Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

 
 
81
 
 
 
Verdiyev Əhməd Çoban oğlu 
 
Əhməd Çoban oğlu Verdiyev 1940-
cı ildə Tovuz rayonunun İsakənd 
kəndində kolxozçu ailəsində anadan 
olmuşdur. Ali təhsilini S. Ağamalıoğlu 
adına Azərbaycan Kənd Təsərrüfatı 
İnstitutunda almışdır. 1970-ci ildə 
“İqtisadiyyat” fakültəsini fərqlənmə 
diplomu ilə bitirib, təyinatla Azərbaycan 
Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutuna işə göndərilmişdir. O, burada aspiranturanın 
əyani şöbəsini bitirdikdən sonra kiçik elmi işçi, baş elmi işçi, 
şöbə müdiri, elmi işlər üzrə direktor müavini işləmişdir. 
1993-cü ildən 2001-ci ilin mart ayınadək həmin institutun 
direktoru vəzifəsində çalışmışdır. Ə. Verdiyev 1974-cü ildə 
elmlər namizədi, 1989-cu ildə elmlər doktoru və 1992-ci ildə 
professor adına layiq görülmüş, 1999-cu ildə Birləşmiş 
Millətlər Təşkilatının Beynəlxalq  İnformatizasiya Akade-
miyasının akademiki seçilmişdir. 
Professor  Ə.Verdiyevin elmi-tədqiqat miqyası geniş  və 
rəngarəngdir. Azərbaycan milli aqrar iqtisad elminin nəzəri-
metodoloji məsələlərinin öyrənilməsi, kənd təsərrüfatının 
inkişaf konsepsiyası, sahə strukturunun formalaşdırılması, 
məhsulun kapital, fond və material tutumunun müəyyən-
ləşdirilməsi, təsərrüfatçılığın iqtisadi mexanizminin yara-
dılması, sahələrarası kooperasiya və inteqrasiya əlaqələri, 
sahibkarlığın inkişafı, rəqabət qabiliyyətli təsərrüfatların 
inkişaf parametrlərinin müəyyənləşdirilməsi, aqrar bazarın 


 
 
82
 
 
 
formalaşdırılmasının iqtisadi mexanizmi və sairə 
Ə.Verdiyevin elmi araşdırmalarının başlıca istiqamətləri 
olmuşdur. 
Professor  Ə.Verdiyevin rəhbərliyi və bilavasitə  iştirakı 
ilə "Bazar iqtisadiyyatı  şəraitində aqrar-sənaye kompleksi 
sistemində 
təsərrüfatçılığın iqtisadi mexanizminin 
formalaşdırılmasının elmi əsasları" işlənib başa çatdırıl-
mışdır. Tədqiqat nəticəsində  kənd təsərrüfatı  məhsulları 
istehsalının stimullaşdırılmasına, kənddə sahibkarlığın 
inkişafına, aqrar-sənaye kompleksinin idarə edilməsinin 
təşkilati quruluşunun təkmilləşdirilməsinə, maliyyə-kredit 
münasibətləri və investisiya siyasətinə, müəssisələrarası yeni 
kooperasiya və inteqrasiya əlaqələrinin formalaşdırılmasına, 
yeni torpaq münasibətlərinə  və maddi-texniki resurslar 
bazarı və aqroservis xidmətinin təşkilinə dair elmi cəhətdən 
əsaslandırılmış təkliflər və tövsiyələr hazırlanmışdır. 
Həmin təklif və tövsiyələrdən aqrar-sənaye kompleksi-
nin inkişafını  tənzimləyən qanunçuluq bazasının yaradıl-
masında, hökumət tərəfindən müvafiq normativ-hüquqi 
aktların qəbulunda və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq 
struktur bölmələrinin idarəçilik fəaliyyətində istifadə edilmiş 
və edilir. 
Professor  Ə.Verdiyevin beynəlxalq layihələrlə birgə 
apardığı  tədqiqatlar onun elmi fəaliyyətinin  əsas istiqa-
mətlərindən biri olmuşdur, O, Avropa Birliyi Şurasının 
TASİS proqramı üzrə "Müstəqil Dövlətlər Birliyi ölkələrində 
ümumi aqrar bazarın yaradılması" layihəsinin Azərbaycan 
Respublikası üzrə  məsləhətçi qrupuna rəhbərlik etmişdir. 
Onun rəhbərliyi altında "Müstəqil Dövlətlər Birliyi 


 
 
83
 
 
 
ölkələrində  kənd təsərrüfatı  və  ərzaq məhsulları ticarətinin 
möhkəmləndirilməsi prosesinin müdafiəsi" mövzusunda 
elmi-tədqiqat işi aparılmış, hazırlanmış  təkliflər həmin 
layihənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. 
Ə.Verdiyev Almaniyanın Texniki Yardım Cəmiyyətinin 
"Kənd təsərrüfatında özəl təşəbbüslərin dəstəklənməsi" 
beynəlxalq layihəsi ilə birgə  tədqiqat aparmışdır. Layihə 
Zaqatalada aqrar islahatın aparılmasına texniki yardım 
göstərir. Aparılan aqrar islahatın nəticələri professor 
Ə.Verdiyevin rəhbərliyi altında araşdırılmış, sahibkarların 
fəaliyyətləri təhlil edilmiş, qiymətləndirilmiş  və  təkliflər 
hazırlanmışdır. Həmin təkliflərin  Şəki-Zaqatala zonasının 
digər rayonlarında istifadəsi məqsədəuyğun hesab 
edilmişdir. 
Professor  Ə.Verdiyev elmi fəaliyyəti dövründə Azər-
baycan Respublikası Dövlət Elm və Texnika Komitəsi
müvafiq elmi-tədqiqat müəssisələri ilə  də  sıx  əməkdaşlıq 
etmişdir. O, respublikanın aparıcı iqtisadçı alimləri ilə birgə 
həmin komitənin sədri görkəmli alim, akademik Azad 
Mirzəcanzadənin tapşırığı ilə "Azərbaycan Respublikasında 
iqtisadiyyatın inkişafı  və iqtisadi islahatların dərinləş-
dirilməsinin əsas istiqamətləri", "Günəş aktivliyi dövrlərinin 
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin 
öyrənilməsi, torpağın məhsuldarlığının dövriliyinin 
araşdırılması" mövzularında elmi-tədqiqat işlərini yerinə 
yetirmişdir. 
Azərbaycan Respublikası Dövlət Aqrar İslahat 
Komissiyasının üzvü kimi professor Ə.Verdiyevin elmi 
fəaliyyəti də diqqətə layiqdir. Onun bilavasitə  iştirakı ilə 


 
 
84
 
 
 
"Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komis-
siyasının, Naxçıvan Muxtar Respublikası, rayon və yerli 
aqrar islahatı komissiyalarının əsasnamələrinin layihələri" və 
"Kənd təsərrüfatı müəssisələrində  əmlakın bölünməsi və 
onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi 
qaydaları" hazırlanmış, bu çox mühüm sənədlərdən aqrar 
islahat prosesində respublikanın bütün kənd təsərrüfatı 
müəssisələrində istifadə edilmiş  və edilir. Professor 
Ə.Verdiyevin hazırladığı "Ölkənin təbii-iqlim  şəraiti nəzərə 
alınmaqla ayrı-ayrı bölgələrdə aqrar sahənin inkişaf 
perspektivlərinə dair elmi tövsiyələr"i Azərbaycan 
Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının iclasında 
müzakirə edilərək bəyənilmişdir. 
Professor Ə.Verdiyev "1999-2000-ci illərdə Azərbaycan 
Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd 
təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə 
dair" və "Azərbaycan Respublikasının  Ərzaq təhlükəsiz-
liyinə dair" Dövlət proqramlarının layihələrini hazırlayan 
hökumət işçi qrupunun üzvü kimi həmin layihələrin icraçı 
müəlliflərindən biri olmuşdur. 
Ə.Verdiyev 130-dan çox elmi əsərin müəllifidir. Onun 
ölkədə  və xaricdə nüfuzlu elmi nəşrlərdə  əsas fondlardan 
istifadənin səmərəliliyinin yüksəldilməsi, kənd təsərrüfatı 
təyinatlı əsas fondlar üzrə normativlər, bazar iqtisadiyyatı və 
qiymət, aqrar-sənaye kompleksi sistemində bazar münasibət-
lərinin formalaşması, mülkiyyət və yeni təsərrüfatçılıq 
formalarının inkişafı, qiymətlərin yaranması  və  kənddə 
sahibkarlıq fəaliyyətinin tənzimlənməsi barədə  əsərləri dərc 
edilmişdir. Ə.Verdiyevin nüfuzlu elmi nəşrlərdə dərc edilmiş 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə