Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə32/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   28   29   30   31   32   33   34   35   ...   69

 
 
134
 
 
 
R.Əliyev postsovet məkanında və indi də Moskvada
Kiyevdə, Tbilisidə və Bakıda nəşr edilən bir çox jurnalların, 
qəzetlərin, elmi şuraların üzvüdür. Onun rəhbərliyi altında 
27 namizədlik, 6 doktorluq dissertasiyası müdafıə 
olunmuşdur. Hazırda 8 nəfər aspirant və dissertanta rəhbərlik 
edir. O, 250 nəfərdən çox iqtisad elmləri namizədinin və 
iqtisad elmləri doktorunun rəsmi opponenti olmuşdur. O, 
1996-cı ildən Beynəlxalq Energetika Akademiyasının 
müxbir üzvü, 2000-ci ildən isə  həmin Akademiyanın 
akademiki, Respublika Milli Məclisinin qəbul etdiyi 
mühasibat uçotu, audit, aqrar sənaye kompleksi, torpaq 
haqqında qanunların müəlliflərindən biridir. 
O, son 40 ildə respublikada və xüsusən respublikadan 
kənarda 120-dən çox (1 dəfə Polşada, 1 dəfə Çexoslova-
kiyada, 25 dəfə Moskvada.6 dəfə Pribaltika respublika-
larında, 2 dəfə Kiyevdə, 2 dəfə Minskdə, 3 dəfə Alma-Atada, 
2 dəfə Daşkənddə, 6 dəfə Tbilisidə, 4 dəfə Rostovda, 
Yerevanda, Novosibirskdə,  İrkutskda, Kişinyovda - 
hərəsində 2 dəfə) elmi konfrans və simpoziumlarda iştirak 
çıxışlar etmişdir. 
R.B.Əliyev harada işləməsindən və çalışmasından asılı 
olmayaraq özünü mənən həmişə Azərbaycan Elmi-Tədqiqat 
Kənd Təsərrüfatmm  İqtisadiyyatı  və  Təşkili  İnstitutunun 
yetişdirməsi və üzvü kimi hesab edib və edir. 


 
 
135
 
 
 
Adigözəlov Fikrət Salam oğlu 
Adıgözəlov Fikrət Salam oğlu 
1944-cü ildə Qubadlı rayonunun 
Qubadlı qəsəbəsində qulluqçu ailəsində 
anadan olmuşdur. 1961-ci ildə Qubadlı 
qəsəbə orta məktəbini gümüş medalla 
bitirdikdən sonra, Azərbaycan 
Politexnik İnstitutuna daxil olub, oranı 
1966-cı ildə Çay qurğularının tikintisi və HES ixtisası üzrə 
bitirmişdir. Ordu sıralarında xidmət etdikdən sonra bir 
müddət öz ixtisası üzrə istehsalatda işləmiş, 1968-ci ildən isə 
Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat 
İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş 
və 1976-cı ildən "Su resursları  və su təsərrüfatı tikintiləri" 
bölməsinə  rəhbərlik etmişdir. Hələ  tələbəlikdən elmi-
tədqiqat işləri ilə məşğul olan və tələbə elmi cəmiyyətlərində 
elmi məruzələrlə  çıxış edən F.S.Adıgözəlovu işlədiyi 
institutda məhsuldar qüvvələrin inkişafı ilə  əlaqədar 
respublikanın su ilə  təmin edilməsi, sudan istifadənin 
effektivliyi problemlərinin tədqiqi maraqlandırmışdır.  İstər 
ittifaq miqyasında, istərsə respublikamızda sudan istifadənin 
iqtisadi problemlərinə aid olduqca az tədqiqat işləri 
aparılmışdı. Odur ki, F.S.Adıgözəlov su təminatının yaxşı-
laşdırılması üçün respublikada su anbarları tikməklə çay 
axınlarının tənzimlənməsinin səmərəli variantlarını, 
sənayedə dövrəvi və  təkrar su təchizatı sisteminin tətbiq 
edilməsinin iqtisadi effektivliyini və istehsalın su 


 
 
136
 
 
 
tutumluğunun azalmasına təsir göstərən digər aktual 
problemlər sahəsində  tədqiqatlar aparmışdır. Alimin 
tədqiqatlarında istehsalda istifadə olunan suyun maya 
dəyərinin aşağı salınması, bu sahədə təsərrüfat mexanizmi-
nin təkmilləşməsi, su ehtiyatlarının regionlar və sahələr üzrə 
optimal paylanması ilə  əlaqədar su təsərrüfatı tikintilərinin 
səmərəli variantlarla həyata keçirilməsinə aid problemlərin 
elmi cəhətdən əsaslandırılmış həlli öz geniş əksini tapmışdır. 
O, tikinti və istismar təşkilatlarının təsərrüfat fəaliyyətini 
qiymətləndirmək üçün yeni sistem göstəriciləri işləyib 
hazırlamış,  ərazinin təbii iqlim şəraitindən, su təsərrüfatı 
sistemlərinin istismar xərclərinin səviyyəsindən, relyef 
şəraitindən, sistemin texniki vəziyyətindən və bir kubmetr 
suyun maya dəyərindən asılı olaraq, suya elmi cəhətdən 
diferensial qiymətlərin qoyulmasının metodikasını  işləyib 
hazırlamışdır. 
Professor F.S.Adıgözəlov Azərbaycan Dövlət Plan 
Komitəsi Elmi- Tədqiqat  İqtisadiyyat  İnstitutunda işlədiyi 
dövr  ərzində onun tərəfindən "Azərbaycan SSR-də su 
resurslarından kompleks istifadə edilməsi və onun 
effektivliyinin yüksəldilməsi", "Kənd təsərrüfatında sudan 
istifadənin iqtisadi problemləri", "1981-1985 və 1990-cı ilə 
qədər olan dövrdə Azərbaycan SSR-də  təbiətin mühafizə-
sinin kompleks proqramı  və  təbii resurslardan səmərəli 
istifadə olunması", "2000-ci ilə  qədər su hövzələri və 
beşilliklər üzrə torpaqların meliorasiyası", "1986-1990-cı 
illər və 2005-ci ilə qədər olan dövrdə regional su ehtiyatları, 
Azərbaycan SSR-də Abşeron iqtisadi rayonunda su 


 
 
137
 
 
 
təminatının yaxşılaşdırılması" kimi mövzularda elmi işlər 
yerinə yetirilmişdir. 
F.S.Adıgözəlov Azərbaycan Dövlət Plan Komitəsinin və 
Nazirlər Sovetinin tapşırıqlarına  əsasən respublikamızda su 
təsərrüfatı  təyinatlı çoxlu obyektlərin tikilib istifadəyə 
verilməsini elmi cəhətdən  əsaslandırmışdır. Bu obyektlərin 
çox hissəsi tikilib istifadəyə verilmişdir ki, bu da 
respublikamızda elektrik enerjisi istehsalını artırmış, yeni 
suvarılan torpaqları istifadəyə verməklə  kənd təsərrüfatı 
istehsalının həcmini və səmərəliliyini yüksəltmişdir. 
F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji 
və praktiki problemlərin həllinə  həsr olunduğundan geniş 
tətbiq tapmışdır. O, Azərbaycan Dövlət Plan Komitəsinin 
Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu tərəfindən tərtib olunan 
"Azərbaycan SSR-də 1970-1990-cı illərdə  məhsuldar 
qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri və 
2000-ci ilə qədər dövr üçün Azərbaycan SSR-də məhsuldar 
qüvvlərin inkişafı  və yerləşdirilməsi sxemi"nin əsas 
müəlliflərindən biridir. Onun tərəfindən keçmiş ittifaqda 
metodika cəhətdən ilk dəfə olaraq müxtəlif su ehtiyatlarına 
(quraq, mülayim quraq keçən, orta sulu keçən) malik olan 
iqtisadi rayonlar üzrə aylıq su təsərrüfatı balansları illər üzrə 
yerinə yetirilmişdir.  
F.S.Adıgözəlov apardığı  tədqiqatlar  əsasında 1976-cı 
ildə Azərbaycan EA İqtisadiyyat  İnstitutunun ixtisaslaş-
dırılmış Elmi Şurasında "Sudan səmərəli istifadə olun-
masının və mühafizəsinin Naxçıvan MSSR-də  məhsuldar 
qüvvələrin inkişafı  və yerləşdirilməsinə  təsiri" mövzusunda 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə