Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

 
 
98
 
 
 
Alıyev İsa Hüseyn oğlu 
AMEA  İqtisadiyyat  İnstitutunun 
direktoru, iqtisad elmləri doktoru, 
professor Alıyev  İsa Hüseyn oğlu 
08.10.1953-cü ildə  Dərələyəz mahalı-
nın (keçmiş Ermənistan SSR 
Yexeqnadzor rayonunun) Qalaser 
kəndində anadan olmuşdur. Orta 
məktəbi 1970-ci ildə bitirmiş, 1970-
75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq 
Təsərrüfatı  İnstitutunda “Siyasi iqtisad” ixtisası üzrə  əyani 
təhsil almışdır. 1975-ci ildə əyani aspiranturaya qəbul olmuş
1976-77-ci illərdə isə ordu sıralarında xidmət etmişdir. 1982-
ci ildə Azərbaycan EA İqtisadiyyat  İnstitutunda “Aqrar 
sənaye birliklərində iqtisadi mənafelərin  əlaqələndirilməsi” 
adlı 08.00.01 - siyasi iqtisad ixtisası üzrə namizədlik 
dissertasiyası müdafiə etmiş, 2005-ci ildə isə “Azərbaycanda 
aqrar sahədə iqtisadi idarəetmə mexanizminin təkmil-
ləşdirilməsi” adlı doktorluq dissertasiyasını, 08.00.05 ixtisası 
üzrə müdafiə etmişdir. “İqtisadi nəzəriyyə” ixtisası üzrə 
professor elmi adına layiq görülmüşdür. 
İsa Hüseyn oğlu Alıyev uzun müddətdir ki, elmi-tədqiqat 
işlərini yerinə yetirən savadlı  və novator kadrlara rəhbərlik 
etməklə, eləcə  də yüksək ixtisaslı elmi kadrların hazır-
lanması ilə  məşğul olmaqla, respublikamızda zəngin 
təcrübəyə  və böyük nüfuza malik olan tanınmış elm 
adamlarındandır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə bir 
sıra elmi tədqiqat işləri, o cümlədən  müstəqil respub-
likamızın milli iqtisadiyyatı və dayanıqlılığı məntiqini ifadə 


 
 
99
 
 
 
edən iqtisadi nəzəriyyə  və aqrar sahənin idarə olunması ilə 
bağlı  işlər yerinə yetirilmişdir. O, 1991-95-ci illərdə 
“Respublikamızın ASK-nın təsərrüfat mexanizminin 
təkmilləşdirilməsi”, 1995-2000-ci illər  ərzində isə “Aqrar 
münasibətlərin bazar tələblərinə uyğun təkmilləşdirilməsi”, 
2000-2005-ci illərdə “Azərbaycan milli iqtisadiyyatının 
formalaşması və aqrar münasibətlərin inkişafı", 2006-2010-
cu illərdə “Qloballaşma  şəraitində Azərbaycanda aqrar 
iqtisadiyyatın dayanıqlı inkişaf istiqamətlərinin tədqiqi” adlı 
elmi-tədqiqat işlərinə  rəhbərlik etmiş  və bir sıra mühüm 
təsərrüfat əhəmiyyətli nəticələr əldə edilmişdir. 
İ.H.Alıyev eyni zamanda bir sıra hökumət və dövlət 
əhəmiyyətli işlərin yerinə yetirilməsinin  bilavasitə iştirakçısı 
olmuş, bir sıra samballı monoqrafiyaların müəllifi kimi də 
tanınmışdır. Alim  8 fərdi, 11 kollektiv monoqrafiya, 250-yə 
ya-xın elmi məqalə, tezis və  qəzet yazılarının müəllifidir. 
Bunlardan aşağıdakıları qeyd etmək olar. “Aqrar - sənaye 
birliklərində iqtisadi mənafelər”. Bakı, “Elm” nəşriyyatı, 
1978, 7 ç.v.; “Azərbaycan Respublikasında aqrar sahədə 
iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi”, Bakı, 
Elm,  2003,  20  ç.v.  (kitab  AMEA  RH  tərəfindən mühüm 
əhəmiyyətli iş kimi qiymətləndirilmişdir); “Aqrar sahənin 
inkişafının təkmilləşdirilməsi və regionlarda islahatların 
keyfiyyətcə aparılması”, Bakı, Universiteti nəşriyyatı, 2004, 
7 ç.v.; “Milli iqtisadiyyat və aqrar sahənin inkişafı 
problemləri”, Bakı, Elm, 2006, 24 ç.v.; “Qloballaşma 
şəraitində aqrar sahənin dayanaqlı inkişafının təmin 
olunmasının sosial-iqtisadi problemləri”, Bakı, Elm, 2008, 
25 ç.v., “İqtisadiyyat hamı üçün”, monoqrafiya, Bakı, 


 
 
100
 
 
 
“Avropa” nəşriyyatı, 2010, 25 ç.v. və s. O, həmçinin 40-a 
yaxın beynəlxalq (Bakı, Minsk, Moskva, Kiyev, Budapeşt, 
Astana, Daşkənd və s.) və 100-ə yaxın respublika konfrans 
və  simpoziumlarının iştirakçısı olmuşdur. 
Hazırda  İsa Alıyev AMEA İqtisadiyyat  İnstitutu  Elmi 
Şurasının və institutda fəaliyyət göstərən Müdafiə Şurasının 
sədridir.  İnstitutda nəşr olunan “AMEA İqtisadiyyat 
İnstitutunun Elmi Əsərləri” jurnalının və “Modernləşmə 
xətti” bülleten jurnalının baş redaktoru, həmçinin respub-
likada nəşr olunan “İqtisadiyyat və həyat”, “Kooperasiya” və  
digər çoxsaylı  jurnalların  redaksiya heyətinin üzvüdür.  
Onun redaktorluğu ilə bir sıra sanballı kitablar çap 
olunmuşdur. O cümlədən: 
 “Azərbaycan iqtisadiyyatı”, 1998, “Ağrıdağ” nəşriyyatı, 
400 səh., “Modernləşmə və sosial-iqtisadi inkişafın regional 
problemləri mövzusunda beynəlxalq elmi-praktiki 
konfransın materialları”, Bakı, 2009, 492 səh., “Qloballaşma 
mühitində milli iqtisadi inkişaf modelinin formalaşması 
problemləri”, Bakı, 2010, 186 səh., “İqtisadi nəzəriyyə”, 
Bakı, 2010, 750 səh., “Aqrar sahə modernləşmə dönəmində: 
(problemlər və onun həlli yolları), Bakı, 2009 və s. 
O, 1980-ci ildən həmçinin pedaqoji fəaliyyətlə  də 
məşğuldur. Rəhbərliyi ilə 1 elmlər doktoru, 15 iqtisad üzrə 
fəlsəfə doktoru, müdafiə etmiş, 2 nəfər  isə  müda-fiə 
ərəfəsindədir.  “Mən də beləyəm”, 2005, 331 səh.  şer 
kitabının müəllifidir. 
- 2003-cü ildə VEKTOR Beynəlxalq Elm Mərkəzi 
tərəfindən “XXI əsr Azərbaycan ziyalıları” Beynəlxalq 


 
 
101
 
 
 
layihəsinin qalibi olmuş və “XXI əsr Azərbaycan ziyalıları” 
Beynəlxalq ensiklopedik kitabına adı salınmışdır. 
- 2004-cü ildə “V.S.B – Simurq” Fundamental 
Araşdırmalar Bürosu tərəfindən “Məsuliyyətli və mübariz 
Azərbaycan vətəndaşı” diplomuna layiq görülmüşdür. “Qızıl 
Qələm” mükafatçısıdır. 
- 2011-ci ildə Avropanın və Böyük Britaniyanın nüfuzlu 
mükafatlarından olan “Kraliça Viktoriya xatirə medalı” ilə 
təltif edilməsi üçün namizədliyi irəli sürülmüş  və Böyük 
Britaniyanın Oksford şəhərində, Liderlərin Oksford Sammiti 
çərçivəsin-də mükafat təqdim olunmuşdur.  
2011-ci ildə “Avropa Nəşr Mətbu Evi” mükafat komis-
siyasının qərarı ilə milli-mənəvi dəyərlərimizin qorun-
masında, istedadlı  gənc alimlərin hazırlanmasında səmərəli 
fəaliyyətinə, cəmiyyətdəki fəal ziyalı mövqeyinə, kollektivə 
göstərdiyi xüsusi qayğıya, dəyərli elmi kitablarına, müasir 
ölkə iqtisadiyyatının aktual problemlərinə dair yaradıcı elmi 
təkliflərinə görə    “Ən yaxşı  vətənpərvər tədqiqatçı alim” 
qızıl medalı ilə təltif olunmuşdur. 
2012-ci ildə Beynəlxalq Sokrat Komitəsi, Avropa Açıq 
Elm Forumu, Avropa Biznes Assambleyası  və Avropa 
rektorlar klubu tərəfindən təsis edilmiş “Elmdə Ad” (the 
Name of Science) fəxri mükafatına layiq görülmüşdür. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə