Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

44 

 

 



 

da öz növbəsində reklama marağı artırır və reklam büdcəsinə qənaət etməyə imkan 

yaradır. 

Kampaniyanın  gedişinin  istənilən  anında  reklamçı  nternet-reklamın  effektliyini 

göstərən statistik məlumatla tam həcmdə təmin edilir. Məsələn, hər hansı bir xərc 

çəkmədən  reklam  bannerinə  bilavasitə  müraciət  edənlər,  sayta  müraciət  edənlər 

haqqında ətraflı məlumat almaq olar. Bu zaman hətta dəqiq vaxt və coğrafi məkan 

da göstərilir. 



    

Belə  təsəvvür  yarana  bilər  ki,  nternet-istifadəçi  virtual  aləmdə  yaşayır  və  real 

həyatda baş verənlər onları o qədər də maraqlandırmır. Lakin  nternet-istifadəçi də 

adi insandır və onu real həyatın gözəllikləri və yenilikləri maraqlandırır və bir də 

əsas  odur  ki,  qlobal  şəbəkəyə  daxil  olmaq  ucuz  əyləncə  deyil.  Bu  imkan  hər 

adamda  olmur.  Şəbəkənin  əksər  istifadəçiləri  əsasən  gənclər  və  orta  yaşlılardır. 

Ümumiyyətlə,  nternet-istifadəçilərin çox hissəsini əlində səlahiyyət olan adamlar 

təşkil edir. Bu isə potensial müştəri deməkdir. 



   

Elektron  ticarət  -  informasiya  sistemlərindən  istifadə  edilməklə  malların  alqı-

satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət 

növüdür.  Elektron  ticarət  anlayışı  1980-ci  illərdə  meydana  gəlsə  də,  ilk  dəfə 

internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edib. 

Elektron ticarət meydanları elektron ticərət təşkil etmək üçün istifadə olunan 

portallardır. Bu alıcı ilə müştərini bir araya gətirən Web-saytdır. Ticarət meydan-

ları  aid  olduqları  sahənin  əlamətlərinə  görə  və  ticarəti  təşkil  qaydalarına  görə 

fərqlənirlər. Sahə meydanlarına aşağıdakıları misal göstərmək olar: DirectAg.com 

–  kənd  təsərrüfatı,  Chemdex.com  –  kimya  sənayesi,  MetalSite  və  e-Steel.com  – 

metallurgiya.  Təşkil  qaydasına  görə  elektron  ticarət  sırası  aşağıdakı  kimidir  –  e-

mall, aqreqatorlar – aggregator, elektron auksionlar – e-auction house və birjalar.  

Ənənəvi ticarət formasında fəaliyyətin texnoloji təminatı və xidmət növləri 

ilə  adətən  müəssisə  özü  məşğul  olur.  stehsal  edilmiş  məhsulların  reklamı  və 

yayılması broker və diler şəbəkələri vasitəsilə müəssisənin öz gücü ilə həyata keçi-

rilir.  Alqı-satqının  yerinə  yetirilməsi  isə  bank  və  hüquq  sistemləri  vasitəsilə 




45 

 

 



 

aparılır. Beləliklə elektron-kommersiya sahəsində yuxarıda apardığımız funksional 

sinifləşmə  elə  ənənəvi  biznes-fəaliyyətin  konkret  əksidir.  Sadecə,  internet  onların 

əməyin bölüşdürülməsi prinsipi üzrə həyata keçirilməsini mümkün edir. 

Elektron  bazar-çoxlu  sayda  alıcıları  və  satıcıları  birləşdirən,  informasiya, 

əmtəə və xidmət mübadiləsinə kömək edən, eləcə də ödəmələri həyata keçirməyə 

imkan  yaradan  informasiya  sistemidir.  Elektron  bazarın  yaradılmasının  əsasında 

minlərlə  informasiya  şəbəkələrinin  bir  kompüter  şəbəkəsində- nternetdə 

birləşdirilməsi imkanı durur. Elektron bazarının informasiya sistemləri alıcıların və 

satıcıların axtarışı, qiymətlər haqda informasiyanın alınması, əmtəələrin sifarişi və 

onların  ödənilməsi  üzrə  məsrəflərdən  ibarət  transaksiya  məsrəflərini  xeyli 

azaltmağa  imkan  verir.  nternetin  geniş  miqyaslı  və  əlverişli  olması  və  orada 

müxtəlif  sazişlərin  bağlanmasının  sadəliyi  elektron  kommersiyanın  inkişafına 

təkan verdi.  

Hələlik, istər satıcılar, istərsə də alıcılar tərəfindən bu xidmətə kifayət qədər 

etibar  edilmir.  nternet-mağaza  bu  gün  yalnız  ticarət  vasitəsi  kimi  çıxış  edən  ən 

radikal  vasitədir.  stifadəçilərin  indiki  düşüncə  tərzinə  uyğun  isə  yalnız  qarışıq 

elektron ticarət sxemidir. 

Belə  sxemlərdən  ən  çox  istifadə  olunanı  internet-vitrin  formasıdır.  Web-

saytın  bu  formasında  istifadəçi  məhsulla  ətraflı  tanış  ola  bilir,  onun  xarici 

görünüşü,  üstünlükləri,  xarakteristikaları  haqqında  vizual  məlumat  alır, 

videodiyircək və ya FLASH-animasiya vasitəsilə məhsulu canlı görə bilir. 

Elektron kommersiya texnologiyası təkrar istehsalın bütün dövriyyəsinin paylama-

mübadilə sferasına əhəmiyyətli dəyişikliklər gətirir.  E-kommersiya texnologiyası 

alıcı  və  satıcılara  aşağıdakı  əlverişli  imkanlardan  eyni  dərəcədə  istifadə  etməyə 

imkan verir: 

• 

Biznesin  qlobal  miqyasda  aparılması

.  E-kommersiya  sistemi  hətta 

xırda  tədarükçü  və  sifarişçilərə  də  dünya  miqyasında  bizneslə  məşğul  olmaq 

imkanı verir. 




46 

 

 



 

• 

Satıcıların  rəqabətə  davamlılığının  yüksəlməsi.

  E-kommersiya 

tədarükçülərə “sifarişçiyə yaxınlaşma” hesabına rəqabətə davamlılığını yüksəltmək 

imkanı verir. Belə ki, bir çox şirkətlər satış qabağı və satışdan sonra geniş dəstək 

təklif edir. 

• 

Satışın  fərdiləşməsi.

  Elektron  qarşılıqlı  əlaqə  vasitələrindən  istifadə 

edərək şirkət hər bir fərdi sifarişçinin sorğuları haqqında müfəssəl informasiya ala 

bilər  və  avtomatik  olaraq  onun  fərdi  tələblərinə  uyğun  məhsulları  və  xidmətləri 

təklif edə bilər. 

• 

Sorğuya  operativ  reaksiya.

  E-kommersiya  tədarükçüdən  sifarişçiyə 

göndərilən əmtəənin yolunu əhəmiyyətli dərəcədə qısaltmağa imkan verir. O həm 

maliyyə, həm də vaxt məsrəflərini azaltmağa imkan verən optimal yol təklif edir. 

Xüsusi  hallarda  məhsullar  və  xidmətlər  elektron  üsullarla  çatdırıldıqda  məsafəyə 

maksimum qənaət olunur. 

• 

Məsrəflərin  azalması.

  Elektron  yolla  bağlanmış  satış  müqaviləsi,  bir 

qayda  olaraq,  xidmət  xərclərinin  dəyərini  aşağı  salır.  nsanlar  arasında  elektron 

qarşılıqlı  əlaqədən  istifadə  edən  hər  hansı  biznes-proses  hər  iki  tərəfin  xərclərini 

azaltmaq potensialına malikdir. 

• 

Biznesin aparılmasının yeni imkanları.

 E-kommersiya texnologiyaları 

tamamilə yeni məhsulların və xidmətlərin meydana gəlməsinə şərait yaradır. 

E-kommersiya təkcə tranzaksiya məsrəflərinin azaldılmasında deyil, həm də 

prinsip etibarilə cəmiyyətin iqtisadi inkişafını sürətləndirmək məqsədilə paylama-

mübadilə  məsələlərində  artıq  öz  əhəmiyyətini  sübuta  yetirmişdir.  Müasir 

iqtisadiyyatda  elektron  kommersiya  texnologiyaları  təkrar  istehsal  dövriyyəsində 

mübadilə-paylama    rolunun  artması  ilə  bağlı  olaraq  iqtisadiyyatın  inkişafına  yeni 

keyfiyyət verməkdədir.  

 

 




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə