Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə17/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   13   14   15   16   17   18   19   20   ...   24

50 

 

 



 

nternet  üçün  coğrafi  məkan  anlayışı  yoxdur.  Belə  ki,  müxtəlif  xarici 

firmalar  və  şəxsi  istifadəçilər,  ABŞ  təmsilçiləri  olmamalarına  baxmayaraq  öz 

domen adlarını org və com zonalarında qeyd etdirirlər. 

nternet  kommersiya  məqsədilə  istifadə  olunmağa  başladıqdan  sonra  com 

domeni  nternetdə öz xidmətlərini təklif edən bütün müəssisələr üçün vahid zonaya 

çevrildi. Belə müəssisələr dot-com (hərfi mənada nöqtə com) adlanmağa başlandı.  

nternetdə  informasiya  mübadiləsi  qeyd  etdiyimiz  kimi  müxtəlif  yollarla 

həyata keçirilə bilər. Bu xidmətləri adətən tətbiqi servis (application services) və 

ya  əlavələr  (application)  adlandırırlar.  Əlavə  terminini  əsasən  istifadəçilər,  servis 

terminini isə internet-xidmətçiləri istifadə eidirlər. 

80-ci  illərdə  nternetdən  istifadə  edənlər  əsasən  mətn  formalı  informasiya 

mübadiləsi  üçün  elektron-poçt  xidmətindən  istifadə  edirdilər  (e-mail  –  electronic 

mail

).  Faylların  ötürülməsi  üçün  isə  FTP  (File  Transfer  Protocol  –  fayl  ötürən 

protokol) protokollarından istifadə edilirdi. 1990-cı ildən başlayaraq istifadəçilərin 

sayı  böyük  sürətlə  artmağa  başladı.  Bununla  yanaşı  nternet  əlavələri  də  inkişaf 

etməyə  başladı  və  inkişaf  etmiş  nternet  əlavələri  imkan  verdi  ki,  nəinki  mətn 

verilənləri,  həmçinin,  səs  və  təsvir  formalı  informasiyaları  da  şəbəkə  daxilində 

uzaq məsafəyə ötürmək mümkün olsun.  nternetdə istifadə olunan ən çox yayılmış 

tətbiqi servis xidmətləri aşağıdakılardır: 

1.

 

World  Wide  Web  (WWW,  Web  -  Dünyəvi  hörümçək  toru)  – 



multimedialı  informasiya  daxil  olan  hipermətnli  sənədlərin  nəşri  üçün  istifadə 

edilir. Bu xidmət  nternetin ən mühüm və geniş yayılmış xidmət növüdür. World 

Wide Web – müxtəlif kompüter şəbəkələrində saxlanan sənədlərdən ibarətdir. Bu 

sənədlər  xüsusi  formata  malik  olur  və  Hyper  Text  Markup  Language  –  HTML 

adlanır.  HTML  sənədləri  brauzer  adlanan  xüsusi  proqramlar  vasitəsilə  oxumaq 

mümkündür.  Bu  gün  ən  çox  istifadə  edilən  brauzerlər  nternet  Explorer  və 



Netscape Communicator

 adlanır və istifadəçilərə pulsuz təqdim olunur. 

WWW formasında istifadəyə təqdim olunan informasiya ev səhifəsi  (home 

page

)  adlanan  formada  çatdırılır.  Ev  səhifəsinin  yeri  onun  nternet  şəbəkəsindəki 




51 

 

 



 

ünvanına görə təyin edilir və bu ünvan URL (Uniform Resource Locator) adlanır. 

Ev  səhifəsinin  ünvanı  onun  yerləşdiyi  kompüterin  nternetdəki  məntiqi  adından, 

Web  sənədin  mübadiləsi  üçün  protokolun  adından  və  səhifənin  faylının  adından 

ibarət olur.  Başqa  sözlə,  bu ünvan  WEB-saytın  (səhifənin)  yerləşdiyi  komputerin 

nternetdəki  koordinatıdır.  Host  kompüterin  adı  səbəkədə  qeydə  alınmış 



domenlərin 

adlarından ibarət olur. Domenlərin adları iyerarxik ardıcıllıqla yazılır: 

soldan  başlayaraq  əvvəlcə  ən  aşağı  səviyyənin  domeni,  sonra  isə  yuxarı 

səviyyələrin domenləri. Ən yuxarı səviyyədəki domendən solda yazılan domenlərə 



altd-menlə

deyilir.  

nternetdə ünvanlaşdırma inzibati və ya ərazi prinsipləri ilə aparılır. Hər iki 

halda  yuxarı  səviyyənin  domeni  standart  qəbul  olunmuş  adla  göstərilir.  Məsələn, 

inzibati prinsiplə ünvanlaşdırılmada yuxarı səviyyənin domen adları belə ola bilər: 

«com»-kommersiya  təşkilatı,  «  edu»-təhsil  və  ya  elmi  müəssisə,  «gov»-dövlət 

müəssisəsi, «int»-beynəlxalq təşkilat, « net»-  nternetin şəbəkə qovşaqları və s.  

Domen  ünvanlaşdırma  sistemi  (ingiliscə:  Domain  Name  Sistem-  DNS) 

nternet ünvanlar fəzasının iyerarxik təşkili metodudur.  nternet adları DNS serveri 

vasitəsilə  rəqəm  formasında  ifadə  olunan  həqiqi  ünvanlara  çevrilir.  Həmin 

ünvanlara  P ( nternet Protocol) ünvanları deyilir. DNS serveri əks çevirməni də, 

yəni  P ünvanını domen adına çevirməni də aparır. 

WEB-saytların  (səhifələrin)  HTML  kodunda  yığılması  üçün  aşağıdakı 

redaktorlardan  (proqramlardan)  istifadə etmək  olar:  Netscape Composer,  Hotdog, 

MS Frontpage və s. 

Hipermətnlə  iş  təqribən  aşağıdakı  ardıcıllıqla  yerinə  yetirilir:  istifadəçi 

brauzerdə  HTML  sənədin  ünvanını  göstərir,  brauzer  nternet  vasitəsilə  bu 

ünvandakı  kompüterə  müraciət  edir,  göstərilən  sənədin  faylını  istifadəçinin 

kompüterinə yükləyir və sənədin məzmununu ekranda canlandırır. 

HTML-in əsas özəlliklərindən biri başqa kompüterlərdə yerləşdirilmiş digər 

sənədlərə müraciət formasının olmasıdır. Belə müraciətlər hipermüraciət adlanır və 

HTML-sənədin əsas hissəsini təşkil edir.  stifadəçi sənəddə göstərilən hipermüra-




52 

 

 



 

ciəti  qeyd  edərsə,  brauzer  avtomatik  bu  ünvana  müraciət  edərək  oradakı  sənədin 

məzmununu ekranda canlandıracaq. 

Əlaqəli  Web-sənədlər  toplusu  adətən  bir  şəbəkənin  bir  düyün  nöqtəsində 

saxlanılır  və  Web-sayt  adlanır.  Hal-hazırda  dünya  üzrə  10  milyondan  çox  Web-

saytın olduğu təxmin olunur. 

Hipermüraciətdən  başqa,  HTML  sənədin  məzmununu  digər  nternet 

əlavələri ilə də əlaqələndirməyə imkan verir (e-mail, FTP və s.). Bu o deməkdir ki, 

istifadəçi  sənədlə  işləyərkən,  elə  oradan  elektron-poçt  vasitəsilə  məktub  göndərə 

bilər,  digər  kompüterdən  fayl  yükləyə  bilər,  məsafədə  yerləşdirilmiş  verilənlər 

bazasına  qoşula  bilər.  Beləliklə,  Web  yuxarıda  sadaladığımız  nternet  əlavələrini 

əlaqələndirir və adlarını qeyd etdiyimiz brauzerlər isə  nternetdə standart iş alətinə 

çevrilir.  Yalnız  HTML-dən  istifadə  nternetdə  interaktiv  iş  rejimi  yaratmış  və 

kütləvi istifadəni təmin etmişdir. Ona görə də, WWW texnologiya bəzən  nternetin 

sinonimi kimi çıxış edir. 

Hal-hazırda  proqram-brauzerlər  təkcə  kompüter  sistemləri  üçün  deyil, 

həmçinin,  digər  elektron  qurğular:  mobil  telefonlar,  elektron  yaddaş  kitabçası, 

rəqəmli  televizorlar  üçün  də  hazırlanıb.  Beləliklə,  nternetə  çıxış  təkcə  kompüter 

vasitəsilə  deyil,  digər  yuxarıda  göstərdiyimiz  vasitələrlə  də  həyata  keçirilir. 

Bunlardan  ən  perspektivlisi  mobil  telefondur.  Son  nəsl  radiotelefonlar  Web-

brauzer  və  elektron-poçt  xidməti  ilə  təmin  olunur.  Radiotelefonlarda  nternet 

xüsusi  protokol  vasitəsilə  istifadə  edilir  (WAP  –  Wireless  Application  Protocol). 

Protokolun adı ilə uyğun  nternet əlavəsi adlandırılıb (WAP).  

nternet əlavələrini istifadə etmək üçün elektron qurğu mütləq  nternetin hər 

hansı  bir  kompüter  düyün  nöqtəsi  ilə  birləşməlidir.  Bu  mühiti  təmin  edən  çoxlu 

sayda kompaniyalar var və onlar  nternet -provayder adlanır ( SP –  nternet Servis 



Provaider

).  nternet  vasitəsilə  işin  ənənəvi  sxemi  aşağıdakı  kimidir.  stifadəçinin 

kompüteri və ya başqa bir elektron qurğu provayderin kompüteri ilə əlaqələndirilir. 

Əlaqə adətən modemin köməkliyi ilə adi telefon xətti vasitəsilə və ya birbaşa kabel 

vasitəsilə  (LAN)  yaradılır.  Mobil  telefondan  istifadə  edərkən  isə  əlaqəni  mobil 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə