Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə40/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   36   37   38   39   40   41   42   43   ...   69

 
 
169
 
 
 
A.A.Rüstəmov 1986-1987- ci illərdə Naxçıvan Pedoqoji 
İnstitutunda bir çox vəzifələrdə çalışmış və “Ümumi texniki 
fənnlər” fakültəsinin dekan müavini vəzifəsində  işləmişdir. 
1987-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına 
qəbul olunmuş, aspiranturanı müvəffəqiyyətlə bitirərək, 
1990-cı ildə “Elmi-texniki tərəqqi  şəraitində  əsas istehsal 
fondlarının təkrar istehsalının iqtisadi problemləri” 
mövzusunda dissertasiya müdafiyə etmiş, siyasi iqtisad üzrə-
08.00.01  şifri ilə iqtisad elmləri namizədi (iqtisad üzrə 
fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. Aspiranturada 
oxuduğu  müddətdə “Naxçıvan MSSR-də kənd təsərrüfatına 
kapital qoyuluşu və əsas istehsal fondlarının təkrar istehsalı”, 
“Əsas fondların təkrar istehsalında kreditin rolu”, “Kənd 
təsərrüfatında  əsas fondların mahiyyəti” və s. sanballı elmi 
məqalələrini çap etdirmişdir. 
1991-ci ildə “Siyasi iqtisad kursunun tədrisində yerli 
materiallardan istifadənin bəzi məsələləri” və 1992-ci ildə isə 
“İqtisadi nəzəriyyə kursunun tədrisində Azərbaycan 
ədəbiyyatından istifadənin bəzi məsələləri” adlı  dərs 
vəsaitlərini çap etdirmişdir. 
1994- cü ildə  “İqtisad” fakültəsinə dekan seçilmişdir. 
Sonra həmin fakültə hüquqşünaslıq ixtisası ilə birləşdirilmiş 
və o 2004 -cü ilədək iqtisad-hüqüq fakültəsinin dekanı 
vəzifəsində çalışmışdır. 
Onun 2001-2003- cü illərdə ”Kənd yerlərində 
aztəminatlı  əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması 
istiqamətləri”, “Əhalinin maddi rifah halının yaxşılaş-
dırılmasında sosial-iqtisadi inkişafın istiqamətləri”, 
“Respublikada  əhalinin maddi rifahının yüksəldilməsinin 


 
 
170
 
 
 
iqtisadi problemləri” və “Kənd  əhalisinin maddi və 
mədəni-məişət  şəraitinin yaxşılaşdırılması problemləri” 
adlı kitabları  və “Bazar və bazar mexanizmi” adlı  dərs 
vəsaiti capdan çıxmışdır. Bu kitabların adından məlum 
olduğu kimi Prof. A.A.Rüstəmov onu maraqlandıran əsas 
məsələləri - bazar iqtisadiyyatı  şəraitində az təminatlı 
əhalinin,  şəhər  əhalisinə nisbətən daha çox problemlərlə 
üzləşən, ehtiyacları tələbatlarına nisbətən daha az ödənilən 
kənd əhalisinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması, 
onların maddi-rifah halının yüksəldilməsində qiymət, 
əsaslı  vəsait qoyuluşu, vergi və kredit mexanizmlərinin 
təkmilləşdirilməsinin rolunu, və eləcə  də digər sosial-
iqtisadi məsələləri tədqiq etmişdir.  
2004-cü ildə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsər-
rüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda “Yeni 
münasibətlər  şəraitində  əhalinin həyat səviyyəsinin 
yüksəldilməsinin iqtisadi problemləri” mövzusunda disser-
tasiya müdafıyə edərək, xalq təsərrüfatının iqtisadiyyatı və 
idarə edilməsi-08.00.05 –şifri ilə iqtisad elmləri doktoru 
elmi dərəcəsi almışdır. 
1993-cü ildən dosent və 2009-cu ildən professor 
vəzifəsində çalışan A.A.Rüstəmov 2004-cü ildən bu 
günədək “İqtisadiyyat” kafedrasına rəhbərlik edir.  
Professor A.A.Rüstəmovun elmi kadrların yetişdiril-
məsində  də  əməyi böyükdür. Rəhbərliyi ilə 10-nəfər 
aspirant və dissertant müvəffəqiyyətlə dissertasiya 
müdafiə edərək elmi dərəcə almışlar.  
Ümumilikdə, 100 -dən çox elmi əsərin, o cümlədən, 
kitabın, dərs vəsaiti, dərs proqramları, məqalə və tezislərin 


 
 
171
 
 
 
müəllifi olan Ağarza müəllimin tədqiqat obyekti genişdir. 
Alim iqtisadi nəzəriyyənin bir sıra problemlərinin-kənd 
təsərrüfatında əsas istehsal fondlarından istifadənin yaxşı-
laşdırılması, müasir dövrdə  kənd təsərrüfatında  əsas 
istehsal fondlarından istifadənin xüsusiyyətləri, istehsal 
fondlarının təkrar istehsalının iqtisadi problemləri, bazar 
və bazar mexanizmi, kəndli təsərrüfatlarının səmərəliliyi 
məsələləri və s. tədqiqi yönümündə elmi-nəzəri və praktiki 
əhəmiyyətli mövzuların tədrisi ilə bağlı metodik 
vəsaitlərin müəllifidir. 
O, Respublikada və xarici ölkələrdə keçirilən yerli və 
beynəlxalq elmi-praktik konfranslarda və seminarlarda 
iştirak etmiş, dəyərli elmi məqalələri ilə çıxış etmişdir. Bir 
sıra nüfuzlu komissiyaların və elmi qurumların, o 
cümlədən, AMEA Naxçıvan bölməsində fəaliyyət göstərən 
Dissertasiya  Şurasının sədr müavini, NDU - Elmi 
Şurasının, universitetdə  nəşr olunan "Elmi əsərlər" 
jurnalının redaksiya heyətinin, eyni zamanda Rusiyanın 
Moskva  şəhərində  çıxan Beynəlxalq elmi jurnalın, 
Beynəlxalq texniki-iqtisadi jurnalın və Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunun “Xəbərlər” jurnalının redaksiya heyətinin 
üzvüdür. 
İqtisad elmləri doktoru, professor A.A.Rüstəmovun 
səmərəli elmi-pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən 
layiqincə qiymətləndirilmişdir. O, 2007-ci ildə Naxçıvan 
Dövlət Universitetinin 40-illik yubileyi ilə  əlaqədar, 
universitetin bir qrup əməkdaşları ilə  bərabər, hörmətli 
prezidentimiz cənab  İ.Əliyevin sərəncamı ilə “Tərəqqi 


 
 
172
 
 
 
medalı” ilə təltif edilmişdir. Medalı şəxsən hörmətli cənab 
prezidentimiz  İ.H.Əliyev professor A.A.Rüstəmova özü 
təqtim etmişdir. 
Ağarza müəllim həm də qayğıkeş ailə başçısıdır. Tanrı 
ona 2 övlad, 6 nəvə bəxş etmişdir. 
 
 


 
 
173
 
 
 
Səbzəliyev Sifariz Mirzəxan oğlu  
 
S.M.Səbzəliyev 1945-ci il yanvar 
ayının 8-də Azərbaycan Respublikasının 
Ağsu rayonunun Qaraqoyunlu kəndində 
ziyalı ailəsində anadan olmuşdur. 1963-
cü ildə S.M.Kirov adına Azərbaycan 
Dövlət  İqtisad Universitetinin “İqtisad” 
fakültəsinin  əyani  şöbəsinə  qəbul 
olunmuş, II kursdan hərbi xidmətə  
çağırılmışdır. 1963-1967-ci illər ərzində hərbi xidmətini başa 
vurduqdan sonra təhsilini D.Bünyadzadə adına Azərbaycan 
Xalq Təsərrüfatı  İnstitutunun “Uçot-iqtisad” fakültəsinin 
əyani  şöbəsində davam etdirmişdir. 1970-ci ildə  həmin  
institutu fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla 
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı 
və Təşkili İnstitutuna işləməyə göndərilmiş, müxtəlif illərdə 
həmin institututda kiçik elmi işçi, baş elmi işçi və elmi katib 
vəzifələrində çalışmışdır. 1973-1977-ci illərdə institutun 
aspiranturasının əyani şöbəsində təhsilini davam etdirmiş və 
1980-ci ildə  “Şirvan zonasının təsərrüfatlarında istehsal 
fondlarının uçotunun və  təhlilinin təkmilləşdirilməsi” 
mövzusunda yazdığı namizədlik dissertasiyasını 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetində 
müdafiə edərək çox qısa bir müddətdə iqtisad elmləri 
namizədi alimlik dərəcəsi almışdır. 
S.M.Səbzəliyev 1981-ci ildə Azərbaycan Dövlət İqtisad 
Universitetinin “Mühasibat uçotu” kafedrasına baş müəllim 
vəzifəsinə  dəvət olunmuş, 1985-ci ildə “Uçot-iqtisad” 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə