənd təsərrüfatının 
iqtisadiyyatı  və  təşkili bölməsinin sədr müavini, respub-
likada ASK-nın elmi təminatı Mərkəzindəki iqtisadiyyat və 
idarəetmə bölməsinin üzvü, Elmlər Akademiyası yanında 
iqtisadi problemlər üzrə Elmi Şuranın Aqrosənaye 
inteqrasiyası problemləri bölməsinin sədri və bir sıra 
respublika jurnalları redaksiya heyətinin üzvü kimi səmərəli 
fəaliyyət göstərmişdir. 
Professor R.Məmmədov təkcə Azərbaycanda deyil, həm 
də MDB respublikalarında kənd təsərrüfatının iqtisadiyyatı, 
inkişafının proqnozlaşdırılması  və  məhsuldar qüvvələrin 
yerləşdirilməsi sahəsində görkəmli alim kimi tanınırdı. 
2000-ci ildə vəfat etmişdir. 
 
 
 
 


 
 
76
 
 
 
Hacıyev Əhməd Hafiz oğlu 
 
Əhməd Hafiz oğlu Hacıyev 1937-ci 
ildə Gürcüstan Respublikasının Qardabani 
rayonunun Qaracalar kəndində anadan 
olmuşdur. Orta məktəbi doğma Qaracalar 
kəndində bitirdikdən sonra Azərbaycan 
Xalq Təsərrüfatı  İnstitutuna (indiki 
ADİU) daxil olaraq təhsilini davam 
etdirmişdir.  Əhməd Hacıyev təyinatla Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda kiçik elmi işçi kimi işə başlamış  və iki ildən 
sonra Moskvaya aspiranturaya göndərilmişdir. 
1967- ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunda namizədlik 
dissertasiyası müdafiə etmişdir. Bakıya qayıdan  Əhməd 
Hacıyev doğma institutda əvvəlcə kiçik elmi işçi, 1971-ci 
ildən isə  şöbə müdiri vəzifəsində  işləmişdir. 1980-ci ildə 
həmin instituta direktor təyin olunmuşdur.  Əhməd Hacıyev 
1990-1992-ci illərdə Elmi - Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  şöbə müdiri işləmiş, 
1992-ci ildən hal-hazıra kimi Azərbaycan Dövlət  İqtisad 
İnstitutunun dosentidir. 
Əhməd Hacıyev Ümumittifaq miqyaslı, Zaqafqaziya və 
Respublika konfranslarında müvəffəqiyyətlə 
çıxışlar 
etmişdir. 14 nəfər elmlər namizədinə elmi rəhbər olmuşdur. 
Onun 200-ə yaxın elmi əsəri, 20 kitabı çap edilmişdir (2006-
cı ildə  «Àãðàð-ñÿíàéå êîìïëåêñèíèí èãòèñàäèééàòû», 2011-ci 
ildə «Aqrar sferanın iqtisadiyyatı  və idarəedilməsi» 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə