Təqdim ediləcək məqalələrə qoyulan TƏLƏBLƏR



Yüklə 20,09 Kb.
səhifə1/3
tarix13.02.2023
ölçüsü20,09 Kb.
#100729
  1   2   3
seminar




21 fevral 2023-cü il tarixində
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Gənc Tədqiqatçı və Doktorantların (disssertantların) BÖYÜK ELMİ SEMİNARINA
təqdim ediləcək məqalələrə qoyulan


TƏLƏBLƏR

  1. Seminarda iştirak etmək arzusunda olanlar, elmi məqalələrini 2023-cü il 6 fevral tarixinədək doktorantura.azii@gmail.com mail adresinə təqdim etməlidirlər:

2. Məqalələr azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər.
3. Azərbaycan dilində təqdim edilən məqalələr ekranın aşağı sağ küncündən AZ (azərbaycan latın), yuxarıdan isə Times New Roman, rus dilində olan məqalələr isə aşağıdan Ru, yuxarıdan isə Times New Roman, ingilis dilində olan məqalələr üçün isə aşağıdan EN seçilməklə yığılmalıdır.
4. Məqalələr A4 formatında hər tərəfdən(sağ,sol,yuxarı,aşağı)20 mm saxlanılmaqla, 12 mm şriftlə, 1.5 intervalla yığılmalıdır.
5. Təqdim olunan məqalələrin həcmi 5 səhifədən az, 10 səhifədən artıq olmamalıdır.
6. Təqdim edilən məqalələr göstərilən tələbatlara uyğun olmalı, elektron formada təqdim edilməlidir.
7. Tələblərə uyğun gəlməyən məqalələr nəşr üçün qəbul edilməyəcəkdir.
8. Çıxışlar müasir texniki vasitələr ilə təqdimat üçün hazırlanmalıdır.
9. Nümunə aşağıda göstərilmişdir.


Məqalənin yazılması haqqında məlumat
Ad, Soyad
UNİVERSİTET, FAKÜLTƏ, Kafedra
Tel:
E-mail:
Məqalənin adı
( Elmi istiqamət üzrə problemlər, yeni metodun təklif edilməsi və problemin həllində hansısa nəzəriyyədən istifadə və s. ola bilər)
Abstrakt(annotasiya)
Lakonik və yığcam, səlis elmi dildə baxılan elmi problemin şərhi, həll yolu, əsaslandırılmış şəkildə təklif olunan ideya şərh edilməlidir.
Giriş
Mövzunu əhatə edən ədəbiyyat icmalında müqayisəli təhlil verilməli, təklif olunan üsulun, ideyanın zəruriliyi, mövzunun mahiyyəti, əhəmiyyəti verilməlidir. Ən azı 5-10 məqalədən istifadə olunmalıdır. Problem haqqında faktiki məlumatdan istifadə etməklə elmi təhlil tələbi və elm sahəsi üzrə elmi-praktik ədəbiyyat təhlil edilməklə çatışmazlıqlar, fərqləndirici xüsusiyyətlər, tədqiqatçıların bu məsələyə baxmadığı göstərilməlidir. Girişin sonunda məqsəd və ya təklif olunan yanaşma üsul və s. verilməlidi. Məqsəd tədqiqatın nəticəsi olaraq əldə edilməsi planlaşdırılan hədəflər ola bilər. Sonda məqalənin strukturu(Məs. Məqalə 6 bölmədən ibarətdirI Birinci bölmədə problemə aid işlərin təhlili, 2-ci bölmədə əsas anlayışlar, 3-cü bölmədə məsələnin qoyuluşu, 4-cü bölmədə təklif olunan həll üsulu, 5-ci bölmədə təklif olunan üsulla aparılan kompüter simulyasiyası və nəticələrin təhlili, 6-cı bölmədə nəticə verilib).

Yüklə 20,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə