Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə30/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

 
 
124
 
 
 
nun rəsmi opponenti olmuş  və hazırda 5 nəfər dissertantın 
elmi rəhbəridir.  İ.  İbrahimov 1993-cü ildən Elmi-Tədqiqat 
Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili  İnstitutunun, 
2011-ci ildən isə Azərbaycan Dövlət Aqrar Universitetinin 
ixtisaslaşdırılmış müdafiə şurasının üzvüdür.  
İslam  İbrahimov sözə,  şeirə bağlı insandır. O, doğulub 
boya-başa çatdığı Tovuzun Əlibəyli kəndinin adını özünə 
təxəllüs götürmüşdür.  İ.İbrahimov (Əlibəyli) Azərbaycan 
Yurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin 
üzvüdür. Nəcib poetik duyğuları, hissləri nəğmələşib, 
misralara çevrilib və onun «Sevirəm de. . .» (2000), «Unuda 
bilmirəm . . .» (2004), «Duyğulu anlarım . . .» (2011) şeirlər 
kitabı  nəşr olunmuşdur. «Araz» Ali Ədəbi mükafatı, «İlin 
vətənpərvər adamı», «Şərəf» və «Qızıl Qələm» mükafatı 
laureatıdır.  Şerlərinə  bəstələnmiş mahnılar tanınmış 
mügənnilər tərəfindən oxunur.  
İslam İbrahimov həm də publisist məqalələri ilə tanınır. 
Onun «Nizami poeziyasında kənd təsərrüfatı», «Səməd 
ürəklərdə yaşayır», «Zirvələr oğluyam deyən şair . . .» və s. 
məqalələri maraqla qarşılanmışdır.  
Maraqlı, mənalı həyat yolu keçən, zəngin elmi axtarışları 
ilə seçilən, çoxşaxəli fəaliyyəti ilə vətənə, xalqa iqtisadiyyat 
elminin incilərini bəxş edən təcrübəli mütəxəssis, görkəmli 
alim, xeyirxahlığı və sadəliyi ilə insanların qəlbinə yol açan 
gözəl insan İslam  İbrahimov həyatının müdriklik dövrünü 
yaşayır.  
 
 


 
 
125
 
 
 
Əhmədov İsa Vəli oğlu 
 
Əhmədov  İsa Vəli oğlu 1941-ci il 
iyulun 1-də Qazax rayonunun Qaymaqlı 
kəndində anadan olmuşdur. 
1959-cu ildə Qaymaqlı  kənd orta 
məktəbini qurtarmışdır. Elə  həmin il 
Azərbaycan Kənd Təsərrüfatı  İnstitu-
tunun “İqtisadiyyat” fakültəsinə daxil 
olaraq, 1964-cü ildə oranı bitirmişdir. 
İnstitutu bitirdikdən sonra təyinatla Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutuna işə göndərilmişdir. 1967-ci ilə kimi həmin 
institutda kiçik elmi işçi və mühəndis-proqramlaşdırıcı 
vəzifəsində çalışmışdır. Elə  həmin ildə Ümumittifaq Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  İnstitutunda 
İqtisadi hesablamalarda riyazi üsulların və elektron 
hesablayıcı maşınların tətbiqi ixtisası üzrə aspiranturaya 
daxil olaraq, 1971-ci ildə göstərilən ixtisas üzrə namizədlik 
dissertasiyasını müdafiə etmişdir. Aspiranturanı qurtardıqdan 
sonra SSRİ  Kənd Təsərrüfatı Nazirliyinin Baş Hesablama 
Mərkəzinə təyinatla işə göndərilmişdir. 
1972-ci ildən 1979-cu ilə kimi Azərbaycan Elmi-
Tədqiqat Kənd Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutunda “İqtisadi tədqiqatlarda riyazi üsullar” şöbəsinin 
müdiri işləmişdir. 
1979-cu ildən 2000-ci ilə kimi Azərbaycan Dövlət Kənd 
Təsərrüfatı Akademiyasında  İdarəetmə  və hüquq kafedra-


 
 
126
 
 
 
sının müdiri və elmi işlər üzrə prorektor vəzifəsində 
işləmişdir. 
2000-ci ilin iyunundan Dünya Bankının Kənd 
Təsərrüfatının inkişafına Yardım Agentliyində informasiya 
xidməti qrupunun başçısı vəzifəsində işləmişdir. 
Aqrar-sənaye kompleksinin idarəetmə problemlərinə 
dair 200-dən yuxarı elmi əsərin,  о cümlədən, 8 monoqra-
fiyanın, 28 kitabçanın, 2 dərsliyin, 6 dərs vəsaitinin 
müəllifidir. 
Onun rəhbərliyilə 19 nəfər iqtisad elmləri namizədi 
hazırlanmışdır. 
Əsas tədqiqatları aqrar-sənaye kompleksinin idarə 
edilməsi problemlərinə həsr edilmişdir. 
1995-ci ildə Birləşmiş Millətlər Təşkilatının sosial-
iqtisadi  şurasının məsləhətçi üzvü, Beynəlxalq  İnforma-
siologiya Akademiyasının həqiqi üzvü seçilmişdir. O, 
Akademiya xəttilə keçirilən "Dünya informasioloqları" 
müsabiqəsinin qalibi olmaqla xüsusi diploma layiq 
görülmüşdür. 
Dövlət Aqrar İslahat Komissiyasının üzvü olmuşdur. 
Aqrar islahatların qanunçuluq əsaslarının və hüquqi-
normativ bazasının hazırlanmasında fəal iştirak etmişdir. 
Keçmiş SSRİ  məkanında idarəetmə sistemi və 
idarəetmə sisteminin hüquqi təminatı üzrə keçirilən 
seminarlarda, elmi konfrans və simpoziumlarda respub-
likamızı  layiqincə təmsil etmişdir. 
Bolqarıstan, Macarıstan,  İspaniya, Çexiya, Kanada və 
Amerika Birləşmiş  Ştatlarında, Birləşmiş Millətlər 


 
 
127
 
 
 
Təşkilatının, Kənd Təsərrüfatı  və  Ərzaq Təşkilatının 
keçirdiyi elmi seminar və simpoziumlarda iştirak etmişdir. 
Aqrar islahatların qanunvericilik və hüquqi-normativ 
əsaslarını öyrənmək məqsədilə Türkiyə, Fransa, Albaniya, 
Almaniya, Hollandiya, İtaliya və Yunanıstanda ezamiy-
yətlərdə olmuşdur. 
 
 


 
 
128
 
 
 
Əhmədov Afət Tərlan oğlu 
 
A.T.Əhmədov 1938-ci il iyunun 15-
də Biləsuvar rayonunda anadan olmuş-
dur. O, 1962-ci ildə S.Ağamalıoğlu 
adına Azərbaycan Kənd Təsərrüfatı 
İnstitutunun "Kənd təsərrüfatının 
iqtisadiyyatı" fakültəsini bitirmiş  və 
Azərbaycan Elmi-Tədqiqat Kənd 
Təsərrüfatının  İqtisadiyyatı  və  Təşkili 
İnstitutuna təyinatla işə göndərilmişdir. O, burada kiçik elmi 
işçi vəzifəsində fəaliyyətə başlamışdır. 1965-1968-ci illərdə 
institutun  əyani aspirantı olmuş  və 1969-cu ildə iqtisad 
elmləri namizədi elmi dərəcəsi almışdır. 1971-ci ildə baş 
elmi işçi, 1973-cü ildə institutun elmi katibi, 1975-ci ildə 
şöbə müdiri vəzifələrində çalışmışdır. 1980-ci ildə köçürmə 
yolu ilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində "Kənd 
təsərrüfatı elm və  təbliğatı baş idarəsinin" rəis müavini 
vəzifəsinə irəli çəkilmişdir. 1982-ci ildə doktorluq 
dissertasiya işi ilə əlaqədər olaraq, yenidən Az.ETKTİ və Tİ-
yə qayıdaraq şöbə müdiri vəzifəsində çalışmışdır.  
A.T.Əhmədov 1996-cı ildə iqtisad elmləri doktoru, 
2000-ci ildə isə professor adına layiq görülmüşdür. 1997-
2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında 
Ali Attestasiya Komiyassiyasında ekspert Şurasının Üzvü və 
elmi katibi olmuşdur.  
Kənd təsərrüfatında  əmək ehtiyatlarından istifadə; 
əməkqabiliyyətli əhalinin məşğulluq problemi; əməyin elmi 
təşkili;  əməyin stimullaşdırılmasının; mütərəqqi formala-


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə