Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   16   17   18   19   20   21   22   23   24

71 

 

 



 

sahibkarlığa  dəstək  vermiş,  KT  üzrə  xüsusu  zonalar  formasında  elm,  təhsil  və 

iqtisadiyyatın  vəhdətini  reallaşdırmışlar,  onlar  artıq  müəyyən  uğurlara  nail 

olmuşlar.  Son  illər  ərzində  KT  bir  çox  ölkələrin  inkişaf  strategiyalarının  və 

yoxsulluğun azaldılması üzrə siyasətlərinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 

Bu  ölkələr  KT  strategiyaları  və  ya  KT-nin  inkişafı  sahəsində  “baş  planlar” 

hazırlamış,  vətəndaş  cəmiyyətinin  və  kommersiya  strukturlarının  qlobal 

informasiya  texnologiyalarının  imkanlarından  tam  bəhrələnməsi  üçün  onlardan 

istifadə  sahəsində  hədəflər  müəyyən  etmişlər.  Artıq  181  inkişaf  etməkdə  və  ya 

keçid  dövründə  olan  ölkədən  demək  olar  ki  yarısı  (45%)  KT-nin  inkişaf 

etdirilməsi  ilə  əlaqədar  milli  proqramlar  qəbul  etmiş,  onların  20%-i  isə  belə 

proqramların hazırlanması üzərində iş aparır.  

Təbii  ki,  beynəlxalq  qurumlarının  və  inkişaf  etmiş  ölkələrin  dəstəyi  və 

əməkdaşlığı  olmadan  inkişaf  etməkdə  olan  və  inkişaf  etməmiş  ölkələr  üçün  bu 

məsələlərin  həllində  qısa  müddət  ərzində  uğur  qazanmaq  çətindir.  Digər  tərəfdən 

KT  qlobal  xarakterli  olduğundan  ona  yanaşma  da  qlobal  olmalıdır.  Təsadüfi 

deyildir  ki,  son  illərdə  müasir  texnologiyalardan  istifadənin  effektivliyinin 

artırılması  sahəsində  beynəlxalq  əməkdaşlığa  duyulan  ehtiyac  və  bu  sahədə 

əlaqələrin  genişləndirilməsi  zəruriyyəti  KT  sahəsində  xüsusi  proqramların  və 

beynəlxalq  təşkilatların  yaranmasına  səbəb  olmuşdur.  Belə  ki,  2006-cı  ilin  aprel 

ayında BMT tərəfindən təsis edilmiş  nformasiya Kommunikasiya Texnologiyaları 

və  nkişaf  naminə  Qlobal  Alyansın  (GA D),  Ümumdünya  qtisadi  Forumun 

elektron fərqin ləğv olunması üzrə Qlobal təşəbbüs və elektron ticarət üzrə Qlobal 

Biznes  Dialoq  quruplarının  Mileniumun  nkişaf  Məqsədləri  də  daxil  olmaqla 

beynəlxalq səviyyədə qəbul edilmiş hədəflərə çatmaq məqsədilə  KT-dən effektiv 

istifadəni  təşviq  edən  mühüm  qurumlara  çevrilmələri  buna  əyani  sübutdur.  

      Bununla  belə,  KT  sahəsində  əməkdaşlıq  regional  və  milli  inkişafın  vacib 

faktoru olmaqla dövlətlərarası və regionlararası xarakter almaqdadır. Bu baxımdan 

əməkdaşlığın  yeni,  innovativ  yollarının  axtarıb  tapılması  istiqamətində  iş 

aparılması  faydalı  olardı.  Fikrimizcə  KT  də  daxil  olmaqla  iqtisadiyyatın  yüksək 




72 

 

 



 

texnologiyalar  sektorunun  inkişafı  üzrə  regional  zonaların  yaradılması  problemin 

həlli  yollarından  biri  ola  bilər.  Təbiidir  ki,  problemin  həllinə  bu  cür  yanaşma, 

nəinki  ayrı-ayrı  ölkələrdə 

KT  sahəsində  mövcud  problemlərin  aradan 

qaldırılmasına,  həmçinin  mövcud  “rəqəmsal  uçurumun”  azaldılmasına  da 

köməklik  göstərə  bilər.  Həmçinin,  zona  çərçivəsində  regional  layihələrin  həyata 

keçirilməsi  nəticəsində  KT-nin  inkişafı  sahəsində  ölkələr  və  regionlar  arasında 

tarazlığın  bərqərar  olmasına  nail  olmaq  olar.  Məsəslən,  tranzit  məlumat 

mərkəzlərinin  yaradılması,  regionlararası  fiber  optik  kabellər  şəbəkəsinin 

qurulması və bunlara bənzər layihələr effektiv həll yolları olmaqla, dövlətlərarası 

və  regionlararası  əməkdaşlığı  da  möhkəmləndirə  və  inkişaf  etdirə  bilər. 

Əməkdaşlığın  daha  məhsuldar  və  effektiv  vasitəsi  kimi  müxtəlif  ölkələrdə  təsis 

edilmiş  KT  üzrə  ixtisaslaşmış  xüsusi  iqtisadi  zonaların  inteqrasiyası  nəticəsində 

yarana biləcək virtual regional zonalar da çıxış edə bilər. Belə ki, əlaqələndirilmiş 

qanunvericilik bazası əsasında bir neçə ölkənin xüsusi zonaları arasında qarşılıqlı 

əlaqə  KT-nin regional inkişafı baxımından vahid movqedən çıxış etməyə gətirib 

çıxara bilər. Həmçinin,  KT sahəsində mallar və xidmətlərin istehsalı üzrə fəaliyyət 

göstərən  biznes  inkubatorların  fəaliyyətinin  və  biznes  mühitinin  harmonizasiyası 

inteqrasiya  edilmiş  və  ixtisaslaşmış  regional  zonaların  yaranmasına  da  səbəb  ola 

bilər.  

       Bütün  bu  qeyd  etdiklərimiz  Azırbaycan  Respublikası  üçün  də  həlli  vacib 

məsə¬lələrdir  və  hökumət  tərəfindən  bu  problemlərin  həlli  istiqamətində 

məqsədyönlü  işlər  aparılır.  “Azərbaycan  Respublikasının  inkişafı  naminə 

informasiya-kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003-2012-ci 

illər)”  və  bu  strategiyadan  irəli  gələn  məsələlərin  praktik  icrasını  nəzərdə  tutan 

“Azərbaycan  Respublikasında  rabitə  və  informasiya  texnologiyalarının  inkişafı 

üzrə  2005-2008-cı  illər  üçün  Dövlət  Proqramı  (Elektron  Azərbaycan)”  qəbul 

edilmişdir.  Milli  Strategiyaya  və  Dövlət  Proqramına  uyğun  olaraq  rabitə  və 

informasiya  texnologiyaları  sahəsi  üzrə  geniş  islahatların  aparılması,  tənzimləmə 




73 

 

 



 

prosedurunun təkmilləşməsi, telekommunikasiya şəbəkələrində geniş modernləşmə 

işlərinin aparılması və s. nəzərdə tutulmuşdur.  

Digər ölkələrin təcrübəsindən bəhrələnərək Rabitə və  nformasiya Nazirliyi 

KT  sahəsində  ixtisaslaşmış  xüsusi  iqtisadi  zona  –  Regional  nnovasiya  Zonası 

layihəsi təşəbbüsünü  irəli sürmüşdür.  Beynəlxalq və  yerli  mütəxəssislərdən  təşkil 

olunmuş  ekspertlər  qrupu  layihənin  ilkin  mərhələsi  kimi  Azərbaycanda  Regional 

nnovasiya  Zonasının  perspektivlərini  tədqiq  edərək,  layihənin  texniki-iqtisadi 

əsaslandırmasını  həyata  keçirmişdir.  2007-ci  ilin  mart  ayında  ekspertlər  qrupu 

layihənin ilkin mərhələsi üzrə görülən işləri, yəni Azərbaycanda və regionda sahə 

üzrə  təlabatın  öyrənilməsi,  davamlı  biznes  modelin  işlənib-hazırlanması  üzrə 

təklifləri,  T üzrə təhsil, araşdırma və tədqiqat konsepsiyalarını və layihənin həyata 

keçirilməsi  planını  başa  çatdıraraq,  Regional  nnovasiya  Zonasının  yaradılmasını 

mümkün  edən  qanun  layihəsini  hazırlamışdır.  Təkliflər  paketi  müvafiq  icra 

hakimiyyəti orqanlarının müzakirəsinə təqdim edilmişdir. Müzakirələrin nəticəsinə 

uyğun hökumət  tərəfindən  qəbul  ediləck qərara  əsasn  layihənin  digər  mərhələləri 

və 

reallaşdırılması 



üzrə 

işlərin 


başlanması 

planlaşdırılır.  

         Regional  nnovasiya  Zonasının  əsas  hədəfləri  ölkə  iqtisadiyyatında 

informasiya  kommunikasiya  texnologiyalarının  xüsusi  çəkisini  artırmaq,  ölkə 

iqtisadiyyatının  diversifikasiyası  prosesində  katalizator  rolunu  oynamaqla  neft 

sektoruna  alternativ  yaratmaq,  intellektual  potensialın  inkişafını  və  innovasiya 

yönümlü istehsalı təşviq etmək, rayonların inkişafına xidmət etmək, ölkənin ixrac 

potensialını artırmaqdan ibarətdir.  

 Layihənin  regional  məqsədləri  isə  respublika  ərazisində  elektron 

avadanlıqların və proqram  məhsullarının istehsalı və ixracı üzrə regional bazarın, 

region  ölkələrinə  elektron  xidmətlər  də  daxil  olmaqla  informasiya  xidmətlərinin 

göstərilməsinə  imkan  verəcək  Qərb-Şərq  tranzit  dəhlizinin  və  geniş  region  üçün 

əsas problemlərdən biri olan  KT üzrə ixtisaslı kadrların inkişafına xidmət edəcək 

Beynəlxalq  nformasiya  Texnologiyaları  Universitetinin  yaradılmasıdır  ki,  bunun 

da qeyd olunan istiqamətlərdə regional əməkdaşlığa, ölkələr və bizneslər arasında 



74 

 

 



 

daha  sıx  əlaqələrin  yaranmasına  səbəb  olacağı  proqnozlaşdırılır.  Layihədə 

həmçinin, region ölkələri üçün virtual  KT bazarının formalaşdırılması, investisiya 

mübadiləsi, uyğunlaşdırılmış tarif, vergi və gömrük siyasətinin həyata keçirilməsi 

kimi  təkliflər  də  öz  əksini  tapmışdır.  Belə  bir  ambisiyalı  layihənin  həyata 

keçirilməsində Azərbaycanın strateji məqsədi isə “Əsrin müqaviləsi” nümunəsində 

uğurlu  neft  strategiyasının  davamı  olaraq  yüksək  texnologiyalar  üzrə  regional 

iqtisadi zona yaratmaq və regional əməkdaşlığı daha da inkişaf etdirməkdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




75 

 

 



 

Nəticə və təkliflə

Bu  gün  Azərbaycanda  aparılan  ticarət  əməliyyatlarının  cəmi  3  faizə  qədəri 

informasiya sistemlərindən - elektron bizneslə həyata keçirilir.  Amerika Birləşmiş 

Ştatlarında  bu  rəqəm  75  faiz,  Avropa  ölkələrində  isə  60  faizdir.    Hazırda 

Azərbaycanda elektron ticarət vasitəsilə əhali əsasən restoranlardan yemək, ərzaq, 

parfümeriya məhsulları, kiçik elektron cihazlar, az sayda turizm şirkətlərindən isə 

bilet  sifariş  edirlər.  nsanların  çoxu  hələ  də  inanmırlar  ki,  onların  ödədikləri  pul 

tam şəkildə həmin şirkətə çatacaq.  

1.

 

Fikrimizcə,  Azərbaycanda  elektron  ticarətin  inkişafını  ləngidən  daha 



bir amil əhalinin böyük qismində elektron ödəniş kartlarının yoxluğu, olanlarda isə 

bu  cür  ödənişə  inamın  az  olmasıdır.  Bu  işə  mənfi  təsir  göstərən  amillərdən  biri 

kimi, həm də internetin keyfiyyəti göstərilir.  

2.

 



Müasir  KT-dən  iqtisadiyyatın  real  sektorlarında  geniş  istifadə 

olunması  təsərrüfatların  bazar  infrasturukturunun  (maliyyə,  ticarət,  biznes  və  s.) 

informasiya  texnologiyaları  əsaslarına  çevirməyə  imkan  verir.  Bu  isə  elektron 

biznes  mühitinin  texnoloji  bazısının,  elektron  kommersiyanın,  informasiya-

marketinq  şəbəkələrinin  yaradılmasına  imkan  verir.  Elektron  kommersiyanı  4 

qrupa bölmək olar: 

3.

 

     a.  Məhsul  satışı  üzrə  texnologiyalar  (Sale).  Buraya  istehlakçıdan 



sorğunun  alınması,  hesabların  yazılması,  pul  ödənişlərinin  göndərilməsi  və  s. 

daxildir.  

4.

 

     b.  Distant  satış  (post  sale)  və  ixtisaslı  kadrların  hazırlanması  və 



seçilməsi.  Buraya  məhsulun  onlayn  göndərişi,  istehlakçıların  monitorinqi, 

marketinq daxildi. 

5.

 

     c.  Məhsulun  hərəkəti  və  reklamı  üzrə  marketinq  texnologiyaları. 



     d.  Alqı  prosesi  (purchasing).  Buraya  mümkün  istehsalçıların  axtarılması,  alqı 

haqqında  razılaşma  müqaviləsi,  göndərmənin  elektron  təsdiqlənməsi,  satışdan 




76 

 

 



 

sonrakı  texniki  kömək  göstərilməsi,  məhsulun  yeni  nümunələri  və  keyfiyyətləri 

haqqında qarşılıqlı informasiya mübadiləsi daxildir. 

6.

 



Dünyada geniş yayılmış elektron üsulla ticarət Azərbaycandan da yan 

keçməyib.  Azərbaycanda  “Elektron  ticarət  haqqında”  qanun  2005-ci  ildə  qəbul 

olunsa  da  bu  sahənin  ilkin  cücərtiləri  yalnız  3  il  sonra,  yəni  2008-ci  ildə  özünü 

göstərməyə  başlayıb.  Bunun  ən  əsas  səbəblərindən  biri  internet  üzərində  ödəmə 

sisteminin  olmaması  olub.  2008-ci  il  dekabrın  2-də  isə  “SilverKey  Azərbaycan” 

şirkəti  Azərbaycanda  ilk  dəfə  olaraq  “Visa”  və  “MasterCard  ”  tərəfindən  xüsusi 

lisenziya almış “GoldenPay” adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət 

qurumlarına  təqdim  edib.  Və  yalnız  bundan  sonra  Azərbaycanda  e-ticarət 

formalaşmağa  başlayıb.  Artıq  Azərbaycanda  17  şirkətdə  “GoldenPay”  sistemi 

tətbiq  olunur.  Bu  şirkətlər  internet  üzərindən  ödəmələr  qəbul  edir  və  bəlli 

xidmətlərini  internet  üzərindən  təqdim  edirlər.  “Bakı  elektrik  şəbəkə”nin  bu 

sistemi  sayəsində  10  minlərlə  insan  elektrik  enerjisi  haqqını  internet  üzərindən 

ödəyir. 

7.

 



Tutaq  ki,  sizin  şəhərin  gözəl  bir  yerində  mağazanız  var.  Mağazaya 

görə siz ayda 10 minlərlə manat icarə haqqı ödəyir, işçi saxlayır, işıq, qaz, su pulu 

ödəyirsiniz.  Lakin  siz  bütün  bu  xərclərə  qatlanmadan,  ayda  cəmi  40  manat 

“hostinq” pulu ödəyərək yenə də mağaza sahibi ola bilər və öz məhsullarınızı sata 

bilərsiz,sadəcə bunu virtual yolla etmiş olacaqsız. Elektron mağaza yaratmaq üçün 

ən yaxşı halda 1500–10000 manat xərc tələb olunur. Ancaq Fəvvarələr bağında boş 

bir  yer  alıb,  oranı  təmir  edərək  vitrin  qurmaq  ən  azı  50  min  xərc  tələb  edəcək. 

Azərbaycanda  elektron  ticarətə  imkan  yaradan  saytların  bir  qədər  az  olmasına 

baxmayaraq,  mütəxəssislər  hesab  edirlər  ki,  gələcəkdə  bu  işə  maraq  göstərənlər 

çox olacaq və bu paralel olaraq elektron ticarətin həcmini artıracaq.  

8.

 

Ölkəmizdə  virtual  ticarətin  inkişafını  əngəlləyən  3  əsas  problem 



mövcuddur.  Bunlar  internetlə  bağlı  olan  problemlərdir.  Çünki  ölkədə  keyfiyyətli 

internet  xidmətləri  təmin  edilməyib.“Dial-up”-la  ticarət  qurmaq  mümkün  deyil. 

kinci mühüm problem vergilərlə bağlıdır. Virtual ticarətlə məşğul olacaq şirkətlər 



77 

 

 



 

ya az həcmdə vergi ödəməlidir, ya da ilkin dövrlərdə vergidən azad edilməlidirlər. 

Qarşıda 

duran 


üçüncü 

problem 


isə 

mentalitet 

məsələsidir 

Göründüyü  kimi  ölkədə  E-kommersiya  texnologiyasının  tətbiqi  iqtisadiyyatımız 

üçün geniş imkanlar vəd edir, lakin həmin texnologiyanın yaranacaq yeni şəraitdə 

daha  səmərəli  nəticə  verməsi  üçün  müvafiq  şərait,  qayda,  qanun,  mexanizm  və 

mühit formalaşdırılmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




78 

 

 



 

Ə

dəbiyyat siyahısı 

1. 

S. Q. Kərimov “ nformasiya sistemləri və verilənlər bazaları”. Bakı – 



“Elm”, 1999. 

2. 


Y.  Abdullayev,  .  Musayev,    B.  Qurbanov.  “Məlumat  bazalarının  

layihələndirilməsi”. Bakı, 2001. 

3. 

Kərimov S. Q. , Babanlı Ə. Y. ,  Məmmədxanov R. Q. , Vəliyev N.N., 



brahimova  S.  N.  “ nformatika  üzrə  rusca-ingiliscə,  azərbaycanca-türkcə  izahlı 

lüğət”. Bakı, ADNA, 1996-529 s. 

4. 

Kərimov S. Q. , Rüstəmov N. S. , Həbibullayev S. B. , Rəhimova Y.Q. 



“Windows sisteminin əsasları”.  Bakı. , ADNA, 1999-180 s. 

5. 


Kərimov  S.Q.  və  b.  “Fərdi  kompüterlər  və  proqramlaşdırma”.  Bakı, 

“Maarif”, 1992 – 242 s. 

6. 

Əsgərov T.M., Kərimov S.Q. “Alqoritmik dillər və proqramlaşdırma”. 



– Bakı: “Maarif”, 1982- 296 s. 

7. 


Koнхйуxoвски.  “Эkoнoмичэсkaя  информатика”.  Питeр,  СПБ, 

2001. 


8. 

“Эkoнoмичэсkaя информатика”. Пoд рэд. В.В.Эвдокимова. Питер 

СПБ, 1997. 

9. 


В.В.Шураков. “Надежност, програмное обэспэчэние”. М. 1986. 

10.  В.А.Зарэнин. “Надэжност” АСУ. Киев, 1986. 

11.  В.М.Глушков  “Основы  бэзбумажной  информатики”.  М.  ,  Наука, 

1982. 


12.  Нортон П. “Пэрсоналный компутэр фирмы ИБМ и операсионнайа 

система МСДОС”. Москва, 1991. 

13.  Ахмэтов К. “Курс молодова бойса”. М. 1996 

14.  Артомонов Б.Н. и др. “Основы соврэмэнных компутерных техно-

логий”. – СПБ. Корона принт, 1998-448 с. 

15.  Кудрэвсев Е.М. “МАТНСАД 8. Символное и численное рэшэние 

разнообразных задац”. ДМК, Москва. 2000 



79 

 

 



 

16.  Грызлов  В.И.,  Грызлова  Т.П.  “Турбо  Паскал  7.0”.    –  М.,  ДМК, 

1998-400с. 

17.  Дейт К. Введение в системы базы данных. – 6-е издание. ”: – К. 

Диалектика, 1998- 750 с 

18.  Глушаков  С.В.  ,  Ломотка  Д.В.  “Базы  данных  –  Харков:  Фолио”, 

2000 – 504с 

19.  О.  Йэфимова,  М.  Моисэева,  Й.  Шафрин.  “Практикум  по  компу-

терной технологии”. Москва, 1997 

20.   “Информатика”. Уцебник под рэд. Н. В. Макаровой. М. , 1999 

21.   “Информатика  –  Практикум  по  технологии  работы  на  компуте-

ре”. Под. Рэд. Н.В. Макаровой. М., 2000 

22.  Марцэнко  А.И.,Марцэнко  Л.М.  “Программирование  в  сэрэдэ 

Турбо Паскал 7.0.” Киев – Москва, 1998 

23.  Потемкин В.Г.“Введение в Матлаб”. Москва, 2000 

24.  Рогов И. “Windows 98. ” – Бином, 1998-160с 

25.  Фигурнов В. Г. “ ИБМ РС для ползавателей ”. Краткий курс. М. – 

1997 


                          stifadə olunan saytların siyahısı 

 

1. 



www.info.press.ru

 

2. 



www. KT.az

 

3. 



www.mincom.gov.az

 

4. 



www.science.gov.az

 

5. 



www.ict.az

 

6. 



www.elm.az

 

7. 



www.rabitadunyasi.info.az

 

 8. 



www.mincom.gov.az

 

9. 



www.csl-az.com

 



80 

 

 



 

         1 0. 

www.kitab.rabita.az

 

         11. 



www.microsoft.com

 

 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə