Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

 
 
77
 
 
 
(müştərək) dərslikləri və s.). Ə. Hacıyevin bir çox elmi əsəri 
respublikadan kənarda – Moskvada, Kiyevdə, Leninqradda, 
Rostovda və s. dərc olunmuşdur.  Ə. Hacıyev elmi-tədqiqat 
işlərinin təbliği sahəsində də ciddi işlər yerinə yetirmişdir. O, 
keçmiş SSRİ-də, respublikada 100-dən çox beynəlxalq 
konfrans və seminarda iştirak etmiş, radio-televiziya vasitəsi 
ilə geniş  təbliğat işi aparmışdır.  Əhməd Hacıyev dəfələrlə 
SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin iştirakçısı 
olmuş  və  sərgilərin gümüş  və  qızıl medallarına layiq 
görülmüşdür. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin və 
Dövlət Plan Komitəsinin Kollegiya üzvü olmuşdur.  
O, keçmiş ittifaq və respublika səviyyəsində dərc edilən 
jurnalların, Moskvada çıxan «Экономика  сельского 
хозяйства» və  «Хлопководство», habelə Ümumittifaq 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunun elmi əsərləri, 
Azərbaycan Elmlər Akademiyasının «İqtisadiyyat bölməsi» 
redkollegiyasının üzvü seçilmiş, Az.ETKTİ  və  Tİ-nin elmi 
əsərlərinin baş redaktoru, «Azərbaycan Kənd Təsərrüfatının 
aparılma sistemi» (5 kitab) baş redaktorunun müavini 
olmuşdur. 
Eyni zamanda bir sıra müdafiə şuralarının (Azərbaycan 
Elmlər Akademiyasının  İqtisadiyyat  İnstitutu, Azərbaycan 
Xalq Təsərrüfatı İnstitutu, Moskva İqtisadiyyat İnstitutunun) 
üzvü olmuşdur. 
Ə.Hacıyev pedaqoji sahədə də ciddi işlər yerinə yetirmiş, 
aqrar-sənaye kompleksinin tədrisi üzrə müxtəlif proqramlar 
hazırlamış, bir çox bakalavr və magistr işlərinə  rəhbərlik 
etmiş və hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir. Ə. 
Hacıyev Az.ETKTİ və Tİ-na rəhbərlik etdiyi dövrdə  institut 


 
 
78
 
 
 
respublikada fəaliyyət göstərən kənd təsərrüfatı  təmayüllü 
elmi-tədqiqat müəssisələrinin və ali məktəblərin müvafiq 
kafedralarının fəaliyyətini koordinasiya edən mərkəzə 
çevrilmişdir.  İnstitut həmçinin ümumittifaq institutları  və 
ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının iqtisadiyyat 
bölməsi ilə  işgüzar  əlaqələr qurmuşdur. Bütün bunlar öz 
səmərəsini vermişdir. Belə ki, institut həm ölkə miqyasında 
tanınmış, həm də respublikanın aqrar sahəsinin intensiv 
inkişafı baxımından bir sıra müvəffəqiyyətlərə nail 
olmuşdur. 
Ə. Hacıyevin instituta  rəhbərliyi dövründə Az.ETKTİ 
və Tİ dəfələrlə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin 
iştirakçısı olmuş  və o, sərginin bürünc medalı ilə  təltif 
olunmuşdur. Həmin dövrdə institutun fəaliyyəti dövlət 
səviyyəsində yüksək qiymətləndirilmişdir.  İnstitut elmi-
tədqiqat işlərinin nəticələrinə görə dəfələrlə yarışların qalibi 
olmuş, bir çox fəxri fərmanlar almışdır. 1980-1982-ci illərdə 
institutun 5 əməkdaşı müxtəlif orden və medallarla, o 
cümlədən  Ə. Hacıyev «Şərəf nişanı» ordeni ilə  təltif 
edilmişdir. 
Ə. Hacıyev tərəfindən kadr hazırlığına ciddi diqqət 
verilmiş, hər il institutun aspiranturasına 5-8 nəfər qəbul 
edilmiş, onların əksəriyyəti müdafiyə etmişdir. H Qasımov, 
R. Məmmədov, R. Əliyev,  Ə. Verdiyev, İ. Qarayev, M. 
Fərzəliyev doktorluq dissertasiyalarını  məhz bu institutda 
hazırlamış və uğurla müdafiə etmişlər. 
 


 
 
79
 
 
 
Qasımov Həsən Allahyar oğlu 
 
Qasımov Həsən Allahyar oğlu 1940-cı 
il yanvar ayının 14-də Naxçıvan MR-in 
Babək rayonunun Qaraçuxur kəndində 
(hazırda Araz su qovşağının su anbarının 
altında qalmışdır) anadan olmuşdur. 1946-
1956-cı illərdə Qaraçuxur kəndinin 
məktəbində orta təhsil almış, 1956-cı ildə 
K.Marks adına Azərbaycan Dövlət Xalq 
Təsərrüfatı  İnstitutuna daxil olmuş  və 1961-ci ildə keçmiş 
S.M.Kirov adına ADU-nu “Mühasibat uçotu” ixtisası üzrə 
bitirmişdir. 1961-1986-cı illərdə Azərbaycan SSR Elmlər 
Akademiyasının  İqtisadiyyat  İnstitutunda laborant, baş 
laborant, kiçik elmi işçi, baş elmi işçi və  şöbə müdiri 
vəzifələrində çalışmışdır. 1968-cı ildən iqtisad elmləri 
namizədi, 1985-ci ildən isə iqtisad elmləri doktoru olmuşdur. 
1987-ci ildə professor adına layiq görülmüşdür.  
1987-1992-ci illərdə Azərbaycan Respublikası  Kənd 
Təsərrüfatı Nazirliyi nəzdində Elmi-Tədqiqat Kənd Təsər-
rüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunun direktoru 
olmuşdur. O,  bu elmi-tədqiqat müəssisəsində rəhbərlik  etdiyi 
müddətdə institutun elmi potensialı  məhsuldar işləmiş, 
kooperativlərin yaranması, təsərrüfat hesablı müəssisələr  və 
briqada podryadının kənd  təsərrüfatına dair elmi praktiki 
təkliflər hazırlamışdır. 1992-ci ilin sentyabrından ömrünün 
sonuna qədər (1994-cü il yanvarın 13-ü) Az.Dİİ-nin rektoru 
işləmişdir. Professor H. A. Qasımovun Azərbaycanda aqrar-
sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və 


 
 
80
 
 
 
inkişafı sahəsində çoxsaylı elmi məqalə  və monoqrafiyaların 
müəllifidir, aparılan elmi tədqiqatlarda  əvəzedilməz rolu 
olmuşdur. Bir neçə monoqrafiyanın, 200-dən artıq elmi məqalə 
və tezislərin müəllifidir. Başlıca  əsərləri: "Azərbaycan SSR 
kənd təsərrüfatının inkişafının mühüm problemləri". Bakı: 
"Elm", 1972 (A.K.Ələsgərovla birgə); "Təsərrüfatlararası 
kooperasiya və onun problemləri". Bakı: "Elm", 1979 (bir qrup 
müəlliflə birlikdə); "ASK-nın maddi-texniki bazasının səmərə-
liliyinin yüksəldilməsi" (rus dilində). Bakı: "Elm",1982 və  s. 
Professor Həsən Qasımovun elmi axtarışları bir mənalı 
şəkildə APK-nın iqtisadi səmərəliliyini şərtləndirən  problem-
lərin həllinə istiqamətlənmişdir. Bu əsasda müəllif APK-nın 
maddi-texniki bazasının gücləndirilməsi  məsələlərinin elmi 
əsaslarını işləmiş və tətbiqinə  nail olmuşdur.  
Bu problem mövzulardan APK-nın  maddi-texniki 
bazasının metodologiyası  və metodikasını, aqrar sahə 
strukturlarının inkişaf qanunauyğunluqlarını, sahədaxili 
struktur  yerdəyişmələrinin dinamikasını,  material-texniki  
təminatın sənaye  əsasına keçirilməsini, APK-nın regional  
xüsusiyyətləri nəzərə alınmaqla, alt sahələrdə  səmərəliliyin 
müəyyən edilməsi  kimi tədqiqat  materialları o zaman üçün 
ən aktual mövzulardan sayıla bilər.  
Professor H.A.Qasımov tələbkar alim, qayğıkeş insan, 
vətənpərvər bir ziyalı idi. Onun instituta rəhbərliyi dövründə  
çoxsaylı    gənc kadrların elmə  cəlb edilməsi elmi potensialı 
gəncləşdirmişdir. 
A.H.Qasımov 30-dan çox elmlər namizədinə elmi rəhbər
2 elmlər doktoruna elmi məsləhətçi, çoxsaylı kitab və 
monoqrafiyaların  redaktoru və  məsləhətçisi olmuşdur.  


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə