26
Xarici valyutada әdalәtli dәyәr ilә uçota alınmış qeyri-monetar vәsaitlәrin valyuta mövqeyi әdalәtli
dәyәrin müәyyәnlәşdirildiyi tarixdә üstünlük tәşkil edәn mәzәnnә ilә tәkrar qiymәtlәndirilir. İlkin
dәyәrlә xarici valyutada ölçülmüş qeyri-monetar vәsaitlәrin valyuta mövqeyi tәkrar qiymәtlәndirilmir.
Monetar maddәlәr üzrә mübadilә fәrqlәri mәcmu gәlirlәr haqqında konsolidә edilmiş hesabatda
tanınır.
Konsolidә edilmiş maliyyә hesabatlarının tәqdim edilmәsi mәqsәdilә Qrupun xarici әmәliyyatları üzrә
aktiv vә öhdәliklәri hәr hesabat tarixinin sonuna üstünlük tәşkil edәn mübadilә mәzәnnәlәrini istifadә
etmәklә Azәrbaycan manatına keçirilir. Gәlir vә xәrc maddәlәri hәmin dövr üçün mübadilә
mәzәnnәlәrindә әhәmiyyәtli dәyişiklik olmayana qәdәr dövr üzrә orta mübadilә mәzәnnәlәri ilә digәr
valyutaya köçürülür, belә dәyişikliklәr olarsa әmәliyyat tarixinә olan mübadilә mәzәnnәlәrindәn istifadә
edilir. Yaranan (әgәr varsa) mәzәnnnә fәrqlәri digәr mәcmu gәlirlәr üzrә tanınır vә kapitalda (müvafiq
olaraq da qeyri-nәzarәt paylarına aid edilmәklә) toplanır.
İlin sonuna konsolidә edilmiş maliyyә hesabatlarının hazırlanmasında Qrupun istifadә etdiyi valyuta
mübadilәsi mәzәnnәlәri aşağıdakı kimi olmuşdur:
31 dekabr
2013-cü il
31 dekabr
2012-ci il
AZN/1 ABŞ dolları
0.7845
0.7850
AZN/1 Avro
1.0780
1.0377
AZN/1 Gürcüstan larisi
0.4521
0.4744
Girov
Qrup mәqsәdәmüvafiq hesab edildiyi hallarda müştәrilәrin öhdәliklәri müqabilindә girov alır. Girov
adәtәn müştәri әmlakının müsadirә olunmasını nәzәrdә tutur vә Qrupa müştәrinin hәm cari, hәm dә
gәlәcәk öhdәliklәri ilә әlaqәdar bu aktivlәr üzrә iddianın qaldırılması üçün әsas yaradır.
Geri alınmış girov, satış dәyәrini çıxmaqla onun әvvәlki balans dәyәri vә әdalәtli dәyәrinin aşağı olanı
ilә qiymәtlәndirilir.
Kapital ehtiyatları
Qrupun maliyyә vәziyyәti haqqında konsolidә edilmiş hesabatında kapital daxilindә qeyd edilәn
ehtiyata (mәcmu gәlirdәn başqa) “Xarici valyuta mövqeyinin yenidәn qiymәtlәndirilmәsi ehtiyatı”
daxildir ki, bu da xarici әmәliyyatlar üzrә xalis investisiyanın köçürülmәsindәn yaranan mübadilә
fәrqlәrini qeyd etmәk üçün istifadә edilir:
Asılı müәssisәlәrә investisiya qoyuluşları
Asılı müәssisә, üzәrindә Qrupun әhәmiyyәtli dәrәcәdә tәsiri olan vә nә törәmә müәssisәsi kimi
fәaliyyәt göstәrәn, nә dә birgә müәssisәdә iştirak payını nәzәrdә tutan müәssisә formasıdır.
Әhәmiyyәtli dәrәcәdә tәsir deyildikdә, investisiya obyektinin maliyyә vә әmәliyyatlar siyasәtlәrinә
nәzarәt vә ya birgә nәzarәtin hәyata keçirilmәsi deyil, belә siyasәtlәr üzrә qәrar qәbul edilmәsi
prosesindә iştirak etmәk sәlahiyyәtinә malik olmaq nәzәrdә tutulur.
Asılı müәssisәlәrin fәaliyyәt nәticәlәri, habelә aktiv vә öhdәliklәri, kapital metodu ilә mühasibat uçotu
üsulundan istifadә etmәklә bu konsolidә edilmiş maliyyә hesabatlarında öz әksini tapmışdır. Kapital
metoduna әsasәn, asılı müәssisәyә investisiya qoyuluşu ilkin olaraq maliyyә vәziyyәti haqqında
konsolidә edilmiş hesabatda maya dәyәri ilә әks etdirilir vә bu mәblәğә sonradan Qrupun mәnfәәt vә
ya zәrәrdәki payının vә asılı müәssisәnin digәr mәcmu gәlirlәrinin uçotda tanınması üçün düzәlişlәr
edilir. Qrupun asılı müәssisәnin zәrәrindә payı onun hәmin müәssisәdәki iştirak payından
(mahiyyәtcә Qrupun asılı müәssisәyә xalis investisiya qoyuluşlarının bir hissәsini tәşkil edәn uzun
müddәtli iştirak payları daxil olmaqla) çox olarsa, Qrup sonrakı zәrәrlәrdәki payının uçotda
tanınmasını dayandırır. Yaranmış әlavә zәrәrlәr yalnız Qrupun hüquqi vә ya konstruktiv öhdәliklәri
yaranan vә ya asılı müәssisә adından ödәnişlәr edilәn hәddә qәdәr uçotda tanınır.
Satınalınma dәyәrinin asılı müәssisәnin satınalınma tarixindә uçotda tanınmış müәyyәn oluna bilәn
aktivlәr, öhdәliklәr vә şәrti öhdәliklәrin xalis әdalәtli dәyәrindә Qrupun payından artıq olan hәr hansı
hissәsi uçotda gәlәcәk dövrlәr üzrә qudvil kimi tanınır vә investisiyanın balans dәyәrindә öz әksini
tapır. Tәkrar qiymәtlәndirmәdәn sonra Qrupun müәyyәn oluna bilәn aktivlәr, öhdәliklәr vә şәrti
öhdәliklәrin xalis әdalәtli dәyәrindәki payının satınalma dәyәrindәn artıq olan hissәsi dәrhal mәcmu
gәlirlәr haqqında konsolidә edilmiş hesabatda tanınır.
27
39 saylı MUBS-ın tәlәblәri Qrupun asılı müәssisәyә investisiya qoyuluşları üzrә dәyәrsizlәşmә
zәrәrinin uçotda tanınmasının zәruri olub-olmamasını müәyyәn etmәk üçün tәtbiq olunur.
Zәrurәt yarandıqda, investisiyaların bütün balans dәyәri (o cümlәdәn qudvil) “Aktivlәrin
dәyәrsizlәşmәsi” adlı 36 saylı MUBS-ә әsasәn vahid bir aktiv formasında onun bәrpa dәyәrinin (satış
xәrclәri çıxılmaqla istismar dәyәri ilә әdalәtli dәyәrdәn daha yüksәyi) balans dәyәri ilә müqayisәsi
vasitәsilә dәyәrsizlәşmәni müәyyәn etmәk üçün yoxlanılır. Uçotda tanınmış hәr hansı dәyәrsizlәşmә
zәrәri investisiyaların balans dәyәrininin bir hissәsini tәşkil edir. Dәyәrsizlәşmә zәrәrinin bәrpa
olunması istәnilәn halda 36 saylı MUBS-ә әsasәn investisiyaların bәrpa dәyәrinin sonradan artan
hәddinә qәdәr uçotda tanınır.
Qrup ilә onun asılı müәssisәsi arasında әmәliyyatlar baş tutduğu halda, belә әmәliyyatlar nәticәsindә
yaranmış mәnfәәt vә zәrәrlәr yalnız Qrupun asılı müәssisәdә ona aidiyyәti olmayan iştirak payı
hәddindә konsolidә edilmiş maliyyә hesabatlarında tanınır.
3.
MÜHÜM MÜHASİBAT UÇOTU MÜHAKİMӘLӘRİ VӘ TӘXMİNLӘRLӘ BAĞLI QEYRİ-
MÜӘYYӘNLİYİN ӘSAS MӘNBӘLӘRİ
Mühasibat uçotu qaydalarını tәtbiq edәrkәn, Qrup rәhbәrliyindәn digәr mәnbәlәrdәn açıq әldә edilmәsi
mümkün olmayan aktiv vә öhdәliklәrin balans dәyәrinә dair mühakimәlәr, hesablamalar vә tәxminlәrin
irәli sürülmәsi tәlәb olunur. Hesablamalar vә әlaqәli tәxminlәr keçmiş tәcrübәyә vә müvafiq hesab
edilәn digәr amillәrә әsaslanır. Faktiki nәticәlәr hәmin tәxminlәrdәn fәrqli ola bilәr.
Tәxminlәr vә әsas götürülәn fәrziyyәlәr davamlı qaydada tәhlil edilir. Mühasibat tәxminlәrinә olan
düzәlişlәr, belә düzәliş yalnız onun baş verdiyi dövrә tәsir göstәrdikdә hәmin dövrdә, cari vә gәlәcәk
dövrlәrә tәsir göstәrdikdә isә, düzәlişin baş verdiyi vә gәlәcәk dövrdә tanınır.
Mühasibat uçotu qaydalarının tәtbiqindә әsas fәrziyyәlәr
Aşağıda, tәxminlәrә istinad edilәn hallar istisna olunmaqla, Qrupun mühasibat uçotu qaydalarının
tәtbiqi prosesindә rәhbәrlik tәrәfindәn irәli sürülmüş vә konsolidә edilmiş maliyyә hesbatlarında
açıqlanan mәblәğlәrә әn çox tәsir göstәrәn mühüm fәrziyyәlәr göstәrilir (aşağıda bax).
Tәxminlәrlә bağlı qeyri-müәyyәnliyin әsas mәnbәlәri
Aşağıda gәlәcәk dövrlәrә aid әsas fәrziyyәlәr vә hesabat dövrünün sonuna tәxminlәrlә bağlı qeyri-
müәyyәnliyin әsas mәnbәlәri göstәrilir ki, bu da növbәti maliyyә ili әrzindә aktiv vә öhdәliklәrin balans
dәyәrinә әhәmiyyәtli düzәlişlәrin edilmәsi riskini daşıyır.
Kreditlәrin vә debitor borclarının dәyәrsizlәşmәsi
Qrup dәyәrsizlәşmәni müәyyәn etmәk mәqsәdilә kreditlәri vә debitor borclarını mütәmadi olaraq
nәzәrdәn keçirir. Qrupun kreditlәr vә debitor borcları portfelindә baş vermiş dәyәrsizlәşmә üzrә
zәrәrin tanınması üçün kreditlәrin dәyәrsizlәşmәsi üzrә ehtiyatlar yaradılır.
Qrup kredit vә debitor borclarının dәyәrsizlәşmәsi üzrә ehtiyatlara dair mühasibat tәxminlәrini qeyri-
müәyyәnliyin mәnbәyi hesab edir, çünki (i) onlar gәlәcәk cәrimә faiz dәrәcәlәri barәdә fәrziyyәlәrin,
elәcә dә dәyәrsizlәşmiş kreditlәr vә debitor borcları ilә bağlı potensial itkilәrin qiymәtlәndirilmәsinin
yaxın keçmişdәki fәaliyyәt nәticәlәrinә әsaslanması sәbәbindәn vaxtaşırı olaraq dәyişikliklәrә çox
mәruz qalır vә (ii) Qrupun hesabladığı zәrәr ilә faktiki zәrәr arasında hәr hansı әhәmiyyәtli fәrq
müqabilindә ondan gәlәcәk dövrlәrdә konsolidә edilmiş maliyyә hesabatlarına әhәmiyyәtli dәrәcәdә
tәsir göstәrә bilәcәk ehtiyatların qeyd edilmәsi tәlәb oluna bilәr.
Borcalanlar maliyyә çәtinliklәri ilә üzlәşdikdә vә belә borcalanlara dair tarixi mәlumat mәnbәlәri az
sayda olduqda, Qrup hәr hansı dәyәrsizlәşmә zәrәrinin mәblәğini hesablamaq üçün rәhbәrliyin
mülahizәlәrindәn istifadә edir. Eynilә, Qrup keçmiş fәaliyyәt nәticәlәri, keçmiş müştәri davranışı, qrup
daxilindә borcalanın ödәniş etmә vәziyyәtindәki mәnfi dәyişikliklәri göstәrәn müşahidә oluna bilәn
mәlumatlar, elәcә dә qrup daxilindә aktiv üzrә öhdәliyin yerinә yetirilmәmәsi halları ilә әlaqәli olan
ölkә vә yerli iqtisadi şәraitlәrә әsaslanmaqla gәlәcәk pul axınlarındakı dәyişikliklәri hesablayır.
Rәhbәrlik kredit riski ilә sәciyyәlәnәn aktivlәr halında әvvәllәr baş vermiş zәrәr üzrә keçmiş tәcrübәyә
vә kreditlәr qrupunda olduğu kimi dәyәrsizlәşmәyә dәlalәt edәn obyektiv sübutlara әsaslanan
ehtimallardan istifadә edir.