Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

 
 
106
 
 
 
Balayev Rəsul Ənvər oğlu  
 
Rəsul  Ənvər oğlu Balayev 1956-cı 
ildə 
İsmаyıllı 
rаyоnunun Lаhıc 
qəsəbəsində müəllim  аiləsində  аnаdаn 
оlmuş, 1978-ci ildə D.Bünyаdzаdə 
аdınа  Аzərbаycаn  Хаlq  Тəsərrüfаtı 
İnstitutunu “İqtisаdi məlumаtlаrın 
mехаniki üsullа  işlənməsinin təşkili” 
iхtisаsı üzrə  fərqlənmə diplоmu ilə bitirmiş, 1978-1981-ci 
illərdə Ümumittifаq  Еlmi-Тədqiqаt Lаyihə-Техnоlоji 
İnstitutunun Azərbaycan filialında işləmiş və оrdu sırаlаrındа 
хidmət еtmişdir. 
1981-1984-cü illərdə D.Bünyadzadə adına  Аzərbаycаn 
Хаlq  Тəsərrüfаtı  İnstitutunun  əyani aspiranturasında təhsil 
almış, 1987-ci ildə Аzərbаycаn ЕА Kibеrnеtikа İnstitutunun 
İхtisаslаşdırılmış  Şurаsındа  “Şəhərətrafı aqrar-sənaye 
kompleksinin istehsal strukturunun optimallaşdırılması” 
mövzusunda 08.00.13- “İqtisadi tədqiqatlarda, xalq 
təsərrüfatı  və onun sahələrinin planlaşdırılması  və idarə 
edilməsində riyazi üsulların və hesablama texnikasının 
tətbiqi” ixtisası üzrə  dissеrtаsiyа müdаfiə  еdərək iqtisаd 
еlmləri nаmizədi аlimlik dərəcəsi аlmışdır. 
1985-1989-cu illərdə D.Bünyаdzаdə  аdınа  АzХТİ-də 
еlmi işçi, həmin institut Lеninqrаd Mаliyyə-İqtisаd  İnstitu-
tunun Bаkı filiаlınа  çеvrildikdən sоnrа (1989-cu il) bu 
filiаldа, dаhа  sоnrа  Аzərbаycаn Dövlət  İqtisаd  Univеrsitе-
tində müəllim, bаş müəllim, dоsеnt, professor və 
“İnformatika” kafedrasının müdiri vəzifəsində çalışmışdır. 


 
 
107
 
 
 
Hazırda pedaqoji fəaliyyətini davam  etdirir və  əvəzçiliklə 
həmin universitetin professorudur. 
2001-ci ildə  Bаkı Dövlət Univеrsitеtinin  İхtisаslаşdı-
rılmış Şurаsındа “Urbanizasiya zonalarının ərzaq problemi”  
mövzusunda  08.00.05- “Xalq təsərrüfatı və onun sahələrinin 
iqtisadiyyatı, planlaşdırılması  və idarə edilməsinin təşkili” 
ixtisası üzrə  dissеrtаsiyа müdаfiə  еdərək iqtisаd  еlmləri 
dоktоru elmi dərəcəsi  аlmışdır.  Еlmi tədqiqаtlаrı  аqrаr 
iqtisаdiyyаt və urbаnizаsiyа, iqtisаdi-riyаzi üsullаr və müаsir 
infоrmаsiyа  tехnоlоgiyаlаrının tətbiqi prоblеmlərinə  həsr 
оlunmuşdur. 
2011-ci ilin  may ayından Azərbaycan Elmi  Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyatı  və  Təşkili  İnstitutunun 
Beynəlxalq elmi əlaqələr və informasiya texnologiyaları üzrə 
direktor müavinidir. Rəhbərliyi və bilavasitə iştirakı ilə ölkə 
ərazisini  əhatə edəcək fermer  təsərrüfatları  məlumatlarının 
monitorinqi sistemi qurulur. 
Beynəlxalq və respublika səviyyəsində keçirilmiş 
simpozium, konfrans və seminarlarda məruzələr etmişdir. 
Ölkədə və xaricdə nəşr olunmuş 100-ə yaxın elmi əsərin, o 
cümlədən 4 monoqrafiyanın müəllifidir.  Əsas  əsərləri: 
“Urbanizasiya  şəraitində  ərzaq problemi və aqrar-sənaye 
istehsalının modelləşdirilməsi”. Bakı, ADİİ, 1996, 150 s., 
“Urbanizasiya zonalarının  ərzaq problemi” Bakı, “Azər-
nəşr”, 1998, 167 s., “Müasir mərhələdə Azərbaycanda yeni 
iqtisadi sistemə keçidin qanunauyğunluqları  və problemləri 
(kollektiv monoqrafiya). Bakı, “Elm”, 1998, “Urbanizasiya: 
şəhər iqtisadiyyatı  və  ərzaq problemi.”Bakı, “Elm”, 2007, 
295 s. 


 
 
108
 
 
 
Professor R.Balayevin rəhbərliyi ilə 7 namizədlik və 1 
doktorluq dissertasiyası müdafiə olunmuşdur 10 – dan artıq 
namizədlik və doktorluq dissertasiyasına opponentlik 
etmişdir. Elmi jurnalların redaksiya heyətinin, Azərbaycan 
Jurnalistlər Birliyinin üzvüdür. Elmi axtarışları barədə dövri 
mətbuatda, radio və televiziyada müntəzəm məlumat verir.  
Azərbaycan, ingilis və rus dillərində onlarla qəzet 
məqaləsində aktual sosial-iqtisadi problemlərə münasibət 
bildirmişdir. 
 
 


 
 
109
 
 
 
Cahangirov Əli Dadaş oğlu  
 
Əli Dadaş oğlu Cahangirov 1934-cü 
ildə Saatlı rayonunun Əlisoltanlı 
kəndində anadan olmuşdur. 
1950-ci ildə  Əlisoltanlı  kənd orta 
məktəbini, dörd il sonra isə Azərbaycan 
Xalq Təsərrüfatı  İnstitutunu fərqlənmə 
diplomu ilə bitirmişdir. Azərbaycan SSR 
Elmlər Akademiyasının iqtisadiyyat bölməsində aspirant 
olduğu vaxt Muğan-Salyan zonasında kənd təsərrüfatı 
istehsalının əsas inkişaf problemlərini tədqiq etmiş, 1959-cu 
ildə namizədlik, 1972-ci ildə isə Tbilisi şəhərində doktorluq 
dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etmişdir. 
Elmi dairələrdə  Əli Cahangirovun imzası yaxşı 
məlumdur. 
İqtisad elmləri doktoru, professor 
Ə.D.Cahangirov 1962-1968-ci illərdə Azərbaycan SSR 
Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda Elmi işlər üzrə direktor müavini, 1968-1972-ci 
illərdə Azərbaycan Kommunist Partiyası MK-da məsul 
vəzifələrdə çalışmış, 1972-1977-ci illərdə Azərbaycan 
Dövlət Plan Komitəsinin  İqtisadiyyat  İnstitutunda baş elmi 
işçi işləmişdir. 
1977-ci ildən isə Moskvada Ümumittifaq Elmi Tədqiqat 
Kənd Təsərrüfatı  İnstitutunda  şöbə müdiri vəzifəsinə  təyin 
edilmişdir. 1984-cü ildən isə elmi işlər üzrə direktor müavini 
seçilmişdir. 1981-ci ildən institut partiya təşkilatına rəhbərlik 
etmişdir. 


 
 
110
 
 
 
Əli Cahangirov Moskvada işlədiyi dövrdə Azərbaycan 
xalqının müstəqilliyi və firavanlığı üçün həmişə  səylə 
çalışmışdır. O, xalqını və millətini sevən bir insan idi. 
Azərbaycanda işlədiyi illərdə respublika üçün 31 nəfər 
iqtisad elmləri namizədi hazırlamışdır. 
Ümumilikdə 31 nəfər elmlər namizədi, 4 nəfər elmlər 
doktoru hazırlamışdır. 
Moskvada işlədiyi dövrdə  təkcə keçmiş SSR-də deyil, 
həmçinin Çexoslovakiyada, Bolqarıstanda, Polşada bir sıra 
kitabları, elmi məqalələri və metodik tövsiyələri çapdan 
çıxmışdır. Çexoslovakiyada, Macarıstanda, Monqolustanda, 
Bolqarıstanda, ADR-də, Polşada, Rumıniyada, Yuqosla-
viyada aqrar siyasətin əsas istiqamətləri mövzusunda ardıcıl 
mühazirələr oxumuşdur. 
Ə.D.Cahangirov 1991-ci ildə yenidən Azərbaycana 
qayıtmışdır. 
Ə.D.Cahangirov 1991-1992-ci illərdə 
Azərbaycan Respublikası Prezident Aparatında  İqtisadiyyat 
məsələləri üzrə Dövlət Müşaviri vəzifəsində çalışmışdır. 
İqtisadiyyat üzrə görkəmli alim, gözəl insan, iqtisad elmlər 
doktoru, professor Əli Cahangirovun rəhbərliyi altında 35 
nəfər iqtisad elmləri namizədi və elmlər doktoru 
hazırlamışdır. 
Böyük alim, qayğıkeş insan, elmlər doktoru, professor 
Əli Cahangirov uzun sürən xəstəlikdən sonra 27 dekabr 
1996-cı ildə ömrünün 62-ci ilində vəfat etmişdir. Onun qəbri 
Bakı şəhərindədir. 
O, gözəl ailə başçısı idi. 3 övladı, 4 nəvəsi vardır. Allah 
Əli müəllimə rəhmət eləsin, qəbri nurla dolsun. 
 
 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə