Microsoft Word Aqrar Alimler Kitab Son 22 12 2012 son docx



Yüklə 15,98 Mb.
Pdf görüntüsü
səhifə38/69
tarix08.08.2018
ölçüsü15,98 Mb.
#61991
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

 
 
159
 
 
 
Təhsil  Nazirliyinin qərarı  ilə  iqtisad  yönümlü  ali  məktəblər 
üçün dərslik kimi tövsiyə olunaraq nəşr edilmişdir.  
R.K.İsgəndərovun  respublikamızdan  kənarda  aşağıdakı 
elmi əsərləri dərc olunmuşdur: 
1.  Формирование  стратегии  и  инновационной 
деятельности  предприятия.  Труд  и  социальные 
отношения.- Труд и социальные отнощения, Москва, АТ 
и СО, 2002, №1 (16) 
2.  Технологическое  прогнозирование  и  эффектив-
ность  научно-технического  прогресса.  Ученые  записки 
(сборник статей).-Якутск, 2002, вып. 6 
3.  Устойчивость  рынка  труда.  Синергетический 
подход. Труд и социальные отношения.- Москва: Труд и 
социальные отнощения, АТ и СО.-2002.-№2 (17) 
4. Статистическое моделирование уровня региональ-
ной  безработицы.  Научный  вестник  Севастопольского 
филиала АТ и СО.- Севастополь, 2002.-№5 
5. Функционально-стоимостной анализ при решении 
проблемы  повышения  качества  продукции.  Труд  и 
социальные отношения.- Москва, 2002, №4 
6.  Экономическая  свобода  общество  и  социальные 
установки  экономических  реформ  развития  научн.  обр. 
потенциала Сибири. Материалы всероссийского научно-
методического  семинара.  Томский  Государственный 
Университет. Томск, 2002 г. 
7.  Проблемы  создания  новой  экономической 
системы. Труд и социальные отнощения, -Москва: АТ и 
СО-2003, -№2 


 
 
160
 
 
 
8. Оценка платежеспособного спроса населения Труд 
и социальные отнощения, -Москва: АТ и СО-2003, -№3 
9.  Принципы  социальной  справедливости  и  пути  ее 
регулирования 
Сборник 
материалов 
научно-
практической  конференции  посвящен. 100-летию 
профсоюзов России. Оренбург, 2005    
10.  Социальная  рыночная  экономика  и  проблема 
выбора  социально-экономической  модели  Сборник 
научных  трудов  Башкирского  института  социальных 
технологий. Уфа, 2008    
11.  Основные  задачи  реформы  социальной  сферы 
Материалы 
научно-практической 
конференции. 
Алматы, 2009 
R.K.İsgəndərovun hazırladığı aşağıdakı dərsliklər Rusiya 
Federasiyasının  iqtisad  yönümlü  ali  məktəblərində  əsas 
ədəbiyyat kimi istifadə edilir.  
1. 
Научно-технический 
прогресс 
и 
рынок 
нововведений. Москва, АТ  и СО, 2000, 356 с. 
2.  Технология  производства  и  прогнозирование 
технологического развития. Москва, АТ и СО, 2002, 364 с. 
Ramiz  Kamal  oğlu  İsgəndərov  Beynəlxalq  İnformasiya 
Akademiyasının, Rusiya Federasiyasının Pedaqoji və Sosial 
Elmlər  Akademiyasının,  Gürcüstanın  Biznes  Elmləri 
Akademiyasının  həqiqi  üzvü  seçilmişdir.  BMT  yanında 
Ümumdünya Sülh Federasiyasının Sülh Səfiridir.  
O, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 
I,  II  və III  qurultaylarının  nümayəndəsi  olmuşdur.  Hal-
hazırda Konfederasiyanın Məclis üzvüdür.       


 
 
161
 
 
 
R.K.İsgəndərov 1999-2011-ci illərdə Azərbaycan Əmək 
və Sosial Münasibətlər Akademiyasının tədris və elmi işlər 
üzrə  prorektoru  olmuşdur.  Hal-hazırda  Azərbaycan  Texniki 
Universitetinin  «Sənaye  iqtisadiyyatı  və  menecment» 
kafedrasının müdiridir. 
 
 


 
 
162
 
 
 
Qasımov Əbülfəz Cəbrayıl oğlu 
 
Əməkdar elm xadimi, iqtisad elmləri 
doktoru, professor, Azərbaycan Yazıçılar 
Birliyinin üzvü Qasımov  Əbülfəz 
(Bərəkət) Cəbrayıl oğlu 1931-ci ildə 
Ordubad  şəhərində  fəhlə ailəsində 
anadan olmuşdur.  Ə.Qasımov 1937-ci 
ildə Ordubad natamam orta məktəbinə 
daxil olmuş, 1942-ci ildə buranı 
bitirdikdən sonra Ordubad pedaqoji texnikumunda təhsilini 
davam etdirmişdir. 1946-cı ildə texnikumu bitirib Ordubad 
Rayon Kənd Təsərrüfatı  Şöbəsində  və Rayon İcraiyyə 
Komitəsində çalışmışdır. 
1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı  İnstitutunun 
plan-iqtisad fakültəsinə daxil olmuş, 1953-cü ildə oranı 
bitirib, institutun Elmi Şurasının qərarı ilə SSRİ EA-nın 
İqtisad İnstitutunun aspiranturasına göndərilmişdir. 
1957-ci ildə həmin institutun Elmi Şurasında namizədlik 
dissertasiyasını müdafiə edib, Azərbaycan EA-nın İqtisadiy-
yat İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır. 
1959-cu ildən 1992-ci ilədək, yəni 33 il ərzində Bakı Ali 
Partiya Məktəbində dosent, professor, kafedra müdiri 
vəzifələrində çalışmışdır. 1970-ci ildə Azərbaycan SSR EA-
nın  İqtisadiyyat  İnstitutunun Elmi Şurasında doktorluq 
dissertasiyasını müdafiə etmişdir. 
1986-cı ildə Azərbaycan Ali Soveti Rəyasət heyətinin 
qərarı ilə Azərbaycan SSR-in Əməkdar təbliğatçısı  fəxri 
adına, 1991-ci ildə isə Azərbaycan SSR-nin Əməkdar elm 


 
 
163
 
 
 
xadimi fəxri adına layiq görülmüşdür. Dəfələrlə Azərbaycan 
SSR Ali Sovetinin və digər dövlət orqanlarının mükafatları 
ilə təltif olunmuşdur. 
1992-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 
"Aqrar-sənaye kompleksinin iqtisadiyyatı və idarə edilməsi" 
kafedrasında professor, 1995-ci ildən isə  həmin kafedranın 
müdiri vəzifəsində işləmişdir. 
О, bir-birini tamamlayan üç cildli aqrar iqtisadiyyat üzrə 
ilk dərsliklərin müəllifi olmuşdur. 
Bundan başqa, onun "Azərbaycan heyvandarlığının 
iqtisadiyyatı", "Azərnəşr", 1967; "İqtisadçının məlumat 
kitabı", "Azərnəşr", 1968; "Heyvandarlığın iqtisadiyyatı" 
(dərs vəsaiti), "Maarif", 1978; "Ərzaq proqramının aktual 
problemləri" (monoqrafiya), "Azərnəşr", 1992; "Azərbayca-
nın sosial-iqtisadi inkişafında islahatların rolu", 1998; "İpək 
Yolu"nun bərpası  bəşəriyyətin tərəqqi yoludur" (monoqra-
fiya), 2000; "Naxçıvan qədim diyardır", Bakı, 1999 (şərikli) 
əsərlərini göstərmək olar. 
Əbülfəz Qasımovu fərqləndirən cəhət bu olmuşdur ki, o, 
milli iqtisadiyyatımızın sosial-iqtisadi problemlərini tədqiq 
etməklə yanaşı, bədii-publisistik  əsərləri ilə  də oxucuların 
hüsn-rəğbətini qazanmışdır. 
Çörək mövzusu onun bədii yaradıcılığının  şah damarı 
olmuşdur. Onun "Mənim çörəkli dünyam" kitabı bir neçə 
dildə nəşr edilmişdir. Həmin kitabın motivləri üzrə Moskva, 
Bakı və Naxçıvanda filmlər çəkilmişdir. 
Əbülfəz Bərəkətin "Правда", "Известия", 
"Комсомолская  правда", "Сельская  жизнь", "Учитель-
ская  газета", "Советские  женщины", "Нива" və keçmiş 


Yüklə 15,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə