Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə29/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   25   26   27   28   29   30   31   32   ...   69

 
 
120
 
 
 
təsərrüfatının iqtisadiyyatı (kənd təsərrüfatı), təşkili və 
planlaşdırılması ixtisası üzrə iqtisad elmləri namizədi elmi 
dərəcəsi almışdır.  
Aspiranturanı qutardıqdan sonra Ədliyyə Nazirliyinin 
tələbi ilə Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda 
sentyabr 1975-ci ildən noyabr 1980-ci ilədək baş elmi işçi 
vəzifəsində işləmişdir.  
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının  İqtisa-
diyyatı  və  Təşkili  İnstitutunun elanlarına müvafiq 1981-ci 
ilin mart ayından iyun ayınadək həmin institutda baş elmi 
işçi işləmişdir.  İyun 1981-ci ildən köçürmə yolu ilə 
Azərbaycan Respublikası  Kənd Təsərrüfatı Nazirliyində 
əmək haqqı idarəsinin rəisi, oktyabr 1981-ci ildən yanvar 
1986-cı ilədək Baş Plan İqtisad  İdarəsinin rəisi vəzifəsində 
işləmişdir.  
1983-2004-cü illərdə  Kənd Təsərrüfatı Nazirliyinin 
kollegiya üzvü olmuşdur.  
1986-cı ildən Dövlət Aqrar Sənaye Komitəsində Plan 
iqtisad idarəsinin rəisinin müavini, şöbə  rəisi, 1989-cu ilin 
fevralından isə Baş Plan İqtisad  İdarəsində planlaşdırma 
idarəsinin rəisi, Baş idarənin rəisinin müavini vəzifəsində 
işləmişdir. 1994-cü ilin avqustundan 1995-ci ilin 
sentyabrınadək Kənd Təsərrüfatı Nazirinin müavini, 1995-ci 
ilin sentyabr ayından isə Baş Aqrar İslahatlar idarəsində rəis, 
2005-ci ildən Aqrar islahatlar, kənd  ərazilərinin və 
sahibkarlığın inkişafı  şöbəsinin müdiri vəzifəsində  işləyir
vicdanla xalqına, elinə xidmət edir.  
2004-cü ildən YAP-ın üzvüdür.  


 
 
121
 
 
 
İ. H. İbrahimov bazar münasibətləri  şəraitində  kənd 
təsərrüfatının iqtisadiyyatı, idarə olunması  və  təşkili 
problemləri ilə  əlaqədar materiallar hazırlanmasında 
bilavasitə  iştirak etmiş, 25-dən çox müxtəlif səviyyələrdə 
təşkil olunmuş beynəlxalq və respublika yığıncaqlarında, 
elmi-praktiki konfranslarda və seminarlarda məruzələrlə 
çıxışlar etmişdir.  
İslam  İbrahimov kənd təsərrüfatının iqtisadiyyatının 
aktual problemləri ilə  əlaqədar tez-tez mətbuatda, radio və 
televiziya ilə  çıxışlar edir. O, aqrar bölmənin bazar 
münasibətlərinə keçirilməsi və  fəaliyyətinin tənzimlənməsi, 
istehsalın keyfiyyətinin və  səmərəlililyinin yüksəldilməsi 
yolları, forma və üsullarına dair praktiki əhəmiyyətə malik 
təkliflər və tövsiyələr hazırlanmasında xüsusi təşəbbüskarlıq 
göstərir. Onun yeni təsərrüfatçılıq  şəraitində iqtisadi 
münasibətlərin formalaşdırılması və sahibkarlığın inkişafına 
dair hazırladığı çoxsaylı təkliflərə Nazirliyin Kollegiyasında 
baxılmış, bəyənilərək istifadə üçün müvafiq təşkilatlara 
göndərilmişdir.  
İslam  İbrahimov bazar münasibətləri  şəraitində iqtisadi 
mexanizmin formalaşdırılması, xüsusən aqrar bölmədə 
islahatların həyata keçirilməsi ilə  əlaqədar sahibkarlığın 
problemləri və iqtisadi məsələlərə dair normativ sənədlərin 
və proqramların hazırlanmasında fəal iştirak etmişdir. O, 
«Aqrar islahatının  əsasları haqqında», «Sovxoz və 
kolxozların islahatı haqqında», «Kooperasiya haqqında», 
«Ailə  kəndli təsərrüfatı haqqında» qanun layihələrinin, bir 
sıra  əsasnamə  və qaydaların, «1999-2000-ci illərdə Azər-
baycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi 


 
 
122
 
 
 
və  kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək 
göstərilməsinə dair Dövlət Proqramı»nın (1999), 
«Azərbaycan Respublikasının 
Ərzaq Təhlükəsizliyi 
Proqramı»nın (2001), «2003-2005-ci illər üçün Azərbaycan 
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf 
üzrə Dövlət Proqramı»nın (2003), «2008-2015-ci illərdə 
Azərbaycan Respublikasında  əhalinin  ərzaq məhsulları ilə 
etibarlı təminatına dair Dövlət Proqramı»nın (2008) və digər 
sənədlərin hazırlanmasında bilavasitə iştirak etmişdir.  
O, aqrar islahat və dövlət mülkiyyətinin özəlləşdirilməsi 
ilə  əlaqədar dəyərli təkliflər hazırlamış, direktiv orqanlarla 
müzakirəsində  fəal iştirak etmişdir və bu istiqamətdə öz 
fəaliyyətini indi də davam etdirir.  
Öz taleyini elmlə bağlayan  İslam  İbrahimov müntəzəm 
olaraq elmi axtarışlarını davam etdirmiş, tələbkar və 
təcrübəli mütəxəssis kimi aqrar iqtisadiyyatın elmi-nəzəri 
məsələləri ilə  məşğul olmuşdur. O, 1996-cı ildə doktorluq 
dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyası                 
aqrar  bölmənin  ən  vacib  probleminə,  kənd  təsərrüfatı  
məhsulları istehsalının artırılması  və keyfiyyətinin 
yüksəldilməsinin iqtisadi problemlərinə  həsr edilmişdir. 
Tədqiqat işində mülkiyyətin və  təsərrüfatçılığın müxtəlif 
formalarının inkişafı, kənddə yeni istehsal-iqtisadi müna-
sibətlərin formalaşdırılması  zəruriliyi nəzərə alınmaqla 
maldarlıq məhsulları istehsalının artırılmasının, keyfiyyətinin 
və  səmərəliliyinin yüksəldilməsinin kompleks məsələləri 
araşdırılmış, dəyərli təkliflər hazırlanmışdır.  
Mənalı ömrünü Azərbaycanın aqrar iqtisadiyyatına həsr 
edən İslam İbrahimov 2004-cü ildən professordur. Professor 


 
 
123
 
 
 
İ. İbrahimov BMT-nin Beynəlxalq İnformasiya Akademiya-
sının həqiqi üzvüdür. 2009-cu ildə «Dövlət qulluğunda 
fərqlənməyə görə» medalı ilə, 2012-ildə    “Əməkdar Kənd 
Təsərrüfatı işçisi” fəxri adı ilə təltif edilmişdir.  
İqtisad elmləri doktoru, professor İ.  İbrahimovun 260-
dan çox əsəri, o cümlədən 15-dən çox kitab və monoqra-
fiyası  dərc olunmuşdur. O, «Əmək və  məhsulun keyfiy-
yətinin yaxşılaşdırılması yolları» (1982); «Heyvandarlıqda 
keyfiyyət» (1985); «Bazar iqtisadiyyatı  və qiymət» (1992); 
«Bazar iqtisadiyyatı  şəraitində keyfiyyət və  səmərəlilik» 
(1994)»; Aqrar islahatın təşkilati-iqtisadi mexanizmi» 
(1998); «Aqrar iqtisadiyyatın aktual problemləri» (2002); 
«Aqrar iqtisadiyyatın əsasları» (2003); «Kənd təsərrüfatının 
mövcud inkişaf meyilləri və milli sahibkarlığın problemləri» 
(2003); «Sahibkarlıq fəaliyyətinin iqtisadi-hüquqi 
mexanizmi» (2004); «Kənd təsərrüfatının inkişafı  və 
sahibkarlığın formalaşması problemləri» (2005); «Aqrar 
islahatlar və sahibkarlığın inkişafı» (2005); «Regionlarda 
sahibkarlığın inkişaf meyilləri və xüsusiyyətləri» (2007); 
«Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi məsələləri» (2010) 
kitabların müəllifidir. 
Professor 1995-2011-ci illərdə Yunanıstanda, Fransada, 
İtaliyada, Türkiyədə, Böyük Britaniyada, Almaniyada, ABŞ-
da, Hollandiyada, İsraildə  və Macarıstanda ezamiyyətdə 
olmuş, aqrar iqtisadiyyat  məsələləri ilə əlaqədar beynəlxalq 
seminar və görüşlərdə çıxışlar etmişdir. 
İ.İbrahimov elmi kadrların hazırlanmasında fəal iştirak 
edir. Onun rəhbərliyi ilə 12 nəfər elmlər namizədi müdafiə 
etmişdir, o, 30-dan çox elmlər namizədi və elmlər doktoru-


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə