Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə44/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   40   41   42   43   44   45   46   47   ...   69

 
 
190
 
 
 
səmərəliliyinin yüksəldilməsi sahəsində  dəyərli təklif və 
tövsiyələr hazırlamış, aidiyyəti təşkilatlara və müvafiq 
təsərrüfatlara təqdim etmişdir.  
Tağıyev T. 1959-cu ildən Azərbaycan Respublikası 
“Bilik” cəmiyyətinin üzvü olmaqla, respublikanın bir çox 
təsərrüfatlarında bitkiçilik və heyvandarlıq məhsulları 
istehsalının artırılması və maya dəyərinin aşağı salınmasına 
dair çoxlu sayda elmi mühazirələr oxumuş, təsərrüfatlara 
yaxından elmi və praktiki köməklik göstərmişdir.  
1969-cu ildən 2000-ci ilədək, Azərbaycan Elmi-Tədqiqat 
Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda baş 
elmi işçi və aparıcı elmi işçi vəzifəsində  işləmişdir. 2000-
2006-cı illərdə şöbə müdiri vəzifəsində işləmişdir. 
İşlədiyi dövrdə aqrar sahədə  kənd təsərrüfatı müəs-
sisələrinin iqtisadiyyatı  və  təşkilinə dair 60  elmi tədqiqat 
işlərinin, 70-dən çox elmi məqalənin, 4 kitabça şəklində 
çıxan tövsiyənin; 50-dən çox tövsiyə  və  təkliflərin müəllifi 
olmaqla, 40-dan çox aspirant və dissertantların dissertasiya 
işlərinə rəy və lazımi elmi məsləhətlər vermişdir.
 
Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən Ağdam, 
Yevlax,  Şəki,
 
Gədəbəy və  Şəmkir rayonlarında bir neçə 
təsərrüfatın təşkilat-təsərrüfat quruculuğu planını  işləyib 
hazırlamış  və  təsərrüfatlara təqdim etmişdir.  Gədəbəy 
rayonunda kartofçuluq üzrə 4 iri toxumçuluq təsərrüfatının 
təşkil edilməsində fəal iştirak etmişdir.
 
Azərbaycan Respublikasının  ən ucqar dağ rayonu olan 
Lerik və Yardımlı rayonlarının zərərlə  işləyən aşağı 
rentabelli təsərrüfatlarında istehsalın iqtisadi səmərəliliyinin 
yüksəldilməsi üzrə hazırladığı  təkliflər və tövsiyələr 


 
 
191
 
 
 
Azərbaycan SSRİ Dövlət Aqrar Sənaye Komitəsinin Elmi-
Texniki  Şurasının, Sosial İqtisadi  İnkişaf və  İdarəetmənin 
təkmilləşdirilməsi seksiyası  tərəfindən müzakirə edilərək 
bəyənilmiş  və  tətbiq olunmaq üçün təsərrüfatlara təqdim 
edilmişdir.
 
T.Tağıyev Kənd Təsərrüfatı Nazirliyinin tapşırığı 
əsasında  Şəki-Zaqatala regionunun təsərrüfatlarında bitki-
çilik  və heyvandarlıq  məhsulları istehsalının mövcud 
vəziyyətini araşdırmış, aşağı rentabelli  və  zərərlə  işləyən 
təsərrüfatların iqtisadiyyatının qaldırılmasına dair hazırladığı 
tövsiyə nazirlik tərəfindən yüksək  qiymətləndirilərək 
respublikanın bütün zərərlə  işləyən  təsərrüfatlarında tətbiq 
olunması 
məqsədəmüvafiq hesab edilərək yerlərə 
göndərilmişdir. 
Gədəbəy rayonunun Şınıx zonasında Ermənistanın 
torpaq iddiası ilə  əlaqədar olaraq  oranın sosial-iqtisadi 
inkişafını möhkəmləndirmək üçün Kənd Təsərrüfatı 
Nazirliyinin komissiyasına daxil edilərək, həmin zonaya 
ezam olunmuş, oranın sosial-iqtisadi vəziyyətini daha da 
möhkəmləndirilməsi üçün tələb olunan əsaslı  təkliflər 
hazırlayıb rəhbərliyə təqdim etmişdir.
 
T.M.Tağıyev 50 ildir ki, Azərbaycan Elmi-Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
fasiləsiz olaraq tədqiqatlar aparır.  
Tağı Tağıyevin aşağıdakı  məqalələri xüsusi əhəmiyyətə 
malikdir. “Respublikada taxılçılığın inkişafı”; “Aqrar 
bölmədə
 
sahibkarlıq fəaliyyətinin inkişafının əsas istiqamət-
ləri”; “Bazar iqtisadiyyatı  şəraitində müxtəlif növ təsər-
rüfatçılıq formalarının inkişafı”; “Çoxukladlı  təsərrüfatçılıq 


 
 
192
 
 
 
şəraitində aqroservis xidmətinin inkişaf məsələləri”; 
Gədəbəy rayonunda sahibkarlıq fəaliyyətinin müasir 
vəziyyəti və inkişaf perspektivləri”; “Bazar iqtisadiyyatı 
şəraitində müxtəlif təsərrüfatçılıq formalarında məhsul 
istehsalının artırılması  və iqtisadi səmərəliliyinin yüksəl-
dilməsi problemləri”; “Bazar iqtisadiyyatı  şəraitində  kənd 
təsərrüfatı istehsalı infrastrukturunun formalaşmasında 
başlıca problemlər”; “Kartofçuluq təsərrüfatlarının iqtisadi 
səmərəliliyinin yüksəldilməsi”; “Dağ  təsərrüfatlarında 
maldarlıq məhsulları istehsalının artırılması”; “Bitkiçilik və 
heyvandarlıqda məhsul istehsalının artırılmasında və iqtisadi 
səmərəliliyinin yüksəldilməsində sahə quruluşunun rolu”; 
“Azərbaycanda heyvandarlıq sahələrinin inkişaf səviyyəsi və 
məhsul istehsalının artırılması ehtiyatları”; “Heyvandarlığın 
yemə olan tələbatı və yem istehsalının möhkəmləndirilməsi 
ehtiyatları”; “Dağ  təsərrüfatlarında qoyunçuluğun inkişaf 
ehtiyatları” və s. 
Tağıyev Tağı Məsim oğlu rəhbərlik tərəfindən aşağıdakı 
təltifərə layiq görülmüşdür: 
1. 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirli-
yinin Kollegiyasının  və Həmkarlar Komitəsinin birgə Qərarı 
ilə “Sosializm Yarışının Qalibi” nişanı. 
2. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirli-
yinin Kollegiyasının  və Həmkarlar Komitəsinin birgə Qərarı 
ilə “XI Beşilliyin Qalibi” nişanı və pul mükafatı. 
3. 1986cı ildə uzun müddət qüsursuz və fasiləsiz 
işlədiyinə görə “Əmək Veteranı” medalı. 


 
 
193
 
 
 
4. 1990-cı ildə Azərbaycan aqrar-iqtisadi elminin 
inkişafında uzun illər səmərəli fəaliyyətinə görə Az.ETKTİ 
və Tİ-nun “Fəxri Fərmanı”. 
5. 1996-cı ildə  Kənd Təsərrüfatı Nazirliyinin əmri  ilə 
Azərbaycan Respublikasının “Əmək Veteranı”. 
6. 2001-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrü-
fatı Nazirliyi, Aqrar Elm Mərkəzi və Həmkarlar Komitəsinin 
respublikamızın dağ rayonlarının iqtisadiyyatının 
yüksəldilməsi və elmi fəaliyyətinə görə təbriki. 
7. 2006-cı ildə aqrar elmin inkişafındakı xidmətlərinə və 
elmi-istehsalat fəaliyyətinə görə Azərbaycan Respub-
likasının Kənd Təsərrüfatı Nazirliyinin “Fəxri Fərmanı” və 
pul mükafatı. 
8. 6 yanvar 2011-ci ildə çoxillik səmərəli  əmək  
fəaliyyəti və 80 illik yubileyi münasibəti ilə Azərbaycan 
Elm-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun və  Həmkarlar  İttifaqı    Komitəsinin “Fəxri 
Fərmanı”. 
9. 01 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının 
Kənd Təsərrüfatı və Qida Sənayesi işçiləri Həmkarlar İttifaqı 
Federasiyasının Fəxri Fərmanı və pul  mükafatı. 
T.M.Tağıyev öz elmi fəaliyyətini bu gün də böyük 
həvəslə davam etdirir.  
Hazırda “İstehsalın iqtisadi səmərəliliyinin artırılması və 
sahibkarlığın inkişaf problemləri” şöbəsində aparıcı elmi işçi 
vəzifəsində işləyir. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə