10
Reylasiya modeli BM firmasının əməkdaşı Edqar Kodd tərəfindən təklif
edilmiş və verilə nlə rin strukturlarının nisbə tlə r şə klində tə svirinə və cə dvə l
formasında ifadə olunmasına ə saslanır.
Relyasiya modeli nisbətlər cəbri adlanan riyazi aparatın verilənlər bazasına
tətbiqi nəticəsində yaranmışdır. 70-ci illərin sonundan başlayaraq yaradılan
verilənlər bazalarının əksəriyyətində relyasiya modelindən istifadə olunur.
Fərdi kompüterlər üçün 80-cı illərdən başlayaraq yaradılan və inkişaf
etdirilən VB S-lərə misal olaraq Ashton-Tate firmasına məxsus dBase ailəsinin
(dBase I, II, III, III plus, IV, Clipper), FoxSoftware firmasının FoxBase, FoxPro
sistemlərini, BM firmasının DB2 sistemini, Borland firmasının Paradox, dBase for
Windows sistemlərini, Microsoft firmasının Vizual FoxPro, Access sistemlərini,
Clarion Software firmasının Clarion sistemini, ASK Computer Systems firmasının
ngres sistemini, Oracle firmasının Oracle ailəsi sistemlərini və s. göstərmək olar.
Postrelyasiya modeli
Postrelyasiya modeli
cədvəldə saxlanan verilənlərin bölünməzliyinə qoyulan
məhdudluğu aradan qaldırmaqla relyasiya modelinin genişlənməsinə imkan
yaradır. Postrelyasiya modelində çoxqiymətli sahələrə icazə verilir. Çoxqiymətli
sahələrin qiymətlər dəsti əsas cədvələ salınan ayrıca cədvəl hesab olunur.
Postrelyasiya modelinin üstünlüyü əlaqəli relyasiya cədvəllərini bir
postrelyasiya cədvəli ilə təsvir etmək imkanının olmasıdır. Bununla da
informasiyanın təsvirinin yüksək əyaniliyi təmin edilir və onun emalının
səmərəliliyi artır. Bu modelin çatışmazlığı isə saxlanan verilənlərin tamlığının və
ziddiyyətsizliyinin təmininin mürəkkəbliyindən ibarətdir. Postrelyasiya modelini
dəstəkləyən VB S-lərə misal olaraq UniVers, Bubba və Dasdb sistemlərini
göstərmək olar.
Çoxölçülü model
Verilənlərin təsvirinə çoxölçülü yanaşma relyasiya yanaşması ilə eyni
vaxtda yaranmışdır, lakin real işləyən çoxölçülü VB S-lər çox azdır. 90-cı illərin
ortalarından başlayaraq bu sistemlərə maraq xeyli artdı. Bu 1993-cü ildə relyasiya
11
modelinin əsasını qoyan E.Koddun dərc etdirdiyi proqram məqaləsindən sonra baş
verdi. Həmin məqalədə OLAP (Online Analytical Processing – Operativ Analitik
Emal) sinif sistemlərinə 12 təlabat formalaşdırılmışdır və onlardan əsasları
çoxölçülü verilənlərin konseptual təsviri və emalına aiddir. Çoxölçülü sistemlər
təhlil aparmaq və qərar qəbul etmək üçün informasiyanın operativ emalına imkan
verir.
Çoxölçülü VB S
dar çərçivədə ixtisaslaşdırılmış sistem olub, informasiyanın
interaktiv analitik emalı üçün nəzərdə tutulur. Bu cür VB S-lərə xas olan əsas
anlayışlar bunlardır: verilənlərin aqreqatlaşması, statikliyi və proqnozlaşdırılması.
Çoxölçülü modelin əsas üstünlüyü vaxtla bağlı olan böyük həcmli
verilənlərin analitik emalının səmərəli və əlverişli aparılmasıdır. Relyasiya modelli
VB S-də bu əməliyyatın aparılması böyük zəhmət və yaddaş sərfi tələb edir.
Çoxölçülü modelin çatışmazlığı isə onun informasiyanın operativ emalının adi
məsələləri üçün mürəkkəb olmasından ibarətdir. Verilənlərin çoxölçülü modelini
dəstəkləyən sistemlərə misal olaraq Arbor Software firmasının Essbase, Speedware
firmasının Media Multi-matrix, Oracle firmasının Oracle Express Server, nter
Systems firmasının Cache sistemlərini göstərmək olar. Bəzi sistemlər, məsələn,
Media /MR (Speedware firması), eyni vaxtda həm çoxölçülü, həm də relyasiya
modelli verilənlər bazaları ilə işləməyə imkan verirlər. Daxili modeli verilənlərin
çoxölçülü modelli olan Cache sistemində verilənlərə 3 müraciət üsulu
reallaşdırılmışdır: birbaşa (çoxölçülü massivlər səviyyəsində), obyekt və relyasiya.
Obyektyönlü model
Obyektyönlü modellə
verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin
etmək mümkün olur. Obyekt-yönlü proqramlaşdırma dillərindəki uyğun vasitələrə
oxşar mexanizmlərin köməyilə VB-nin yazıları ilə onların emalı funksiyaları
arasında qarşılıqlı əlaqələr qurulur.
ODMG-93 (Object Database Management Group - Obyektyönlü verilənlər
bazasının idarə olunması üzrə qrup) standartının tövsiyyələrində standartlaşdırılmış
12
obyektyönlü model şərh olunur. ODMG-93 standartının tövsiyyələrini tam həcmdə
reallaşdırmaq hələlik mümkün olmamışdır.
Verilənlərin obyektyönlü modelinin relyasiya modeli ilə müqayisədə
üstünlüyü obyektlərin mürəkkəb əlaqələri haqqında informasiyanı əks etdirmək
imkanının olmasıdır. Obyektyönlü model VB-nin ayrı-ayrı yazılarını və onların
emalı funksiyalarını təyin etməyə imkan verir.
90-cı illərdə obyektyönlü verilənlər bazalarının eksperimental protipləri
mövcud idi. Hazırdı bu cür sistemlər geniş yayılmışdır. Onlara misal olaraq POET
(POET Software firması), Jasmine (Computer Associates), Versant (Versant
Technologies), O2 (Ardent Software), ODB-Jupiter, Iris, Orion, Postyres
sistemlərini göstərmək olar.
Verilə nlə r bazasının idarə olunması
Verilə nlə r bazasının idarə olunması
linqvistik və proqram təminatı
baxımından verilənlər bazasının idarəetmə sistemi, təşkilatı baxımdan isə verilənlər
bazasının administratoru tərəfindən yerinə yetirilir.Verilənlər bazasının
mərkəzləşdirilmiş idarə olunmasını və verilənlərə müraciəti təmin etmək üşün
linqvistik və proqram vasitələrindən ibarət xüsusi kompleks yaradılır ki, onun da
adına verilənlər bazasının idarəetmə sistemi (VB S) deyilir. VB S informasiya
sisteminin mərkəzi hissəsini təşkil edir.
VB S-in ə sas və zifə si
verilənlər bazası ilə istifadəçi arasında interfeysin
yaradılmasından ibarətdir. Həmin interfeys vasitəsilə xarici səviyyədə istifadəçinin
VB ilə qarşılıqlı əlaqələri təşkil edilir. VB S-in digər funksiyaları isə konseptual və
fiziki səviyyələrdə verilənlər bazasının reallaşdırılmasından ibarətdir.
Verilənlər bazalarının idarəetmə sistemlərinin təsnifatı
Verilənlər bazalarının idarəetmə sistemlərini əsasən aşağıdakı əlamətlərə
görə təsnifləşdirirlər: 1) VB S-in reallaşdırdığı proqramın növünə görə; 2) istifadə
edilmənin xarakterinə görə; 3) verilənlərin modelinə görə.
Reallaş dırılan proqramın növünə görə VB S-lə rin tə snifatı
Dostları ilə paylaş: |