Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

41 

 

 



 

Elektron  hərrac    (auksion)  –  auksionlar  təşkil  etmək  üçün  elektron 

meydanlardır. Topdan satış ticarəti üzrə geniş tətbiq olunur. Bu gün demək olar ki, 

elektron-kommersiya  vasitəsilə  həyata  keçirilən  alqı-satqı  əməliyyatlarının  yarısı 

bu  auksionlarda  aparılır.  Alıcılar  özləri  üçün  sərfəli  qiymətlə  əmətəələrin  əldə 

edilməsi  məqsədilə  çoxsaylı  satıcılara  müraciət  edirlər.  Məsələn,  ebay.com, 

dostavka.ru və s.  

Keçirilməsi üsulundan asılı olaraq hərraclar  iki növə ayrılır:  

Açıq hərraclarda -  iştirak etməyi  arzulayan bütün firma və təşkilatlar cəlb 

edilir.  Bir  qayda  olaraq  açıq  hərraca  standart  və  universal  avadanlıq,  habelə 

həcmcə o qədər də  iri olmayan podarat işləri üzrə sifarişlər  yerləşdirilir. 

Qapalı  hərraclarda  –  iştirak  etmək  üçün  ancaq  müəyyən  firmalar  dəvət 

olunur  ki,  burada  bunlara  da  əvvəlcədən  xüsusi  dəvətnamələr  göndərilir.  Qapalı 

hərraclarda  nadir,  mürəkkəb  və  xüsusi  avadanlıqlara,  müəssisə  komplektlərinə 

verilən sifarişlər yerləşdirilir. Qapalı hərracların xidmətindən müddətli sifarişlərin 

yerləşdirilməsi  lazım gəldikdə istifadə  edilir. Bu tipli hərracda iştirak etmək üçün 

bu  və  ya  digər    istehsal  sahəsində  böyük  təcrübəsi  və  texniki  cəhətdən  yaxşı 

silahlanmış,  məşhur  ağıllı  –  başlı,  çox  ciddi  məhdud  sayda  firmalar  cəlb  olunur. 

Keçirilməsi  nəzərdə  tutulan  hərracın  növündən  asılı  olaraq    bildiriş  verilir.  Açıq 

hərracın keçirilməsinə aid bildirişdə mətbuatda dərc olunur və hərrəcın keçirilməsi 

vaxtı,  təşkilatın  adı,  sıra  sayı,  malların  miqdarı,  işin  həcmi,  təkliflərin  təqdim  

olunma  qaydası  və  müddəti,  podarat    şərtlərinin,  spesifikanın,  cizgilərin  və  s.  

sənədlərin haradan alınması  göstərilir. Elanlar hərracın  keçirilməsinə 1 – 1,5 ay 

qalmış  dərc  olunur.  Hərracın  keçirilməsi  qaydası  və  şərtləri    xüsusi  qanunlar, 

dekretlər, yaxud əmrlər  vasitəsilə  nizama salınır. 

Elektron  birjalar  –  təcili  satış  birjası  rolunu  yerinə  yetirən  Web-saytlardır. 

Birja

 ən ümumi tərifi ilə ticari mal və sənədlərin, müəyyən standartlar və qaydalar 



daxilində  alınıb  satıldığı  mütəşəkkil  bir  sistemdir. 

Bu  anonim  ticarət  meydanları 

istifadəçilərə spot-bazarda mal alqı-satqısı aparmağa imkan verir.

 

Birjalar özləriylə 



interaktiv  bazarları  təcəssüm  etdirirlər.  Bu  bazarlarda  çoxsaylı  alıcılar  alqı-


42 

 

 



 

satqıların  təhlili  sistemindən  istifadə  etməklə  çoxsaylı  satıcılarla  alver  edə  bilər. 

Birja

da  edilən  əməliyyatlarda  sərmayəçilər  ilə  bazar  arasında  əlaqə  quran  və 



məlumat  alış-verişini  təmin  edən    təşkilatlar  vardır.  Bu  təşkilatlar  bazarda  edilən 

hər  cür  sərmayə  vasitəsinin  alış-verişində  vasitəçilik,  tərəflər  arasında 

müqavilələrin  təşkil  edilməsi,  sərmayə  məsləhətçiliyi    kimi  xidmətləri  təmin 

edirlər.  Bu  xidmətlər  qarşılığında  da  sərmayəçidən  müəyyən  bir  məbləğdə  əmək 

haqqı alınır. 

Birjada  ticarəti  edilən  bütün  malların  qiymətləri,  sərbəst  bazar  şərtlərində 

tələb tarazlığına görə təyin olunur. Lakin tələb vəziyyəti müxtəlif faktorlara bağlı 

olaraq tez-tez dəyişdiyindən qiymətlər də davamlı hərəkət halındadır. Bu faktorlar 

iqtisadiyyat, siyasət kimi ümumi vəziyyətlərin yanında bir əmtəənin və ya qiymətli 

sənədin qiymətini doğrudan təsir edə biləcək xüsusi şərtlər ola bilər. Qiymətlərin 

dalğalı olması sayəsində sərmayəçilər, qiyməti düşəcəyi nəzərdə tutulan mallarda 

satış əməliyyatı və ya yüksələcəyi nəzərdə tutulan mallarda alış əməliyyatı edərək 

gəlir əldə edə bilirlər. 

Məsələn, CheMatch.com spot-bazarda neftkimya məhsulları 

satışı üzrə saytdır. Rusiyaya məxsus  ndeks internet-birjası isə borc məsuliyyətləri 

ilə alver edir.

  

Birjaların bir neçə kateqoriyaları vardır.  stehsalat birjaları kimi də tanınan 



ş

aquli  birjalar

  istehsalın  müəyyən  sahələrinə  xidmət  üçün  təşkil  olunur.  Üfuqi 



birjalar

 spesifik funksiyalara yönəlmişdir, məsələn, ofis avadanlığının alqısı və ya 

istismar və ya təmir çərçivəsində tədarüklər. Şirkətlər bazar xidmətlərini göstərmək 

yolu  ilə  gəlirin  əldə  edilməsi  məqsədilə  sahəvi  adlanan  öz  fərdi  özəl  birjalarını 

yarada bilər. Birjalar hesabına bir çox tədarükçülər arasında qiymətlərin rəqabətli 

formalaşması  prosesi  təmin  edilir  ki,  bu  da  alıcılara  ən  aşağı qiymətə  əmtəə  əldə 

etmək imkanını verir.  

Elektron  reklam  -  malların  və  xidmətlərin  təbliğatı  üzrə  nisbətən  gənc 

reklam  kanalıdır  və  ilk  növbədə  qlobal  şəbəkə  xidmətinin  inkişafı  nəticəsində 

yaranmışdır. Bundan başqa, bu xidmət növü hələlik kifayət qədər öyrənilməmiş və 

belə şəbəkə sistemlərində reklam xidməti göstərməyin elmi əsaslandırılmış üsulları 



43 

 

 



 

yenicə mütəxəssislər tərəfindən yaradılmağa başlanılıb. Burada əsas səbələrdən biri 

də  internet  sahəsində  kifayət  qədər  normativ-hüquqi  bazanın  olmamasıdır.  Bütün 

bunlar  son  nəticədə  reklamın  bu  növünə  biznes-cəmiyyəti  tərəfindən  bir  qədər 

ehtiyatla yanaşmağı zəruri edir. 

Bunlara  baxmayaraq,  Elektron-reklam  xidmətindən  istifadə  edən 

kompaniyalar aşağıdakı şərtsiz üstünləkləri əldə etmiş olur: 

nteraktivlik –  nternetin spesifik xüsusiyyətidir və ənənəvi K V qarşısında 

bir  sıra  üstünlüklərə  imkan  verir.  lk  növbədə  internet-istifadəçi  öz  monitorunda 

görmək  istədiyi  informasiyanı  özü  seçir.  Beləliklə,  reklamın  yaratdığı  neqativ 

hallar  (məsələn,  televiziya  vasitəsilə  reklam  zamanı  olduğu  kimi)  aradan  qalxır. 

Əgər istifadəçidə hər hansı bir banner maraq doğurarsa və o, bu haqda daha çox 

informasiya əldə etmək istəyərsə, onda müraciət üzrə reklamçının saytına keçər və 

ətraflı  informasiya  almış  olar  və  bu  zaman  seçim  onun  özünündür.  Təbiidir  ki, 

reklamı  qəbul  etmək  xarakteri  və  son  nəticə  keyfiyyət  baxımından  fərqli  olacaq. 

Müqayisə  edin,  televiziyada  filmin  və  ya  futbol  üzrə  dünya  çempionatının 

nümayişi zamanı məcburi reklamın yaratdığı effektlə, istifadəçinin könüllü surətdə 

seçdiyi reklamın effektini.   nteraktivliklə  nternet-reklamın daha bir müsbət tərəfi 

bağlıdır.  Bu  ani  reaksiya  effektidir.  Reklam  məlumatına  maraq  ani  olaraq  realizə 

olunur.  Əgər  informasiya  istifadəçini  maraqlandırarsa,  onda  o,  ona  müraciət 

edəcək, yadda saxlayacaq və mümkündür ki, sifariş üçün müraciət edəcək. 

     Belə  ki,  Elektron  -  reklam  elə  bir  unikal  imkana  malikdir  ki,  onunla  reklam 

xidməti  yalnız  konkret  kompaniyanın  məhsullarına  və  xidmətlərinə  marağı  olan 

istifadəçilərə  göstərilir.  K V  vasitəsilə  reklama  boş  yerə  külli  miqdarda  vəsait 

xərclənir və istər-istəməz televiziyaya baxan hər bir insan bu reklamı görmüş olur 

və  müəyyən  qismində  mənfi  effekt  yaradır.  Məsələn,  qadınlara  aid  malların 

reklamına istər-istəməz kişilər və uşaqlar da baxmalı və ya oxumalı olurlar. Bu isə 

əksər hallarda əks effekt yaradır. Müasir  nternet texnologiyaları isə imkan verir ki, 

reklam obyekti könüllülük əsasında yalnız aidiyyatı üzrə istifadə edilmiş olsun. Bu 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə