Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

 
 
179
 
 
 
“Bazar iqtisadiyyatına keçid şəraitində üzümçülüyün 
intensivləşdirilməsinin səmərəliliyi”, “Kəndli (fermer) 
təsərrüfatları  və istehsal kooperativlərində maliyyə-kredit 
mexanizmi”, “Aqrar sahənin dayanıqlı inkişaf problemləri”, 
“Baytarlıq işinin təşkili və iqtisadiyyatı”, “Kənd 
təsərrüfatının maliyyəsi”, “Dünya iqtisadiyyatının tarixi”, 
“Mikroiqtisadiyyat” adlı 2 monoqrafiya, 3 dərs vəsaiti və 2 
dərslik olmaqla 126 elmi və  tədris-metodiki işlərin 
müəllifidir. 
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin 
sərəncamı ilə  Təhsilin inkişafındakı xidmətlərinə görə  
“Tərəqqi” medalı ilə təltif olunmuşdur. 
2009-cu ildən ADAU-nun  Maliyyə və iqtisadi nəzəriyyə 
kafedrasının müdiri işləyir.  
Azərbaycan Milli Elmlər Akademiyasında əlaqələndirmə 
şurasının üzvü, ADAU-da  fəaliyyət göstərən FD.04.013 
birləşdirilmiş dissertasiya şurasının üzvü, Milli Məclisdə 
Aqrar siyasət daimi Komitəsinin ekspertidir. 
Ailəlidir, 3 övladı var.  
 
 


 
 
180
 
 
 
Məmmədov İbrahim Xəlil oğlu 
 
Məmmədov  İbrahim Xəlil oğlu 
1930-cu ildə Naxçıvan MR Şərur 
rayonunun Danzik kəndində anadan 
olmuşdur. 
1936-cı ildə Danzik kənd 7 illik 
məktəbin birinci sinfinə daxil olub. 
1943-cü ildə  məktəbin 7-ci sinfini 
bitirib. Həmin il Ordubad Pedaqoji Texnikumuna daxil 
olaraq 1947-ci ildə texnikumu bitirmişdir. 1947-ci ildə 
indiki İqtisad Universitetinə daxil olub, 1952-ci ildə oranı 
fərqlənmə diplomu ilə bitirmişdir.  
1952-ci ildə Azərbaycan Respublikası Dövlət 
Statistika Komitəsində  işə  qəbul olmuş  və 1957-ci ildə 
komitə sədrinin müavini təyin edilmişdir. 
1961-ci ildən Respublika Dövlət Plan Komitəsində 
müxtəlif vəzifələrdə çalışmış və 1962-ci ildən Dövlət Plan 
Komitəsinin sədr müavini vəzifəsinə  təyin edilmişdir və 
bu vəzifədə 1988-ci ilədək işləmişdir. O, 1981-ci ildə 
SSRİ Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. 
1990-cı ildə Dövlət Aqrar Sənaye Komitəsinin 
İqtisadiyyat məsələləri üzrə sədr müavini təyin edilmiş və  
1993-cü ilədək bu vəzifədə işləmişdir. 12.09.2008-ci ildən 
hal-hazıra kimi Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda Baş 
mütəxəssis vəzifəsində çalışır. 
Əmək fəaliyyəti müddətində  aşağıdakı Dövlət 
təltiflərinə layiq görülmüşdür: 


 
 
181
 
 
 
1966-cı ildə  "Şərəf nişanı " ordeni ilə, 1970-ci ildə 
V.İ.Leninin anadan olmasının 100 illiyi ilə  əlaqədar 
“Yubiley medalı”, 1971-ci ildə Dövlət Plan Orqanlarının 
50 illiyi münasibətilə "Tərifnamə", 1973-cü ildə "Qırmızı 
Əmək Bayrağı" ordeni ilə, 1976-ci ildə "Xalqlar Dostluğu" 
ordeni və Xalq təsərrüfatında görkəmli nailiyyətlərə görə 
SSRİ Xalq Təsərrüfatı nailiyyətləri sərgisinin "Qızıl 
medal" ilə, 1984-cü ildə Bolqar-Sovet dostluğunun təsisi 
ilə Əlaqədar "Tərifnamə" ilə. 
1996-cı ildə Beynəlxalq Energetika Akademiyasının 
Akademiki seçilmişdir. Professordur. 
 
 


 
 
182
 
 
 
Abbasov Anar Fazil oğlu 
 
Anar  Fazil  oğlu  Abbasov 1972-ci 
ildə  Azərbaycan  Respublikası  Fizuli 
rayonunun Aşağı Seyidəhmədli kəndin-
də  ziyalı  ailəsində  anadan  olmuşdur. 
1988-ci  ildə  Azərbaycan  Kənd  Təsər-
rüfatı  Akademiyasının  «Aqrar  sənaye 
sahələrinin  iqtisadiyyatı  və  idarə 
edilməsi»  fakültəsinə  daxil  olaraq 1993-cü  ildə  həmin 
fakültəni  fərqlənmə  diplomu  ilə  bitirmiş  və  iqtisadçı 
təşkilatçı ixtisasına yiyələnmişdir. 1994-cü ilin yanvarın 1-
də  Azərbaycan  Elmi-Tədqiqat  Kənd  Təsərrüfatının 
İqtisadiyyatı  və  Təşkili  İnstitutunun  aspiranturasına  daxil 
olmuş, 1996-cı  ildə  iqtisad  elmləri  namizədi  alimlik 
dərəcəsini  müdafiə  etmişdir. 1994-1999-cu  illərdə 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiy-
yatı  və  Təşkili  İnstitutunda  kiçik  elmi  işçi,  elmi  işçi  və 
böyük  elmi  işçi  vəzifələrində  işləmişdir. 1999-2002-ci 
illərdə  Azərbaycan  Kooperasiya  Universitetində  müəllim, 
baş  müəllim,  kafedra  müdiri  vəzifələrində  çalışmışdır. 
2002-ci  ildən  hal-hazıradək  Azərbaycan  Elmi-Tədqiqat 
Kənd  Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.  
1998-ci  ildən  «Ərzaq  təhlükəsizliyinin  iqtisadi 
problemləri» mövzusunda doktorluq dissertasiyası üzərin-
də işləmiş, 2010-cu ilin oktyabrın 29-da Azərbaycan Milli 
Elmlər  Akademiyası  İqtisadiyyat  İnstitutunda  fəaliyyət 
göstərən  dissertasiya  şurasında  iqtisad  elmləri  doktoru 


 
 
183
 
 
 
elmi  dərəcəsini  müdafiə  etmişdir. 120-yə  qədər  elmi 
məqalənin, «Sosial  bazar  iqtisadiyyatı»  Bakı 1998, 316 
səh., «Ərzaq  təhlükəsizliyi»  Bakı 2007, 602 səhifə 
həcmində 2 monoqrafiyanın müəllifidir. 
 
 


 
 
184
 
 
 
Vəliyev Akif Həmzə oğlu  
 
Akif Həmzə  oğlu Vəliyev 1951-ci 
ildə anadan olmuşdur. 1967-ci ildə orta 
təhsil alaraq, Azərbaycan Dövlət 
Pedaqoji 
İnstitutunun «Coğrafiya-
biologiya» fakültəsinə daxil olmuş, 1972-
ci ildə oranı bitirmişdir. Həmin ilin 
sentyabrında Azərbaycan Dövlət Yer-
quruluşu Layihə 
İnstitutunda mühəndis-torpaqşünas 
vəzifəsinə işə girmişdir. 
1973-1974-ci illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan 
sonra öz əvvəlki işinə bərpa olunmuşdur. 
1975-ci ilin aprelində Azərbaycan Milli Elmlər 
Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institutunda 
kiçik elmi işçi vəzifəsinə  işə girmiş, 1976-1979-cu illərdə 
həmin institutun əyani aspirantı olmuşdur. 1981-ci ildə 
dissertasiya müdafiə edərək,  kənd təsərrüfatı elmləri 
namizədi alimlik dərəcəsi adı almışdır. 
1983-cü ildə torpaq kadastrı üzrə apardığı elmi-tədqiqat 
işlərinin nəticəsinə görə «Ekotexnika - 82» Ümumittifaq 
konkursunun laureatı olmuş, «Torpaqların keyfiyyət qiyməti 
xəritəsi»nin tərtibinə görə Ümumittifaq Xalq Nailiyyətləri 
sərgisinin bürünc medalına layiq görülmüşdür. 
1984-cü ildən institutda baş elmi işçi, 1990-cı ildən 
1992-ci ilin sentyabrına kimi qrup rəhbəri işləmişdir.  
1991-ci ildə baş elmi işçi dərəcəsi almışdır. 
1992-ci ilin sentyabrından Dövlət Torpaq Komitəsində 
əvvəlcə sədrin müavini, 1993-cü ilin fevralından 1997-ci ilin 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə