Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

 
 
211
 
 
 
İnstitutda işlədiyi müddətdə aqrar sahənin müxtəlif 
problemlərinin həlli ilə  əlaqədar 30-dan artıq elmi məqalə 
dərc etdirmişdir.  
2009-cu ildən “Aqrar sahədə kooperasiya münasibətlərinin 
inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyası 
üzərində işləyir.
 
 
 


 
 
212
 
 
 
QuliyevEldar Əli oğlu  
 
Quliyev  Eldar  Əli  oğlu 02 avqust 
1970-ci  ildə  Tovuz  şəhərində  ziyalı 
ailəsində anadan olub. 1987-ci ildə Tovuz 
rayonu  Yusif  Sadıqov  adına  Bozalqanlı 
kənd orta məktəbini bitirmişdir. Məktəbdə 
oxuduğu illərdə (1985-1987) SSRİ-də ilk 
yaradılmış 
eksperimental 
şagird 
sovxozunun  direktoru  seçilmiş,  Tovuz 
rayon  Komsomol  Komitəsinin  büro  üzvü,  Azərbaycan 
Komsomolunun  XXXII  və  Ümumittifaq  Komsomolunun 
XX  qurultayının  nümayəndəsi  olmuşdur.  Həqiqi  hərbi 
xidmətdən (1988-1990) sonra  Tovuz  rayon  Konserv 
zavodunda  fəhlə (1991), Tovuz  rayon  Bozalqanlı 
üzümçülük-heyvandarlıq  sovxozunda (1992) üzümçülük 
briqadiri  işləmişdir. 1992-ci  ildə  AKTA-nın  «İqtisadiyyat» 
fakültəsinə  qəbul  olmuş  və 1997-ci  ildə  akademiyanı 
bitirərək  təşkilatçı-iqtisadçı  ixtisasını  almış  və  təyinatla 
Az.ETKTİ və Tİ —na göndərilmişdir.  
Az.ETKTİ  və  Tİ-da 01.07.1997-ci  ildən  əmək  fəaliy-
yətinə başlamış kiçik, böyük, aparıcı elmi işçi və şöbə müdiri 
vəzifələrində  işləmişdir.  Hal-hazırda  «İstehsalın  iqtisadi 
səmərəliliyinin  artırılması  və  sahibkarlığın  inkişafı 
problemləri» şöbəsinin müdiri vəzifəsində çalışır.  
İşlədiyi  müddət  ərzində  «Kənd  təsərrüfatı  məhsulları 
istehsalının 
stimullaşdırılmasının 
təkmilləşdirilməsi 
istiqamətləri» mövzusunda yerinə yetirdiyi dissertasiya işini  
2006-cı  ildə  müdafiə  edərək  iqtisad  üzrə  fəlsəfə  doktoru 


 
 
213
 
 
 
alimlik  dərəcəsinə  layiq  görülmüdür.  E.  Quliyevin 5 çap 
vərəqi  həcmində 20-dək  elmi  məqalələri  müxtəlif  nəşrlərdə 
və jurnallarda dərc olunmuşdur. 
Ailəlidir, bir  övladı var. 
 
 


 
 
214
 
 
 
Hacıyev Qalib Bəhram oğlu  
 
Qalib Bəhram oğlu Hacıyev 1976-cı il 
may  ayının 24-də  Gürcüstan  Respub-
likasının  Marneuli  rayonunun  Qaçağan 
kəndində  anadan  olmuşdur.  Orta  təhsilini 
həmin kənddəki məktəbdə almışdır. 1994-
1998-ci illərdə Azərbaycan Dövlət İqtisad 
İnstitutunun  uçot-iqtisad  fakültəsində 
mühasibat  uçotu  və  audit  ixtisası  üzrə 
bakalavr və 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad 
Universitetinin  həmin  ixtisas  üzrə  magistr  ali  təhsil 
mərhələsində təhsil almışdır. 2000-ci ildən Az.ETKTİ və Tİ-
da  işləyir. 2000-2005-ci  illərdə  Az.ETKTİ  və  Tİ-da 
«İstehsalın  və  əməyin  stimullaşdırılması»  şöbəsində  baş 
iqtisadçı, «Dağ  rayonlarında  istehsalın  stimullaşdırılması» 
şöbəsində  baş  elmi  işçi, «Aqrar  sahənin  dövlət  tənzim-
lənməsi» şöbəsində böyük elmi işçi, aparıcı elmi işçi, 2006-
cı  ildən  indiyədək  «Dövlət  tənzimlənməsi  və  marketinq 
xidmətinin təşkili» şöbəsinin müdiri vəzifəsində işləyir. 
Q.B.Hacıyev  elmi  işlə  yanaşı  pedaqoji  fəaliyyətlə  də 
məşğuldur  və  Əmək  və  Sosial  Münasibətlər  Akademiya-
sında,  Qərb  Universitetində  «Uçot  və  maliyyə  hesabatının 
beynəlxalq  standartları», «Mühasibat  (idarəetmə)  uçotu», 
«Kommersiya  banklarında  mühasibat  uçotu», «Mühasibat 
(maliyyə)  hesabatı», «Mühasibat  uçotu», «Qiymət  və 
qiymətin əmələgəlməsi», «Biznesin təşkili» fənnlərini tədris 
etmiş və bir çox buraxılış işlərinə rəhbərlik etmişdir. Hazırda 
Azərbaycan  Dövlət  İqtisad  Universitetində  «ASM-nin 


 
 
215
 
 
 
iqtisadiyyatı  və  idərəedilməsi»  kafedrasının  müəllimidir  və 
2009-cu  ildən  Gürcüstanda  fəaliyyət  göstərən  H.Ə.Əliyev 
adına  Gürcüstan - Azərbaycan  Tədris  Universitetinin 
professorudur. Televiziyada,  beynəlxalq  və  respublika 
əhəmiyyətli elmi-nəzəri və praktik konfranslarda məruzələrlə 
çıxışları  olub  (Gürcüstan,  Ukrayna,  Polşa),  o  cümlədən 41 
əsəri  elmi-nəzəri  jurnallarda,  institutun  elmi  toplularında, 
konfransların materiallarında dərc edilib. Gürcüstanın Tbilisi 
şəhərində  «Aqrar  iqtisadiyyat  elmi  və  texnologiyaları»  adlı 
beynəlxalq elmi — praktik jurnalın redaksiya heyətinin üzvü 
və həmin jurnalın Azərbaycan bölməsinin rəhbəridir. 
2011-ci  ildə  Qərb  Universitetində  buraxılış  işlərinin 
müdafiəsi  komissiyanın  sədri  olmuşdur. Eyni zamanda 
Tələbə  Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul 
və  sınaq (test) imtahanlarında imtahan rəhbəri kimi iştirak 
etmişdir. 
Az.ETKTİ  və  Tİ-da  şöbənin  elmi  hesabatının  və  digər 
elmi  işlərin  yerinə  yetirilməsində,  o  cümlədən  yüksək 
ixtisaslı  kadrların,  xüsusən  də  aspirant  və  dissertantların 
yetişdirilməsində iştirak etmiş və rəsmi opponent olmuşdur. 
Alman, rus və gürcü dillərini bilir. 
2001-ci  ildə  Az.ETKTİ  və  Tİ-nun  elmi  şurasının  qərarı 
nəticəsində 08.00.05 - «Xalq  təsərrüfatının  iqtisadiyyatı  və 
idarə  edilməsi  (kənd  təsərrüfatı)»  ixtisası  üzrə  dissertant 
olmuş, 2006-cı  ildə  Azərbaycan  Dövlət  İqtisad 
Universitetində  yaradılmış  B/N  dissertasiya  şurasında 
«Azərbaycan  Respublikasında  aqromarketinqin  təşkili 
problemləri»  mövzusunda  dissertasiya  işini  müdafiə  etmiş, 
iqtisad  elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  O,  elmi 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə