Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

mənada  çoxsaylı  elmi  tədqiqat  işləri  KT-nin  kompaniyalarının  idarəedilməsində 

istifadəsi aktual mövzu olaraq qalacaqdır. 

Mövzunun  öyrənilmə  vəziyyəti.  Kompaniyalarda  KT-nin  istifadəsi 

sahəsində  və  ölkədə  yaradılmış  müxtəlif  biznes  strukturları  öyrənilməkdədir.  Bu 

sahədə  elmi  araşdırmaları  ilə  elm  aləminə  daxil  olan  şoxsaylı  iqtisadçı  və 

kibernetika  alimlərimiz  vardır.  Onlardan  Z.Səmədzadə,  Ş.Hacıyev,  A.Quliyev. 

Ə.Abbasov, T.Əliyev və başqalarının əsərlərini nümunə göstərmək olar. 

Tədqiqatın  məqsədi:  Kompaniyalarda  KT-nin  istifadəsinin  biznes 

sahəsindəki  modellərinin  tədqiq  edilməsi    və  öyrənilməsi,  səmərəli  təkliflərin 

verilməsi tədqiqatın məqsədidir. 

Tədqiqatın  mənbələri.  KT  sektorunun  daxil  olduğu  kompaniyaların 

fəaliyyətinin  sosial  iqtisadi  göstəriciləti  sistemi  və  idarəetmə  funksiyalarının 

küllüsüdür. 

Tədqiqatın  elmi  yeniliyi  və  praktiki  əhəmiyyəti  dissertasiya  işinin 

işlənməsi zamanı tədqiqat aparılmış kompaniyalarda meydana çıxan bir sıra xırda 

problemlərin  həlli  yolları  göstərilmiş,  praktik  əhəmiyyət  kəsb  edən  təkliflər 

verilmişdir. 

1-ci fəsildə-“Müasir  informasiya  sistemlərinin  baza  texnologiyaları”nda 

informasiya sistemlərinin baza verilənləri öyrənilmişdir.

 

nformasiya sistemlərinin 



funksiyaları tədqiq edilmişdir. 

2-ci  fəsildə-“  Elektron  biznes  və  informasiya  sistemləri  “ndə  elektron 

biznesin əsas məsələləri araşdırılmış, elektron biznesin əsas modelləri öyrənilmiş, 

elektron biznesin həlli texnologiyaları tədqiq edilmişdir. 

3-cü  fəsildə-  “ qtisadiyyatda 

KT-nin  rolu  və  yeri”də  Milli 

iqtisadiyyatların  inkişafında  və  qloballaşmada  KT-nin  yeri  öyrənilmiş,  rəqəmsal 

uçurum probleminin həllində regional əməkdaşlıq tədqiq edilmişdir. 

Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflərdən ibarət olub, məzmunu 80 

səhifədə  verilmişdir.  Dissertasiya  işi  istifadə  olunan  elmi  ədəbiyyatların  və  veb 

saytların siyahısı ilə tamamlanmışdır. 




 

 



 

Fəsil 1. Müasir informasiya sistemlərinin baza texnologiyaları 

1.1

 

nformasiya sistemlərinin baza verilənləri 

Müasir  informasiya  sistemləri  verilənlər  bazası  konsepsiyası  əsasında 

qurulur. Verilənlər bazası – bir yerdə saxlanan, mərkəzləşdirilmiş idarə olunan, bir-

biri  ilə  qarşılıqlı  əlaqəli  və  müxtəlif  istifadəçilər  tərəfindən  müxtəlif  məqsədlərlə 

istifadə  edilən  faylar  toplusudur.  Verilənlər  bazasında  saxlanan  verilənlər  adətən 

konkret  tətbiq  sahəsinə  aid  olur.  Verilənlər  bazası  elə  təşkil  olunur  ki:  a)  orada 

verilənlərin izafiliyi minimum olur; b) verilənlər, onları emal edən proqramlardan 

asılı  olmur;    c)  verilənləri  axtarıb  tapmaq,  onları  dəyişdirmək  və  yeniləşdirmək 

üçün  ümumi idarəetmə üsullarından və vasitələrindən istifadə olunur; d) VB-nin 

tətbiq sahəsini genişləndirmək mümkün olur.  

Verilənlər bazası konsepsiyası aşağıdakı prinsiplərə əsaslanır: 

1.

 



Verilənlərin  daxili  strukturunun  saxlanması.

  Verilənlər  bazasında 

verilənlərin təsviri üçün elə strukturlardan istifadə olunmalıdır ki, onlar  verilənləri 

daxili  strukturları  ilə  uyğunlaşdırıla  bilsinlər.  Bu  baxımdan  verilənlərin  relyasiya 

modeli ilə təsviri məqsədə uyğun sayılır.  

2.

 

Verilənlərin  izafiliyinin  minimuma  endirilməsi.



  Fayl  sistemlərində 

eyni  verilənlərin  müxtəlif  fayllarda  təkrarlanması  faizi  çox  olur.  Verilənlər 

bazasında  verilənlərin  izafiliyini  aradan  qaldırmaq  və  ya  minimuma  endirmək 

mümkündür.  Bu  imkan  VB-nin  faylları  arasında  qarşılıqlı  əlaqə  yaratmaqla  əldə 

edilir. Təkrarlanan verilənlər bir faylda saxlanır, digərlərindən isə kənarlaşdırılır.  

3.

 

Verilənlərdə ziddiyyətlərin aradan qaldırılması

Fayllardakı verilənlər 

müxtəlif vaxtda dəyişdirilə bilər. Nəticədə müəyyən vaxtdan sonra elə hal yarana 

bilər ki, müxtəlif fayllarda saxlanan eyni verilənlər bir-birinə uyğun gəlməyə bilər, 

yəni  onlar  arasında  ziddiyyətlik  yarana  bilər.  Verilənlər  bazasının  idarəetmə 

sistemi və ya administratoru səviyyəsində bu cür ziddiyyətlər aşkarlanır və aradan 

qaldırılır. 



 

 



 

4.

 

Verilənlərin mərkəzləşdirilmiş idarə olunması

. VB-də saxlanan bütün 

verilənlərin  təsviri  eyni  modellə  aparıldığından  və  verilənlər  eyni  üsulla  təşkil 

olunduğundan, onların idarə olunması üçün eyni metodoloji, linqvistik və proqram 

təminatına malik vahid sistemdən istifadə etmək olur.  

5.

 

Verilənlərin  tamlığının  qorunması. 

Verilənlər  bazasında  verilənlərin 

və  onlar  arasındakı  əlaqələrin  pozulmaması  VB-yə  qoyulan  vacib  tələblərdən 

biridir. VB-də verilənlərin saxlanması, təhlili və yeniləşdirilməsi elə təşkil olunur 

ki,  qəzalar  və  xətalar  baş  verdikdə  verilənləri  itkisiz  bərpa  etmək  mümkün  olur. 

Verilənlərin  qəzalardan  və  xətalardan  mühafizəsi  üçün  verilənlərin  tamlığının 

yoxlanması nəzərə alınır.  

6.

 

Verilənlərlə  tətbiqi  proqramlar  arasında  asılılığın  aradan 

qaldırılması. 

VB  konsepsiyası  verilənlərin  3  səviyyəli  təsvirini  nəzərdə  tutur: 

xarici  təsvir,  məntiqi  təsvir  və  fiziki  təsvir.  Hər  bir  səviyyədə  verilənlərin  təsviri 

ayrıca  təşkil  edildiyindən  və  bir-biri  ilə  bilavasitə  əlaqələndirilmədiyindən, 

verilənlərlə tətbiqi proqramlar arasında həm məntiqi, həm də fiziki asılılıq aradan 

qalxır, yəni verilənlərin məntiqi və fiziki müstəqilliyi təmin olunur.  



7.

 

Verilənlərdən  çoxməqsədli  və  birgə  istifadə  edilməsi

.  Verilənlər 

bazasında müəyyən tətbiq sahəsinə aid müxtəlif tip verilənlər toplanır. Verilənlərin 

bu  cür  inteqrallaşdırılmış  şəkildə  saxlanması  onlardan  müxtəlif  istifadəçilər 

tərəfindən  müxtəlif  məqsədlərlə  birgə  istifadə  olunmasına  imkan  yaradır.  Digər 

tərəfdən, istifadəçilərin və onların sorğularının  sayı və müxtəlifliyi genişləndirilə 

bilər. 

8.

 

Verilənlərin  təhlükəsizliyinin  qorunması.

  Verilənlərin  təhlükəsizliyi  

dedikdə  onları  kənar  istifadəçilərin  təsadüfi  və  ya  bilərəkdən  müraciət  etmə 

cəhdlərindən qorumaq, həmin istifadəçilər tərəfindən verilənlərin dəyişdirilməsinin 

və  ya  pozulmasının  qarşısını  almaq  başa  düşülür.  Verilənlərin  təhlükəsizliyi  bir 

neçə amillərlə əlaqədar olduğundan, onun həlli müəyyən çətinliklərlə bağlıdır.  

9.

 

Axtarış  imkanları.

  VB-də  saxlanan  verilənlərin  axtarışı  həm  ardıcıl, 

həm  də  birbaşa  aparıla  bilər.  stifadəçilər  verilənlər  bazasına  müxtəlif  sorğularla 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə