Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

 
 
115
 
 
 
ATƏT-in Parlament Assambleyasının üzvü, Azərbaycan-
Pakistan parlament qrupunun rəhbəri, Azərbaycan-İran və 
Azərbaycan-Özbəkistan parlament qruplarının üzvü, həm də 
Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədridir. 
1970-1982-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan 
Dövlət Pedoqoji İnstitutunun müəllimi və 1997-2002-ci illərdə 
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının dosenti olub, hal-
hazırda Azərbaycan Dövlət  İqtisad Universitetinin professoru 
vəzifəsində işləyir. 
1997-ci ildə iqtisad elmləri namizədi (iqtisad üzrə  fəlsəfə 
doktoru), 2011- ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsi 
almışdır. Beynəlxalq və respublika səviyyəsində keçirilmiş 
simpozium, konfrans və seminarlarda məruzələr etmişdir. Ölkədə 
və xaricdə  nəşr olunmuş çoxsaylı elmi məqalələrin, bir neçə 
kitabın müəllifidir.  
2005-ci ildə Respublika Prezidentinin sərəncamı ilə aqrar 
sahədə xüsusi xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 
Ailəlidir. Üç övladı və altı nəvəsi var. 
 
 


 
 
116
 
 
 
Niftullayev Vaqif Məmmədqulu oğlu  
 
Niftullayev Vaqif Məmmədqulu 
oğlu
 
1944-cü ildə Cəlilabad rayonun-
da anadan olmuşdur. V.Niftullayev 
1960-cı ildə S.M.Kirov adına 
Azərbaycan Dövlət Universitetinin 
“İqtisadiyyat” fakültəsinə daxil olub, 
1966-cı ildə həmin fakültəni bitirərək 
iqtisadçı ixtisasına yiyələnmişdir. 
1967-ci il fevral ayından 1969-cu 
il iyul ayınadək Az.ETKTİ  və  Tİ-da elmi işçi işləmişdir. 
1969-cu ilin sentyabr ayından 1972-ci ilin iyul ayınadək 
Moskva  şəhərində Ümumittifaq Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda  əyani 
aspiranturada oxumuşdur.1972-ci ilin avqust ayında 
aspiranturanı bitirərək namizədlik dissertasiyası müdafiə 
etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 
1972-ci ilin fevral ayından 1975-ci ilin yanvar ayınadək 
Az.ETKTİ və Tİ-da çalışmışdır. 
1975-1978-ci illərdə Cəlilabad və Ağdam rayonlarında 
kənd təsərrüfatının müxtəlif sahələrində işləmişdir. 1979 - 
1986-cı illərdə Az.ETKTİ  və  Tİ-da elmi işçi və baş elmi 
işçi, 1986 -cı ildən ömrünün sonunadək  şöbə müdiri 
vəzifəsində çalışmışdır. 1992-ci ildə «Yeni təsərrüfatçılıq 
şəraitində pambıqçılıqda  əmək məhsuldarlığının yüksəl-
dilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə 
etmişdir. 1993-cü ildə Ali Attestasiya Komissiyasının 
qərarı ilə ona iqtisad elmləri doktoru diplomu verilmişdir. 


 
 
117
 
 
 
Əsərləri respublika və Moskva şəhərində çap edilmişdir. 
Elmi işinin bir qismi kənd təsərrüfatında iqtisadi 
islahatların həyata keçirilməsinə  həsr edilmişdir. Ümumi-
likdə 300-dən artıq  əsərin (kitab, monoqrafiya, elmi 
məqalə və publisist yazıların) müəllifidir. İqtisadi sistemdə 
baş verən dəyişikliklərlə  əlaqədar radio və televiziyada 
mütəmadi çıxışlar etmişdir.16 fevral 1988-ci il tarixdə 
Respublika Həmkarlar  İttifaqları kurslarında kadrların 
hazırlığına göstərdiyi xidmətlərə görə həmkarlar kursunun 
sədri  Ş.Z.Sanatulov tərəfindən institutun adına təşəkkür 
məktubu göndərilmiş, V.Niftullayev döş nişanı  və pul 
mükafatı ilə mükafatlanmışdır. 
Aqrar sahənin inkişafı ilə bağlı V.Niftullayevin elmi və 
praktiki  əhəmiyyət kəsb edən aşağıdakı  əsərləri dərc 
edilmişdir: 
1. Şəxsi və yardımçı  təsərrüfatların inkişafı. Bakı,1987- 
ci il, 4,5 ç.v. 
2. Kənd təsərrüfatı istehsalının və onun bölmələrinin 
təsərrüfatdaxili planlaşdırılmasında istehsal məsarif 
normativlərinin tətbiqi. Bakı, 1988-ci il, 6,5 ç.v. 
3. Kənd təsərrüfatında planlaşdırmanın təkmilləşdiril-
məsi. Bakı, 1988-ci il, 3,0 ç.v. 
4. Yeni təsərrüfatçılıq mexanizminin tətbiqi. Bakı, 1988- 
ci il, 5,0 ç.v. 
5. Pambıqçılıqda əmək məhsuldarlığının hesablanmasının 
təkmilləşdirilməsi və  məsariflərin uçotuna nəzarət. 
Bakı, 1989-cu il, 1,5 ç.v. 


 
 
118
 
 
 
6. Pambıq  əkən kolxozlarda kənd təsərrüfatı istehsalının 
ixtisaslaşdırılması  və  təmərküzləşdirilməsinin təkmil-
ləşdirilməsi. Bakı, 1989-cu il, 2.0 ç.v. 
7. Azərbaycan Respublikasının kolxoz, sovxoz və dövlət 
müəssisələrində 1991 -1995-ci illərə  əsas istehsal 
fondlarının və  sərmayə qoyuluşunun normativləri. 
Bakı, 1989-cu il, 6,8 ç.v. 
8. Pambıqçılıqda  əmək məhsuldarlığının yüksəldilməsi 
problemləri. Bakı, 1991-ci il, 15,0 ç.v. 
9. Pambıqçılıqda  əmək məhsuldarlığının yüksəldilmə-
sində elmi-texniki tərəqqinin rolu. Bakı, 1992-ci il, 
2,05 ç.v. 
10. Sahibkarlığın əsasları. Bakı, 2002-ci il, 45 ç.v. 
11. Kənd təsərrüfatının iqtisadiyyatı. Bakı, 1996-cı il, 24 
ç.v. 
Vaqif Niftullayevin rəhbərliyi altında 6 nəfər namizəd-
lik dissertasiyası müdafiə etmişdir. 
Yeni iqtisadi sistemə keçidlə  əlaqədar, islahatların 
uğurla başa çatmasına  əhəmiyyətli dərəcədə kömək edə 
biləcək yeni kitablar, tövsiyələr və elmi məqalələr yazmağı 
və  təsərrüfatlarda istifadə edilməsi üçün yerlərə 
göndərilməsi vəzifələri onun iş planında xüsusi yer 
tuturdu. 
Vaqif Niftullayev 24 noyabr 2007-ci ildə dünyasını 
dəyişmişdir. 
 
 


 
 
119
 
 
 
İbrahimov İslam Hacı oğlu 
 
İbrahimov  İslam Hacı  oğlu 1948-
ci ilin yanvar ayının 17-də Tovuz 
rayonunun Əlibəyli kəndində koxozçu 
ailəsində anadan olmuşdur. 1955-ci 
ildə  Əlibəyli kənd orta məktəbinə 
daxil olmuş  və  həmin məktəbin XI 
sinfini 1966-cı ildə bitirmişdir. Həmin 
ildə D. Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutunun (indi Dövlət  İqtisad Universiteti) maliyyə-
statistika fakültəsinə daxil olmuş və həmin institutu 1970-ci 
ildə bitirmişdir. Ali məktəb illəri tələbə  İslamın elmə 
yiyələnməsi ilə yanaşı, onun dünyagörüşünün formalaşma-
sına böyük təsir göstərir.  İnstitutda dərs  əlaçısı olmuşdur. 
İntizamlı olmasına, yaxşı oxuduğuna və fəal tələbə olduğuna 
görə institutun rəhbərliyi onun oxuduğu orta məktəbə  və 
valideynlərinə təşəkkür məktubları göndərmişdir. 
İnstitutun təyinatına müvafiq iyul 1970-ci ildə  Mərkəzi 
Statistika  İdarəsinin Respublika Hesablama Mərkəzində 
iqtisadçı  vəzifəsində çalışmışdır. 1970-ci ilin noyabrından 
1971-ci ilin noyabrına qədər hərbi xidmətdə olmuşdur. Hərbi 
xidməti başa vurduqdan sonra yenidən Respublika 
Hesablama Mərkəzində iqtisadçı vəzifəsində işləmişdir.  
İslam müəllimin elmə  həvəsi və marağı onu yenidən 
təhsil aldığı instituta gətirmişdir. O, 1972-ci ilin sentyabrında 
istehsaldan ayrılmaqla D. Bunyadzadə adına Az.XTİ-nin 
aspiranturasına daxil olmuş  və oranı 1975-ci ildə bitirmişdir. 
1976-cı ilin may ayında dissertasiya müdafiə edərək, xalq 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə