Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

 
 
129
 
 
 
rının sınaqdan keçirilməsi, mütəxəssis və  fəhlə kadrların  
hazırlanması; aşağı, orta və yüksək səviyyələr üçün rəhbər 
işçilərin hazırlanması; elmi-texniki tərəqqinin inkişafı 
şəraitində mütəxəssislərdən istifadə; kənd təsərrüfatında 
əmək məhsuldarlığının yüksəldilməsi;  əmək məhsuldar-
lığının artım sürəti ilə əmək haqqının artım sürəti arasında 
nisbətin optimallaşdırılması; kənd təsərrüfatında icarə 
üsulunun tətbiqi; kənd təsərrüfatında icarə podratının 
sınaqdan keçirilməsi; intensiv texnologiyaların tətbiqi yolu 
ilə  məhsul vahidinə  əmək sərfinin azadılması  və s. 
problemlər Afət müəllimin elmi yaradıcılığın başlıca 
istiqamətləri olmuşdur. O, 1997-2006-cı illərdə ADİU-də 
əməyin iqtisadiyyatına dair mühazirələr oxumuşdur. 
Afət Əhmədov özünün elmi yaradıcılıq dövründə bir sıra 
dövlət  əhəmiyyətli proqramların hazırlanmasında iştirak 
edib. Kənd təsərrüfatında əməyin elmi  təşkilinə aid təkliflər 
hazırlayıb, istehsalata tətbiq etdiyinə görə A.T.Əhmədov 
1972-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 
Diplomu, bürünc medalı və 1984-ci ildə şəxsi yaradıcılıq və 
öhdəçilik planlarının yüksək nəticələrinə görə SSRİ  Kənd 
Təsərrüfatı Elmi-Texniki Cəmiyyətinin Mərkəzi Rəyasət 
Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. Afət müəllim öz 
əsərləri və elmi məqalələri ilə aqrar iqtisad elmini 
dolğunlaşdırmış, yeniləşdirmiş, 200-ə  qədər monoqrafiya, 
kitab və elmi məqalələr dərc etdirmişdir. 
Onun rəhbərliyi ilə 15 nəfər elmlər namizədi alimlik 
dərəcəsi adını almışdır. Bir nəfər doktorantı isə  işini 
müdafiəyə təqdim etmişdir. 


 
 
130
 
 
 
A.T.Əhmədov 2011-ci ildən Bakı Biznes Universitetinin 
“İqtisadi nəzəriyyə” kafedrasının müdiri vəzifəsində çalışır. 
O, “Dünya iqtisadiyyatı”, “Beynəlxalq iqtisadi münasibət-
lər”, “Dünya iqtisadiyyatının tarixi” və s. fənlərdən 
mühazirələr oxuyur. 
 
 


 
 
131
 
 
 
Əliyev Ramil Bəylər oğlu 
 
Əliyev Ramil Bəylər oğlu 1940-cı il 
fevral ayının 5-də Füzuli rayonunun 
Saracıq kəndində anadan olmuşdur.  O, 
1958-ci ildə Qaradağlı  kənd orta 
məktəbini bitirdikdən sonra Azərbaycan 
Dövlət Universitetinin Uçot-iqtisad 
fakültəsinə daxil olmuş  və 1963-cü ildə 
həmin institutu fərqlənmə diplomu ilə 
bitirmişdir.  İnstitutu bitirdikdən sonra o, təyinatla 
Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna 
göndərilmişdir. Orada kiçik elmi işçi vəzifəsində  işləməyə 
başlamış və elə həmin il ordu sıralarına çağırılmışdır. Hərbi 
hissədə qulluq etdiyi iki il müddətində (1963-1965-ci illər) 
ali hərbi partiya məktəbində müəllim işləmişdir. 
Hərbi xidmətdən qayıtdıqdan sonra 1965-ci ildə 
Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı 
və Təşkili İnstitutunda (Azərbaycan ETKTİ və Tİ) kiçik elmi 
işçi vəzifəsində  işə başlamışdır. Həmin institutda 1967- 
1970-ci illərdə baş elmi işçi, 1970- 1972-ci illərdə institutun 
elmi katibi, 1972-ci ildən 1985-ci ilə  qədər  şöbə müdiri 
işləmişdir. 1985-ci ilin yanvarından 1987-ci ilin sentyabrına 
qədər Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunda dosent, 
1987-ci ilin sentyabr ayından 2001-ci ilin mart ayına qədər 
Azərbaycan Dövlət  İqtisad Universitetinin "İqtisadi təhlil" 
kafedrasının müdiri işləmişdir. Hazırda ''İqtisadi təhlil və 
audit" kafedrasmın professorudur. 


 
 
132
 
 
 
R.Əliyev 1970-ci ildə namizədlik 1978-ci ildə isə  
doktorluq dissertasiyası müdafıə edərək iqtisad elmləri 
doktoru adına layiq görülmüşdür. 
Professor R.Əliyev postsovet məkanında tanınmış 
iqtisadçıdır, ittifaq üzrə kapital qo\uluşu üzrə  məşğul olan 
tanınmış dörd elmlər doktorundan biridir. 1972-ci ildən 
1995-ci ilə qədər Timiryazev adına Kənd Təsərrüfatı Elmlər 
Akademiyasının iqtisadiyyat bölməsinin, Zaqafqaziya və 
Orta Asiya, Şimali Qafqaz regional doktorluq ixtisaslaşmış 
şuralarının, respublikada - Azərbaycan Elmlər Akademiya-
sında, son illərdə isə Azərbaycan Dövlət  İqtisad 
Universitetində, Azərbaycan ETKTİ  və  Tİ-də doktorluq  və 
namizədlik ixtisaslaşmış müdafıə şuralarmın üzvü olmuşdur. 
2006-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti 
yanında Ali Attestasiya Komisiyasının Ekspert Şurasının 
üzvü olmuşdur. 
R.Əliyev son 40 ildə investisiya qovuluşunun və  əsas 
fondlardan istifadənin səmərəliliyi üzrə ümumilikdə və ayrı-
ayrı sahələr üzrə hazırlanmış metodikaların, metodik 
göstərişlərin, tövsiyələrin, normativlərin ya müəllifı, ya da 
müəlliflərindən biridir (keçmiş ittifaq səviyyəsində). 
Azərbaycanda bırinci dəfə investisiya qoyuluşu və  əsas 
vəsaitlərdən istifadənin səmərəliliyi, onların hər ikisi üzrə 
normativiər, elmi-texniki tərəqqinin səmərəliliyi üzrə iri 
həcmli tədqiqat  əsərləri professor R.Əliyevə  məxsusdur. 
Onun yaxından iştirakı ilə həmçinin (əsas müəlliflərdən biri 
kimi) respublikada 70-ci illərdə iki cildlik (90 çap vərəqi 
həcmində) kənd təsərrüfatının aparılma sistemi nəşr 
edilmişdir. 


 
 
133
 
 
 
1970-1990-cı illərdə R.B.Əliyev tərəfindən hazırlanmış 
respublikanın aqrar sənaye kompleksi üzrə ümumilikdə  və 
onun ayrı-ayrı sahələrində (meliorasiya, tikinti, çoxillik 
əkmələr, bitkiçilik, heyvandarlıq, emal sənayesi və s.) 
beşilliklər üzrə investisiya qoyuluşuna və  əsas fondlara 
tələbat və onların normativləri Timiryazev adına Kənd 
Təsərrüfatı Elmlər Akademivası  tərəfındən bəyənilib, hər 
beşillik üzrə ayrılıqda Moskvada beş  dəfə iri həcmli 
monoqrafıya halında dərc edilərək, SSRİ-nin Dövlət Plan 
Komitəsi tərəfındən İttifaqın və Azərbaycan Respublikasının 
perspektiv inkişaf planlarına daxil edilmişdir. Məhz bu işlərə 
görə o, Moskva şəhərində  təşkil olunmuş Elmi-texniki 
Nailiyyətlər sərgisinin üç dəfə medalına və iki dəfə birinci və 
ikinci dərəcəli diplomlarına layiq görülmüşdür. 
Ümumiyyətlə, R.Əliyevin 350-dən çox elmi əsəri (790 
çap vərəqi həcmində) dərc edilmişdir. Onlardan 12-si 
monoqrafıya, 8-i dərslik və dərs vəsaiti, 18-i kitabça və 34-ü 
broşuradır. Bütün qeyd olunan əsərlərin 40%-dən çoxu 
respublika hüdudlarından kənarda «Экономика  сельского 
хозяйства», «Учёт  и  финансы», «Овощеводство», 
«Птицеводство», «Скотоводство», «Бухгалтерский 
учёт», «Вопросы экономики» jurnallarında nəşr edilmişdir. 
İqtisadiyyat üzrə 80-dən çox iri həcmli monoqrafıyaların 
redaktoru və ya elmi redaktoru olmuşdur. 
R.Əliyev 1985-ci ildən hal-hazıra kimi Azərbaycan 
Dövlət  İqtisad Universitetinin "İqtisadi təhlil və audit" 
kafedrasında işlədiyi müddətdə  tələbələrin stolüstü kitab-
larına çevrilmiş iqtisadi təhlilə aid onlarca dərslik, dərs 
vəsaiti, metodik göstərişlər, proqramlar nəşr etdirmişdir. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə