Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

 
 
111
 
 
 
Cəbrayılov Şakir Əbiş oğlu 
 
Cəbrayılov Şakir Əbiş oğlu 1941-ci 
ildə Bakı şəhərində anadan olmuşdur. 
1960-cı ildə Bakı şəhərinin 220 №-li 
orta məktəbini bitirmişdir. Həmin il 
Azərbaycan Dövlət Universitetinin 
“Mexanika-riyaziyyat” fakültəsinin 
axşam  şöbəsinə daxil olmuşdur.  Əmək 
fəaliyyətinə 1960-cı ilin sentyabr ayında Bakı Tökmə-
Qablaşdırma zavodunda çilingər  şagirdi vəzifəsində 
işləməklə başlamışdır. Azərbaycan Dövlət Universitetini 
1968-ci ildə bitirdikdən sonra bir müddət Bakı şəhərinin 234 
№-li orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. 
Ş.  Ə. Cəbrayılov öz elmi fəaliyyətinə 1969-cu ilin aprel 
ayında Az.ETKTİ  və  Tİ-də kiçik elmi işçi vəzifəsində 
işləməklə başlamışdır. 1970-ci ildə institutun əyani aspiran-
turasına daxil olub Moskva şəhərinə ezam olunmuşdur. 
1973-cü ildə Ümumittifaq Elmi Tədqiqat Kibernetika 
İnstitutunda öz elmi işini başa çatdırıb həmin ildə 
M.L.Lomonosov adına Moskva Dövlət Universitetində 
"Kənd təsərrüfatı  məhsulları istehsalının zonadaxili inkişafı 
və yerləşdirilməsinin iqtisadi-riyazi modelləşməsi" 
mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 
Namizədlik dissertasiyası müdafiə etdikdən sonra bir 
müddət Az.ETKTİ  və  Tİ-də kiçik elmi işçi və böyük elmi 
işçi vəzifələrində çalışmışdır. 1975-ci ildə Azərbaycan SSR 
Dövlət Plan Komitəsi yanında ETİİ-də bölmə  rəisi 
vəzifəsinə təyin edilmişdir. Həmin institutda işlədiyi zaman 


 
 
112
 
 
 
Ş.Ə.Cəbrayılov planlaşdırmada hesablama işlərinin avtomat-
laşdırılması sisteminin tətbiqi, keçmiş  İttifaq səviyyəsində 
bir sıra mühüm planlaşdırma məsələlərinin riyazi 
modellərinin ilk quruluşunu vermiş, həmin modellərin 
işlənməsində  zəruri hesab edilən alqoritm və proqramların 
tərtibində, onların  İttifaq səviyyəsində  tətbiqində xüsusi 
fəallıq göstərmişdir. 0, 1982-ci ildə Az.ETKTI və  Tİ-yə 
qayıtmış  və orada ASK-da planlaşdırma və idarəetmə 
şöbəsinə başçılıq etmişdir. 
Yüksək elmi nailiyyətlərinə görə  Ş.Ə.Cəbrayılov on 
birinci beşilliyin qalibi medalı ilə  təltif edilmişdir. 1990-cı 
ildə Moskvada Ümumittifaq Xalq Təsərrüfatı  Sərgisinin 
ASK pavilyonunda "İdarəetmənin mütərəqqi formaları" 
mövzusunda keçirilmiş beynəlxalq seminar-müşavirəyə 
dəvət olunmuş və orada geniş məruzə etmişdir. 
Uzun illər elmi fəaliyyəti və praktiki iş  təcrübəsinin 
nəticəsi kimi "Bazar iqtisadiyyatına keçid şəraitində 
Azərbaycan Respublikası aqrar-sənaye kompleksinin idarə 
edilməsinin təşkilati-iqtisadi mexanizminin təkmilləş-
dirilməsi" mövzusunda doktorluq dissertasiyasını başa 
çatdırmış, 1995-ci ildə Azərbaycan Dövlət  İqtisad 
Universitetində müdafiə etmişdir.  Ş.Ə.Cəbrayılov bir neçə 
monoqrafiya, kitab, tövsiyə, təklif və 100-dən artıq 
məqalələrin müəllifidir. Onun xaricdə 23 tövsiyə, təklif və 
məqalələri çap olunmuşdur. 
Ş.Ə.Cəbrayılov tərəfindən çap olunmuş  əsərlərdən 
"İttifaq və respublika səviyyəsində kənd təsərrüfatının idarə 
edilməsinin təşkili" (1985, Moskva, 2,5 ç.v.); "ASK 
sistemində planlaşdırmanın təkmilləşdirilməsinə dair 


 
 
113
 
 
 
metodiki tövsiyələr" (1987, Moskva, 5,25 ç.v.); "Azərbaycan 
SSR-in ASK-nın inkişafının elmi təminatı" (1987, Bakı, II 
ç.v.); "Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycan 
Respublikasının ASK-nın idarə edilməsinin iqtisadi 
mexanizmi" (1993, Bakı, 19,75 ç.v.); "Yeni təsərrüfatçılıq 
şəraitində Azərbaycan Respublikasının rayon ASK-da 
struktur yenidənqurmanın iqtisadi-riyazi modelləri" (1993, 
Bakı, 15,2 ç.v.); "Bazar iqtisadiyyatı şəraitində Azərbaycan 
Respublikasının ASK-nın inkişafının təhlili, proqnozlaş-
dırılması  və optimallaşdırılması  və optimallaşdırılmasının 
iqtisadi-riyazi modelləri" (1994, Bakı, 10 ç.v.); "Aqrar-
sənaye kompleksinin idarə edilməsinin bazar strukturları" 
(1999, Bakı, 9,6 ç.v.) və başqalarını qeyd etmək olar. Uzun 
müddət AMEA-nın Kibernetika İnstitutunda fəaliyyət 
göstərmiş  İxtisaslaşdırılmış Müdafiə  Şurasının üzvü 
olmuşdur.  
Rəhbərliyi ilə bir neçə  tədqiqatçı dissertasiya müdafiə 
edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 
 


 
 
114
 
 
 
İbrahimov Eldar Rza oğlu 
   
İbrahimov Eldar Rza oğlu 12 mart 1945-
ci ildə Naxçıvan Muxtar Respublikasının - 
Naxçıvan rayonunun (indiki Babək rayonu) 
Cəhri kəndində anadan olmuşdur. 1970-ci 
ildə Azərbaycan Kənd Təsərrüfatı  İnstitu-
tunu, sonra isə Bakı Sosial İdarəetmə  və 
Politologiya İnstitutunu bitirib. 1980-1985-ci 
illərdə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət 
Partiya Komitəsində  təlimatçı, Naxçıvan MSSR Dövlət Kənd 
Təsərrüfatı  İstehsal-Texniki Təminat Komitəsinin sədri 
vəzifələrində  işləmişdir. 1986-1988-ci illərdə Naxçıvan MSSR 
Dövlət Aqrar-Sənaye Komitəsinin sədr müavini, 1988-1991-ci 
illərdə isə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci 
müavini - Dövlət Aqrar-Sənaye Komitəsinin sədri, Vilayət 
Partiya Komitəsinin büro üzvü olmuşdur. 1993-1995-ci illərdə 
Naxçıvan MR Baş nazirinin birinci müavini, Dövlət İqtisadiyyat 
və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışıb. 
1985-1990-cı illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı, 
1990-1995 illərdə Azərbaycanın xalq deputatı  və müstəqil 
Azərbaycan Respublikasının 1995, 2000, 2005-ci illərdə üç 
çağırış Milli Məclisinin deputatı seçilmiş və Milli Məclisin Aqrar 
Siyasət Komitəsinin sədridir. 
Respublika Prezidentinin başçılığı ilə nümayəndə heyətinin 
tərkibində 1994-cü ildə Çin Xalq Respublikasında, 1996 və 
2005-ci illərdə isə Pakistan İslam Respublikasında səfərdə olub. 
Parlament nümayəndə heyətinin üzvü kimi müxtəlif ölkələrdə və 
beynəlxalq qurumlarda respublikanı layiqincə  təmsil edib. 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə