Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

 
 
142
 
 
 
Əlirzayev Əli Qənbərəli oğlu 
 
1945-ci il təvəllüdlü, iqtisad elmləri 
doktoru, professor, Azərbaycan Dövlət 
İqtisad Universitetinin "Sosial sahələrin 
iqtisadiyyatı 
və idarə olunması" 
kafedrasının müdiri, Əlirzayev  Əli 
Qənbərəli oğlu 1968-ci ildə Azərbaycan 
Politexnik İnstitutunu bitirmişdir. 
Ə.Əlirzayev 1970-1973-cü illərdə 
Azərbaycan SSR EA-nın  İqtisadiyyat  İnstitutunun Moskva 
şəhərində SSRİ EA-nın Mərkəzi  İqtisadi Riyaziyyat 
İnstitutunun (MİRİ) məqsədli aspirantı olmuşdur. 1973-cü 
ildə həmin institutda iqtisad elmləri namizədi elmi dərəcəsi 
almaq üçün dissertasiya müdafiə etmişdir. 1973-1986-cı 
illərdə Azərbaycan SSR EA-nın  İqtisadiyyat  İnstitutunda 
kiçik elmi işçi, baş elmi işçi, 1980-ci ildən isə yeni şöbə 
yaradaraq onun müdiri işləmişdir. 
1978-1980-ci illərdə Moskva şəhərində doktorluq 
dissertasiyası müdafiəsi üçün Mərkəzi  İqtisadi Riyaziyyat 
İnstitutunda elmi iş aparmış  və  nəticələrini 1985-ci ildə 
həmin institutda iqtisad elmləri doktoru elmi dərəcəsi almaq 
üçün müdafiə etmişdir. 
1986-1989-cu ildən Azərbaycan Xalq Təsərrüfatı 
İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur.  
1991-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin 
İqtisadiyyat və idarəetmə kafedrasının müdiri işləmişdir. 
Ə.  Əlirzayev Moskva EA-nın elmi məktəbini keçmiş, 
Mərkəzi-İqtisadi Riyaziyyat İnstitutunda 10 ilə yaxın 


 
 
143
 
 
 
müştərək elmi işlər apararaq, həm namizədlik, həm də 
doktorluq dissertasiyasını müdafiə etmiş, ilk dəfə olaraq gəlir 
və istehlak balanslarının region üzrə metodologiyasını 
yaratmış  və elmi işlərinin nəticələri Moskvanın "Nauka" 
nəşriyyatında "Дифференцированный  баланс  доходов  и 
потребления" nəşr olunan monoqrafiyasında və dörd 
metodik vəsaitdə çap olunmuşdur. Onun elmi nəticələri 
1980-1985-ci illər  ərzində SSRİ EA-nın elmi katibinin 
məruzəsinə daxil olmuşdur. 
1986-2005-ci illərdə Sosial-iqtisadi inkişaf proqramının 
tərtibində  iştirak etmiş, Sosial inkişaf və  həyat səviyyəsi 
bölməsinin həmsədri və əsas tədqiqatçısı olmuşdur. 
Respublikanın sosial inkişafı, həyat səviyyəsi, bazar 
münasibətləri  şəraitində islahatların nəzəri-metodoloji 
problemləri, riyazi-iqtisadi metodlar, bazar iqtisadiyyatında 
dövlət tənzimlənməsi sahəsində  Ə.  Əlirzayevin  əsaslı 
tədqiqatları vardır. Sosial tədqiqatların regional cəhətləri, 
metodları  və mexanizmləri sahəsində konkret təkliflər 
respublikanın qanunverici bazasının yaradılmasında, 
konseptual inkişaf istiqamətlərinin hazırlanmasında istifadə 
olunur. Onun rəhbərliyi ilə dövlət planında olan elmi-
tədqiqat istiqamətləri, mövzuları  işlənmiş, monoqrafik 
kitablar nəşr olunmuşdur. 
Ə.Əlirzayev 300-ə yaxın elmi əsərin,  о cümlədən bir 
neçə monoqrafiyanın, elmi məqalə  və tezislərin, 150 qəzet 
məqaləsinin müəllifidir. 20 aspiranta rəhbərlik etmiş, 2 
elmlər doktoru yetişdirmiş, 30-a qədər dissertasiyanın 
opponenti olmuşdur. Respublikada iqtisadiyyat sahəsində 
müdafiə elmi şuralarının üzvüdür. Ali Attestasiya 


 
 
144
 
 
 
Komissiyasının (AAK) İqtisadiyyat və hüquq komissiyasının 
üzvü olmuşdur. 
Ə.  Əlirzayevin  əsərlərindən 2 monoqrafiya, 4 metodik 
vəsait Moskva alimləri ilə  Mərkəzi  İqtisadi Riyaziyyat 
İnstitutunda hazırlanmış  və  nəşr olunmuşdur. Son illərdə 
nəşr etdiyi "İqtisadi və sosial idarəetmə", "Bazar iqtisa-
diyyatı: metodoloji prinsiplər və qanunauyğunluqlar", 
"İqtisadiyyatın dövlət tənzimlənməsinin normativ əsasları və 
metodologiyası", "H. Əliyev və Azərbaycan iqtisadiyyatı", 
"Взаимосвязь  социальных  и  экономических  процессов: 
методология  моделирования  и  прогнозирования", 
"Социально-экономические 
проблемы 
развития 
азербайджанского  села", "İqtisadi artım və maddi rifah" 
monoqrafiyaları respublikada elmin inkişafında, tədris 
prosesində mühüm rol oynayır. 
Ə.Əlirzayev 1-ci və 2-ci çağırış Azərbaycan Respub-
likası Milli Məclisinə  deputat seçilmiş  Milli Məclisin 
iqtisadiyyat üzrə daimi komissiyanın sədr müavini kimi 
fəaliyyət göstərmiş  və iqtisadi qanunların işlənməsində, 
müzakirəsində  və  təsdiqində  fəal iştirak etmişdir. Onun 
yüksək elmi potensialı, idarəetmə  təcrübəsi və praqmatik 
fikirləri iqtisadi qanunların elmi əsasını daha da 
möhkəmləndirmiş. Respublikanın iqtisadi inkişaf meyillərini 
elmi  əsaslarla qiymətləndirmək və aparılan islahatların 
hüquqi-təşkilati mexanizmlərini təkmilləşdirmək üçün 
təkliflər vermişdir. Dövlət qarşısında xidmətləri nəzərə 
alınaraq ona 2002 - ci ildə “Əməkdar elm xadimi” fəxri adı 
verilmişdir. 


 
 
145
 
 
 
1999-cu ildə o, 7,0 ç.v. həcmində Azərbaycan iqtisadiy-
yatının inkişaf konsepsiyası  və proqramını  işləyib 
monoqrafiya formasında tətbiq üçün müvafiq orqanlara 
təqdim etmişdir.  Ə.Əlirzayev bir sıra beynəlxalq səviyyəli 
konfranslarda Azərbaycan iqtisadiyyatının keçid şəraitində 
mövcud durumu və perspektivləri, problemləri haqqında 
çıxışlar etmişdir. 
O, Moskvada nəşr olunan beynəlxalq iqtisadi elmi 
jurnalın -"Экономика  и  общество" redaksiya heyətinin 
üzvüdür. Azərbaycan Respublikasında elm, təhsil və iqtisadi 
təşkilati idarəetmə strukturlarının elmi məsləhətçisidir. 
"Audit" jurnalının, "Odlar Yurdu" Universitetinin xəbərlər 
məcmuəsinin redaksiya heyətinin üzvüdür. Azərbaycan 
Sahibkarlar Assosiasiyasının elmi məsləhətçisi, Azərbaycan 
Milli Elmlər Akademiyasının Rəyasət heyətində iqtisadi 
problemlərin müzakirəsinin iştirakçısı, özəl təhsilin təşkilinin 
məsləhətçisidir. 
“Nehrəm” və “Nehrəm uşaqları” tarixi-publisistik 
kitablarının müəllifi  Ə.Əlirzayev 40-a yaxın xarici ölkədə 
olmuşdur. Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü-
dür. 2002-ci ildə “Uğur” mükafatına layiq görülmüş, bir sıra 
beynəlxalq konfransların sertifikatları ilə  təltif olunmuş  və 
Qaradəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı Parlamentlərarası 
Assembleyasının 8 il üzvü olmuşdur. 
Evlidir. Üç övladı və dörd nəvəsi vardır. 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə