Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

 
 
138
 
 
 
dissertasiya müdafiə edib, iqtisad elmləri namizədi alimlik 
dərəcəsi almışdır. 
1983-cü ildən Azərbaycan  İnşaat Mühəndisləri 
Uniiversitetinə dosent vəzifəsinə  qəbul olunmuş, elmi 
tədqiqat işləri ilə yanaşı, tədris metodiki işlərlə  də  məşğul 
olmuşdur. O, yüksək elmi - metodiki səviyyədə Sahənin 
iqtisadiyyatı, Su təsərrüfatı  və hidrotexniki tikintilərin 
iqtisadiyyatı  fənlərindən mühazirə  və  məşğələ  dərslərini 
aparmış, tədrisin bir sıra digər məsələlərilə  əlaqədar işlər 
yerinə yetirmişdir. 
Azərbaycan Memarlıq və  İnşaat Universitetində 
professor F.S.Adıgözolov elmi tədqiqat işləri ilə  tədris 
işlərini  əlaqələndirməklə  dərs vəsaitləri və metodik 
göstərişlər hazırlamışdır, vermişdir.  
F.S.Adıgözəlov Memarlıq və  İnşaat Mühəndisləri 
Universitctində  işlədiyi müddət  ərzində  tələbələr üçün iki 
dərs vəsaiti, həmçinin diplom və buraxılış  işləri üzrə 
layihələrin iqtisadi cəhətdən  əsaslandırılmasına, məşğələ 
dərslərinin aparılmasına dair çoxlu metodiki göstərişlər çap 
etdirmiş, tədris etdiyi fənlərin  əsas proqramlarını  işləyib 
hazırlamışdır. 
F.S.Adıgözəlovun 1990-cı ildə Azərnəşr tərəfindən çap 
etdirdiyi digər  əsəri "Sudan istifadənin sosial-iqtisadi 
səmərəliliyi problemlərinə  həsr olunmuşdur.  İqtisad elmləri 
doktoru Nəbi Nəbiyevin "Azərbaycan xalq təsərrüfatı" 
jurnalının 1990-cı il 10-cu nömrəsində "Su həyat və 
istehsalın inkişafı deməkdir" başlıqlı  rəyində müəllif 
tərəfindən xalq təsərrüfatının müxtəlif sahələrində suya 
iqtisadi bir kateqoriya kimi baxıldığı  və onun səmərəlilik 


 
 
139
 
 
 
göstəricilərinin elmi cəhətdən işləyib hazırladığı  təsərrüfat 
mexanizminin təkmilləşdirilməsinə dair verdiyi təkliflər 
əsasında su itkisinin qarşısının alınması, sudan səmərəli 
istifadənin əsaslandırılması göstərilir.  
F.S.Adıgözəlov respublikamızda bir sıra institutların 
ixtisaslaşdırılmış müdafiə  və elmi şuralarının üzvü kimi də 
fəaliyyət göstərmişdir. 1994-ci ildən Azərbaycan EA 
Coğrafiya institutunun ixtisaslaşdırılmış doktorluq disserta-
siyası üzrə Müdafiə  Şurasının, 1995-ci ildən isə Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda namizədlik dissertasiyaları üzrə ixtisaslaş-
dırılmış elmi şuraların üzvü olmuşdur. 
F.S.Adıgözəlov həmçinin 1991-1997-ci illərdə Elmi-
Tədqiqat Su Problemləri institutunun, 1994-cü ildən 
(ömrünün sonuna) kimi isə Azərbaycan Elmi- Tədqiqat 
Hidrotexnika və Meliorasiya İnstitutunun elmi şurasının 
üzvü kimi su təsərrüfatı sahəsində bir çox elmi problemlərin 
müzakirəsində yaxından iştirak etmişdir. 
1995-1998-ci illərdə Respublika Təhsil Nazirliyinin 
Tikinti və Memarlıq sahəsində Metodik Şuranın, 1994-1997-
ci illərdə isə Respublika Elm və Texnika Komitəsinin Tikinti 
və Memarlıq sahəsində Ekspert Şurasının üzvü kimi də 
tikinti işlərinə aid bir sıra problemlərə öz fikrini bildirmişdir. 
F.S.Adıgözəlov uzun müddət apardığı  tədqiqat işlərini 
yekunlaşdıraraq, "Aqrar sənaye istehsalında su resursların-
dan istifadənin effektivliyi" mövzusunda doktorluq 
dissertasiya işini başa çatdırıb, onu 1990-cı ildə Azərbaycan 
EA  İqtisadiyyat  İnstitutunun Elmi Şurasında müvəffəqiy-
yətlə müdafiə etmişdir. SSRİ Ali Attestasiya Komissiyasının 


 
 
140
 
 
 
ekspert  şurası F.S.Adıgözəlovun doktorluq dissertasiyasına 
yüksək qiymət vermiş  və ona iqtisad elmləri doktoru elmi 
dərəcəsi verilmişdir. F.S.Adıgözəlov V.K.Papisov, 
E.İ.Uşakovdan sonra keçmiş ittifaqda su problemlərinin 
iqtisadiyyatı sahəsində iqtisad elmləri doktoru dərəcəsi alan 
üçüncü alim idi. 
Məlum olduğu kimi, Milli Məclisin "Su Məcəlləsi 
haqqında" qəbul etdiyi qanununda yeni istehsal münasibət-
ləri şəraitində bütün regional əhəmiyyətli yeraltı və yerüstü 
su obyektlərində sudan istifadənin pullu həyata keçirilməsi 
göstərilir. Ancaq hazırkı  şəraitdə su istehlakçılarının, 
xüsusilə fermerlərin kənd təsərrüfatı bitkilərinin suvarılması 
üçün işlətdikləri suya haqq vermək imkanları  məhdud 
olduğundan, hazırda bu sahədə böyük çətinliklər yaran-
mışdır. Bu çətinliyi nəzərə alaraq, professor F.S.Adıgözəlov 
əkin suyuna qiymətlərin hesablanmasına dair metodika 
işləyib hazırlamış, həmçinin şoran torpaqların yuyulmasında, 
su təchizatında və ayrı-ayrı bitkiçilik sahələrində istitadə 
olunan suya qiymətlərin diferensiallaşmasının riyazi 
modelini işləyib hazırlamışdır. 
F.S.Adıgözəlov iqtisad elminin bir sıra digər problemləri 
ilə  də  məşğul olmuşdur. Onun respublikamızın torpaq-
larından səmərəli istifadə olunması ilə  əlaqədar apardığı 
tədqiqatları, ayrı-ayrı iqtisadi rayonlar üzrə torpaq balansla-
rının tərtibi, perspektiv dövr üçün müxtəlif kateqoriyadan 
olan torpaq istifadəçiləri arasında torpaq sahələrinin 
transformasiyası, torpaqların münbitliyindən asılı olaraq bu 
torpaqların iqtisadi qiymətləndirilməsi, həmçinin suvarılan 


 
 
141
 
 
 
torpaqlarda istehsalın intensivləşməsinə dair apardığı 
tədqiqatlar mühüm elmi-praktiki əhəmiyyətə malikdir. 
Professor F.S.Adıgözəlovun tədqiqatları onun çap 
olunmuş  əsərlərində, o cümlədən monoqrafiyasında, çoxlu 
dərs vəsaiti, metodiki göstərişləri və  məqalələrində  əks 
olunmuşdur. Alimin respublikadan kənarlarda - xarici ölkə 
jurnallarında məqalələri çap olunmuşdur. O, dəfələrlə 
respublika, ittifaq və beynəlxalq konfranslarda məruzələrlə 
çıxış etmişdir. 
F.S.Adıgözəlovun  əkin suyuna diferensial qiymətlər 
qoyulması, su təsərrüfatı təşkilatlarının təsərrüfat fəaliyyətini 
əks etdirən sistem göstəriciləri, investisiya qoyuluşlarının 
effektivliyini təyin etmək məqsədilə mənimsəmə müddətinin 
hesablanması metodikası üzrə  tədqiqatlarından irəli gələn 
digər təklif və tövsiyələri Azərbaycan Su Qurğularını 
Layihələşdirmə  İnstitutunda, Meliorasiya və Su Təsərrüfatı 
Komitəsində, su təsərrüfatının tikintisi və istismarı 
təşkilatlarının təsərrüfat fəaliyyətlərində, həmçinin müəllifin 
tədris etdiyi fənlərin əsas və işçi proqramlarında da öz əksini 
tapmışdır. 
2000 – ci ildə dünyasını dəyişmişdir. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə