85
əsərlərinə ölkənin iqtisadçı alimləri, aspirantlar, dissertantlar
və başqaları öz tədqiqatlarında istinad edirlər.
Professor Ə.Verdiyev yüksək elmi təşkilatçılıq
qabiliyyətinə malik idi. O, 30 illik elmi-pedaqoji fəaliyyəti
dövründə, sözün həqiqi mənasında, ölkədə aqrar iqtisadçılar
məktəbi yaratmışdır. Ə. Verdiyevin elmi kadrlar hazırlan-
ması sahəsində də xidmətləri böyükdür. Onun rəhbərliyi
altında 28 nəfər elmlər namizədi adını almışdır. O, pedaqoji
sahədə də az əmək sərf etməmişdir. 1993-cü ildən
Azərbaycan Dövlət İqtisad Universitetində "Dünya bazar
qiymətləri" fənnindən mühazirələr oxumuşdur. Bir neçə
xarici dövlətlərdə, о cümlədən, Almaniyada, Belçikada,
Hollandiyada və Albaniyada xidməti ezamiyyətlərdə olmuş
və qabaqcıl təcrübəni öyrənmişdir.
Professor Ə.Verdiyev həmçinin respublikanın ictimai
həyatında fəal iştirak etmişdir. O, Azərbaycan Respublikası
Dövlət Aqrar islahatı Komissiyasının və Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının
üzvü olmuşdur. Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə
ümumi aqrar bazarın yaradılması işçi qrupunda ekspert kimi
respublikanı təmsil etmişdir. Eləcə də o, institutun nəzdində
fəaliyyət göstərən elmlər namizədi elmi dərəcəsi verən
ixtisaslaşdırılmış müdafiə şurasının sədri olmuşdur.
Professor Ə.Verdiyev Rusiya Akademiyasının "Cəmiyyət və
iqtisadiyyat" beynəlxalq jurnalının redaksiya kollegiyasının,
Azərbaycan Elmlər Akademiyasının "İqtisadiyyat-xəbərlər"
jurnalının və Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin "Aqrar elm" jurnalının, "Azərbaycan Respub-
likası nümunəvi özəl kənd təsərrüfatı müəssisələrinin
86
fermerləri üçün məlumat bülleteni"nin və "Fermerin
kitabçası" seriyasının redaksiya heyətinin üzvü olmuşdur.
Professor Ə.Verdiyev təşəbbüskar, yenilikçi, yüksək
elmi təşkilatçılıq qabiliyyətinə malik, səmimi, obyektiv,
prinsipial insan kimi respublika və yaxın xarici ölkələrin
iqtisadçıları arasında hörmət qazanmışdır. O, 30 illik elmi və
pedaqoji fəaliyyəti müddətində həmişə radio və televiziyada,
həmçinin respublika dövri mətbuatında dövlətin aqrar
siyasətini təbliğ etmişdir.
2001-ci ilin mart ayında vəfat etmişdir.
87
Salahov Sadıq Vəli oğlu
S.V.Salahov 1946-cı ildə Naxçıvan
MR Şərur rayonunda anadan olmuşdur.
Həmin rayonda orta məktəbi bitirdikdən
sonra 1963-cü ildə Politexnik İnstitu-
tunun “Texnologiya” fakültəsinə daxil
olmuş və 1968-ci ildə həmin institutu
bitirərək mühəndis-texnoloq ixtisasına
yiyələnmişdir.
1968-1970-ci illərdə respublika Pambıqtəmizləmə
Sənayesi Nazirliyi müəssisələrində çalışmış və "Rəşadətli
əməyə görə" yubiley medalı ilə təltif olunmuşdur.
1970-1971-ci illərdə Politexnik İnstitutunda müəllim
işləmiş və 1971-1972-ci illərdə hərbi xidmətdə
olmuşdur.1972- 1977-ci illərdə əmək fəaliyyətini Dövlət
Plan Komitəsi Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda
əvvəlcə elmi işçi, sonra bölmə müdiri vəzifələrində davam
etdirmişdir.
1977-1983-cü illərdə Respublikada Yüngül Sənaye
Nazirliyi «Azərpambıqsənaye»
İstehsalat Birliyində
«İstehsalat» şöbəsində mühəndis, şöbə müdiri vəzifələrində
işləmiş, həmin ilin sentyabr ayından isə Respublika Nazirlər
Sovetinə işə göndərilmişdir. 1984-cü ilin sentyabr ayına kimi
Nazirlər Soveti işlər idarəsinin Yüngül Sənaye şöbəsində
böyük referent vəzifəsində çalışmışdır.
1984-cü ilin sentyabrından 1988-ci ilin mart ayınadək
Respublika Pambıqtəmizləmə Sənayesi Nazirinin müavini,
88
nazirlik istehsalat Birliyinə çevrildikdən sonra isə Birliyin
Baş direktorunun müavini vəzifələrində işləmişdir.
S.V.Salahov 1988-ci ilin martında Kənd Təsərrüfatı
Nazirliyi, Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı
və Təşkili İnstitutuna (Az.ETKTİ və Tİ) köçürülmüş və
1992-ci ilin oktyabrınadək burada elmi işçi, şöbə müdiri
vəzifələrində işləmişdir.
Həmin illərdə dövrü mətbuatda respublikada pambıq-
çılığın və üzümçülüyün perspektiv inkişafına dair geniş
məqalələrlə çıxış etmiş və pambıqçılığın inkişaf problem-
lərinə dair 4 elmi məqalə, 2 məcmuə çap etdirmişdir. Onun
elmi təklifləri 80-ci illərdə respublikada Pambıqçılıq
Kompleksinin inkişaf proqramlarında öz əksini tapmışdır.
Məhz bu səbəbdən o, 1992-ci ildə yenidən Kənd Təsərrüfatı
və Ərzaq Nazirliyinə işə dəvət edilmiş və burada 1992-1998-
ci illər ərzində Pambıq Emalı idarəsinin rəisi və sonralar isə
Xarici İqtisadi Əlaqələr Birliyinin Baş direktoru
vəzifələrində çalışmışdır. Burada işlədiyi müddətdə o,
Fransanın Toxuculuq Sənayesinin Elmi Araşdırmalar
Mərkəzi sayılan (CFDT) Toxuculuq və yüngül sənaye üzrə
yarım dövlət təşkilatı ilə birlikdə bazar iqtisadiyyatı
şəraitində, Azərbaycanda pambıqçılığın inkişafına dair elmi
araşdırmalar aparmış, alınmış nəticələr əsasında birgə
hazırlanmış proqram layihəsi Respublika hökumətinə təqdim
edilmişdir.
Aqrar islahatla əlaqədar Birlik 1998-ci ildə ləğv
olunduğundan 1998-2001-ci illərdə S.V.Salahov qeyri -
dövlət müəssisəsində iqtisadi müşavir vəzifəsində işləmişdir.
89
2001-ci ilin fevralından-may ayınadək Az.Elmi-Tədqiqat
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda
elmi işlər üzrə direktor müavini işləmiş, may ayından hal-
hazıra kimi isə həmin institutun direktoru vəzifəsində çalışır.
Onun rəhbərliyi dövründə institutun elmi istiqaməti
müasirləşmiş, tədqiqat işləri üzrə tematik planlar aqrar
sahənin müasir problemlərinə istiqamətləndirilmiş, bununla
əlaqədar olaraq institutda struktur dəyişiklikləri həyata
keçirilmişdir. Ölkənin ərzaq təhlükəsizliyi, aqrar sahənin
dövlət tənzimlənməsi, maliyyə kredit və investisiya
məsələləri, sahibkarlığın inkişafı, işçi qüvvəsinin təkrar
istehsalı, kənd əhalisinin sosial məsələləri, sosial və istehsal
infrastrukturunun inkişafı, struktur siyasəti, kooperasiya və
inteqrasiya problemlərinin öyrənilməsi və s. kimi aktual
mövzular institutun tematikasının özəyini təşkil etmişdir. Bu
illərdə aqrar sahənin aktual problemlərinə həsr olunmuş 5
respublika və 4 beynəxalq elmi praktiki konfranslar keçiril-
mişdir. İnstitut həmçinin aqrar sahənin qanunvericilik
fəaliyyətinin təkmilləşdirilməsi üzrə Milli Məclisin Aqrar
Siyasət Komissiyası ilə də ciddi iş birliyində olmaqla
respublikada aqrar iqtisadiyyat üzrə elmi mərkəzə
çevrilmişdir.
İnstitutun elmi fəaliyyəti bu illərdə Beynəlxalq elmi
əlaqələrinin davamlılığı ilə də yadda qalandır. Belə ki
institutda TASİS proqramları çərçivəsində aparılan elmi
araşdırmalar, Almaniya Federativ Respublikasının QTZ
təşkilatı ilə birgə Azərbaycanın Qax, Zaqatala, Xızı
rayonlarında kənd təsərrüfatı istehsalı üzrə aparılan
tədqiqatlar sonrakı illərdə də daha geniş müstəvidə institutun
Dostları ilə paylaş: |