Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə37/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

 
 
155
 
 
 
Bu dövrdə V.İsayevin iqtisadçı alim kimi apardığı 
tədqiqatlar Azərbaycan iqtisadiyyatının aparıcı  kənd 
təsərrüfatı sahəsi olan pambıqçılıqda səmərəliliyin artırılması 
ehtiyatlarının aşkar olunması, bu sahədə mütərəqqi 
təsərrüfatçılıq metodlarının tətbiqi zamanı mühasibat 
uçotunun qurulması məsələlərini əhatə etmişdir. 1958-1965-
ci illərdə göstərilən mövzular üzrə görkəmli iqtisadçı 
tərəfindən 3 monoqrafiya buraxılmış, 30-dan artıq məqalə ilə 
elmi nəşrlərdə çıxışlar etmişdir. Bütün bunların yekunu kimi 
kollektiv təsərrüfatlarda mühasibat uçotunun vahid sistemi 
hazırlanmış  və Azərbaycan SSR Kənd Təsərrüfatı Nazir-
liyinin kollegiyasında bəyənildikdən sonra kütləvi  şəkildə 
tətbiq olunmuşdur. Eyni zamanda təsərrüfat hesabının tətbiqi 
üzrə tövsiyələr və  əmək ödənişlərinin fəaliyyətin son 
nəticələri ilə əlaqəsinin metodikası işlənib hazırlanmışdır. Bu 
tövsiyələrin həyata keçirilməsi və məhsulun uçotunun yalnız 
miqdar ifadəsində deyil, həm də keyfiyyət  əlamətləri üzrə 
aparılması barədə  təklifin tətbiqi istehsalın səmərəliliyinin 
artırılmasında mühüm rol oynamışdır. Həmin dövrdə 
V.İsayevin mühasibat hesabları planının təkmilləşdirilməsi 
üzrə təklifləri təcrübədə öz tətbiqini tapmış və uzun müddət 
istifadə olunmuşdur. 
1972-ci ildə V.İsayev D. Bünyadzadə adına Azərbaycan 
Xalq Təsərrüfatı  İnstitutunda "Gəlirlərin təhlili və yeni 
şəraitdə onların səmərəli istifadəsinin iqtisadi əsasları" 
mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək 
iqtisad elmləri doktoru elmi dərəcəsini almışdır. 
1977-ci ildə Moskvada onun "Kolxozlarda gəlirlərin 
bərabərləşdirilməsi və səmərəli istifadəsi" adlı böyük həcmli 


 
 
156
 
 
 
monoqrafiyası çap edilmişdir. Bu, uçot üzrə Moskvada çap 
edilən ilk azərbaycanlı iqtisadçı alimin monoqrafiyası 
olmuşdur. 
1975-ci ildən ömrünün sonuna qədər Azərbaycan 
Kooperasiya  İnstitutunda müxtəlif vəzifələrdə çalışmış  və 
həmçinin Azərbaycan Dövlət  İqtisad  İnstitutunun "Müha-
sibat uçotu və audit" kafedrasının professoru olmuşdur. Bu 
dövrdə onun "Birgə müəssisələrdə mühasibat uçotu" və 
"Mühasibat uçotunun nəzəriyyəsi" adlı  dərslikləri çapdan 
çıxmış  və  həmin dərsliklər tələbələr üçün Azərbaycan 
dilində bu qəbildən ilk tədris vəsaitləri rolunu oynamışdır. 
V.  İsayevin 1987-ci ildə  nəşr olunmuş "Yardımçı 
təsərrüfatlarda təsərrüfat hesabı  və uçot" monoqrafiyası 
həmin illərdə tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə 
prinsipinə keçən müəssisələrdə  təsərrüfatdaxili  əlaqələrin 
düzgün qurulması  və bu zaman uçotun rolu üzrə praktik 
cəhətdən səmərəli təkliflərlə  zəngin olmuşdur ki, bu 
təkliflərin də əksəriyyəti özünün tam tətbiqini tapmışdır. 
V.  İsayev mühasibat uçotu və  təsərrüfat fəaliyyətinin 
təhlili ixtisası üzrə Zaqafqaziyada ilk elmlər doktoru 
olmuşdur. Keçmiş Sovetlər ittifaqının bütün respublika-
larında öz ixtisası üzrə görkəmli mütəxəssis kimi 
tanınmışdır. V. İsayev 100-dən çox elmi əsərin müəllifidir 
ki, bundan da 20-si xarici ölkələrdə  dərc edilmişdir. 
Bundan  əlavə, o, rus dilindən Azərbaycan dilinə ümumi 
həcmi 400 çap vərəqindən çox olan elmi əsərləri tərcümə 
edib nəşr etdirmişdir. Professor V. İsayev 28 nəfər elmlər 
namizədi, 2 nəfər elmlər doktoru yetişdirmişdir, Moskva 
və Azərbaycan ali məktəblərində namizədlik və doktorluq 


 
 
157
 
 
 
dissertasiyaları üzrə opponent kimi çıxış etmişdir. Keçmiş 
İttifaqın Ali Attestasiya Komissiyasının rəyçilərindən 
olmuşdur. O, respublika Maliyyə Nazirliyinin Mühasibat 
Uçotunun Metodologiyası idarəsinin baş  məsləhətçisi, 
"Maliyyə  və uçot" jurnalının redaksiya heyətinin üzvü 
olmuşdur. Azərbaycan Respublikasının "Mühasibat uçotu 
haqqında" Qanununun hazırlanmasında, mühasibat uçotunun 
hesablar planının beynəlxalq standartlara uyğunlaş-
dırılmasında iştirak etmişdir. 
Bu gün professor V. İsayevin yetirmələri respub-
likamızın ali məktəblərində  və elmi-tədqiqat institutlarında, 
iqtisadiyyatın müxtəlif sahələrində, dövlət idarəetmə 
sistemində  fəaliyyət göstərirlər. Onlar özlərini qürurla 
"İsayev məktəbi"nin davamçıları hesab edirlər. 
1998-ci ildə vəfat etmişdir. 
 
 


 
 
158
 
 
 
İsgəndərov Ramiz Kamal oğlu 
 
1953-cü  ildə  Bərdə  rayonunun 
Mehdixanlı 
kəndində 
anadan 
olmuşdur.  Orta  təhsilini  Mehdixanlı 
kənd  orta  məktəbində  almışdır. 
Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitu-
tunun  «Kənd  təsərrüfatının  mexanik-
ləşdirilməsi»  fakültəsini,  Moskva 
Əmək 
və 
Sosial 
Münasibətlər 
Akademiyasının  «İqtisadiyyat»  fakültəsini,  Moskva  Elmi-
Tədqiqat 
Texnologiya 
İnstitutunun 
aspiranturasını 
bitirmişdir.  
Ramiz  Kamal  oğlu  İsgəndərov 1988-ci  ildən  texnika 
elmləri  namizədi, 2006-cı  ildən  iqtisad  elmləri  doktorudur 
(08.00.05 — «Xalq  təsərrüfatının  iqtisadiyyatı  və  idarə  edil-
məsi (kənd təsərrüfatı)» və 08.00.13 — «İqtisadiyyatın riyazi 
və  instrumental  üsulları»  ixtisasları  üzrə), 2010-cu  ildən 
professordur.   
Elmi-texniki  tərəqqinin  sosial-iqtisadi  məsələləri,  eləcə 
də  əmək  bazarı  və  əhalinin  sosial  müdafiəsi  ilə  bağlı 
problemlərin tədqiqi ilə məşğuldur. 
Ölkəmizdə və bir sıra xarici ölkələrdə nəşr olunmuş 200 
çap  vərəqindən  artıq  həcmi  olan 100-dən  çox  elmi 
məqalənin, 4 dərsliyin, 7 dərs  vəsaitinin, 2 monoqrafiyanın 
və 5 tədris proqramının müəllifidir. Müəllifi olduğu «Əmək 
bazarı  və  əhalinin  sosial  müdafiəsi»  və  «Elmi-texniki 
tərəqqi:  sosial-iqtisadi  aspektlər»  adlı  kitabları  Respublika 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə