Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

 
 
85
 
 
 
əsərlərinə ölkənin iqtisadçı alimləri, aspirantlar, dissertantlar 
və başqaları öz tədqiqatlarında istinad edirlər. 
Professor  Ə.Verdiyev yüksək elmi təşkilatçılıq 
qabiliyyətinə malik idi. O, 30 illik elmi-pedaqoji fəaliyyəti 
dövründə, sözün həqiqi mənasında, ölkədə aqrar iqtisadçılar 
məktəbi yaratmışdır.  Ə. Verdiyevin elmi kadrlar hazırlan-
ması sahəsində  də xidmətləri böyükdür. Onun rəhbərliyi 
altında 28 nəfər elmlər namizədi adını almışdır. O, pedaqoji 
sahədə  də az əmək sərf etməmişdir. 1993-cü ildən 
Azərbaycan Dövlət  İqtisad Universitetində "Dünya bazar 
qiymətləri" fənnindən mühazirələr oxumuşdur. Bir neçə 
xarici dövlətlərdə,  о cümlədən, Almaniyada, Belçikada, 
Hollandiyada və Albaniyada xidməti ezamiyyətlərdə olmuş 
və qabaqcıl təcrübəni öyrənmişdir. 
Professor  Ə.Verdiyev həmçinin respublikanın ictimai 
həyatında fəal iştirak etmişdir. O, Azərbaycan Respublikası 
Dövlət Aqrar islahatı Komissiyasının və Azərbaycan 
Respublikası  Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyasının 
üzvü olmuşdur. Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə 
ümumi aqrar bazarın yaradılması işçi qrupunda ekspert kimi 
respublikanı təmsil etmişdir. Eləcə də o, institutun nəzdində 
fəaliyyət göstərən elmlər namizədi elmi dərəcəsi verən 
ixtisaslaşdırılmış müdafiə  şurasının sədri olmuşdur. 
Professor Ə.Verdiyev Rusiya Akademiyasının "Cəmiyyət və 
iqtisadiyyat" beynəlxalq jurnalının redaksiya kollegiyasının, 
Azərbaycan Elmlər Akademiyasının "İqtisadiyyat-xəbərlər" 
jurnalının və Azərbaycan Respublikası  Kənd Təsərrüfatı 
Nazirliyinin "Aqrar elm" jurnalının, "Azərbaycan Respub-
likası nümunəvi özəl kənd təsərrüfatı müəssisələrinin 


 
 
86
 
 
 
fermerləri üçün məlumat bülleteni"nin və "Fermerin 
kitabçası" seriyasının redaksiya heyətinin üzvü olmuşdur. 
Professor  Ə.Verdiyev təşəbbüskar, yenilikçi, yüksək 
elmi təşkilatçılıq qabiliyyətinə malik, səmimi, obyektiv, 
prinsipial insan kimi respublika və yaxın xarici ölkələrin 
iqtisadçıları arasında hörmət qazanmışdır. O, 30 illik elmi və 
pedaqoji fəaliyyəti müddətində həmişə radio və televiziyada, 
həmçinin respublika dövri mətbuatında dövlətin aqrar 
siyasətini təbliğ etmişdir. 
2001-ci ilin mart ayında vəfat etmişdir. 


 
 
87
 
 
 
Salahov Sadıq Vəli oğlu 
 
S.V.Salahov 1946-cı ildə Naxçıvan 
MR Şərur rayonunda anadan olmuşdur. 
Həmin rayonda orta məktəbi bitirdikdən 
sonra 1963-cü ildə Politexnik İnstitu-
tunun “Texnologiya” fakültəsinə daxil 
olmuş  və 1968-ci ildə  həmin institutu 
bitirərək mühəndis-texnoloq ixtisasına 
yiyələnmişdir. 
1968-1970-ci illərdə respublika Pambıqtəmizləmə 
Sənayesi Nazirliyi müəssisələrində çalışmış  və "Rəşadətli 
əməyə görə" yubiley medalı ilə təltif olunmuşdur. 
1970-1971-ci illərdə Politexnik İnstitutunda müəllim 
işləmiş  və 1971-1972-ci illərdə  hərbi xidmətdə 
olmuşdur.1972- 1977-ci illərdə  əmək fəaliyyətini Dövlət 
Plan Komitəsi Elmi Tədqiqat  İqtisadiyyat  İnstitutunda 
əvvəlcə elmi işçi, sonra bölmə müdiri vəzifələrində davam 
etdirmişdir. 
1977-1983-cü illərdə Respublikada Yüngül Sənaye 
Nazirliyi «Azərpambıqsənaye» 
İstehsalat Birliyində 
«İstehsalat»  şöbəsində mühəndis,  şöbə müdiri vəzifələrində 
işləmiş, həmin ilin sentyabr ayından isə Respublika Nazirlər 
Sovetinə işə göndərilmişdir. 1984-cü ilin sentyabr ayına kimi 
Nazirlər Soveti işlər idarəsinin Yüngül Sənaye  şöbəsində 
böyük referent vəzifəsində çalışmışdır. 
1984-cü ilin sentyabrından 1988-ci ilin mart ayınadək 
Respublika Pambıqtəmizləmə  Sənayesi Nazirinin müavini, 


 
 
88
 
 
 
nazirlik istehsalat Birliyinə çevrildikdən sonra isə Birliyin 
Baş direktorunun müavini vəzifələrində işləmişdir. 
S.V.Salahov 1988-ci ilin martında Kənd Təsərrüfatı 
Nazirliyi, Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı 
və  Təşkili  İnstitutuna (Az.ETKTİ  və  Tİ) köçürülmüş  və 
1992-ci ilin oktyabrınadək burada elmi işçi,  şöbə müdiri 
vəzifələrində işləmişdir.  
Həmin illərdə dövrü mətbuatda respublikada pambıq-
çılığın və üzümçülüyün perspektiv inkişafına dair geniş 
məqalələrlə  çıxış etmiş  və pambıqçılığın inkişaf problem-
lərinə dair 4 elmi məqalə, 2 məcmuə çap etdirmişdir. Onun 
elmi təklifləri 80-ci illərdə respublikada Pambıqçılıq 
Kompleksinin inkişaf proqramlarında öz əksini tapmışdır. 
Məhz bu səbəbdən o, 1992-ci ildə yenidən Kənd Təsərrüfatı 
və Ərzaq Nazirliyinə işə dəvət edilmiş və burada 1992-1998-
ci illər ərzində  Pambıq Emalı idarəsinin rəisi və sonralar isə 
Xarici  İqtisadi  Əlaqələr Birliyinin Baş direktoru 
vəzifələrində çalışmışdır.  Burada işlədiyi müddətdə o, 
Fransanın Toxuculuq Sənayesinin Elmi Araşdırmalar 
Mərkəzi sayılan (CFDT) Toxuculuq və yüngül sənaye üzrə 
yarım dövlət təşkilatı ilə birlikdə bazar iqtisadiyyatı 
şəraitində, Azərbaycanda pambıqçılığın inkişafına dair elmi 
araşdırmalar aparmış, alınmış  nəticələr  əsasında birgə 
hazırlanmış proqram layihəsi Respublika hökumətinə təqdim 
edilmişdir.  
Aqrar islahatla əlaqədar Birlik 1998-ci ildə  ləğv 
olunduğundan 1998-2001-ci illərdə S.V.Salahov qeyri - 
dövlət müəssisəsində iqtisadi müşavir vəzifəsində işləmişdir. 


 
 
89
 
 
 
2001-ci ilin fevralından-may ayınadək Az.Elmi-Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunda 
elmi işlər üzrə direktor müavini işləmiş, may ayından hal-
hazıra kimi isə həmin institutun direktoru vəzifəsində çalışır. 
Onun rəhbərliyi dövründə institutun elmi istiqaməti 
müasirləşmiş, tədqiqat işləri üzrə tematik planlar aqrar 
sahənin müasir problemlərinə istiqamətləndirilmiş, bununla 
əlaqədar olaraq institutda struktur dəyişiklikləri həyata 
keçirilmişdir. Ölkənin  ərzaq təhlükəsizliyi, aqrar sahənin 
dövlət tənzimlənməsi, maliyyə kredit və investisiya 
məsələləri, sahibkarlığın inkişafı, işçi qüvvəsinin təkrar 
istehsalı, kənd əhalisinin sosial məsələləri, sosial və istehsal 
infrastrukturunun inkişafı, struktur siyasəti, kooperasiya və 
inteqrasiya problemlərinin öyrənilməsi və s. kimi aktual 
mövzular institutun tematikasının özəyini təşkil etmişdir. Bu 
illərdə aqrar sahənin aktual problemlərinə  həsr olunmuş 5 
respublika və 4 beynəxalq elmi praktiki konfranslar keçiril-
mişdir.  İnstitut həmçinin aqrar sahənin qanunvericilik 
fəaliyyətinin təkmilləşdirilməsi üzrə Milli Məclisin Aqrar 
Siyasət Komissiyası ilə  də ciddi iş birliyində olmaqla 
respublikada aqrar iqtisadiyyat üzrə elmi mərkəzə 
çevrilmişdir. 
İnstitutun elmi fəaliyyəti bu illərdə Beynəlxalq elmi 
əlaqələrinin davamlılığı ilə  də yadda qalandır. Belə ki 
institutda TASİS proqramları  çərçivəsində aparılan elmi 
araşdırmalar, Almaniya Federativ Respublikasının QTZ 
təşkilatı ilə birgə Azərbaycanın Qax, Zaqatala, Xızı 
rayonlarında kənd təsərrüfatı istehsalı üzrə aparılan 
tədqiqatlar sonrakı illərdə də daha geniş müstəvidə institutun 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə