Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

 
 
185
 
 
 
iyuluna kimi isə  sədrin birinci müavini, eyni zamanda sədr 
əvəzi işləmişdir. Respublikada torpaq islahatının aparılması 
üçün  qanunvericilik bazasının hazırlanmasına,  islahatın 
həyata keçirilməsinə  və yeni torpaq münasibətlərinin 
tənzimlənməsinə rəhbərlik etmişdir. 
1998-ci ilin aprelindən Kənd Təsərrüfatı Nazirliyinin 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı 
və  Təşkili  İnstitutunda baş elmi işçi, həmin ilin noyabr 
ayından  şöbə müdiri, 2001-ci ilin sentyabr ayından hal-
hazıra kimi  institutun elmi-katibi vəzifəsində çalışır. 
Apardığı elmi-tədqiqat işinin istiqaməti – kənd 
təsərrüfatında torpaq münasibətlərinin formalaşdırılması, 
torpaq kadastrı  işlərinin təkmilləşdirilməsi və torpaqlardan 
istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi problem-
lərini əhatə edir. 
Akif Həmzə  oğlu Vəliyev «Azərbaycanda torpaqdan 
istifadənin iqtisadi səmərəliliyinin yüksəldilməsi problem-
ləri» mövzusunda doktorluq dissertasiyası yerinə yetirib. 
Onun ümumilikdə 74 çap vərəqi həcmində (onun 22 çap 
vərəqi  həmmüəlliflərdir) 90-dan çox elmi əsəri nəşr 
olunmuşdur. Doktorluq dissertasiyası üzrə ümumi həcmi 48 
çap vərəqi olan 62 elmi əsər, (10 elmi məqalə xaricdə 
olmaqla), 2 monoqrafiya («Torpaq-mülkiyyət münasibət-
lərinin tənzimlənməsinin əsasları» Bakı,  Nurlar, 2005, 177 
s. və «Torpaq istehsal vasitəsi kimi: əsas müddəalar, 
nəticələr, tövsiyələr və  təkliflər» Bakı,  Şərq-Qərb, 2011, 
84s.) və 2 bülleten dərc olunmuşdur.  Qalanı  1978-1996-cı 
illər  ərzində «Azərbaycan Elmlər Akademiyasının 
xəbərləri», «Kənd təsərrüfatı  xəbərləri» və «Subtropik 


 
 
186
 
 
 
bitkilər - Anasuelli-Maxaradze» jurnallarında: torpaq 
ehtiyatları  və onların səmərəli istifadəsi, torpaq xüsusiy-
yətlərinin kənd təsərrüfatı istehsalına təsiri, torpaqların 
aqroekoloji xüsusiyyətləri və keyfiyyətcə qiymətləndi-
rilməsi, müxtəlif bitkilər altında torpaqların qiymətlən-
dirilməsinin metodik əsasları  məsələlərini  əhatə    edən  26 
çap vərəqi həcmində 40-a qədər elmi əsər digər nəşrlərdə çap 
olunmuşdur. Onlardan 1-i biblioqrafik monoqrafiya, 2-si 
metodik göstəriş, 1-i braşuradır. 
Akif Vəliyev Azərbaycan Respublikası Milli Məclisinin 
«Aqrar Siyasət Komissiyasının» işçi qrupunun üzvüdür. 
 
 
 


 
 
187
 
 
 
Əliyev Həsən Musa oğlu  
 
Əliyev Həsən Musa oğlu 16 mart 
1924-cü ildə Qax rayonunun İlisu 
kəndində anadan olmuşdur.  
1937-ci ildə  İlisu kənd orta 
məktəbinin 7-ci sinfini bitirdikdən 
sonra, Zaqatala Pedaqoji Texnikumu-
na daxil olmuş  və 1939-cu ildə 
texnikumu bitirərək ibtidai məktəb 
müəllimi ixtisasına yiyələnmişdir. 
1940-1941-ci illərdə İlisu kənd orta  məktəbində müəllim 
işləmiş, 1942-1944-cü illərdə  İkinci Dünya müharibəsinin 
iştirakçısı olmuşdur.  
Ordudan tərxis olunduqdan sonra, 1944-1945-ci illərdə 
Qax  rayonunun Qoradan kəndində yeddi illik məktəbdə 
müəllim, 1946-cı ildə Az.LKGİ Komsomol Komitəsinin 
ikinci katibi vəzifəsinə  irəli çəkilmişdir. 
1947-1962-ci illərdə H.Əliyev Bakı  şəhərində iki illik 
Partiya  məktəbinin müdavimi, Qax rayon Komsomol 
Komitəsinin  İkinci və Birinci katibi, Gəncə vilayət  
Komsomol Komitəsinin III katibi, Az. LKGİMK-də  şöbə  
müdiri, Zaqatala rayon PK-nin İkinci Katibi və Qax 
rayonunun  İlisu kəndində kolxoz sədri vəzifəsində 
işləmişdir.  
1963-1965-ci illərdə Moskva şəhərində ETKTİ  İnstitu-
tunun  əyani aspirantı olmuş  və namizədlik  dissertasiyası 
müdafiə edərək  iqtisad elmləri namizədi  alimlik dərəcəsi 
almışdır.  


 
 
188
 
 
 
H.Əliyev 1966-1970-ci illərdə Azərbaycan Respublikası 
Xalq Nəzarəti  Komitəsində  şöbə müdiri, 1971-1976-cı 
illərdə  Ağdam rayon PK-nin  Birinci Katibi, 1977-1981-ci 
illərdə Az.ETKTİ  və  Tİ-da baş elmi işçi, 1982-1987-ci 
illərdə Qax rayonunun İlisu kəndində kolxoz sədri 
vəzifəsində çalışmışdır. 1988-ci ildən hal-hazıradək 
Az.ETKTİ və  Tİ-da aparıcı elmi işçi vəzifəsində  fəaliyyət 
göstərir.  
Elmi yaradıcılıq fəaliyyətinə Moskvada aspirant olarkən 
başlamışdır. Kənd təsərrüfatının iqtisadiyyatı, idarə olunması 
və təşkili ilə bağlı silsilə məqalələrin müəllifidir. Az.ETKTİ 
və  Tİ-da işlədiyi  müddətdə 50-dən artıq dissertasiya işinə 
rəy vermşdir. 
H.Əliyevin xidmətləri dövlət tərəfindən layiqincə  
qiymətləndirilmişdir. O, iki dəfə  Qırmızı  Əmək Bayrağı 
ordeni, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin gümüş 
medalı, iki dəfə Azərbaycan  Respublikası Ali Sovetinin 
Fəxri Fərmanı  və  dəfələrlə  sosializm yarışının qalibi 
nişanları ilə,  İkinci Dünya müharibəsinin iştirakçısı kimi 
Qafqazın müdafiəsi, Almaniya üzərində  qələbə, qələbənin 
yubleyi illərinin medalları ilə    təltif olunmuş, 1971-1976-cı 
illərdə Azərbaycan Respublikası Ali  Sovetinin deputatı 
olmuşdur.  
 
 


 
 
189
 
 
 
Tağıyev Tağı Məsim oğlu  
 
Tağıyev Tağı  Məsim oğlu 1930-cu 
ildə Azərbaycan Respublikasının 
Gədəbəy rayonunun Arısu kəndində 
anadan olmuşdur. 
1952-ci ildə Azərbaycan Kənd 
Təsərrüfatı  İnstitutuna daxil olmuş, 
1957-ci ildə “Zootexnik” fakültəsini 
bitirdikdən sonra Gədəbəy rayonunda 
“Qələbə” və “Xanlar” kolxozlarında zootexnik vəzifəsində 
çalışmışdır.  
T.Tağıyev yüksək peşəkarlığı ilə  fərqləndiyinə görə, 
1958-ci ildə Azərbaycan Respublikası  Kənd Təsərrüfatı 
Nazirliyinin Mərkəzi Aparatına işə  dəvət olunmuş  və bir 
neçə il burada işləmişdir.  
1962-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda elmi işçi 
vəzifəsində  fəaliyyətə başlamış,  1964-cü ildə  əyani 
aspiranturaya daxil olmuş və 1969-cu
 
ildə “Azərbaycan SSR 
dağ kolxozlarında kənd təsərrüfatı istehsalatının səmərəli 
yerləşdirilməsi və perspektiv inkişafının elmi əsaslan-
dırılması” mövzusunda namizədlik dissertasiyasını müvəf-
fəqiyyətlə müdafiə edərək iqtisad elmləri namizədi alimlik 
dərəcəsini, 1978-ci ildə SSRİ Nazirlər Sovetinin Ali 
Attestasiya Komissiyasının qərarına əsasən ona baş elmi işçi 
adı verilmişdir.  
O, respublikada və onun dağlıq bölgələrində yerləsən 
zərərlə  işləyən və  aşağı rentabelli təsərrüfatların iqtisadi 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə