Microsoft Word aynura diss doc



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix18.06.2018
ölçüsü0,58 Mb.
#49465
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

35 

 

 



 

çap serveri, verilənlər bazası serveri, SQL-server, kompüter-server və s. Aydındır 

ki, bütün bu serverlərin öz kliyentləri vardır. 

Proqram  təminatı  nöqteyi-nəzərindən,  "  müştəri  server"  texnologiyası 

kliyentlərin  və serverlərin  ayrı - ayrılıqda öz proqramlarının olmasını təmin edir. 

Müştəri proqramları kimi  mətn və cədvəl prosessorları kimi proqramlardan, server 

proqramı  kimi  isə  verilənlər  bazasının  idarəetmə    proqramından  istifadə  oluna 

bilər.  "  Müştəri  server"  proqram  cütlüyü  kimi    verilənlər  bazasından  götürülmüş 

informasiyalı  cədvələ  malik  sənədi  emal  edən    mətn  prosessorunun  proqramını 

misal göstərmək olar. 

Şəbəkədə  yerinə  yetirilən    hər  hansı  bir  proqram  bir  halda  müştəri,  digər 

halda isə  server rolunda çıxış edə bilər. Ondan əlavə, müəyyən zaman intervalında 

bir proqramda müştəri və server rolları dəyişə bilər. 

 Daha  mürəkkəb  müştəri  server  modeli  kimi  "server  əlavəsinin      üçbəndli 



modelindən"  - AS-modeli (Application Server) 

istifadə edilir. Bu model verilənlər 

bazasından  istifadə  edən  şəbəkələrin  iş  prosesini  təsvir  edir.  AS  modelinə  əsasən 

verilənlərin idarə olunması,  emalı və son istifadəçiyə informasiyanın çatdırılması 

kimi 3 funksiyadan hər birisi ayrı-ayrı kompüterlər tərəfindən yerinə yetirilir. 

K S-in  inkişafının  növbəti  mərhələləsi  müəssisənin  sifarişçi  və 

partnyorlarının inteqrasiyasına  yönəldilmişdir və  ERPII  (Enterprise  Resource and 

Relationship Processing – müəssisənin resursları və qarşılıqlı əlaqələr verilənlərin 

işlənilməsi)  adlandırılır.  nternet  müəssisə  üçün  bütün  onun  kontragentlərilə 

tamamilə  yeni  mühitdə  -  bilavasitə  istehlakçı  ilə  B2C  (Business-to-Consumer  – 

“biznes–müştəri”) və/və ya partnyotlarla   B2B (Business-to-Business – “biznes - 

biznes”) sxemləri əsasında - əlaqə yaratmaq imkanını  verir.  

ERPII  sisteminin  elektron  kommersiya  və  biznesin  tələblərinə  tətbiqi  üçün 

CRM  (Customer  Relationship  Management  –  müştəri  ilə  qarşılıqlı  əlaqənin 

idarəsi)  sifarişçi  ilə  əlaqələrin  idarəetmə  əlavələrin  və  orta  lay  əlavə  proqram 

təminatının  yaradılması  zəruridir.  Bu  cür  PT    EA   (Enterprise  Application 




36 

 

 



 

ntegration  –  müəssisə  miqyasında  əlavələrin  interasiyası)  adlandırılır.  EA  

aşağıdakı funksiyaları təmin edir:  

- elektron kommersiya; 

- tədarük zəncirinin idarəsi; 

- əlavələrə daxil olma xidmətləri; 

-virtual ticarət meydançaları. 

CRM  və  EA   məhsulları  ilə  təchiz  olunan  ERPII  –sistem    XRP    –sistem 

(Extended)    adını  qəbul  etdi.    Onun  köməyilə  zamanın  real  rejimində  müxtəlif 

korporativ  əlavələr  arasında  sirkulyasiya  edən  verilənləri  bölmək  mümkündür. 

Təsnifatına görə bu sistem K S-in növbəti nəsilinə CSRP (Customer Synhronized 

Resource  Planning  –  istehkakçı  ilə  bərabər  resursların  planlaşdırılması)  standartı 

sistemlərinə yaxındır. Bu sinif sistemləri bir korporasiyanın daxilindəki kimi, onun 

xaricində də proseslərin inteqrasiyasına imkan yaradır.  



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


37 

 

 



 

 

Fəsil 2. Elektron biznes və informasiya sistemləri 

2.1 Elektron biznesin əsas məsələləri 

nformasiya  texnologiyaları  və  sistemlərinin  sürətlə  inkişafı,  şəbəkə 

texnologiyalarının  geniş  tətbiqi  yeni  sahə  olan  elektron-biznes  sahəsinin 

yaranmasına  səbəb  olmuşdur.  Elektron-biznes  sahəsi  özlüyündə  adi  biznes 

sahəsinə aid olan bütün sahələri demək olar ki, əhatə edir. Bu baxımdan artıq fiziki 

və  informasiya  məhsullarının  satışının,  bank,  maliyyə,  kredit  əməliyyatlarının 

geniş  spektrdə  elektronlaşdırılması  həyata  keçirilir.  Beləliklə,  elektron-biznes 

əslində  ənənəvi  biznes  proseslərin  yeni  informasiya  texnologiyaları  və 

sistemlərinin şəbəkə texnologiyalarıdır. Onların vasitə və  imkanlarının aparılması 

ilə  həyata  keçirilən  prosesdir.  Lakin  bu  yeni  sahənin  ənənəvi  sahə  ilə 

oxşarlıqlarının olması ilə yanaşı fərqləndirici xüsusiyyətləri də vardır. 

Elektron biznes

 və ya e-biznes (en. Electronic business, ru. e-biznes) - elek-

tron  ticarətlə  müqayisədə  daha  geniş  anlayış  olub,  nternetdə öz  veb-saytına,  vir-

tual mağazaya, təşkilatın idarəetmə sisteminə, elektron reklamdan istifadəyə, mar-

ketinqə, "biznes-biznes" (B2B) və "biznes-istehlakçı" (B2C) modellərinə malikdir. 

Elektron-biznes  mal  və  xidmətlərin  elektron  ticarətini  özündə  birləşdirir. 

Elektron  biznes  mal  və  xidmətlərin  reklamını  və  hərəkətini,  məhsulun  bazardakı 

rəqabətə  davamlılığının  öyrənilməsini,  sifarişin  qəbulunu,  malın  daşınması  və 

çatdırılmasını,  istehsalçı  və  istehlakçı  arasında  hesablaşmaların  həyata 

keçirilməsini  yerləşmə  məkanından  asılı  olmayaraq  nternet  şəbəkəsi  vasitəsilə 

həyata keçirir. 

E-biznes  adı  altında  kompaniyanın  biznes  fəaliyyətini  aparması  üçün 

elektron  vasitələrdən  və  platformalardan  istifadə  etməsi  başa  düşülür.  nternet 

kompaniyalara daha tez, dəqiq və daha az məsrəflərlə fəaliyyət göstərməyə kömək 

edir,  zaman  və  məkan  çərçivələrini  genişləndirir,  təklifləri  kastomizə  və 

personalizə  etməyə  imkan  verir.  Təşkilatlar  web-saytları  informasiyaların 

yayılması,  əmtəə  və  xidmətlərin  irəli  edilməsi  məqsədilə  yaradırlar.  Onlar 



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə