Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   16   17   18   19   20   21   22   23   24

65 

 

 



 

Fəsil 3.  qtisadiyyatda  KT-nin rolu və yeri 

3.1. Milli iqtisadiyyatların inkişafında və qloballaşmada  KT-nin yeri 

Bəşəriyyət  qloballaşdıqca,  insanların  baxışları  və  düşüncə  tərzləri 

dəyişdikcə,  elmi  nailiyyətlər  artdıqca,  yeni-yeni  informasiya-kommunikasiya 

texnologiya  məhsulları  ortaya  çıxdıqca  dünya  iqtisadiyyatının  tələbləri  də 

dəyişikliyə  məruz  qalır.  Əgər  ötən  əsrdə  dünya  iqtisadiyyatı  daha  çox  neft,  qaz, 

qızıl üzərində qurulurdusa, indi isə onun  KT üzərində formalaşdığı heç kimə sirr 

deyil. 

Doğrudur, bu gün də neft idxalı və ixracı dünya iqtisadiyyatında çox önəmli 



yer tutur. Lakin təcrübə göstərir ki, o ölkələrin iqtisadiyyatı daha çox inkişaf edir 

ki, onlar təbii sərvətlərlə yanaşı, elm tutumlu məhsullar istehsal edir. Bu baxımdan 

hazırda dünya iqtisadiyyatında  KT-nin rolu danılmazdır. qtisadi inkişafda  KT-nın 

rolunun  artırılmasında  əsas  istiqamətlərdən  biri  də  korporativ  informasiya 

sistemlərinin  yaradılması  və  onlardan  istifadənin  genişləndirilməsidir.  Bu 

istiqamətdə  daha  yüksək  nəticələrin  əldə  olunması  ölkədə  informasiya 

sistemlərinin tətbiqinin genişləndirilməsini tələb edir. 

Hazırda  demək  olar  ki,  dünyanın  əksər  ölkələrində  informasiya 

texnologiyaları  və  sistemləri  iqtisadiyyatın  idarəetmə,  maliyyə  və  bank  işlərində 

daha  çox  istifadə  olunur.  Sənaye  məhsullarının  istehsalında  da  T-dən 

istifadə   günü-gündən  artmaqdadır.  Yalnız  aqrar  sahədə  T-nin   tətbiqi  elə  də 

yüksək səviyyədə deyil. 

Amma son illərdə bəzi kənd təsərrüfatı məhsullarının, o cümlədən fasiləsiz 

olaraq tərəvəz bitkilərinin yeni üsullarla istehsalında, istehsal olunmuş məhsulların 

saxlanması  və  qablaşdırılmasında,  yeni  toxum  və  becərmə  texnologiyalarının 

işlənib  hazırlanmasında  informasiya  texnologiyalarının  imkanlarından  istifadə 

olunur. 

KT-nin  iqtisadiyyatda  tətbiqi  hər  bir  yeni  məsələdə  olduğu  kimi,  özünəməxsus 

xüsusiyyətlərə  malikdir.  lk  baxışdan  yeni  texnologiyaların  tətbiqi  səmərəli,  gəlir 

gətirən və ümumilikdə yüksək artım tempini təmin edən hesab edilə bilər. Müasir 




66 

 

 



 

dövrdə  T-nin  və  informasiya  sistemlərinin  tətbiqi  və  onların  inkişafına  yeni 

investisiyaların cəlb edilməsi bir çox problemlərlə əlaqədardır. 

Belə ki, hazırda dünya ölkələri ildə informasiya texnologiyalarına 1 trilyon 

dollardan  yuxarı  vəsait  xərcləyir.  Məhz  buna  görə  də  bütün  ölkələr  üçün, 

ümumilikdə dünya  iqtisadiyyatı  üçün  bu xərclərin hansı dərəcədə  effektiv olması 

xüsusi  əhəmiyyətə  malikdir.  Qeyd  edək  ki,  bu,  coğrafi  mövqeyi  və  inkişaf 

səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün mühüm əhəmiyyətə malikdir. 

nformasiya  texnologiyalarına  investisiya  qoyuluşlarının  effektivliyinin  və 

onların  iqtisadi  inkişafda  xüsusi  əhəmiyyəti  olan  informasiya  sistemlərinin 

inkişafında  rolunun  qiymətləndirilməsi  məqsədilə  hazırda  müxtəlif  yanaşmalar 

mövcuddur.  Bu  yanaşmalardan  biri ölkənin,  regionun  və  ya  ayrılıqda götürülmüş 

müəssisənin  mövcud  vəziyyətinin  nəzərə  alınması  ilə  ayrı-ayrı  göstəricilərə  və 

aspektlərə görə qiymətləndirilməsi üsullarıdır. 

Burada  adətən,  informasiya  texnologiyalarının  tətbiqi  ilə  maliyyə 

əmsallarının hesablanması və müqayisəli qiymətləndirilməsi həyata keçirilir. Lakin 

qeyd  edək  ki,  bu  cür  yanaşma  informasiya  texnologiyalarının  tətbiqinin 

nəticələrinin  tam   qiymətləndirilməsinə  imkan  vermir.  kinci  qrup  yanaşmada 

ekspert 

üsullarından 

istifadəyə 

üstünlük 

verilir. 

      Bu  üsuldan  istifadə  informasiya  texnologiyalarının  tətbiqi  ilə  əldə  olunacaq 

gəlirlərin  təqribi  də  olsa  əvvəlcədən  müəyyən  olunması  mümkündür.    T-nin 

iqtisadiyyata  tətbiqinin  səmərəliliyinin  qiymətləndirilməsi  yalnız  ilkin  mərhələdə 

və prosesin müəyyən mərhələsində deyil, ümumilikdə hər bir mərhələdə aparılması 

daha  məqsədəuyğundur.  Məhz  üsulların  belə  tətbiq  forması  sürətlə  dəyişən, 

yeniləşən 

T-nin 


düzgün 

istifadəsinə 

imkan 

verər. 


Dünya ölkələrinin inkişafında  KT-nin rolunun əhəmiyyəti ildən-ilə dəyişir. Bunu 

KT-nın tətbiq istiqamətlərinin dəyişməsi və yeniləşməsində də görmək olar. ABŞ-

da  KT-nin   geniş  tətbiq  sahəsi  hərbi  sahə  olmuşdur.  Lakin  illər  keçdikcə  mülki 

sahədə  KT-nin tətbiqi və onun inkişaf etdirilməsi üçün  büdcə xərcləri artırılıb və 

ümumi iqtisadi inkişafda yüksək nəticələrin əldə olunmasının təməli qoyulub. 



67 

 

 



 

     2008-ci  ildə  aparılan  araşdırmalara  görə,  1998-2007-ci  illərdə  ABŞ-da 

T-nin   inkişafına  çəkilən  ümumi  büdcə  xərcləri  39  mlrd.  dollardan  65  mlrd. 

dollara qədər artırılıb. Lakin mülki sahədə  KT-nin inkişafına büdcə ayırmaları ilə 

hərbi  sahəyə  büdcə  ayırmaları  1998-2000-ci  illərdə  eyni  olsa  da,  sonrakı  2001-

2007-ci illərdə mülki sahəyə ayrılan xərclər hərbi sahədən çox olub. 

   Büdcə  xərclərinin  bölgüsünün  bu  cür  dəyişməsi  mütəxəssislər  tərəfindən 

ölkədə  iqtisadi  inkişafın  KT-dən  asılılığının  artması  və  müasir  tələbatda  bu 

sahənin 

aparıcı 


rolunun 

yüksəlməsi 

ilə 

izah 


edilir. 

     KT-nin istehsalında aparıcı rola malik ölkələrdə bu inkişaf və təsir daha güclü 

hiss  edilir.  Digər  ölkələr  isə  həmin  texnologiya  və  məhsulları  idxal  etdiklərindən 

ölkənin iqtisadi inkişafında onların rolu aşağı səviyyədədir. Bu, hər şeydən əvvəl 

texnologiyaların  istifadəsinin  daha  baha  başa  gəlməsi,  beləliklə  də  xərclərin 

yüksəkliyi ilə izah edilir.Ümumilikdə dünya  T bazarında  T xidmətləri daha çox 

üstünlüyə malikdir.  ndi ölkədə  KT-nin inkişaf səviyyəsi əslində həmin ölkədə  T 

xidmətlərinin  inkişaf  səviyyəsi  ilə  müəyyən  olunur.  nkişaf  etmiş  Yaponiya, 

Cənubi  Koreya,  Sinqapur  kimi  dövlətlərlə  yanaşı,  son  illərdə  Çin,  Hindistan,  bir 

çox  ərəb  ölkələri  və  digərlərində  də  KT-nin  inkişaf  tempi  yüksəkdir. 

Bunun  nəticəsində  XXI  əsrin  əvvəllərindən  başlayaraq  yeni  texnologiyaların 

tətbiqi,  avadanlıqların  istehsalı,  güclü  proqram  vasitələri  və  məhsullarının 

istehsalında  müvəffəqiyyət  əldə  olunub.  Bunun  nəticəsi  olaraq  son  illərdə  Asiya 

ölkələri  proqram  təminatı  sahəsində  ABŞ  və  Qərbi  Avropa  ölkələri  ilə  güclü 

rəqabət aparır. 

        Həmin  ölkələrdə  KT  sahəsində  çalışan  mütəxəssislərin  və  ixtisaslı 

kadrların sayı durmadan artır. Son illərdə Şərqi Avropa ölkələrində, eləcə də MDB 

məkanında olan ölkələrdə də informasiya texnologiyalarının avadanlıqlar istehsalı 

və proqram təminatı məhsullarının istehsalına xüsusi diqqət verilir. 

Bütün  sahələrdə 

KT-nin  geniş  tətbiq  edilməsinə  və  informasiya 

xidmətlərinin  müasir  tələblərə  uyğun  qurulmasına  diqqət  artırılır.  nkişaf  etmiş 

dünya  ölkələrinin  təcrübələrindən  yararlanaraq  informasiya  cəmiyyətinin 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə