Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

 
 
174
 
 
 
fakültəsinə dekan müavini vəzifəsinə təyin olunmuş, 1987-ci 
ildə “Mühasibat uçotu və audit” kafedrasına müdir 
vəzifəsinə seçilmiş  və 1995-ci ilədək həmin vəzifədə 
çalışmışdır. 1995-2000-ci illər  ərzində  həmin kafedrada 
dosent vəzifəsində qalmaqla, eyni zamanda, “Naxçıvan” 
Universitetinin “İqtisad elmləri” kafedrasına rəhbərlik 
etmişdir. 
2000-ci ilin iyul ayında S.M.Səbzəliyev yenidən 
Azərbaycan Dövlət  İqtisad Universitetinin “Mühasibat 
uçotu” kafedrasına müdir vəzifəsinə seçilmiş  və hazırda 
həmin vəzifədə çalışır. 
2005-ci ildə “Bazar şəraitində maliyyə hesabatının 
formalaşmasının konseptual əsasları, onların beynəlxalq 
standartlara uyğunlaşdırılması” mövzusunda doktorluq 
dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru adına 
layiq görülmüşdür. Elə həmin ildə Universitetin Elmi Şurası 
onu professor vəzifəsinə seçmişdir. 
Professor S.M.Səbzəliyev Universitetin Elmi Şurasının, 
Respublika Maliyyə Nazirliyi Elmi-metodik Şurasının, 
Respublika Auditorlar Palatası Rəyasət Heyətinin, “Maliyyə 
və uçot”, “İqtisadiyyat və audit”, “Audit”, “ İqtisad elmləri: 
nəzəriyyə  və praktika” jurnallarının redaksiya heyətlərinin 
üzvüdür. 
1991-ci ildə  tədrisin səmərəli təşkilindəki xidmətlərinə 
görə Respublika Təhsil Nazirliyinin Fəxri Fərmanlarına 
layiq görülmüşdür. 
2011-çi il sentyabr ayının 26-da Azərbaycan Respub-
likası Prezidentinin fərmanı ilə prof. S.M.Səbzəliyevə 


 
 
175
 
 
 
“Azərbaycan Respublikasının  əməkdar müəllimi” fəxri adı 
verilmişdir. 
Professor S.M.Səbzəliyev 150-dən çox dərsliyin, dərs 
vəsaitinin, monoqrafiyanın, proqramın, elmi məqalənin və 
digər tədris metodik vəsaitin müəllifidir. Həmin  əsərlərin 
əksəriyyəti, xüsusən də, “Mühasibat (maliyyə) uçotu” 
 
(dərslik), “Auditin əsasları” (dərslik), “Mühasibat uçotuna 
dair məsələlər məcmuəsi”(dərslik),”Mühasibat (maliyyə) 
hesabatı” (dərslik), “Maliyyə hesabatı: formalaşması  və 
təkmilləşdirilməsi problemləri” (monoqrafiya), “Beynəlxalq 
və Milli uçot terminlərinin izahlı lüğəti” (monoqrafiya) və s. 
respublika iqtisadçıları  tərəfindən yüksək qiymətləndirilmiş 
və iqtisadiyyat təmayüllü ali məktəblərdə tədris olunur. 
Professor S.M.Səbzəliyev müxtəlif illərdə Moskva, 
Sankt-Peterburq, Odessa, Daşkənd, Tbilisi, Kiyev, Kutaisi və 
s.  şəhərlərdə beynəlxalq konfrans və simpoziumlarda 
maraqlı məruzələrlə çıxış etmişdir. 
Hazırda 20-dən çox aspirant və dissertantın elmi 
rəhbəridir. 
Evlidir, üç övladı var. 
 
 


 
 
176
 
 
 
Şirəliyev Asif İsmayıl oğlu  
 
Şirəliyev Asif İsmayıl oğlu, 
1939-cu ilin dekabr ayının 19-da 
Şərur rayonunun (keçmiş Noraşen) 
Düdəngə  kəndində anadan olmuş, 
Azərbaycan Dövlət Universitetinin 
(indiki Bakı Dövlət Universitetinin) 
1968-ci ildə Bakı Ali Partiya 
məktəbini fərqlənmə diplomları ilə 
bitirmiş, 1975-ci ildə “Siyasi iqtisad” üzrə aspiranturanı 
qurtarmışdır.  İqtisad elmləri doktoru (2001-ci il), 
professordur (1990-cı il). Uzun illər Komsomol, partiya və 
Həmkarlar Təşkilatının rəhbər orqanlarında işləmişdir. O, 
1973-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş 
müəllim, dosent, kafedra müdiri və haliyədə  “İqtisad” 
fakültəsinin dekanı vəzifəsində çalışır. Onun iqtisad elmləri 
doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya mövzusu 
M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin 
(1984) elmi şurasında təsdiq edilmişdir. 
A.İ.Şirəliyev 230 elmi əsərin, o cümlədən 44 monoqra-
fiya və kitabın, 147 jurnal məqaləsinin, 47 elmi konfransda 
oxuduğu məruzələrin müəllifidir. 
O, keçmiş ÜİLKG-nın Naxçıvan Muxtar Respublika Ali 
Soveti Rəyasət Heyətinin və 10-dan artıq respublika dövlət 
və ictimai təşkilatların fəxri fərmanları ilə  təltif edilmişdir. 
Azərbaycan Respublikası Prezidenti cənab  İlham  Əliyevin 
16 oktyabr 2007-ci il sərəncamına  əsasən “tərəqqi” medalı 
ilə təltif olunmuşdur. 


 
 
177
 
 
 
A.İ.Şirəliyev Naxçıvan Muxtar Respublika aqrar 
islahatları komissiyasının, AMEA İqtisadiyyat  İnstitutunun 
“İqtisadiyyat” üzrə elmi-tədqiqat işlərinin  əlaqələndirilməsi 
şurasının, AMEA Naxçıvan bölməsi yanında fəaliyyət 
göstərən dissertasiya şurasının, Naxçıvan Dövlət 
Universitetini elmi şurasının üzvü və  həmin universitetin 
“İqtisad” fakültəsi elmi şurasının sədridir. 
O, iqtisad elmləri namizədi və doktoru elmi dərəcəsini 
almaq üçün 15 nəfərin rəsmi opponenti, 8 nəfərin elmi 
rəhbəri və elmi məsləhətçisi olmuşdur. 
A.İ.Şirəliyev AMEA tərəfindən 2002 və 2005-ci illərdə 
nəşr olunan ikicildlik “Naxçıvan ensklopediyası”na daxil 
edilmiş əsas məqalələrin müəlliflərindən biridir. O, həmçinin 
Azərbaycan Respublikası  Təhsil Nazirliyinin “İqtisadiyyat” 
elmi-metodik şurasının üzvüdür. 
Əsərləri: Aqrar istehsalının təşkilinin yeni formaları. 
Bakı.1992. Kəndli təsərrüfatının səmərəliliyi məsələləri. 
Bakı.1996. İqtisadi nəzəriyyə. Bakı.2004. İqtisad elmlərində 
işlədilən alınma sözlər. Bakı.2005. Aqrar-sənaye 
kompleksində iqtisadi mənafelər. Bakı.2008.  İqtisadi artım 
və sosial-tərəqqi. Naxçıvan.2012 
 


 
 
178
 
 
 
Hüseynov Məhərrəm Cəlal oğlu 
 
Hüseynov Məhərrəm Cəlal oğlu 
1960-cı ildə Azərbaycanın Respublikası 
Kirovabad  şəhəri (hazırkı Samux 
rayonunun) Qarabağlar kəndində 
anadan olmuşdur. 1982-ci ildə Azərbay-
can Kənd Təsərrüfatı  İnstitutunun 
İqtisadiyyat fakültəsini fərqlənmə 
diplomu ilə bitirmişdir. 1982-1988-ci 
illərdə əvvəlcə Bərdə rayon Aqrar Sənaye Birliyində böyük 
iqtisadçı  vəzifəsində, sonra Bərdə  Kənd Təsərrüfatı 
texnikumunda müəllim işləmişdir. 1984-1985-ci illərdə 
Moskva K.A.Tmiryazev adına Kənd Təsərrüfatı Akade-
miyasının pedoqoji fakültəsində oxuyub, iqtisadçı-pedoqoq 
ixtisası almışdır. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı 
İnstitutunda qiyabi təhsil fakültəsində baş metodist, dekan 
müavini işləmişdir. 1990-cı ildən “Statistika və maliyyə” 
kafedrasında assistent, baş müəllim, dosent əvəzi, dosent 
işləyir. 1997-ci ildən Aqrar iqtisadiyyat və menecment 
fakültəsində dekan müavini, 2000-2008-ci illərdə isə 
fakültənin dekanı vəzifəsində işləmişdir. 
Azərbaycan Dövlət  İqtisad  İnstitutunda namizədlik 
dissertasiya işini müdafiə edərək 1995-ci ildə iqtisad elmləri 
namizədi, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunda doktorluq dissertasiya 
işini müdafiə edərək 2009-cu ildə iqtisad elmləri doktoru adı  
almışdır. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə