Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə25/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   21   22   23   24   25   26   27   28   ...   69

 
 
102
 
 
 
Ataşov Bəyalı Xanalı oğlu 
 
Ataşov Bəyalı Xanalı oğlu  1946 - cı 
ildə İmişli şəhərində anadan olmuş, 1964 
- cü ildə 34 saylı İmişli dəmir yolu orta 
məktəbi, 1970 - ci ildə D. Bünyadzadə 
ad. Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutunun (indiki Azərbaycan Dövlət 
İqtisad Universitetinin) “Uçot – iqtisad” 
fakültəsini bitirmişdir. 
1970 - 1974 - cü illərdə (hərbi xidmətdə olduğu 1 il 
istisna olmaqla) yaşadığı İmişli rayonunun Həzi Aslanov ad. 
kolxozunda baş mühasib işləmişdir. 1975 - 1987- ci illərdə 
respublikanın  Ət və Süd Nazirliyinin qabaqcıl sənaye 
müəssisələrində  rəhbər vəzifələrdə:  İmişli  ət kombinatında 
baş mühasib; İmişli yağ - pendir kombinatında direktor; 
"Qırmızı  Əmək Bayrağı ordenli Bakı  ət kombinatında 
iqtisadi məsələlər üzrə direktor müavini; Bakı süd istehsalat 
birliyində baş direktor; Bakı ət kombinatında plan - istehsalat 
şöbəsinin rəisi vəzifələrində çalışmışdr. 
1987 - ci ilin mart ayından hal - hazıra kimi Azərbaycan 
Mərkəzi Kooperativlər  İttifaqı ("Azərittifaq") sistemində 
işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika 
kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı 
məhsullarının tədarükü, emalı  və satışı üzrə birlikdə baş 
direktor, xarici ticarət birliyində baş direktor, maliyyə - 
iqtisad idarəsində  rəis vəzifələrində bacarıqla çalışmışdır. 
2011 - ci ilin avqust ayında Azərbaycan Kooperasiya 


 
 
103
 
 
 
Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə 
keçirilmişdir. 
Zəngin maliyyə - uçot, istehsalat və təşkilati - idarəetmə 
təcrübəsinə malik olan, elmi axtarışlara daim böyük maraq 
göstərən praktik - tədqiqatçı B. X. Ataşov 1989 - cu ildə 
"Azərbaycan Respublikasında ot - süd sənayesinin inkişafı" 
mövzusunda namizədlik, 2002 - ci ildə isə "Azərbaycan 
Respublikası  ərzaq kompleksinin formalaşmasının və 
inkişafının təşkilati - idarəetmə problemləri" mövzusunda 
doktorluq dissertasiyaları müdafiə etmişdir. 
Müstəqil Azərbaycanda  ərzaq kompleksinin inkişafı  və 
ərzaq təhlükəsizliyi problemlərini araşdıran ilk tədqiqat-
çılardandır. Doktorluq dissertasiyasında irəli sürülmüş təklif 
və tövsiyələri vaxtilə beynəlxalq təşkilatların iştirakı ilə 
həyata keçirilmiş “Kənd təsərrüfatında regional islahatlar”, 
"Özəlləşdirilmiş  kənd təsərrüfatı müəssisələrinin təşkili", 
"Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" kimi pilot 
layihələrdə qismən istifadə edilmişdir. 
“Azərittifaq”ın idarə heyətinin üzvü olan və uzun 
müddət elmi - pedaqoji fəaliyyətini Azərbaycan Kooperasiya 
Universitetində, bir sıra digər elm ocaqlarında, o cümlədən 
Azərbaycan Elmi - Tədqiqat Kənd Təsərrüfatının İqtisadiy-
yatı  və  Təşkili  İnstitutunda davam etdirən B.X.Ataşov 5 
monoqrafiyanın ("Ərzaq təhlükəsizliyinin aktual problem-
ləri" adlanan monoqrafiya, 2005- ci il), ali məktəblər üçün 
bir neçə  dərslik və  dərs vəsaitlərinin ("Müəssisələrin 
maliyyəsi" Dərslik, 2009 - cu il), çoxsaylı tədris proqramları, 
metodik göstərişlər və tövsiyələrin, 100 – dən artıq elmi 
məqalələrin müəllifidir, 2011 - ci ildə  nəşr edilmiş elmi - 


 
 
104
 
 
 
təcrübi tezislər toplusu olan "İdarəetmə elmi və  rəhbər 
əməyi" adlanan kitabı mütəxəssislər arasında böyük marağa 
səbəb olmuşdur. 
Gənc iqtisadçı alimlərin yetişdirilməsində  və hazırlan-
mada fəal iştirak edən B.X.Ataşov Azərbaycan  İqtisadçılar 
İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin Elmi 
Şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin 
nəzdində  fəaliyyət göstərən fəlsəfə doktoru elmi dərəcəsi 
almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini 
keçirən FD.04.013 birləşdirilmiş şuranın üzvüdür. 
2007 - 2012 - ci illərdə Azərbaycan Elmi - Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutu 
nəzdində fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün 
təqdim olunan dissertasiyaların müdafiəsini keçirən 
ixtisaslaşdırılmış Şuranın üzvü olmuşdur. 
Müdafiə edilmiş xeyli sayda namizədlik və doktorluq 
dissertasiyalarının elmi rəhbəri, məsləhətçisi və  rəsmi 
opponenti olmuş, bir sıra monoqrafiya, dərslik və  dərs 
vəsaitlərinin hazırlanıb nəşr edilməsində elmi redaktor və 
rəyçi kimi iştirak etmişdir. 
Hazırda 1 nəfər elmlər doktoru elmi dərəcəsi iddiasında 
olan dissertantın elmi məsləhətçisi, 6 nəfər fəlsəfə doktoru 
elmi dərəcəsi iddiasında olan doktorant və dissertantların 
elmi rəhbəridir. 
Dövri mətbuatda, eləcə  də müxtəlif səviyyələrdə keçi-
rilən respublika və beynəlxalq elmi - praktik konfranslarda, 
simpoziumlarda, seminarlarda ölkəmizin iqtisadiyyatının 
aktual problemlərinə dair müntəzəm olaraq maraqlı ideya və 
təkliflərlə çıxış edir. 


 
 
105
 
 
 
1970 - ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin 
Fərmanı ilə "Əmək rəşadətinə görə" yubiley medalı ilə, 2006 
- cı ildə  İyirminci çağırış "Azərittifaq"  Şurasının dördüncü 
yığıncağının qərarı ilə “Azərbaycan Respublikasının 
Kooperasiya əlaçısı” adı ilə təltif edilmişdir. 
1982 - 1986 - cı illərdə  İmişli  şəhər və Bakı  şəhəri 
Nərimanov rayon xalq deputatları sovetlərinin deputatı 
olmuşdur. "Qızıl qələm" mükafatı laureatıdır. 
Ailəlidir, iki oğlu və dörd nəvəsi var. 
 
B.X.Ataşovun çap olumuş monoqrafiya və dərslikləri 
 
1. Yeni təsərrüfatçılıq  şəraitində Azərbaycan Respublikası 
rayon aqrar - sənaye komplekslərinin struktur dəyi-
şikliklərinin idarə olunmasının iqtisadi - riyazi modelləri, 
Monoqrafiya. Bakı, "Azərnəşr", 1993, 12,0 ç.v. 
2. Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan 
Respublikası aqrar - sənaye kompleksinin idarə 
olunmasının iqtisadi mexanizmi. Monoqrafiya 
(Ş.Ə.Cəbrayılovla həmmüəllif). Bakı, "Azərnəşr", 1993, 
15,5 ç.v. 
3. Azərbaycanın  ərzaq kompleksi. Monoqrafiya. Bakı, 
"Azərnəşr", 1995, 12,5 ç.v.  
4. Ərzaq təhlükəsizliyinin aktual problemləri, Monoqrafiya. 
Bakı, "Elm", 2005, 21,0 ç.v. 
5. Müəssisələrin maliyyəsi. Ali məktəblər üçün dərslik. 
Bakı, "Kooperasiya", 2009,21,0 ç.v. 
6.  İdarəetmə elmi və rəhbər əməyi. Elmi - təcrübi tezislər 
toplusu. Bakı, 

Elm”, 2011, 11,2 ç.v. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə