Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   2   3   4   5   6   7   8   9   ...   24

13 

 

 



 

Reallaşdırılan proqramın növünə görə VB S-ləri aşağıdakı siniflərə ayırırlar: 

1) Tam funksional sistemlər; 2) VB serverləri; 3) VB kliyentləri; 4) VB ilə işləyən 

tətbiqi proqram hazırlamaq üçün vasitələr. 



1.  Tam  funksional  sistemlərə

  -  70-çi  illərin  ortalarından  başlayaraq  tətbiq 

olunan  ənənəvi  VB S-lər  daxildir.  Onlar  əvvəlcə  böyük,  sonra  mini  və  mikro 

(fərdi)  kompüterlər  üçün  yaradılmışdır.  Hazırda  bu  sinif  sistemlərin  çoxlu  sayda, 

güclü  və  geniş  imkanlı  variantları  mövcuddur.  Onlara  misal  olaraq  Clarion 

Database  Developer,  Data  Ease,  DataFlex,  DBase  IV,  Access,  FoxPro,  Paradox, 

R:Base və s. göstərmək olar. Bu sistemlərin hamısı VB ilə online rejimində menyu 

əmrləri  ilə  işləmək  üçün  mükəmməl  qrafik  interfeysə  malikdirlər.  Sorğuların  və 

hesabatların  tərtib  edilməsi  üçün  proqramlaşdırmaya  ehtiyac  yoxdur,  bu  işi 

sistemlərin  hamısının  dəstəklədikləri  QBE  dili  vasitəsilə  asan  yerinə  yetirmək 

mümkündür.  Bundan  əlavə,  müasir  funksional  sistemlərin  hamısı  SQL  dilini 

dəstəkləyirlər  və  onlardan  bir  çoxu  peşəkar  istifadəçilərə  sistemin  daxili  dilində 

proqramlaşdırma vasitələri təqdim edirlər. 

2.VB  serverləri  - 

kompüter  şəbəkələrində  verilənlərin  emalı  mərkəzlərinin 

təşkili  üçün  nəzərdə  tutulur.  Bu  sinif  VB S-lər  azdır,  lakin  onların  sayı  ildən-ilə 

artır.  VB  serverləri  digər  proqramlar  (kliyentlər)  tərəfindən  SQL  operatorları  ilə 

verilmiş  sorğulara  görə  verilənlər  bazalarını  idarə  edirlər.  VB  serverlərinə  misal 

olaraq  aşağıdakı  proqram  sistemlərini  göstərmək  olar:  NetWare  SQL  (Novell), 

SQL Server (Microsoft),  nterBase (Borland), SQL BaseServer (Gupta), ntelligent 

DataBase ( ngress), Sybase (Sybase) və s. 



3.VB kliyentləri

 - VB serverlərinə verilənlər üçün sorğu göndərən və alınan 

informasiyanı  emal  edib  tələb  olunan  hesabata  uyğun  istifadəçilərə  çatdıran 

proqramlardır.  Bu  proqramlar  kimi  tam  funksiyalı  VB S-lər,  elektron  cədvəllər, 

mətn prosessorları, elektron poçt proqramları və s. istifadə   edilə bilər. Bu zaman 

«kliyent-server»  cütlüyünün  elementləri  eyni  və  ya  müxtəlif  firmaların  proqram 

məhsulları  ola  bilər.  Məsələn,  SQL  Server  VB  serveri  üçün  kliyent  (frontal) 



14 

 

 



 

proqramları rolunda dBase IV, Paradox, Access, DataBase, Lotus 1-2-3 və s.  çıxış 

edə bilər. 

4.VB  ilə  işləmək  ücün  tətbiqi  proqram  hazırlayan  vasitələr

  -  kliyent 

proqramlarının,  VB  serverlərinin  və  onların  komponentlərinin,  istifadəçilərin 

tətbiqi  proqramlarının  yaradılması  üçün  istifadə  edilir.  1-ci  və  2-ci  qrup  vasitələr 

əsasən  sistem  proqramları  üçün  nəzərdə  tutulur. 

stifadəçilərin  tətbiqi 

proqramlarının hazırlanması  üçün  vasitələrə  müxtəlif  proqramlaşdırma  sistemləri,  

proqramlaşdırma dilləri üçün proqram kitabxanaları və həmçinin CASE vasitələri 

aiddir.  Ən  çox  tətbiq  edilən  instrumental  vasitələrə  misal  olaraq  Delphi  ,  Vizual 

Basic,  Power  Builder,  Power  Designer,  Silverrun,  Erwin,  S-Designor  və  s. 

göstərmək olar.  



stifadə edilmənin xarakterinə görə VB S-lərin təsnifatı 

stifadə  edilmənin  xarakterinə  görə  VB S-ləri  2  sinfə  bölürlər:  1)  fərdi 

VB S-lər; 2) çoxistifadəçili VB S-lər. 

1.  Fərdi  VB S-lə

adətən  fərdi  VB-nin  və  onunla  işləmək  ücün  tətbiqi 

proqramların  yaradılması  üçün  istifadə  edilir.  Fərdi  VB S-lərdən  və  ya  onların 

vasitəsilə  hazırlanan  tətbiqi  proqramlardan  çoxistifadəçili  VB S-lərin  kliyent 

hissələrində  geniş  istifadə  olunur.  Fərdi  VB S-lərə  misal  olaraq  Visual  Foxpro, 

Access, Paradox və s. sistemləri göstərmək olar. 

2.  Çoxistifadəçili  VB S-lər    VB  serverindən  və  kliyent  hissəsindən  ibarət 

olub, həmcins olmayan hesablama mühitində, yəni müxtəlif tipli kompüterlərdə və 

əməliyyat  sistemlərində  işləyə  bilirlər.  Odur  ki,  çoxistifadəçili  VB S-in  əsasında 

müştəri-server texnologiyası ilə fəaliyyət göstərən informasiya sistemini yaratmaq 

olar.  Çoxistifadəçili  VB S-in  universallığı  və  fəaliyyət  dairəsinin  genişliyi  onun 

qiymətinin  yüksək  olmasında  və  tələb  olunan  kompüter  resurslarının  çoxluğunda 

özünü göstərir. Odur ki, tanınmış çoxistifadəçili VB S-lərin sayı çox deyil. Bu cür 

VB S-lərə misal olaraq Oracle və  nformix sistemlərini göstərmək olar. 

 



15 

 

 



 

Şəkil 1.4-də verilənlər bazasının idarəetmə sisteminin sadələşdirilmiş sxemi 

verilmişdir.  

\\ 


 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1.4. VB S-in sadələşdirilmiş sxemi. 



 

Burada  VB S-in  əsas  komponentləri  olan  verilənlər  bazası,  proqram 

təminatı, linqvistik təminat və onlarm əməliyyat sistemi ilə, VB-nin administratoru 

ilə  və  istifadəçilərlə  qarşılıqlı  əlaqələri  göstərilmişdir.  VB S  həm  istifadəçi 

şəxslərin, həm də istifadəçi proqramların (tətbiqi proqramların) sorğularına cavab 

verir. 


Verilənlərə  müraciətin  VB S  tərəfindən  idarə  olunması  aşağıdakı  kimi 

aparılır: 

1.  Məyyən  dildən  (məsələn,  SQL  dilindən)  istifadə  etməklə  istifadəçi  öz 

sorğusunu formalaşdırıb, sistemə daxil edir. 

2. VB S sorğunu qəbul edərək onu təhlil edir. 

3.  Sonra  VB S  tərəfindən  həmin  sorğuya  uyğun  xarici  sxem,  onun 

konseptual  sxemdə  əksi,  konseptual  sxemin  fiziki  sxemdə  əksi  araşdırılıb,  tələb 

Verilənlər bazasının adminstratoru 

 

Tətbiqi 


proqramlar 

 

stifadəçi 



şəxslər 

 

Proqram 



təminatı 

Verilənlə

r bazası 

Linqvistik 

təminat 

Əməliyyatl

ar sistemi 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə