Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə39/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   35   36   37   38   39   40   41   42   ...   69

 
 
164
 
 
 
İttifaqın digər qəzet və jurnallarında nəşr etdirdiyi çörəyin 
iqtisadi-mənəvi problemlərinə dair saysız-hesabsız oçerklər 
geniş əks-səda doğurmuşdur. 
Əbülfəz Bərəkətin son vaxtlar oxuculara təqdim etdiyi 
"Sevən ürək, isti çörək"  əsəri 20 Yanvar hadisələrinə  həsr 
edilmişdir.  Əsərdə  şəhidlərimizin nakam və saf 
məhəbbətindən, pak və ülviliyindən söhbət gedir, onların 
ruhu əzizlənir, xatirələri yad olunur. 
"Dəyirmana gedən yollar" bədii-publisistik oçerki dünya 
şöhrətli müğənni Lyüdmila Zıkinanın müşayiəti ilə radio-
kompozisiya vallara yazılaraq "Русский язык зарубежом" 
jurnalının redaksiyasının təşəbbüsü ilə dünyanın səksən 
ölkəsində  səslənir.  İndi həmin ölkələrin məktəblərində 
şagirdlərə Azərbaycanın adət-ənənələri, qonaqpərvərliyi, 
insanpərvərliyi barədə 13 sinif məşğələsi keçirilir. 
Həmin oçerk istedadlı müğənnimiz Rəşid Behbudovun 
müşayiəti ilə  də  səsləndirilmiş  və geniş  əks-səda 
doğurmuşdur. 
Beləliklə, professor Ə.Qasımovun iqtisadi təfəkkürü ilə 
bədii təfəkkürü arasında yaranmış  vəhdət ona elmi 
axtarışlarında böyük uğurlar qazandırmışdır. 
 
 


 
 
165
 
 
 
Qəhrəmanov Rüstəm Cəbrayıl oğlu 
 
Qəhrəmanov Rüstəm Cəbrayıl oğlu 
1910-cu ildə Qubadlı rayonunun 
Kürdçalanlı  kəndində anadan olub. 
1931-ci ildə orta məktəbi bitirdikdən 
sonra 1932-1935-ci illərdə Bakı 
şəhərində Ali Kommunist məktəbinin 
təşkilatçı aqronom şöbəsini, 1936-37-ci 
illərdə Moskva şəhərində Sverdlov adına 
Alt Kommunist Kənd Təsərrüfatı  Məktəbinin və  ÜİK (b)P 
MK-nın nəzdindəki Marksizm-Leninizm Məktəbinin 
dinləyicisi olmuşdur. 
1937-ci ildə Moskva şəhərində təhsilini başa vurduqdan 
sonra Bakı  şəhərində Azərbaycan Torpaq Komissarlığında 
Ali məktəblər və texnikumlar üzrə müfəttiş  vəzifəsində 
işləmişdir. Bir müddətdən sonra isə Naxçıvan MR Kənd 
Təsərrüfatı naziri vəzifəsinə təyin edilmiş və 1947-ci ilə kimi 
həmin vəzifədə  işləmişdir. Rüstəm müəllim çox çətin 
müharibə illərində Naxçıvanda kənd təsərrüfatı naziri 
vəzifəsində  işləyərkən Muxtar Respublikanın kənd 
təsərrüfatının, onun iqtisadiyyatının inkişaf etdirilməsində 
çox işlər görmüşdür. Ona görə  də Muxtar Respublikanın 
əhalisi, xüsusilə onunla işləyənlər Rüstəm Qəhrəmanovu 
olduqca ciddi, həm də çox təvazökar bir adam kimi 
xatırlayırlar. 
R.Qəhrəmanov 1948-1949-cu illərdə Azərbaycan 
Respublikası  Kənd Təsərrüfatı Nazirliyində Bağçılıq və 
üzümçülük idarəsinin rəisi vəzifəsində, 1950-1952-ci illərdə 


 
 
166
 
 
 
isə  Cəlilabad (o vaxtki Astraxanbazar) rayonunda partiya 
komitəsinin birinci katibi vəzifəsində  işləmişdir. Rayonun 
abadlaşdırılması  və sosial-iqtisadi inkişafı haqqında indi də 
xatırlanan işlər görmüşdür. 1952-1958-ci illərdə Moskva 
şəhərində Timiryazev adına Kənd Təsərrüfatı Akademiya-
sının “Aqronomluq” fakültəsində oxumuşdur. 1956-cı ildə 
həmin akademiyada dissertasiya müdafiə edərək, iqtisad 
elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ilin may 
ayında R.Qəhrəmanov "Naxçıvan MR kənd təsərrüfatının 
səmərəli yerləşdirilməsi və ixtisaslaşdırılması problemləri" 
mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 
1974-cü ildə ona professor elmi adı verilmişdir. 100-ə qədər 
elmi məqalənin və dörd monoqrafiyanın müəllifidir. 1957-ci 
ildən başlayaraq ömrünün axırına qədər elm sahəsində 
çalışmışdır. 1957-1961-ci illərdə respublika Elmlər 
Akademiyasında, 1962-ci ildən ömrünün sonuna kimi 
Az.ETKTİ və Tİ-də şöbə müdiri vəzifəsində işləmişdir. 
Kənd təsərrüfatı sahəsi üzrə elmi işlə  məşğul olan 
gənclər, orta yaşlı mütəxəssislər ondan elmi və praktik 
məsləhətlər alırdılar. R.C.Qəhrəmanov uzun müddət 
Azərbaycan EA İqtisadiyyat İnstitutunda, həm də Az.ETKTİ 
və Tİ-də elmi şuranın üzvü olmuşdur. 
Respublikada iqtisadçı kadrların hazırlanmasında və 
formalaşmasında R.Qəhrəmanovun xidməti böyükdür. 
R.Qəhrəmanovun rəhbərliyi ilə onlarla elmlər namizədi 
yetişdirilmişdir. Onun həyat fəlsəfəsi xalqa xidmət etmək, 
insanlara köməklik etmək idi. R.Qəhrəmanovun əməyi həm 
xalq, həm də dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 
"Qafqazın müdafiəsi", Fədakar  əməyə görə medalları, 


 
 
167
 
 
 
"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir. Respub-
lika Ali Sovetinin I və II çağırış seçkilərində iki dəfə xalq 
deputatı seçilmişdir. 
1979-cu ildə dünyasını dəyişmişdir. 
 
 
 


 
 
168
 
 
 
Rüstəmov Ağarza Ağahəsən oğlu 
 
Rüstəmov Ağarza Ağahəsən 
oğlu 
1952-ci ildə  Şərur rayonunun 
Qıvraq kəndində (indiki Kəngərli rayo-
nunun Qıvraq qəsəbəsində) dünyaya göz 
açmış. 1969-cu ildə orta məktəbini 
bitirmiş, həmin kənddə  təsərrüfat 
fəaliyyətinə başlamışdır. 
 
1970 -ci ildə  sənədlərini D.Bünyadzadə adına Xalq 
Təsərrüfatı  İnstitutuna (indiki ADİU) vermiş, “Mühasibat 
uçotu və  təsərrüfat fəaliyyətinin təhlili” ixtisasına qəbul 
olunmuşdur. A.A.Rüstəmovun bir semestr ərzində  təhsilə 
olan marağını və müvəffəqiyyətlə oxuduğunu görən institut 
rəhbərliyi, onu 1971-ci ilin yanvar ayında “Siyasi iqtisad 
müəllimliyi” ixtisasına keçirmiş  və o 1975-ci ildə institutu 
həmin ixtisas üzrə bitirmiş, ona yeni yaranmış Naxçıvan 
Dövlət Pedoqoji İnstitututuna təyinat verilmişdir.  
Hərbi xidmətdən sonra, yenidən siyasi iqtisad müəl-
limliyinə qayıtmış. Bir an da belə elmi fəaliyyəti yadından 
çıxarmayan A.A.Rüstəmov, onu maraqlandıran məsələlər 
haqda artıq respublikada keçirilən elmi konfranslarda öz 
məqalələri ilə  çıxış etməyə başlamışdır. Belə ki, o 1981-ci 
ildə “Texniki tərəqqi və  kənd təsərrüfatında  əsas istehsal 
fondlarından istifadənin yaxşılaşdırılması yolları”, 1982-ci 
ildə “Müasir dövrdə  kənd təsərrüfatında  əsas istehsal 
fondlarından istifadənin xüsusiyyətləri” və s. məqalələrini 
nəşr etdirmişdir. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə