Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   2   3   4   5   6   7   8   9   ...   24

 

 



 

müraciət  edə  bilərlər.  Korporativ  S-də  istifadəçilər  verilənlər  bazasına  çox  vaxt 

reqlamentləşdirilmiş,  yəni tezliyi və  məzmunu əvvəlcədən məlum olan sorğularla 

müraciət  edirlər.  Bəzi  hallarda  VB-yə  əvvəlcədən  planlaşdırılmayan  ixtiyari 

sorğular  da  daxil  ola  bilər.  Odur  ki,  VB S  həm  reqlamentləşdirilmiş,  həm  də 

ixtiyari sorğuların cavablandırılması üçün verilənlərin axtarışını təmin etməlidir. 



10.

  Məhsuldarlıq. VB S-ə aid olan göstəricidir. VB S elə qurulmalıdır ki, 

sorğulara  cavab  vaxtı  istifadəçiləri  qane  edə  bilsin.  nteraktiv  rejimdə  işləyən 

sistemlərdə  sorğuya  cavab  vaxtı  2  saniyədən  artıq  olmamalıdır.  Digər  tərəfdən, 

VB S tranzaksiyaların emalı üçün lazımi buraxma qabiliyyətini təmin etməlidir.  



11.

  Xərclərin  azalması.  qtisadi-statistik  təhlillər  nəticəsində  sübut 

edilmişdir ki, VB konsepsiyası ilə hazırlanan sistemlərə qoyulan xərclər ayrı-ayrı 

fayllarla hazırlanan sistemlərə nisbətən  50 % az olur. Xərclərin azalması VB-nin 

yuxarıda sadalanan prinsipləri və xarakteristikaları nəticəsində əldə edilir. 



Verilənlərin modelləri. 

Verilənlərin modeli

 onların necə və hansı qaydalarla strukturlaşmasını təyin 

edir.  Lakin  struktur  xassələri  verilənlərin  semantikasını  və  onlardan  istifadə 

üsullarını  tam  açmağa  imkan  vermir.  Bunun  üçün  verilənlər  üzərindəki 

əməliyyatlar  da  müəyyən  olunmalıdır  və  həmin  əməliyyatlar  verilənlərin 

strukturları ilə uyğunlaşdırılmalıdır.  

Hər bir model real obyektlərin statik və dinamik xassələrini əks etdirməlidir. 

Statik  xassələrə  vaxta  görə  invariant  olan  xassələr  aiddir.  Onlar  həmişə  və  ya 

müəyyən  vaxt  intervalında  doğru  və  dəyişməz  olur.  Dinamik  xassələr  isə 

obyektlərin 

məruz 


qaldıqları 

əməliyyatlar 

nəticəsində 

vəziyyətlərinin  

dəyişilmələrini  əks  etdirirlər.  Statik  xassələr  verilənlər  modelinin  yaranma 

qaydalarını  ifadə  edir  və  verilənlərin  təsviri  dili  ilə  əlaqələndirilir.  Burada  əsas 

məqsəd  verilənlərin  mümkün  strukturlarını  və  onlar  arasındakı  əlaqələri  təyin 

etməkdir  

Verilənlərin  struktur  modelləşdirilməsi  üçün  klassik  və  onların  əsasında 

yaradılmış yeni modellərdən istifadə olunur. Klassik modellərə aşağıdakılar aiddir: 




 

 



 

iyerarxik,  şəbəkə

  və relyasiya  modelləri. Son illərdə  yaranan və  praktikada  aktiv 

tətbiq  olunan  modellərə  aşağıdakıları  aid  etmək  olar:  postrelyasiya,  çoxölçülü  və 



obyektyönlü

 modellər. 

Göstərilən modellərin genişləndirilməsindən yaradılan digər modellərdən də 

istifadə  edilir.  Onlara  misal  olaraq  obyekt-relyasiya,  deduktiv  obyektyönlü, 

semantik,  konseptualyönlü 

modelləri  göstərmək  olar.  Bu  modellərdən  bəziləri 

verilənlər  bazalarını,  biliklər  bazalarını  və  proqramlaşdırma  dillərini  inteqrasiya 

etmək məqsədilə tətbiq olunur. 



yerarxik model 

yerarxik  model

    verilənlərin  nizamlı  qraf  (və  ya  ağac)  şəklində  təsvirinə 

əsaslanır.  Qraf  diaqramında  təpələr  (düyünlər)  mahiyyətlərin  tipini,  budaqlar  isə 

mahiyyətlər arasındakı əlaqələri göstərir (şək 1.2.).  

 

  

 



 

 

 

 

 



 

Şəkil 1.2.  yerarxik modellə mahiyyətlərin və əlaqələrin təsviri  

 

yerarxik  modelin  hər  hansı  proqramlaşdırma  dilində  təsviri  üçün  «ağac» 



(«tree»)  adlı verilənlər  tipindən  istifadə  olunur.  «Ağac»  tipi  PL/1  və  C  dillərində 

«struktura»,  PASCAL  dilində  isə  «yazı»  («record»)  tiplərinə  oxşardır.  Burada 

tiplərin bir-birinə daxil olması  mümkündür. 

Мащиййятляр 

Ялагяляр 



 

 



 

yerarxik  modelli  VB S-lərin  sayı  çox  deyil.  Onlara  misal  olaraq  MS  və 

onun  əsasında  yaradılmış  OKA  sistemlərini,  PC/Focus,  Team-Up  və  Data  Edge 

sistemlərini göstərmək olar. 

Şə

bəkə modeli 

Şə

bəkə  modelində

  verilənlər  ixtiyari  qraf  şəklində  təsvir  olunur.  yerarxik 

modeldən  fərqli  olaraq,  şəbəkə  modelində  1:1,  1:M,  M:1  funksional  əlaqələrlə 

yanaşı M:N tipli əlaqələr də qurmaq mümkündür (şəkil 1.3). 

 

 



 

 

 



 

 

Şə

kil 1.3. Şəbəkə modelində əlaqələrin təsviri 

 

Şəbəkə  modelində  M:N  tipli  əlaqənin  reallaşdırılması  onun  k  sayda  (1≤k 



≤M)  1:N  əlaqəsinə  çevrilməsi  ilə  əldə  edilir.  Bu  isə  həm  məntiqi,  həm  də  fiziki 

səviyyədə mürəkkəblik yaradır. Şəbəkə modelli VB S-in mürəkkəb olması və çox 

baha başa gəlməsi də bununla əlaqədardır. 

Şəbəkə  modellərinin  və  onlara  uyğun  VB S-lərin  yaradılmasında  və 

inkişafında  verilənlərin  emalı  sistemləri  üçün  dil  vasitələrinin  yaradılması  ilə 

məşğul  olan  CODASYL  komitəsinin  verilənlər  bazaları  üzrə  işçi  qrupunun 

(DBTG)  verdiyi  tövsiyyələrin  və  təlimatların  böyük  rolu  olmuşdur.  Codasyl  

modeli  müxtəlif  məsələlərin  həlli  ücün  tətbiq  edilən  fayl  sistemlərinin  və  onların 

sonrakı  inkişafı  nəticəsində  yaranan  ilk  şəbəkə  sistemlərinin  təsiri  altında 

yaradılmışdır. Şəbəkə modeli VB S-lərə misal olaraq MARK-I, MARK-II, 9 PAC, 

DMS, TOTAL, ADABAS, CET, SETOP sistemlərini göstərmək olar. 

Relyasiya modeli

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə