81
Verdiyev Əhməd Çoban oğlu
Əhməd Çoban oğlu Verdiyev 1940-
cı ildə Tovuz rayonunun İsakənd
kəndində kolxozçu ailəsində anadan
olmuşdur. Ali təhsilini S. Ağamalıoğlu
adına Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunda almışdır. 1970-ci ildə
“İqtisadiyyat” fakültəsini fərqlənmə
diplomu ilə bitirib, təyinatla Azərbaycan
Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili
İnstitutuna işə göndərilmişdir. O, burada aspiranturanın
əyani şöbəsini bitirdikdən sonra kiçik elmi işçi, baş elmi işçi,
şöbə müdiri, elmi işlər üzrə direktor müavini işləmişdir.
1993-cü ildən 2001-ci ilin mart ayınadək həmin institutun
direktoru vəzifəsində çalışmışdır. Ə. Verdiyev 1974-cü ildə
elmlər namizədi, 1989-cu ildə elmlər doktoru və 1992-ci ildə
professor adına layiq görülmüş, 1999-cu ildə Birləşmiş
Millətlər Təşkilatının Beynəlxalq İnformatizasiya Akade-
miyasının akademiki seçilmişdir.
Professor Ə.Verdiyevin elmi-tədqiqat miqyası geniş və
rəngarəngdir. Azərbaycan milli aqrar iqtisad elminin nəzəri-
metodoloji məsələlərinin öyrənilməsi, kənd təsərrüfatının
inkişaf konsepsiyası, sahə strukturunun formalaşdırılması,
məhsulun kapital, fond və material tutumunun müəyyən-
ləşdirilməsi, təsərrüfatçılığın iqtisadi mexanizminin yara-
dılması, sahələrarası kooperasiya və inteqrasiya əlaqələri,
sahibkarlığın inkişafı, rəqabət qabiliyyətli təsərrüfatların
inkişaf parametrlərinin müəyyənləşdirilməsi, aqrar bazarın
82
formalaşdırılmasının iqtisadi mexanizmi və sairə
Ə.Verdiyevin elmi araşdırmalarının başlıca istiqamətləri
olmuşdur.
Professor Ə.Verdiyevin rəhbərliyi və bilavasitə iştirakı
ilə "Bazar iqtisadiyyatı şəraitində aqrar-sənaye kompleksi
sistemində
təsərrüfatçılığın iqtisadi mexanizminin
formalaşdırılmasının elmi əsasları" işlənib başa çatdırıl-
mışdır. Tədqiqat nəticəsində kənd təsərrüfatı məhsulları
istehsalının stimullaşdırılmasına, kənddə sahibkarlığın
inkişafına, aqrar-sənaye kompleksinin idarə edilməsinin
təşkilati quruluşunun təkmilləşdirilməsinə, maliyyə-kredit
münasibətləri və investisiya siyasətinə, müəssisələrarası yeni
kooperasiya və inteqrasiya əlaqələrinin formalaşdırılmasına,
yeni torpaq münasibətlərinə və maddi-texniki resurslar
bazarı və aqroservis xidmətinin təşkilinə dair elmi cəhətdən
əsaslandırılmış təkliflər və tövsiyələr hazırlanmışdır.
Həmin təklif və tövsiyələrdən aqrar-sənaye kompleksi-
nin inkişafını tənzimləyən qanunçuluq bazasının yaradıl-
masında, hökumət tərəfindən müvafiq normativ-hüquqi
aktların qəbulunda və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq
struktur bölmələrinin idarəçilik fəaliyyətində istifadə edilmiş
və edilir.
Professor Ə.Verdiyevin beynəlxalq layihələrlə birgə
apardığı tədqiqatlar onun elmi fəaliyyətinin əsas istiqa-
mətlərindən biri olmuşdur, O, Avropa Birliyi Şurasının
TASİS proqramı üzrə "Müstəqil Dövlətlər Birliyi ölkələrində
ümumi aqrar bazarın yaradılması" layihəsinin Azərbaycan
Respublikası üzrə məsləhətçi qrupuna rəhbərlik etmişdir.
Onun rəhbərliyi altında "Müstəqil Dövlətlər Birliyi
83
ölkələrində kənd təsərrüfatı və ərzaq məhsulları ticarətinin
möhkəmləndirilməsi prosesinin müdafiəsi" mövzusunda
elmi-tədqiqat işi aparılmış, hazırlanmış təkliflər həmin
layihənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Ə.Verdiyev Almaniyanın Texniki Yardım Cəmiyyətinin
"Kənd təsərrüfatında özəl təşəbbüslərin dəstəklənməsi"
beynəlxalq layihəsi ilə birgə tədqiqat aparmışdır. Layihə
Zaqatalada aqrar islahatın aparılmasına texniki yardım
göstərir. Aparılan aqrar islahatın nəticələri professor
Ə.Verdiyevin rəhbərliyi altında araşdırılmış, sahibkarların
fəaliyyətləri təhlil edilmiş, qiymətləndirilmiş və təkliflər
hazırlanmışdır. Həmin təkliflərin Şəki-Zaqatala zonasının
digər rayonlarında istifadəsi məqsədəuyğun hesab
edilmişdir.
Professor Ə.Verdiyev elmi fəaliyyəti dövründə Azər-
baycan Respublikası Dövlət Elm və Texnika Komitəsi,
müvafiq elmi-tədqiqat müəssisələri ilə də sıx əməkdaşlıq
etmişdir. O, respublikanın aparıcı iqtisadçı alimləri ilə birgə
həmin komitənin sədri görkəmli alim, akademik Azad
Mirzəcanzadənin tapşırığı ilə "Azərbaycan Respublikasında
iqtisadiyyatın inkişafı və iqtisadi islahatların dərinləş-
dirilməsinin əsas istiqamətləri", "Günəş aktivliyi dövrlərinin
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsirinin
öyrənilməsi, torpağın məhsuldarlığının dövriliyinin
araşdırılması" mövzularında elmi-tədqiqat işlərini yerinə
yetirmişdir.
Azərbaycan Respublikası Dövlət Aqrar İslahat
Komissiyasının üzvü kimi professor Ə.Verdiyevin elmi
fəaliyyəti də diqqətə layiqdir. Onun bilavasitə iştirakı ilə
84
"Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komis-
siyasının, Naxçıvan Muxtar Respublikası, rayon və yerli
aqrar islahatı komissiyalarının əsasnamələrinin layihələri" və
"Kənd təsərrüfatı müəssisələrində əmlakın bölünməsi və
onun bir hissəsinin bələdiyyə mülkiyyətinə verilməsi
qaydaları" hazırlanmış, bu çox mühüm sənədlərdən aqrar
islahat prosesində respublikanın bütün kənd təsərrüfatı
müəssisələrində istifadə edilmiş və edilir. Professor
Ə.Verdiyevin hazırladığı "Ölkənin təbii-iqlim şəraiti nəzərə
alınmaqla ayrı-ayrı bölgələrdə aqrar sahənin inkişaf
perspektivlərinə dair elmi tövsiyələr"i Azərbaycan
Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının iclasında
müzakirə edilərək bəyənilmişdir.
Professor Ə.Verdiyev "1999-2000-ci illərdə Azərbaycan
Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd
təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə
dair" və "Azərbaycan Respublikasının Ərzaq təhlükəsiz-
liyinə dair" Dövlət proqramlarının layihələrini hazırlayan
hökumət işçi qrupunun üzvü kimi həmin layihələrin icraçı
müəlliflərindən biri olmuşdur.
Ə.Verdiyev 130-dan çox elmi əsərin müəllifidir. Onun
ölkədə və xaricdə nüfuzlu elmi nəşrlərdə əsas fondlardan
istifadənin səmərəliliyinin yüksəldilməsi, kənd təsərrüfatı
təyinatlı əsas fondlar üzrə normativlər, bazar iqtisadiyyatı və
qiymət, aqrar-sənaye kompleksi sistemində bazar münasibət-
lərinin formalaşması, mülkiyyət və yeni təsərrüfatçılıq
formalarının inkişafı, qiymətlərin yaranması və kənddə
sahibkarlıq fəaliyyətinin tənzimlənməsi barədə əsərləri dərc
edilmişdir. Ə.Verdiyevin nüfuzlu elmi nəşrlərdə dərc edilmiş
Dostları ilə paylaş: |