Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

 
 
94
 
 
 
tərkibindəki «Kənd təsərrüfatının iqtisadiyyatı» bölməsi 
əsasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutu təşkil olunmuş  və 
H.Allahverdiyev 1968-ci ilədək bu institutda baş elmi işçi və 
şöbə müdiri vəzifələrində çalışmışdır. 
1968-ci ildə müsabiqə yolu ilə D.Bünyadzadə adına Xalq 
Təsərrüfatı İnstitutunda SSRİ xalq təsərrüfatının iqtisadiyyatı 
və planlaşdırılması kafedrasına dosent vəzifəsinə seçilmişdir. 
O, 1972-ci ildə  həmin institutun elmi şurasında doktorluq 
dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək iqtisad 
elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1973-cü 
ildən etibarən o institutda SSRİ “Xalq təsərrüfatının iqtisa-
diyyatı  və planlaşdırılması” kafedrasının müdiri vəzifəsinə 
seçilmişdir. 1977-ci ildə professor vəzifəsinə layiq 
görülmüşdür. 
SSRİ-nin süqutu ilə SSRİ xalq təsərrüfatının iqtisadiy-
yatı  və planlaşdırılması kafedrası iqtisadiyyatın dövlət 
tənzimlənməsi kafedrası ilə  əvəz edilmiş  və 2006-cı ilədək 
həmin kafedraya professor H.B.Allahverdiyev rəhbərlik 
etmişdir. Professor H.Allahverdiyev elmi-pedaqoji və ictimai 
fəaliyyəti səmərəli və geniş şaxəlidir. Onun fəaliyyətinin ən 
məhsuldar dövrü respublikada aqrar istehsalın inkişafına və 
xüsusilə onun hərtərəfli intensivləşdirilməsi probleminə həsr 
edilmişdir. Aqrar islahatların həyata keçirilməsində  və 
bütövlükdə respublikada bazar iqtisadiyyatının formalaş-
dırılması, inkişafı  və  tənzimlənməsi sahəsində çalışan  ən 
məhsuldar alimlərdən biri hesab edilir. İndiyədək 450 çap 
vərəqindən çox nəşr edilmiş elmi əsərlərin, o cümlədən 25 
adda monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. 


 
 
95
 
 
 
Professor H.Allahverdiyevin rəhbərliyi və  iştirakı ilə 
respublikamızda ilk dəfə olaraq Azərbaycan dilində «SSRİ 
xalq təsərrüfatının iqtisadiyyatı  və planlaşdırılması», 
«Qiymət və qiymətlərin əmələ gəlməsi», «İqtisadi və sosial 
proqnozlaşdırılmanın  əsasları», «Sosial inkişafın planlaş-
dırılması, «Azərbaycan kəndinin sosial inkişafı» və s. dərslik 
və dərs vəsaitləri hazırlanaraq nəşr edilmişdir. Onun bir sıra 
elmi  əsərləri və monoqrafiyaları Moskva, Sankt-Peterburq, 
Kiyev, Xarkov. Minsk və s. şəhərlərdə dərc edilmişdir. 
H.Allahverdiyev müxtəlif illərdə Moskvada, Sankt-
Peterburqda, Kiyevdə, Minskdə, Daşkənddə, Tbilisidə, 
Yerevanda və digər mərkəzi şəhərlərdə konfranslarda iştirak 
etməklə yanaşı, respublikada iqtisadiyyatın aktual proble-
minə dair məruzə və çıxışlar etmişdir. Respublikada yüksək 
ixtisaslı iqtisadçı kadrların hazırlanmasında da uğurlu 
məktəb yaratmağa nail ola bilmişdir. Onun elmi rəhbərliyi 
altında 60-dan çox azərbaycan və xarici ölkə  vətəndaşları 
iqtisad elmləri namizədi    elmi  dərəcəsi almışdır. 4 nəfər 
iqtisad elmləri doktorluq dissertasiya işinə məsləhətçi olmuş, 
70-dən çox namizədlik. 12-dək doktorluq dissertasiyasına 
rəsmi opponentlik etmişdir. H. Allahverdiyev 2008 – ci 
ilədək Azərbaycan Dövlət  İqtisad Universitetində Böyük 
Elmi  Şuranın namizədlik və doktorluq dissertasiyasının 
müdafiəsi üzrə üzvü olmuşdur. 
Həsən müəllim, sözün əsl mənasında,  ən fəal, səmimi 
ictimaiyyətçilərdəndir. O, YAP-ın  ən fəal iştirakçılarından 
biridir. O, YAP Səbail rayonu siyasi şurasının üzvüdür. 
1993-cü ildə Azərbaycan Dövlət  İqtisad Universitetində 
YAP-ın ilk ərazi təşkilatını yaratmış  və ona 2006-cı ilədək 


 
 
96
 
 
 
şərəflə  rəhbərlik etmişdir. O, 2010-cu il mart ayının 10-da 
Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı tərəfindən 
partiyanın həyatındakı  fəaliyyəti və anadan olmasının 75 
illiyi münasibətilə  təltif edilmişdir. YAP-ın I, II və III 
qurultaylarına nümayəndə seçilmişdir. 
Hazırda Azərbaycan Dövlət  İqtisad Universitetində 
iqtisadiyyatın tənzimlənməsi kafedrasında professor vəzifə-
sində çalışır. «İqtisad elmləri: nəzəriyyə  və praktika», 
«İqtisadiyyat və audit» elmi-praktik aylıq jurnalında 
redaksiya heyətinin  ən fəal üzvlərindən biridir. Mərkəzi və 
dövri mətbuatda bazar iqtisadiyyatının aktual problemlərinə 
dair ardıcıl elmi məqalələrdə çıxışlar edir. 
Həsən müəllim öz çıxışında dəfələrlə qeyd edir ki, insan 
ömrünün dəyəri onun çox yaşamasında deyil, necə yaşa-
masındadır. Həsən müəllim çox zəngin həyat məktəbi 
keçmişdir. O, milləti üçün olduqca xeyirxah işlər görən, çox 
sadə, daim öz üzərində çalışan, axtarışlarda olan faydalı bir 
şəxsiyyət kimi tanınır. Həsən müəllimin tələbələri, onu 
yaxından tanıyan həmkarları bu insanın kim olmasına 
birmənalı cavab verməkdə heç bir çətinlik çəkmədən deyirlər 
ki, o Azərbaycan iqtisadiyyatına öz töhfəsini verən iqtisadçı 
alim kimi yüksəkixtisaslı kadrların hazırlanmasında 
yorulmadan çalışan fədakar müəllim, dövlətinə, xalqına 
şərəflə xidmət edən  əsl vətəndaş kimi tanınır. Professor 
H.Allahverdiyevə qarşı bu münasibət onun prinsipial olması 
ilə yanaşı, yüksək tədris intizamına riayət etməsi, tələbələrə 
və müəllim kollektivinə qarşı yüksək həssaslıq və 
mehribanlıq göstərilməsi ilə bağlıdır. Respublika Təhsil 


 
 
97
 
 
 
Nazirliyi onun bu göstəricilərinə yüksək qiymət vermişdir. 
O, nazirliyin fəxri fərmanına layiq görülmüşdür. 
Həsən müəllim özünəməxsus iş üslubu həm kafedra, 
həm də fakultə miqyasında özünü daha qabarıq göstər-
məkdədir. Belə sistemli iş üslubu gələcək mütəxəssislərə 
göstərilən xeyirxahlığın, vətənə ləyaqətlə xidmətin, nəticədə 
iqtisadçı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsinə 
göstərilən qayğının bəhrəsidir. Həsən müəllim iqtisad elmi 
ilə yanaşı, bədii  ədəbiyyatı da çox sevir. O, sözündə  və 
əməlində bütöv, ədalətli bir şəxsdir. Dövlətimiz 
H.Allahverdiyevin elmi-pedaqoji və ictimai fəaliyyətinə 
yüksək qiymət vermişdir. O. 1989-cu ildə «Əmək veteranı» 
medalı, 2002-ci ildə isə «Şöhrət» ordeni ilə təltif edilmişdir.
 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə