Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   2   3   4   5   6   7   8   9   ...   24

16 

 

 



 

olunan verilənlərin fiziki strukturları təyin olunur və onlar yaddaşın işçi sahəsinə 

köçürülür. 

4. VB S seçilən verilənlər üzərində tələb olunan əməliyyatları aparır. 

5.Alının  nəticələr  lazımi  formaya  salınıb  hesabat  tərtib  edilir  və  çıxışa 

verilir. 



Verilənlərin modelinə görə VB S-lərin təsnifatı 

Verilənlərin  təsviri  üçün  istifadə  olunan  modelin  tipinə  görə  VB S-ləri 

aşağıdakı  qruplara  ayırmaq  olar:  iyerarxik,  şəbəkə,  relyasiya,  obyekt-relyasiya, 

obyektyönlü və s. 



yerarxik  və  şəbəkə  modelli  sistemlər. 

1-ci  nəsil  VB S-lər  hesab  olunur. 

Əsasən böyük hesablama maşınları (mainframe) üçün qurulan bu sistemlər qapalı 

olub,  əlverişli  interfeysə  malik  deyildirlər  və  proqram  təminatı  mobil  xarakter 

daşımırdı.  Müasir  relyasiya  modelli  VB S-lərlə  müqayisədə  bu  sistemlərin  əsas 

çatışmayan cəhətləri aşağıdakılardır: 

- istifadə edilmənin mürəkkəbliyi; 

- VB-nin fiziki təşkilini bilmək tələbi; 

- tətbiqi proqramların VB-nin fiziki təşkilindən asılılığı; 

-  VB-nin  layihələndirilməsinin  avtomatlaşdırılması  üçün  vasitələrin 

olmaması; 

- çox baha olması. 

1-ci  nəsil  iyerarxik  modelli  VB S-lərə  misal  olaraq    1970-1990-çı  illərdə 

geniş  tətbiq  olunan  MS  sistemini  və  onun  əsasında  yaradılmış  OKA  sistemini 

göstərmək olar. Şəbəkə modelli VB S-lərə misal olaraq  DS, TOTAL, ADABAS, 

CET, CETOP sistemlərini göstərmək olar. 



Relyasiya  modelli  sistemlər. 

VB S-in  təkamülündə  2-ci  mərhələ  E.Koddun 

təklif etdiyi relyasiya modelinin verilənlərin təsviri və idarəedilməsi üçün tətbiqini 

əhatə edir. Relyasiya  modelinin və onu reallaşdıran VB S-lərin  meydana gəlməsi 

VB-nin yaradılmasında mütərəqqi addım oldu. 



17 

 

 



 

Relyasiya  modelli  verilənlər    bazalarının  inkişafının  ilkin  mərhələsində  bir 

neçə sorğu dili yaradılmışdır. Onlardan ən çox yayılanı QBE (Qiery By Example – 

nümunəyə görə sorğu), QUEL (Query Lanquage – sorğu dili) və SQL (Structured 

Query Language – strukturlaşdırılmış sorğu dili) dilləridir. 

Obyektyönlü sistemlər. 

 Relasiya verilənlər bazalarının sürətli inkişafı, daha 

mürəkkəb  məsələlərin  həllinin  mümkünlüyü  və  obyektyönlü  proqramlaşdırma 

texnologiyasının  inkişafı  son  illər  obyektyönlü  yanaşmanın  verilənlər  bazalarına 

tətbiqinə təkan vermişdir. Obyektyönlü yanaşma layihəçi üçün bir sıra üstünlüklərə 

malikdir. Onlardan əsasları aşağıdakılardır: 

− 

ümumi  sistemi  bir  neçə  müstəqil  mahiyyətlərə  (obyektlərə)  ayırmaq 



və onların müstəqil spesifikasiyasını müəyyənləşdirmək; 

− 

obyektyönlü 



texnologiyanın 

irsi 


keçid 

və 


polimorfizm 

mexanizmlərindən  istifadə  etməklə  sistemin  fəaliyyətini  daha  səmərəli  təşkil 

etmək; 

− 

tətbiq 



sahəsinə 

məxsus 


real 

mahiyyətlərin 

davranışlarını 

layihələndirmənin ilkin mərhələlərindən başlayaraq izləməyə imkan verən obyekt 

modelləşdirməsini  tətbiq etmək. 

Obyektyönlü  VB S-lər  hələlik  çox  azdır.  Haqqında  məlumat  olan  ilk 

obyektyönlü  sistem  JASM NE  sayılır.  Bu  sistem  nternet/ ntranet  mühitləri  üçün 

obyektyönlü multimedia tətbiqlərinin yaradılmasını dəstəkləyir. 



Obyekt-relyasiya  tipli  sistemlər. 

Yuxarıda  göstərilən  üstünlüklərinə 

baxmayaraq, obyektyönlü VB S-dən istifadə edilməsi həmişə səmərəli olmur. Bir 

sıra hallarda obyektin verilənlərinin dekompozisiyası heç bir problem yaratmır və 

tamamilə məntiqli olur. Belə hallarda relyasiya modelindən istifadə edilməsi daha 

səmərəli olur. 

Bunu  nəzərə  alaraq,  relyasiya  VB S-lərin  aparıcı  istehsalçıları  BM  və 

ORACLE firmaları özlərinin DB2 və ORACLE relasiya sistemlərinə obyektyönlü 

modelə  uyğun  üstqurum  elementlərini  əlavə  etmişlər.  Beləliklə,  bu  sistemlərlə 



18 

 

 



 

işləyən  zaman  konkret  situasiyadan  asılı olaraq bu  və  ya  digər  modeldən  istifadə 

etmək olar. Yaxın gələcəkdə bu cür hibrid sistemlərin sayının artacağı gözlənilir. 

 

1.2



 

nformasiya sistemlərinin funksiyaları 

Mövcud  olan  informasiya  texnologiyalarını  2  növə  ayırmaq  olar:                    

1)  verilənlərin  emalı  texnologiyası;  2)  idarəetmənin  informasiya  təminatı 

texnologiyası.  Hər  bir  konkret  texnologiya  bu  növlərdən  birinə  və  ya  hər  ikisinə 

aid edilə bilər. 

Verilənlərin  emalı  texnologiyası  lazımi  ilkin  verilənlərə  malik  olan,  emal 

üçün  alqoritmlər  və  digər  standart  prosedurlar  olan  yaxşı  strukturlaşdırılmış 

məsələlərin həlli üçün nəzərdə tutulur. Bu texnologiyadan elm, təhsil, istehsalat və 

digər 

sahələrdə 



təkrarlanmalarla 

yerinə 


yetirilən 

atil 


əməliyyatların 

avtomatlaşdırılması məqsədilə heyətin əməli fəaliyyəti səviyyəsində istifadə edilir. 

Bu  səviyyədə  informasiya  texnologiyalarının  və  sistemlərinin  tətbiqi  idarə 

heyətinin əmək məhsuldarlığını artırır və bəzi hallarda işçilərin sayını azaldır. 

Bu texnologiyanı fərqləndirən xüsusiyyətlər aşağıdakılardır: 

− 

verilənlərin emalı üzrə təşkilata lazım olan məsələlərin həlli. Qanuna 



görə hər bir təşkilat özünün fəaliyyəti haqqında verilənlərə malik olmalı və onları 

saxlamalıdır.  Həmin  verilənlərdən  təşkilatın  informasiya  dəstəklənməsi  vasitəsi 

kimi istifadə olunur. Odur ki, müasir şəraitdə hər bir təşkilatda verilənlərin emalı 

sistemi olmalı və uyğun informasiya texnologiyası işlənib hazırlanmalıdır; 

− 

alqoritmləşdirilə bilən yaxşı strukturlaşdırılmış məsələlərin həlli; 



− 

emalın standart prosedurlarının yerinə yetirilməsi. Mövcud standartlar 

verilənlərin emalının tipik prosedurlarını təyin edir və bütün təşkilatlardan onlara 

riayət edilməsini tələb edir; 

− 

işlərin  əsas  hissəsinin  insanın  minimal  iştirakı  ilə  avtomatlaşdırılmış 



rejimdə yerinə yetirilməsi; 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə