Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   2   3   4   5   6   7   8   9   ...   24

10 

 

 



 

Reylasiya  modeli  BM  firmasının  əməkdaşı  Edqar  Kodd  tərəfindən  təklif 



edilmiş  və  verilənlərin  strukturlarının  nisbətlər  şəklində  təsvirinə  və  cədvə

formasında ifadə olunmasına əsaslanır. 

Relyasiya  modeli nisbətlər cəbri adlanan riyazi aparatın verilənlər bazasına 

tətbiqi  nəticəsində  yaranmışdır.  70-ci  illərin  sonundan  başlayaraq  yaradılan 

verilənlər bazalarının əksəriyyətində relyasiya modelindən istifadə olunur.  

Fərdi  kompüterlər  üçün  80-cı  illərdən  başlayaraq  yaradılan  və  inkişaf 

etdirilən  VB S-lərə  misal  olaraq  Ashton-Tate  firmasına  məxsus  dBase  ailəsinin 

(dBase  I,  II,  III,  III  plus,  IV,  Clipper),  FoxSoftware  firmasının  FoxBase,  FoxPro 

sistemlərini,  BM firmasının DB2 sistemini, Borland firmasının Paradox, dBase for 

Windows  sistemlərini,  Microsoft  firmasının  Vizual  FoxPro,  Access  sistemlərini, 

Clarion Software firmasının Clarion sistemini, ASK Computer Systems firmasının 

ngres sistemini, Oracle firmasının Oracle ailəsi sistemlərini və s. göstərmək olar. 

Postrelyasiya modeli 

Postrelyasiya modeli

 cədvəldə saxlanan verilənlərin bölünməzliyinə qoyulan 

məhdudluğu  aradan  qaldırmaqla  relyasiya  modelinin  genişlənməsinə  imkan 

yaradır.  Postrelyasiya  modelində  çoxqiymətli  sahələrə  icazə  verilir.  Çoxqiymətli 

sahələrin qiymətlər dəsti əsas cədvələ salınan ayrıca cədvəl hesab olunur.  

Postrelyasiya  modelinin  üstünlüyü  əlaqəli  relyasiya  cədvəllərini  bir 

postrelyasiya  cədvəli  ilə  təsvir  etmək  imkanının  olmasıdır.  Bununla  da 

informasiyanın  təsvirinin  yüksək  əyaniliyi  təmin  edilir  və  onun  emalının 

səmərəliliyi  artır.  Bu  modelin  çatışmazlığı  isə saxlanan verilənlərin tamlığının və 

ziddiyyətsizliyinin  təmininin  mürəkkəbliyindən  ibarətdir.  Postrelyasiya  modelini 

dəstəkləyən  VB S-lərə  misal  olaraq  UniVers,  Bubba  və  Dasdb  sistemlərini 

göstərmək olar. 

Çoxölçülü model 

Verilənlərin  təsvirinə  çoxölçülü  yanaşma  relyasiya  yanaşması  ilə  eyni 

vaxtda  yaranmışdır,  lakin  real  işləyən  çoxölçülü  VB S-lər  çox azdır.  90-cı illərin 

ortalarından başlayaraq bu sistemlərə maraq xeyli artdı. Bu 1993-cü ildə relyasiya 




11 

 

 



 

modelinin əsasını qoyan E.Koddun dərc etdirdiyi proqram məqaləsindən sonra baş 

verdi. Həmin məqalədə OLAP (Online Analytical Processing – Operativ Analitik 

Emal)  sinif  sistemlərinə  12  təlabat  formalaşdırılmışdır  və  onlardan  əsasları 

çoxölçülü  verilənlərin  konseptual  təsviri  və  emalına  aiddir.  Çoxölçülü  sistemlər 

təhlil aparmaq və qərar qəbul etmək üçün informasiyanın operativ emalına imkan 

verir.  

Çoxölçülü VB S

  dar çərçivədə ixtisaslaşdırılmış sistem olub, informasiyanın 

interaktiv  analitik  emalı  üçün  nəzərdə  tutulur.  Bu  cür  VB S-lərə  xas  olan  əsas 

anlayışlar bunlardır: verilənlərin aqreqatlaşması, statikliyi və proqnozlaşdırılması. 

Çoxölçülü  modelin  əsas  üstünlüyü  vaxtla  bağlı  olan  böyük  həcmli 

verilənlərin analitik emalının səmərəli və əlverişli aparılmasıdır. Relyasiya modelli 

VB S-də  bu  əməliyyatın  aparılması  böyük  zəhmət  və  yaddaş  sərfi  tələb  edir. 

Çoxölçülü  modelin  çatışmazlığı  isə  onun  informasiyanın  operativ  emalının  adi 

məsələləri  üçün  mürəkkəb  olmasından  ibarətdir.  Verilənlərin  çoxölçülü  modelini 

dəstəkləyən sistemlərə misal olaraq Arbor Software firmasının Essbase, Speedware 

firmasının  Media  Multi-matrix,  Oracle  firmasının  Oracle  Express  Server,  nter 

Systems  firmasının  Cache  sistemlərini  göstərmək  olar.  Bəzi  sistemlər,  məsələn, 

Media  /MR  (Speedware    firması),  eyni  vaxtda  həm  çoxölçülü,  həm  də  relyasiya 

modelli verilənlər bazaları ilə işləməyə imkan verirlər. Daxili modeli  verilənlərin 

çoxölçülü  modelli  olan  Cache  sistemində    verilənlərə  3  müraciət  üsulu 

reallaşdırılmışdır: birbaşa (çoxölçülü massivlər səviyyəsində), obyekt və relyasiya. 

Obyektyönlü model 

Obyektyönlü modellə

 verilənlərin təsvirində VB-nin ayrı-ayrı yazılarını təyin 

etmək mümkün  olur. Obyekt-yönlü proqramlaşdırma dillərindəki uyğun vasitələrə 

oxşar  mexanizmlərin  köməyilə  VB-nin  yazıları  ilə  onların  emalı  funksiyaları 

arasında qarşılıqlı əlaqələr qurulur. 

ODMG-93 (Object Database Management Group  - Obyektyönlü verilənlər 

bazasının idarə olunması üzrə qrup) standartının tövsiyyələrində standartlaşdırılmış 



12 

 

 



 

obyektyönlü model şərh olunur. ODMG-93 standartının tövsiyyələrini tam həcmdə 

reallaşdırmaq hələlik mümkün olmamışdır.  

Verilənlərin  obyektyönlü  modelinin  relyasiya  modeli  ilə  müqayisədə 

üstünlüyü    obyektlərin  mürəkkəb  əlaqələri  haqqında  informasiyanı  əks  etdirmək 

imkanının  olmasıdır.  Obyektyönlü  model  VB-nin  ayrı-ayrı  yazılarını  və  onların 

emalı funksiyalarını təyin etməyə imkan verir. 

90-cı  illərdə  obyektyönlü  verilənlər  bazalarının  eksperimental  protipləri 

mövcud idi. Hazırdı bu cür sistemlər geniş yayılmışdır. Onlara misal olaraq POET 

(POET  Software  firması),  Jasmine  (Computer  Associates),  Versant  (Versant 

Technologies),  O2  (Ardent  Software),  ODB-Jupiter,  Iris,  Orion,  Postyres 

sistemlərini göstərmək olar. 



Verilənlər bazasının idarə olunması 

Verilənlər  bazasının  idarə  olunması

  linqvistik  və  proqram  təminatı 

baxımından verilənlər bazasının idarəetmə sistemi, təşkilatı baxımdan isə verilənlər 

bazasının  administratoru  tərəfindən  yerinə  yetirilir.Verilənlər  bazasının 

mərkəzləşdirilmiş  idarə  olunmasını  və  verilənlərə  müraciəti  təmin  etmək  üşün 

linqvistik və proqram  vasitələrindən  ibarət  xüsusi kompleks  yaradılır ki, onun da 

adına    verilənlər  bazasının  idarəetmə  sistemi  (VB S)  deyilir.  VB S  informasiya 

sisteminin mərkəzi hissəsini təşkil edir. 



VB S-in  əsas  vəzifəsi   

verilənlər  bazası  ilə  istifadəçi  arasında  interfeysin 

yaradılmasından ibarətdir. Həmin interfeys vasitəsilə xarici səviyyədə istifadəçinin 

VB ilə qarşılıqlı əlaqələri təşkil edilir. VB S-in digər funksiyaları isə konseptual və 

fiziki səviyyələrdə verilənlər bazasının reallaşdırılmasından ibarətdir. 

Verilənlər bazalarının idarəetmə sistemlərinin təsnifatı 

Verilənlər  bazalarının  idarəetmə  sistemlərini  əsasən  aşağıdakı  əlamətlərə 

görə təsnifləşdirirlər: 1) VB S-in reallaşdırdığı proqramın növünə görə; 2) istifadə 

edilmənin xarakterinə görə; 3)  verilənlərin modelinə görə. 



Reallaşdırılan proqramın növünə görə VB S-lərin təsnifatı 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə